ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   46   47   48   49   50   51   52   53   ...   110

108 
 
haqqında  sovet  və  Azərbaycan  tarixşünaslığında  kök  salmış  müddəanı  da  şübhə 
altına alır.
12
 
Hərbi  əməliyyatlar  qəfildən  və  yetərincə  intensiv  surətdə  Qazax-Ağstafa 
bölgəsində  -  Poylu  körpüsü,  Ağstafa  stansiyası  və  Şıxlı  kəndi  istiqamətində  artıq 
aprelin  29-da  alovlandı.  Hüseynovun  Gegeçkoriyə  aprelin  30-da  göndərdiyi  ilk 
notada hücum  edən tərəfin  Gürcüstan  olduğu  iddia  edilirdi və  tələb  olunurdu:  əks 
tərəf  24  saat  ərzində  Azərbaycan  ərazisindən  qoşunlarını  çıxarmalıdır.  Tələbin 
qəbul olunmaması ««casusbelli» (müharibəyə səbəb    Ş.R.) hesab ediləcəkdir».
13
 
Gegeçkorinin  yubanmadan  göndərdiyi  cavab  notası  hadisələrin  bəzi 
mətləblərini  anlamağa  imkan  verir.  Gürcü  notasında  oxuyuruq:  «...  Bakıda  yeni 
hakimiyyət, elan edilməsi anından etibarən Gürcüstan Demokratik Respublikasına 
münasibətdə  düşmən mövqe  tutmuşdur  ki,  bu da  teleqraf  və  dəmiryol  rabitəsinin 
dərhal  kəsilməsində,  bizim  parovoz  və  daşıma    heyətimizin  yaxalanmasında    və 
gürcü  missiyasının  həbsində  ifadə  olunmuşdur.  Əlbəttə  ki,  belə  vəziyyətdə  Gür-
cüstan hökuməti hərbi  səciyyəli  önləyici  tədbirlər  qəbul  etməyə  bilməzdi.  Bu  cür 
tədbirlərdən biri Poylu stansiyasının deyil Poylu körpüsünün tutulmasıdır. Kür çayı 
üzərindəki  göstərilən      körpü      Gürcüstan      hüdudlarındadır,      deməli,      bizim 
qoşunların  Gürcüstan  sərhədini  keçməsindən  söhbət  belə  gedə  bilməz.  Həmçinin 
Ağstafa stansiyası yaxınlığında bizim zirehli qatarımızın peyda olmasına dair sizin 
bəyanatınız  da  gerçəkliyə  uyğun  gəlmir...  Bizim  qoşun  hissələrinin  Şıxlı  kəndini 
atəşə tutması barədə deyilənlər də doğru deyildir. Əslində qoşunlarımız  Gürcüstan   
Respublikası  sərhədləri   daxilində Xram çayı üzərindəki Qırmızı Körpünü tutur, 
sizin  qoşun  hissələriniz  isə  buna  maneçilik  törədərək,  körpüyə  atəş  açırlar».
14 
Münaqişənin davam etdiyi müddət ərzində, yəni mayın 20-ci günlərinədək tərəflər 
arasında olmuş intensiv diplomatik yazışmaya bu cür təkzibedici ton səciyyəvi idi. 
Qənaətimizcə,  konfrontasiya  qarşı  tərəflərin  (opponentlərin)  fərqli  siyasi 
məqsədlərə  can  atımlarını  kifayət  qədər  üzə  çıxarırdı.  Biz  yuxarıda  Qafqaz 
bolşevik  liderlərinin  Gürcüstanın  da  tezliklə  sovetləşəcəyinə  dair  ümidlərinə 
toxunmuşduq. Bu mövzunu inkişaf etdirərək qeyd edərdik ki, Orconikidze iki dəfə 
-mayın    3    və    4-də    V.İ.Leninə  və    İ.V.Stalinə  XI    Ordunun  Gürcüstana  daxil 
olmasına  razılıq  verilməsi  barədə  teleqramla  müraciət  etmişdi.  3  may  tarixli 
teleqramda  deyilirdi:  «Hər  şey  nəzərə    alınmışdır    və  yerinə  yetirilməkdədir.  
Hadisələr  elə  inkişaf  edir  ki,    15-dən  gec  olmayaraq  Tiflisdə  olacağımıza  ümid 
edirik».  Mayın  4-də göndərilmiş  teleqramda  Orconikidze bildirirdi:  «İkinci  dəfə 
cavab  verirəm:    hadisələr  elə  (inkişaf  edir  ki,  12-dən  gec  olmayaraq  Tiflisdə 
olacağımıza ümid edirik, bunun üçün hər şey edilmişdir...».
1 5
 
Orconikidzenin  bu  siyasi  canatımı  Azərbaycan  bolşevik  rəhbərliyində 
M.D.Hüseynov və Ə.H.Qarayevin simasında qızğın əks-sədasını doğurmuşdu, belə 
ki, sonuncuların Şərqə münasibətdə 1920-ci ildəki yuxarıda qeyd etdiyimiz inqilabi 
xəyallarına  cavab  verirdi.  Bunu  M.D.Hüseynovun  Gürcüsta  XİN-ə  mayın  11-də 
ünvanladığı notası da müəyyən mənada
 
təsdiqləyir:"«Müsavat hökuməti simasında 


109 
 
Antanta  agentlərinin  əsarətini  öz  üzərindən  atan  Azərbaycan  zəhmətkeşlərinin
 
tək 
bir arzusu vardır: Gürcüstanın fəhlə və kəndlilərini bu cür
 
azad, gürcü hökumətini 
isə zəhmətkeşlərin hökuməti kimi görmək».
16
 
Gürcüstan  hökumətinin  əməllərinə  gəldikdə  isə  onun  obyektiv  olaraq 
münaqişədə  maraqlı  olmadığı  vurğulanmalıdır.  Jordaniyanın  Müəssislər 
Məclisində  aprelin  30-da  etdiyi  nitqdən  bəlli  olur  ki,  artıq  aprelin  27-də  gürcü 
hökumətinə Azərbaycan hökumətinin hərbi yardım haqqında xahişi daxil olmuşdu. 
Gürcü  tərəfi,  Jordaniyanın  sözlərinə  görə,  Azərbaycan  xalqının  müqavimət 
göstərəcəyi təqdirdə müvafiq addımlar atmağa hazır idi. Fəqət, «həmin gün saat 1 
radələrində biz xəbər aldıq ki, bolşeviklər Xaçmaza gəlib çatmışlar, axşam saat 7-
də isə onlar artıq Sumqayıt stansiyası... yaxınlığında idilər, yəni 6 saat ərzində 100 
verst  qət  etmişdilər».  Bu,  gürcü  rəsmilərində  bolşeviklərin  Azərbaycana  xalqın 
razılığı  ilə  daxil  olmaları  haqqında  təsəvvür  aşılamışdı  və  onları  hərbi  əks-təsir 
göstərməkdən çəkindirmişdi.
17
 
Lakin  gürcü  hökuməti,  hər  halda,  preventiv  səciyyəli  müəyyən  addımlar 
atmışdı: strateji sərhəd məntəqələri olan Qırmızı və Poylu körpülərini, habelə bəzi 
sərhədyanı  hündürlükləri  tutmuşdu.  Yeri  gəlmişkən,  bir  faktı  qeyd  edək:  indiki 
Qazax  rayonunun  Kür  çayının  sol  sahilindəki  Qarayazı  və  Ceyrançöl  ərazisi 
çarizmin  ədalətsiz  inzibati  bölgüsü  nəticəsində  Tiflis  quberniyası  tərkibinə 
düşmüşdü. Birinci fəsildə də
 
qeyd etdiyimiz kimi, 1918-ci ildə Gürcüstan hökuməti 
almanların  himayəçiliyi  ilə  öz  faktiki  sərhədlərini  təsbit  edərkən,  qeyd  olunan 
amildən  yararlanaraq  Kür  çayının  sol  sahilində
 
müəyyən  rayonları  öz  nəzarəti 
altına almışdı. Ona görə də  Poylu körpüsü 1920-ci ilin mayında (həmçinin  1921-
ci  ilin    fevralında)  sovet-gürcü  hərbi  qarşıdurması  gedişində  qarşımıza  sərhəd 
məntəqəsi kimi çıxır. 
Qafqaz bolşevik rəhbərliyinin siyasi niyyət və məqsədlərinin məntiqi onu 
konfrontasiyaya  sürükləyirdisə,  analoji  məntiq  gürcü  tərəfini  münaqişədən 
yayınmağa  vadar  edirdi:  belə  qarşıdurmaya  gürcülərin nə  obyektiv  marağı,  nə  də 
onu  davam  etdirmək  üçün  yetərli  resurs  bazası  var  idi.  Bunu  çaşqınlıq  və 
anlaşılmazlıq notlarının çulğalaşdığı ilk gürcü bəyanatları da dolayısı yolla təsdiqləyir. 
Gegeçkorinin 4 may tarixli notasında oxuyuruq: « Gürcüstan xalqı Azərbaycan xal-
qı  ilə  tam  sülh  və  uzlaşma  şəraitində  yaşamışdır  və  onların  qarşılıqlı 
münasibətlərində silahlı toqquşmaya  dair bircə hadisə belə göstərilə bilməz. Yeni 
hakimiyyətin  qısa  mövcudluq  müddəti  ərzində  sərhəd  münaqişələrinin  meydana 
çıxması faktı heyrət doğurur».
18
 
Beləliklə,  1920-ci  ilin  aprelin  sonu  -  mayın  əvvəllərində  Azərbaycan-
Gürcüstan sərhədinin əvvəlcə Qazax-Borçalı, sonra isə aşağıda  görəcəyimiz  kimi, 
Zaqatala-Sığnaq  məntəqəsində  meydana  çıxmış  hərbi  toqquşmaların  təşəbbüskarı 
başda Orconikidze olmaqla Qafqaz kommunist rəhbərliyi idi. Lokal müharibə kimi 
səciyyələndirə 
biləcəyimiz 
bu 
münaqişə 
Gürcüstanın 
sovetləşməsini 
gerçəkləşdirəcək vasitələrdən biri kimi nəzərdə tutulmuşdu. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə