ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   2   3   4   5   6   7   8   9   ...   110

12 
 
Zaqatala məsələsinin nəzərdən keçirilən dövrdə fon şəraiti qismində çıxış 
edən  Azərbaycanın  Gürcüstanla  qarşılıqlı  münasibətləri  sisteminin  ayrı-ayrı 
aspektləri,  həmçinin  həmin  illərdə  Cənubi  Qafqazda  təşəkkül  tapan  daxili  və 
xarici-siyasi vəziyyət, region ətrafında cərəyan edən beynəlxalq proseslər haqqında 
isə kifayət qədər zəngin elmi ədəbiyyat mövcuddur. 
Xronoloji qaydada bu sırada birinci olaraq Z.Avalovun əsərini göstərmək 
istərdik.  1918-1921-ci  illərdə  istər  Almaniya  və  Türkiyə  ilə  danışıqlar  aparan, 
istərsə  Versal  sülh  konfransına  qatılan  gürcü  nümayəndə  heyətlərinin  tərkibinə 
daxil olan bu müəllifin xatirələri ciddi elmi əsər səciyyəsi daşımasa da, hadisələrin 
canlı  şəhadətnaməsi  kimi  dəyərli  mənbəşünaslıq  və  tarixşünaslıq  əhəmiyyətinə 
malikdir.
3
 
Bəhs  olunan  məsələlər  XX  əsrin  20-ci  illərində  işıq  üzü  görmüş  bəzi 
əsərlərdə  bu  və  ya  digər  dərəcədə  nəzərdən  keçirilmişdir.  Bu  baxımdan 
F.Maxaradzenin, Y.Drabkinanın, A Rayevskinin əsərlərini qeyd etməyə dəyər.
4
 O 
illərdə  sovet  tarixşünaslığı  qarşısında  Rusiyada,  o  cümlədən  Cənubi  Qafqazda 
vətəndaş  müharibəsi  dövründə  -  1918-1921-ci  illərdə  mövcud  qeyri-bolşevik 
dövlət  qurumlarının  ideya,  siyasi  və  iqtisadi  planda  tutarsızlığını  elmi  cəhətdən 
isbat  etmək  vəzifəsi  qoyulmuşdu.  Ona  görə  də  hadisə  və  faktların  şərhində  qeyd 
etdiyimiz əsərlərdə ehtiraslı münasibət duyulmaqdadır. 
Deyilənlərlə yanaşı, F.Maxaradzenin və Y.Drabkinanın  əsərlərində 1917-
1921-ci illərdə Gürcüstanda cərəyan edən sosial-siyasi proseslər, bu respublikanın 
qonşuları  ilə  münasibətləri,  ölkə  daxilində  milli  azlıqların  durumu,  Gürcüstanın 
beynəlxalq  vəziyyəti  haqqında   maraqlı   faktlar   saxlanılır. Rayevskinin Böyük 
Britaniyanın hakim dairələrinin  1918-1920-ci illərdə bölgədə yürütdüyü siyasət və 
güddüyü  məqsədlər  barədə  mülahizə  və  qənaətləri  elmi  əhəmiyyətini  indi  də 
qorumaqdadır.  Bu  zaman  belə  bir  məqam  da  nəzərə  alınmalıdır  ki,  30-cu  illərin 
əvvəllərinədək, sonrakı dövrlərdə olduğu kimi, sovet tarix elmi hələ güclü ideoloji 
pressinq  altında  deyildi,  bu  da  o  zaman  qələmə  alınmış  əsərlərdə  istər  təqdim 
olunan faktlarda, istərsə də həmin faktların şərhində özünü büruzə verirdi. 
Sözügedən     problematikanın     müxtəlif   aspektləri     XX  əsrin  40-80-ci 
illərində  sovet  tarixşünaslığının  diqqət  yetirdiyi  mövzulardan  idi.  Qeyd  etməliyik 
ki,  20-30-cu  illərin  əvvəllərindən  fərqli  olaraq,  sonrakı  dövrdə  -  50-ci  illərin 
ortalarınadək  bizi  maraqlandıran  məsələlərə  dair  əsərlərin  sayı  kəskin  azalmışdı. 
Hətta işıq üzü görmüş əsərlərdə belə tarix elminin fövqəladə ideolojiləşdirilməsinə 
yönəlmiş əvvəlki tendensiya daha da güclənmişdi. Hadisələrə və proseslərə bir çox 
məqamlarda  ehkamçı  yanaşma,  onların  dar  ideoloji  prizmadan  nəzərdən 
keçirilməsi,  bəzi  əhəmiyyətli  faktların  isə  ümumiyyətlə,  işıqlandırılmaması, 
obyektiv  elmi  təhlilin  çox  vaxt  qərəzli  qiymətləndirmə  ilə  əvəzlənməsi  o  illərin 
tarixşünaslığının ən qüsurlu cəhətlərindəndir. Vəziyyət, Sovet İttifaqında siyasi ab-
havanın  mülayimləşməsi  ilə  əlaqədar  yalnız  50-ci  illərin  ortalarından  etibarən 
nisbətən  dəyişməyə  başladi:  1917-1921  -ci  və  sonraki  illərdə  Cənubi  Qafqazın 


13 
 
siyasi  və  sosial-iqtisadi  tarixinə  dair  çoxsaylı  əsərlər  işiq  üzü  gördü.  Elmin 
ideolojiləşdirilməsi  bu  əsərlər  üçün  da  səciyyəvi  idi.  Bununla  yanaşı  əvvəlki 
ədəbiyyatla  müqayisədə  sənəd  bazasının  zənginliyi,  çoxlu  sayda  o  çağadək 
araşdırılmamış mənbənin elmi dövriyyəyə cəlb olunması, bir çox hallarda tədqiqat 
vəzifəsinin  öhdəsindən  uğurla  gəlinməsi  həmin  əsərlərin  məziyyətlərindən  hesab 
oluna bilər. 
Ümumiyyətlə, Cənubi Qafqazın 1917-1920 və 1920-ci illərin avvəllərində 
daxili və xarici vəziyyətindən, respublikalararası münasibətlərdən, region ətrafında 
cərəyan edən siyasi proseslərdən, bölgənin sovetləşməsindən bəhs edən əsərlərdən 
Y.A.Tokarjevskinin, 
C.Quliyevin, 
P.Əzizbəyovanın, 
A.B.Kadişevin, 
B.Xaçapuridzenin, 
V.i.Adamiyanın, 
Q.K.Jvaniyanin, 
Q.V.Pipiyanın, 
LD.Axalayanın,  A.Menteşaşvilinin,  Q.A.Qaloyanin,  C.V.Xarmandaryanın  və 
başqalarının monoqrafiyalarını qeyd etmək istərdik.
5
 
80-ci  illərin  sonu  -  90-ci  illərin  əvvəllərindən  etibarən  Azərbaycan 
tarixşünaslığında yeni mərhələ başlanır. Birinci və İkinci respublikaların tarixinin o 
çağadək  unudulmuş  və  ya  üzərindən  sükutla  keçilmiş  bir  çox  səhifələri  xüsusi 
tədqiqat mövzusu  kimi aktuallıq  kəsb  edir.  Bu respublikaların meydana  çıxma  və 
fəaliyyətinin  xarici-siyasi  aspektləri  N.Nəsibzadənin  və  M.Qasımovun  yuxarıda 
göstərilmiş  monoqrafiyalarından  əlavə,  C.Həsənovun,  A.Balayevin,  A.Hacıyevin, 
M.Süleymanovun,  C.Quliyevin,  S.Yusifzadənin  və  başqalarının  əsərlərində 
nəzərdən keçirilmişdir.
6
 
Sadalanan  süjetlər,  bəhs  olunan  dövrdə  Rusiya  məkanında  cərəyan  edən 
proses  və  hadisələr,  həmçinin  fundamental  akademik  nəşrlərdə  və  kollektiv 
monoqrafiyalarda işıqlandırılmışdır.
7
 
Bir  başqa  qrup  ədəbiyyatı  bilavasitə  bölgənin  tarixini  və  etnoqrafiyasını 
araşdıran  əsərlər  təşkil  edir.  Bu  sırada  ilk  yeri  hələ  inqilabdan  əvvəl  Zaqatala 
dairəsinin  əhalisi,  məişət  xüsusiyyətləri,  tarixi  keçmişi  haqqında  rus  və  gürcü 
müəlliflərinin yazdığı əsərlər tutur.
8
  Bu  əsərlər, həmçinin gürcü  siyasi-intellektual 
dairələrinin  Gürcüstanın  tarixi-coğrafi  məkanı  haqqında  təsəvvürlərində  Zaqatala 
mahalının yeri və önəminin öyrənilməsi baxımından əhəmiyyətlidir. Birinci fəsildə 
biz  həmin  təsəvvürlərdən  bəhs  edərkən  sözügedən  əsərlərə  daha  ətraflı 
toxunacağıq. 
Yeri gəlmişkən qeyd edərdik ki, bölgənin antik və orta əsrlər tarixinə dair 
ədəbiyyatda  istər  inqilabdan  əvvəl,  istərsə  də  sonra  uzun  illər  boyu  gürcü 
konsepsiyası  hakim  mövqe  tuturdu.  XX  əsrin  40-50-ci  illərindən  etibarən  isə 
Gürcüstan  tarixşünaslığında  akademik 
N.A.Berdzenişvilinin 
şimal-qərbi 
Azərbaycanın  erkən  orta  əsrlərdən  etibarən  Gürcüstanın  ayrılmaz  hissəsi  olması 
haqqında baxışları, demək olar, rəsmi status qazanmışdı. Gürcü tarixçilərinin bütöv 
nəsli  -  Q.Qamxaraşvili,  T.Q.Papuaşvili,  D.Musxelişvili  və  başqaları  Berdzenişvili 
və onun sələflərinin xəttini davam etdirmişdilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə