ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   49   50   51   52   53   54   55   56   ...   110

114 
 
Qafqazın  dövləti  qurumlarının  ərazi  və  sərhədlərinin  təsbiti  regionun  qəti 
sovetləşməsindən sonraya saxlanılırdı. 
İkincisi,  Zaqatala,  xüsusən  də  iyun  üsyanından  sonra,  təmamilə  sovet 
sferasına daxil olmuşdu, ora Qızıl Ordunun əlavə hissələri daxil edilmişdi və gürcü 
tərəfinin  bununla  bağlı  bütün  etirazları,  adətən  qulaqardına  vurulurdu.  Hətta 
qoşunların  yerdəyişməsinə  nəzarət  edəcək  xüsusi  komissiya  belə  təşkil 
olunmamışdı:  bunu  Gürcüstan  XİN-in  Azərbaycanın  diplomatik  nümayəndəliyinə 
1920-ci ilin avqustun sonlarında təqdim etdiyi təliqə də təsdiqləyir.
33
 
Ağstafa  müqaviləsi  Gürcüstan  Müəssislər  Məclisində  iyunun  25-də 
təsdiqləndi.  Müqaviləni  Məclisə  təqdim  edən  gürcü  menşeviklərinin  liderlərindən 
olan  A.Çxenkeli  giriş  və  yekun  nitqi  ilə  çıxış  etmişdi.
34
  Həmin  nitqlərdə,  təbii  ki, 
Zaqatala məsələsinə də toxunulmuşdu. 
A.Çxenkeli  öz  çıxışını  Zaqatala  bölgəsi  haqqında  ənənəvi  gürcü 
konsepsiyasını  səsləndirməklə  başlamışdı.  Daha  sonra  o,  Moskva  və  Ağstafa 
müqavilələrinin  mahala  dair  maddələrinin  fərqli  formulələrinə  faktiki  istinadla, 
Gürcüstan üçün açılmış hüquqi    diplomatik manevr meydanını göstərirdi. Məsələ 
onda  idi  ki,  əgər  12  mayda  Moskvada  imzalanmış  əlavə  sazişə  əsasən,    arbitraj 
komissiyasına veriləcək mübahisə predmeti «Gürcüstan və Azərbaycan arasında və 
Zaqatala dairəsində mübahisəli yerlər haqqında məsələ» hesab olunurdusa, Ağstafa 
müqaviləsinin  müvafiq  maddəsində  həmin  predmet  kimi  bütünlükdə  Zaqatala 
dairəsi müəyyənləşdirilirdi. Bu da təbii, adıçəkilən məsələyə münasibətdə tərəflərin 
müxtəlif oxunuşunu və onun təfsirində fikir ayrılığını doğurmaya bilməzdi. 
Məsələ ilə bağlı gürcü tərəfinin mövqe  və arqumentasiyası bundan ibarət 
idi:  7  may  Moskva  müqaviləsi  ilə  Zaqatala  Gürcüstanın    ayrılmaz  hissəsi  kimi  
tanınırdı.  Əlavə sazişin birinci bəndi, sadəcə, Gürcüstan-Azərbaycan sərhədində, o 
cümlədən  Zaqataladakı  mübahisəli  ərazilərin  arbitraj  məhkəməsinin  baxılmasına 
verilməsini güman edirdi. Ağstafa müqaviləsinin VI maddəsinə gəldikdə isə, gürcü 
hökuməti  həmin  maddənin  birinci  qeydini  əsas  gətirirdi:  orada,  qeyd  etdiyimiz 
kimi,  tərəflərin  mübahisə  ilə  bağlı  razılığa  gəlmədikləri  faktı  konstatasiya 
olunurdu. 
Çxenkelinin  sözlərinə  görə,  gürcü  rəsmiləri  sovet  hökumətinin  məhz 
Moskva müqaviləsinə prioritet verəcəyinə ümid bəsləyirdilər. Onun yekun nitqində 
bu  ümidlər  ifadəsini  belə  tapırdı:  «O  ki  qaldı  Zaqatala  dairəsinə,  o...,  hal-hazırda 
formal,  hüquqi  cəhətdən,  müqavilə  mətninin  mənasına  görə  ...  Gürcüstan 
Respublikası  ərazisinə  daxil  olmuşdur;  və  əgər  mübahisə  gedirsə,  o  bizim 
xeyrimizə  həll  olunmalıdır...  Biz  ümid  edirik  ki,  müqavilə  üzrə  bizə  nə  vəd 
edilibsə, yerinə yetiriləcək».
35
 
Hüquqi  nöqteyi-nəzərdən  bu  məsələyə  dair  gürcü  mövqeyi  əsassız  idi: 
Ağstafa  müqaviləsinin  VI  maddəsində  arbitraj  komissiyasının  həllinə  veriləcək 
məsələ  kimi  sərhədyanı  mübahisəli  yerlər  yox,  məhz  Zaqatala  dairəsi  dəqiq 
göstərilirdi.  Bu  isə  Moskva  müqavilələri  ilə  mahalın  guya  Gürcüstan  tərkibinə 


115 
 
daxil olması barədə gürcü tərəfinin iddiasını tutarsız edirdi. Bunu «Bopьбa» qəzeti 
- menşevik (və qeyri-rəsmi surətdə hökumət) mətbu orqanı da dolayı şəkildə təsdiq 
edir: «Gürcüstan... Azərbaycana güzəştə getdi - müqaviləyə (Ağstafa müqaviləsinə     
Ş.R.)  görə  Zaqatala  məsələsi  mübahisəli  hesab  olunur,  onun  həlli  arbitraj 
komissiyasına verilir».
36
 
Fəqət,  hər  halda,  Zaqatala  məsələsində  gürcü  tərəfinin  siyasi-diplomatik 
uğurunu  qeyd  etməmək  olmaz:  Azərbaycan,  tərkibinə  daxil  olduğu  Zaqatala 
mahalının  mənsubluğunu  mübahisə  predmeti  kimi  tanıyırdı  və  ora  öz  qoşunlarını 
yeritməmək barədə təəhhüd götürürdü. Bu vəziyyət Azərbaycanın müxtəlif siyasi-
ictimai,  o  cümlədən  mühacir  dairələrində  olduqca  mənfi  qarşılanmışdı. 
M.Ə.Rəsulzadənin  o  zaman  qələmə  aldığı  «Azərbaycan  Cümhuriyyəti»  əsərində 
ümumən  Ağstafa  müqaviləsinə  münasibət  aşağıdakı  şəkildə  ifadə  olunurdu: 
«Gürcüstanı  təhdid  edən  Azərbaycan  bolşevik  hökuməti  yapdığı  bu  sülhdə... 
Borçalı  ərazisini  bilatərəddüd  Gürcüstana  tərk  etdi  və  əskidən  Azərbaycan 
ərazisindən  olduğu  Gürcüstanca  təslim  olunan  Zaqatal(a)  ərazisi  üçün  hökmə 
(burada: arbitraja - Ş.R.) müraciət eyləmək formulunu qəbul eylədi. Azərbaycanın 
siyasi  mənfəətləri  naminə  hərbə  başlayan  hökumət,  nəticədə  məmləkət  qitələrini 
hədiyyə etməklə sülh yapıyor».
37
 
Azərbaycanın  yeni  rəhbərliyinin  Ağstafa  müqaviləsində  güzəştli  mövqe 
tutmasında,  fikrimizcə,  iki  əsas  amilin  rolu  olmuşdu:  birincisi,  Moskva 
müqavilələri  ilə  Azərbaycanın  yeni  sovet  rəhbərliyi  müşkül  vəziyyətə  salınmışdı. 
Siyasi  və  ideoloji  cəhətdən  Moskva  hökuməti  ilə  subordinativ  (iyerarxik) 
münasibətdə  olan  bu  rəhbərlik  mərkəzin  siyasi  taktikasına  zidd  hərəkət  edə 
bilməzdi,  ələlxüsus  da  Sovet  dövləti  ətrafında  beynəlxalq  vəziyyətin  kəskin 
pisləşdiyi  -  Polşa  hücumunun  davam  etdiyi  bir  şəraitdə;  Moskva  müqavilələrinin 
Azərbaycan  tərəfindən  tanınmaması  isə  məhz  bu  cür,  yəni  nümayişkaranə 
itaətsizlik kimi qavranılacaqdı. 
İkinci amil müqavilənin imzalandığı gün davam edən Zaqatala üsyanı ilə 
əlaqədar idi: aşağıda görəcəyimiz kimi, onun gedişində keçmiş mahal elitasının bir 
qismi  Gürcüstana  birləşmək  haqqında  qərar  çıxarmışdı.  Bu  vəziyyət  də  Azər-
baycan rəsmilərinə sözügedən məsələyə münasibətdə daha ehtiyatlı xətt yürütməyə 
sövq edirdi. 
Obyektivlik  naminə  qeyd  olunmalıdır  ki,  Azərbaycan  bolşevikləri, 
xüsusən  də  partiyanın  Nərimanovçu  qanadı  Moskva  rəhbərliyinin  Azərbaycan 
əraziləri hesabına  Gürcüstan  və Ermənistana  güzəştə  getmək  siyasətinin  əleyhinə 
çıxırdı.  Məsələn,  Azərbaycanın  Moskvada  Fövqəladə  səlahiyyətli  nümayəndəsi 
Behbud  ağa  Şahtaxtinski  Leninə  4  avqust  və  20  sentyabr  1920-ci  il  tarixli 
məktublarında  Azərbaycanın  şəksiz  ərazilərinin,  o  cümlədən  Zaqatala  mahalının 
qopardılması  taktikasını  zərərli  və  yolverilməz  hesab  edirdi.  O,  bu  taktika  ilə 
əlaqədar  əhalinin  siyasi  əhvali-ruhiyyəsinin  sovet  hakimiyyəti  əleyhinə  sürətlə 
dəyişdiyini  20  sentyabr  məktubunda  belə  dəyərləndirirdi:  «Azərbaycan  əhalisi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə