ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   47   48   49   50   51   52   53   54   ...   110

110 
 
Fəqət  Qafqaz  kommunistlərinin  bu  cür  taktikası  bir  çox  hallarda  onların 
öz təşəbbüsü olaraq qalmaqda idi və mərkəzi hakimiyyətin sanksiyasını almırdı. 
Hələ  mayın  3-də  sovet  silahlı  qüvvələrinin  baş  komandanı  S.S.Kamenev 
Qafqazdakı Qızıl Ordu hissələrinə əmr etmişdi: «Cəbhədəki qoşunlara Gürcüstanla 
sərhədi əsla heç bir yerdə keçməmək tələbini təsdiqləmək. Əgər belə hallar olubsa, 
onda bizim qoşun hissələri geri çəkilməlidirlər».
19
 
Mayın  4-də  RK(b)  P  MK  Siyasi  Bürosu  Orconikidzenin  teleqramlarını 
nəzərdən  keçirərək,  qərar  qəbul  edir.  Bu  qərara  uyğun  olaraq,  Lenin  və  Stalin 
mayın  5-də  Orconikidzeyə  teleqram  vururlar:  «Mərkəzi  Komitə  Sizə  bir  vəzifə 
olaraq  tapşırır  ki,  hissələri  Gürcüstan  torpağından  çıxarıb  sərhəda  çəkəsiniz  və 
Gürcüstan üzərinə hücumdan imtina edəsiniz. Tiflisdə aparılan danışıqlardan sonra 
aydındır ki, Gürcüstanla sülh ola bilər».
20
 
Lakin  Orconikidze  və  Kirov  son  ana  qədər  Gürcüstanla  bağlı  planlarını 
həyata  keçirmək  ümidlərini  itirmirdilər,  Mayın  7-də  onlar  Moskvaya  cavab 
teleqramı göndərirlər. Orada daxili-siyasi və geosiyasi («Gürcüstana malik olmaqla 
biz ingilisləri Qara dənizin Şərq sahilindən vurub çıxarırıq») mülahizələrdən çıxış 
edərək,  Gürcüstanın  sovetləşməsinin  zəruriliyi  və  mümkünlüyü  ideyası  təkidlə 
israr edilirdi.
21
 Lakin Lenin və Trotski bu xahişi qətiyyətlə rədd etdilər. Orconikid-
zeyə göndərilmiş teleqramda vurğulanırdı: «Bu, MK-nın qərarına kökündən ziddir. 
Nəticəsi çox ziyanlı ola bilər. Mərkəzi Komitə əsla icazə vermir. Qəti tələb edirik 
ki, icrasını dayandırarsınız və qərarı ləğv edəsiniz».
22
 
1920-ci  ilin  mayında  Moskva  rəhbərliyini  Cənubi  Qafqazı  qəti  surətdə 
sovetləşdirmədən  çəkindirən  ən  əsas  amil  Polşa ilə  yenicə başlanan  müharibə  idi. 
Antantanın  bilavasitə iştirakı  və  təhriki  ilə  Polşa  qoşunları aprelin  25-dən  etibarən 
Ukraynada  genişmiqyaslı  hücum  əməliyyatlarına  başlayaraq  artıq  mayın  7-də 
Kiyevi  tutmuşdular.
23
  Elə  Qafqazda  hərbi  əməliyyatları  dayandırmaq  zərurəti  də 
məhz yeni müharibənin arzuolunmaz gedişindən irəli gəlirdi.
24
 
Digər  tərəfdən  Qazax  rayonunda  gürcü  qoşunları  ilə  mayın  əvvəllərində 
olmuş  ilk  toqquşmalar  sovet  komandanlığına  Gürcüstan  Respublikasının  daxili 
möhkəmliyini və dayanıqlığını nümayiş etdirdi: gürcülər hücum edən sovet qoşun- 
larına bir sıra hissedici zərbələr endirərək, Şıxlı, Qaymaqlı, Kəmərli və Aslanbəyli 
kəndlərini ələ  keçirmişdilər.
25
  Gürcüstanda həmin  günlərdə  bolşeviklər  tərəfindən 
inspirasiya olunmuş üsyanlar da həmçinin qətiyyətlə yatırılmışdı. 
Bu  arada  Q.Uratadzenin  başçılığı  altında  gürcü  nümayəndə  heyəti 
Moskvada sovet rəhbərliyi ilə danışıqlar aparırdı. Danışıqlar nəticəsində RSFSR və 
Gürcüstan  Respublikası  arasında  sülh  müqaviləsi  imzalandı.  Maraqlıdır  ki,  bu 
müqavilə  Azərbaycan-Gürcüstan  sərhədində  hərbi  əməliyyatlara  son  qoymadı. 
Əksinə, mayın 9-dan etibarən Zaqatala rayonu  da intensiv toqquşmalar  səhnəsinə 
çevrildi. Zaqatala üsyanından aşağıda bəhs edərkən biz bu epizoda da toxunacağıq. 
Azərbaycanla  Gürcüstan  arasında  atəşkəsə  yalnız  mayın  18-dən  sonra  nail 
olundu.
26
 


111 
 
3. Moskva və Ağstafa müqavilələri. 
Zaqatala mahalının siyasi mənsubluğu məsələsinin 
yenidən aktuallaĢması 
 
Moskva müqaviləsi Sovet Azərbaycanının siyasi rəhbərliyi üçün müəyyən 
mənada  xoşagəlməz  sürpriz  oldu:  bu  aktla  Moskva  faktiki  olaraq  hərbi 
əməliyyatlara görə məsuliyyətdən yaxasını kənara çəkirdi və Bakı münaqişəni özü 
həll  etmək  məcburiyyəti  ilə  üzbəüz  qalırdı.  Fəqət  ən  böyük  xoşagəlməzlik 
müqavilənin  özündə,  daha  dəqiq  desək,  onun  IV  bəndində  gizlənirdi:  Rusiyanın 
qeyd-şərtsiz Gürcüstan ərazisi kimi tanıdığı vilayətlər sırasında Zaqatala dairəsinin 
də adı çəkilirdi.
27  
Bu bəndin belə redaksiyada verilməsi bütün məsələlərdə Moskva 
ilə  hesablaşan  yeni  Azərbaycan  rəhbərliyinin  də  kəskin  narazılığını  doğurdu.  Eyni 
zamanda,  mahalın  Azərbaycana  mənsubluğunu  Orconikidze  və  ümumiyyətlə,  XI 
Ordunun  Hərbi  İnqilab  şurası  və  RK(b)P  MK  Qafqaz  bürosu  üzvləri  dəstəkləyirdi. 
Bu  yaxınlarda  R.S.Mustafazadə  adlı  müəllifin  Moskvada  nəşr  olunmuş 
monoqrafiyasında  qeyd  olunan  xadimlərin  məsələyə  münasibətindən  xəbər  verən 
və  Rusiyanın  xarici  siyasət  arxivlərində  saxlanılan  məktubları  qismən  dərc 
edilmişdir.  Mövzumuza  bilavasitə  aidiyyatı  olduğunu  nəzərə  alaraq,  həmin 
sənədlərdən iqtibasları tərcüməmizdə verməyə lüzum gördük. 
Orconikidze  Moskva  müqaviləsinin imzalanmasından  dərhal  sonra  Lenin 
və  Stalinə  ünvanladığı  teleqramda  onları  Azərbaycanın  Zaqatala  üzərində 
suverenliyini  tanımağa  çardı:  «Zaqatala  dairəsi  az  qala  iki  ildir  ki,  Azərbaycan 
tərəfindən  tutulmuşdur  (?  -  Ş.R.).  Hal-hazırda  o,  Azərbaycan  qoşunları  tərəfindən 
tutulmuşdur.  Zaqatala  əhalisinin  95%-i  müsəlmandır.  Sovet  Azərbaycanının  bu 
dairəyə  hüququnu  təsdiqləmək  və  müqavilədən  bu  maddəni  (dairəni  Gürcüstanın 
tərkib hissəsi kimi tanıyan maddəni - Ş.R.) tamamilə atmaq lazımdır. Bu zəmində 
dəhşətli  təhriklər  baş  verməkdədir.  Müsavatçılar  Azərbaycandakı  yeni  Sovet 
hakimiyyətinin  Zaqatala  dairəsini  artıq  satması  və  qırğın  ərəfəsində  olmağımız 
barəsində söhbətlər aparırlar. Sizlərdən xahiş edirəm ki, artıq bu gün bizə Zaqatala 
dairəsinə  heç  bir  qəsdin  olmadığını  və  ola  da  bilməyəcəyini  açıq  surətdə  elan 
etməmizə  imkan  verəsiniz...  Təkrar  edirəm,  əgər  siyasətimizin  iflasa  uğramasını 
istəmirsinizsə,  sülh  müqaviləsindən  Zaqatala  dairəsini  çıxarıb  atın  və  heç  bir 
kompensasiyasız onu Azərbaycana həvalə edin».
28
 
1920-ci ilin mayın 10-da Leninin adına Qafqaz boişevik rəhbərliyi və XI 
Ordu  komandanlığı  üzvlərindən  Orconikidze,  Smilqa  və  Kirovun  imzası  ilə  yeni 
etiraz  teleqramı  göndərildi:  «Gürcüstana  verilmiş  Zaqatala  dairəsi  mübahisəsiz 
Azərbaycan  və  müsəlman  ərazisidir,  və  bu  çağadək  Gürcüstan  ona  iddia  etmirdi. 
Sizin  xeyir-duanızla  Gürcüstan  bu  dairə  üzərinə  hücuma  başlamışdır,  əhali  gürcü 
istilaçılarına  qarşı  üsyan  etmişdir.  Bu  qəsbkarlığın  tərəfimizdən  tanınması 
Azərbaycanda  sovet hakimiyyətinin  sonunun  başlanğıcıdır  (kursiv  bizimdi  -  Ş.R.). 
Gürcüstanla  müqayisədə  əhəmiyyəti  yüz  qat  artıq  olan  Azərbaycana  belə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə