ĠAMĠl rəhmanzadə


Azərbaycan-Gürcüstan münasibətlərinə dair



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   2   3   4   5   6   7   8   9   ...   110


 
Azərbaycan-Gürcüstan münasibətlərinə dair 
qiymətli tədqiqat əsəri 
 
Şamil Rəhmanzadənin 
«Azərbaycan-Gürcüstan münasibətlərində 
ərazi məsələləri (Azərbaycanın şimal-qərb bölgəsinin 
materialları əsasında: 1917-1930-cu illərin əvvəlləri)» əsərinə 
 
ÖN SÖZ 
 
Azərbaycan-Gürcüstan dostluq əlaqələri qədim və zəngin tarixə malikdir. 
Nəsillərin əmanəti olan bu dostluq tarixin ən ağır sınaqlarından çıxmışdır. 
Gürcüstan  ərazisində  -  öz  tarixi-etnik  torpaqlarında  yaşayan  Azərbaycan 
türkləri tarixin bütün ağır sınaqlarında qardaş gürcü xalqı ilə birlikdə olmuş, gürcü 
dövlətçiliyinin  qorunub  saxlanılması  və  möhkəmləndirilməsində  fəal  iştirak 
etmişlər. 
Azərbaycan və gürcü xalqları müstəqillik qazandıqdan sonra Azərbaycan-
Gürcüstan  münasibətləri  yeni  mərhələyə  qədəm  qoymuşdur.  Azərbaycan xalqının 
dahi  oğlu  Heydər  Əliyev  Azərbaycan-Gürcüstan  münasibətlərinin  daha  da 
möhkəmləndirilməsini  daim  diqqət  mərkəzində  saxlayırdı.  Bakı-Tiflis-Ceyhan, 
Bakı-Tiflis-Ərzurum,  Bakı-Tiflis-Qars  kimi  dünya  əhəmiyyətli  layihələr  bu 
siyasətin  bariz  nümunələridir.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyev ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək ən mürəkkəb 
vəziyyətlərdə  belə,  qardaş  Gürcüstanın  üz-üzə  qaldığı  çətinliklərin  həll 
olunmasında qətiyyətli və cəsarətli siyasət nümayiş etdirir. 
Bu  gün  Azərbaycan-Gürcüstan  münasibətləri  insan  fəaliyyətinin,  demək 
olar  ki,  bütün  sahələrini  əhatə  edir.  İki  ölkə  arasında  dostluq  və  qardaşlığa 
əsaslanan  sıx  qarşılıqlı  münasibətlər  bütün  Cənubi  Qafqazda  sülh  və  əmin-
amanlığın başlıca şərtidir. 
Azərbaycanla  Gürcüstan  arasında  elmi  əməkdaşlığın  genişləndirilməsi, 
xüsusilə  xalqlarımız  arasında  tarixi  dostluq  əlaqələrinin  daha  dərindən,  özü  də 
olduğu  kimi  araşdırılıb  oxuculara  təqdim  olunması  olduqca  böyük  əhəmiyyətə 
malikdir.  Bu  baxımdan  hər  iki  ölkənin  tədqiqatçıları  tarixi  həqiqətin  üzərinə  işıq 
salmaq üçün hələ çox iş görməlidirlər. 
Heç  kəsə  sirr  deyil  ki,  Rusiya  imperiyası  həm  XIX  əsrin  əvvəllərində 
Cənubi Qafqazı işğal edərkən, həm də işğaldan sonrakı dövrdə özünün bu regionla 
bağlı müstəmləkəçilik planlarını «uğurla» həyata keçirmək üçün qondarma «kon-
sepsiyalara» əsaslanan saxta tarixşünaslıq formalaşdırmışdır. 
İşğalçılar Cənubi Qafqaz xalqları arasına düşmənçilik toxumu səpmək və 
süni  ərazi  münaqişələri  yaratmaqdan  tutmuş,  köçürmə  siyasətinə  və  zorla 
pravoslavlaşdırmaya,  dini-etnik  zəmində  toqquşmalar  və  milli  qırğınlar, 



 
deportasiyalar  və  soyqırımları  törətməyə  qədər  müstəmləkəçiliyin  bütün  iyrənc 
formalarını bu regionda sınaqdan çıxarmışlar. 
Bu da inkarolunmaz həqiqətdir ki, o zaman isti dənizlərə - Hindistana yol 
açmaq siyasəti yeridən Rusiya imperiyası Qacarlar İranı və Osmanlı imperiyasını 
məğlub  etmək  üçün  Cənubi  Qafqazda  özünə  güclü  bir  xristian  istinadgahı 
yaratmağa  çalışırdı.  Bu  dəhşətli  siyasət,  başlıca  olaraq  Cənubi  Qafqazın  ən 
çoxsaylı etnosu və geniş torpaqları olan Azərbaycan türklərinə və digər müsəlman 
xalqlarına qarşı yönəlmişdi. Məqsəd isə daha dəhşətli idi: Cənubi Qafqazı türk-
müsəlman etnoslarından təmizləmək və bu regionu tamamilə xristianlaĢdırmaq! 
Beləliklə,  çar  Rusiyasının  Cənubi  Qafqazda  qəddar  müstəmləkəçilik 
siyasətinin başlıca hədəfi regionun türk-müsəlman əhalisi və Azərbaycan oldu. Çar 
müstəmləkəçilərinin əlaltısı olan erməni-qriqorian kilsəsi bu qanlı siyasətin həyata 
keçirilməsində  xüsusi  canfəşanlıq  göstərirdi.  Rusiya  imperiyasının  şirnikləndirici 
«xristian  həmrəyliyi»  siyasəti  Gürcüstanın  da  bəzi  hərbi-siyasi  dairələrini  özünə 
cəlb etdi. Onlar da Rusiya-İran və Rusiya-Türkiyə müharibələrindən öz ərazilərini 
genişləndirmək  üçün  istifadə  etmək  xəttini  seçdilər  və  bu  məqsədlə  işğalçılara 
yaxından  kömək  etdilər.  Tarixi  fakt  budur  ki,  Rusiyanın  Cənubi  Qafqazı  işğal 
etməsində  rus  ordusunda  xidmət  edən  erməni  və  gürcü  əsilli  generallar  yaxından 
iştirak  etdilər.  Daha  doğrusu,  Rusiya  Cənubi  Qafqazın  işğalında  və  öz 
müstəmləkəçilik  planlarının  həyata  keçirilməsində  yerli  xristian  amilindən 
məharətlə istifadə etdi. 
Bu mənfur və dəhşətli siyasəti həyata keçirən işğalçılar Qacarlar İranı və 
Osmanlı imperiyası ərazisindən Cənubi Qafqaza 1 milyondan çox erməni köçürüb 
gətirdilər.  Erməni  köçkünlərinin  yerləşdirildiyi  Azərbaycan  torpaqlarında  əvvəlcə 
«Erməni vilayəti» (1828), sonralar isə erməni dövləti (1918) yaratdılar. 
Çox  keçmədən  işğalçılar  xüsusi  məqsədlə  bir-birinin ardınca inzibati-
ərazi  islahatları  da  keçirdilər.  Əsas  məqsəd  Azərbaycanın  Cənubi  Qafqazda 
minillər  boyu  davam  etmiş  dövlətçilik  ənənələrini  və  inzibati-ərazi  sərhədlərini 
məhv  etmək  idi.  Bu  cinayətkar  siyasətin  həyata  keçirilməsi  nəticəsində,  yuxarıda 
qeyd  olunduğu  kimi,  Şimali  Azərbaycanın  qərb  torpaqlarında  erməni  dövləti 
yaradıldı. 
Azərbaycan  xalqına qarşı ayrı-seçkilik  siyasəti  Sovet-bolşevik  imperiyası 
dövründə də davam etdirildi. Azərbaycan torpaqları   hesabına   Ermənistan   SSR-
in   ərazisi   daha   da genişləndirildi. 
İşğalçılar  qardaş  Azərbaycan  və  gürcü  xalqları  arasına  nifaq  salmaq 
məqsədilə  bütün  əvvəlki  tarix  boyu  və  Rusiya  işğalı  ərəfəsində  Azərbaycan 
xanlıqları  və  sultanlıqlarına,  o  cümlədən  Car-Balakən  camaatlıqlarına  və  İlisu 
sultanlığına  məxsus  olan  Şimal-Qərbi  Azərbaycan  torpaqları  hesabına  Gürcüstan 
ərazisinin  də  genişləndirilməsi  «qayğısına»  qaldılar.    Bu  mənfur  siyasəti    sovet 
dövründə  İ.Stalin  və  onun  göstərişi ilə hərəkət  edən  Zaqafqaziya  Federasiyasının 
rəhbərliyi  də  davam  etdirdi.  Şimal-Qərbi  Azərbaycan  əraziləri,  xüsusilə  Qanıx 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə