ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   48   49   50   51   52   53   54   55   ...   110

112 
 
münasibətin  nədən  doğduğunu  izah  edin...  Bizim  qarşımızda  məsələ  durur:  ya 
Gürcüstanla  müqavilə  yenidən  baxılmalı,  yaxud  da  biz  geri  çağırılmalıyıq,  çünki
 
biz  Xarici  İşlər  Komissarlığının  Qafqaz  məsələlərindəki  nadanlığının  hesabını 
ödəmək  niyyətində  deyilik.  Gürcüstan  Zaqatala  dairəsinin  sərhədini  keçməsinin 
qadağan  olunması  qəti  şəkildə  təkid  edirik,  əks  halda  Gürcüstanla  Azərbaycan 
arasında  müharibə  qaçılmazdır.  Bir  daha  sizin  diqqətinizi  ona  yönəldirik  ki, 
Qaraxanın  nadanlığı  nefti  1918-ci  ilin  bizim  üçün  məhvedici  nəticələri  ilə  milli 
qırğının dəhşətli təhlükəsi altına qoyur».
29
 
Sözügedən  şəxslər  faktiki  olaraq  Zaqatala  dairəsinin  Gürcüstan  nəzarəti 
altına  keçməsinə  mane  olacaq  addımlar  belə  atmaqda  idilər.  Məsələn,  Qafqaz 
cəbhəsinin  müvəqqəti  komandanı  Smilqa  mayın  1 1 - d ə   dairədən  XI  Ordu 
hissələrinin çıxarılmaması haqqında əmr vermişdi.
30
 
Qafqaz  bolşevik  rəhbərliyinin  Zaqatala  məsələsində  sözügedən  mövqeyi 
heç  də  Azərbaycana  xüsusi  rəğbətdən  irəli  gəlmirdi.  Gətirilən  fraqmentlərdən  də 
göründüyü  kimi,  Orconikidze  və  məsləkdaşları  Azərbaycanı  dəstəkləyərkən,  sırf 
praqmatik  siyasi  maraq  və  məqsədlərdən  çıxış  edirdilər.  Öncə  də  qeyd  etdiyimiz 
kimi,  Qafqazın  sovetləşməsinin  memarları  Azərbaycana  funksional  baxımdan 
yanaşırdılar.  Azərbaycanın  maraqlarına  Moskva  müqaviləsində  olduğu  kimi 
açıqcasına  saymazyana  münasibət  bolşeviklərin  ölkəmizdə  ilk  vaxtlar  onsuz  da 
güclü  olmayan  siyasi  və  sosial  dayaqlarını  daha  da  zəiflədərdi  və  regionun 
sovetləşməsi ilə bağlı planlarına ağır zərbə vurardı. 
Məhz  Orconikidze  və  digərlərinin  səyləri  nəticəsində  ali  sovet  rəhbərliyi 
gürcülərlə  razılaşmalarına  tələsik  təshihlər  etdi:  mayın  12-də  Moskvada  sülh 
müqaviləsinə əlavə saziş imzalandı. O, müstəsna surətdə Zaqatala məsələsinə həsr 
edilmişdi  və  Azərbaycanın  yeni  rəhbərliyində  Moskva  müqaviləsindən  sonra 
yaranmış naqolaylıq hissini səngitmək məqsədi güdürdü. Sazişin birinci maddəsinə 
əsasən, Azərbaycan-Gürcüstan sərhədində və Zaqatala dairəsində mübahisəli yerlər 
haqqında    məsələ    arbitraj    komissiyasının    həllinə    verilirdi.  İkinci  maddədə  isə 
qeyd edilirdi ki, komissiya tərəfindən məsələnin tam həllinə qədər anlaşan tərəflər 
Zaqatala dairəsinə yeni qoşun hissələri yeridə bilməzlər.
31
 
Azərbaycan  (faktiki  olaraq  Sovet  Rusiyası)  ilə  Gürcüstan  arasında  hərbi 
əməliyyatların dayandırılmasından sonra iyunun əvvəllərində Ağstafa stansiyasında 
başlanılan  danışıqlar  həmin  ayın  12-də  sülh  müqaviləsinin  imzalanması  ilə  başa 
çatdı.
32
 
On   səkkiz   maddədən   ibarət   Ağstafa   müqaviləsinin II maddəsi iki 
respublika  arasında  sərhədi  müəyyənləşdirirdi.  Ona  əsasən,  «Borçalı  və  Qazax 
qəzaları arasında inzibati sərhəd erməni zonasından (vaxtı ilə Qazax elatının əzəli 
torpaqları  olub,  hal-hazırda  Ermənistan  respublikasının  şimal-  şərqində  yerləşən 
ərazi  nəzərdə  tutulur  -  Ş.R.)  başlayaraq..,  şimal-şərq  istiqamətində,  Tars  və 
Babakər  dağlarının  şərq  yamacının  iki  verstliyində  yerləşən  bulaqlaradək  yönəlir, 
oradan Qırmızı körpünün ortasından keçir, sonra Xram və Kür çayları üzrə köhnə 


113 
 
sərhəd  boyunca  davam  edir,  daha  sonra  Poylu  körpüsünün  ortasından  keçərək, 
şimal-şərq  istiqamətində...  Yaylaqcıq  sıra  dağına  yönəlir,  ondan  sonra  cənub-
şərqə  doğru  köhnə  inzibati  sərhəd  üzrə  Palan-tökən  dağının  cənub  ətəyinədək 
uzanır,  oradan  inzibati  xətt  üzrə  şimal-şərq  istiqamətində  Zaqatala  dairəsinin 
sərhədinədək gedib çıxır». 
Müqavilənin III və IV maddələri iki respublika arasında müvəqqəti, bir il 
müddətində  mövcud  olacaq  neytral  zonanı  müəyyən  edirdi.  Qırmızı  və  Poylu 
körpüləri, habelə Kür çayının sol sahilindəki Azərbaycan ərazisi bu cür zona elan 
olunurdu.  Neytral  zona  Azərbaycanın  inzibati  idarəçiliyində  saxlanılsa  da,  orada 
(Azərbaycan  tərəfindən  -  Ş.R.)  istehkam  ucaldılması  və  qoşun  yeridilməsinə 
müqavilə ilə icazə verilmirdi. 
Bu  maddələr,  birincisi,  de-fakto  təşəkkül  tapmış  Azərbaycan-Gürcüstan 
sərhədinin  Azərbaycan rəsmiləri  tərəfindən tanınması  demək  idi;  bu  sərhəd, qeyd 
etdiyimiz kimi, sözügedən bölgənin etnik və təsərrüfat reallıqlarına cavab vermirdi. 
Gürcüstanın  sovetləşməsindən  sonra  Ağstafa  müqaviləsinin  faktiki  olaraq 
qüvvədən  salınmasının  əsas  səbəblərindən  biri  də  həmin  bu  qeyri-münasibliyin 
aşkar dərəcədə olması idi. 
Digər  tərəfdən,  bəhs  etdiyimiz  maddələrdə  o  günlərdə  baş  verən  hərbi-
siyasi  hadisələrin  də  əks-sədasını  sezmək  mümkündür:  sazişdə  təsbit  olunmuş 
«neytral  zonanın»  məhz  Azərbaycan  ərazilərini  əhatə  etməsi  Azərbaycan  Sovet 
Respublikasının may hadisələrindən itkilərlə çıxmasından xəbər verirdi. 
Ağstafa  müqaviləsinin  ən  əhəmiyyətli  maddələrindən  biri  Zaqatala 
mahalının mənsubluğu məsələsinin perspektivinə aydınlıq gətirməli olan VI maddə 
idi. Bu maddənin əsas hissəsi 12 may Moskva sazişinin müvafiq maddələrini təkrar 
edirdi.  Fəqət  ona  edilmiş  iki  qeyddə  yeni  notlar  nəzərə  çarpırdı.  Birinci  qeyddə 
tərəflərin Moskva müqaviləsinin və əlavə sazişin müvafiq maddələrinin təfsirində, 
habelə mübahisənin mahiyyətinə dair razılığa gəlmədikləri vurğulanırdı. İkinci qeyd 
dairəyə  yeni  qoşun  hissələrinin  yeridilməməsi  barədə  maddənin  dəqiq  icrasına 
müşahidə üçün hər tərəfdən iki nəfər olmaqla xüsusi komissiyanın təsisini nəzərdə 
tuturdu. 
Beləliklə,  Ağstafa  müqaviləsi  Zaqatala  mahalının  siyasi  mənsubluğu 
mübahisə  predmeti  kimi  Azərbaycan  tərəfinin  də  imzası  ilə  tanıyan  ilk  hüquqi 
sənəd  idi.  O,  mayın  9-da  gürcü  hərbi  hissələrinin  mahalın  bəzi  məntəqələrini 
nəzarət  altına  götürməsi  hadisəsi,  habelə  iyunun  9-dan  -  18-dək  alovlanmış 
Zaqatala üsyanı kimi, vilayətin mənsubiyyəti məsələsinin yenidən siyasi gündəliyə 
çıxarılmasından xəbər verirdi. 
Bu  sənədi  adekvat  qavramaq  və  onun  Zaqatala  bölgəsinin  siyasi 
perspektivində  oynadığı  rolu  düzgün  qiymətləndirmək  üçün  çərçivəsində  təzahür 
və cərəyan etdiyi tarixi-siyasi kontekst nəzərdən keçirilməlidir. Qısaca olaraq qeyd 
edək  ki,  əvvəla,  istər  Moskva,  istərsə  də  Ağstafa  müqavilələri,  aşağıda  bir  daha 
şahid  olacağımız  kimi,  bolşevik  rəhbərliyinin  nəzərində,  sadəcə, taktiki  gediş  idi; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə