ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   51   52   53   54   55   56   57   58   ...   110

118 
 
sərhədlərini  yerli  əhali  ilə  birlikdə  gürcü  qoşunları  qorumalı  idi  Bu  zaman  Sovet 
Rusiyası  qoşunlarının  mahaldan  qovulması  icbari  şərt  kimi  irəli  sürülürdü.  2) 
Gələcəkdə  yerli əhalinin hərbi  xidmətə  çağırılması  Gürcüstanda mövcud  qaydalar 
əsasında olmalı, fəqət müsəlmanların dini ayinləri saxlanılmalı idi. 3) 
 
İki il ərzində 
müsəlman zabitlərin qoşun hissələrindən xaric edilməsi istisna edilirdi. 4) Dairənin 
Gürcüstana  birləşməsindən  3  il  sonra  xalq  təhsili  müstəsna  «müsəlman» 
(Azərbaycan  -  Ş.R.)  dilində  aparılmalı  idi.  5)  Xalq  şəriət  məhkəməsinin 
saxlanılması  şərt  kimi irəli  sürülürdü.  6)  Dairənin  Gürcüstana  birləşməsinə qədər 
meydana çıxmış siyasi və cinayət işlərinə baxılmamalı idi. 7) Tədavüldə müxtəlif pul 
nişanələrinin  dövriyyəsinə  icazə  verilirdi.  8)  Mahalın  idarəçilik  qaydası  mövcud 
ümumdövlət idarəetməsi əsasında olmalı idi.
50
 
Bu  sazişi  imzalayan  şəxslərin  bir  çoxu  1918-ci  ildə  Azərbaycana 
birləşmək  lehinə  səs  vermiş  bölgənin  nüfuzlu  mənəvi  və  ictimai-siyasi  xadimləri 
idi. Onların sözügedən akta imza atmalarında müəyyən motivlərlə şərtlənmişdi. 
Biz  ilk  fəsildə  26  iyun  aktını  milli  (siyasi)  identikliyin  siyasi  və 
sosiomədəni  mülahizələrdən  çıxış  edərək,  rasionalcasına  təsbiti  kimi  xarakterizə 
etmişdik.  Gürcüstana  birləşmək haqqında   sazişin imzalanmasının  arxasında   isə 
sırf siyasi mülahizələr dururdu. 
İlk  öncə qeyd  etməliyik ki, mütləq  dəyişməz, əbədi  identikliklər mövcud 
olmur.  Dövlət  və  siyasi  elitalar  daima  öz  vətəndaşlarının  loyallığı  uğrunda 
mübarizə aparmalıdırlar.
51
 
Bu  tezisə  istinadən,  söyləmək  mümkündür:  1920-ci  ilin  iyununda  üsyan 
başçılarının  Gürcüstan  lehinə  qərarı  mahaldakı  yeni,  inqilabi  gerçəkliyin  onların 
sosial-siyasi maraq və statuslarına zidd və təhlükəli olmasından nəşət edirdi. Eyni 
zamanda  Qızıl  Ordu  hissələrinin  yerli  mental  xüsusiyyət  və  ənənələri  nəzərə 
almadan  Rusiyada  tətbiq  etdiyi  şablon  üzrə  hərəkət  etmələri  əhalidə  yeni 
hakimiyyətə qarşı nifrət hissini oyadırdı və üsyanın sosial bazasını genişləndirirdi. 
 
Sazişlə diqqətli tanışlıq, onun təbəəliyə qəbul olma haqqında müqavilədən 
daha  çox  niyyətlər  haqqında  bəyannaməni  xatırladığını  söyləməyə  əsas  verir.  Bir 
çox  maddələrdə  mövcud  vəziyyətin  daha  2-3  il  müddətinə  olduğu  kimi  saxla-
nılmasına  dair  şərtin  olması,  sanki  sazişin  son  və  qətiliyini  şübhə  a lt ın a   alırdı. 
Çox  güman  ki,  gürcü  hökuməti  ilə  bu  aktı  imzalamaqla  üsyan  rəhbərliyi  i lk  
növbədə ehtimali müvəffəqiyyətsizlikdən sığortalanmaq  məqsədi güdürdü: çıxışın 
məğlub  olacağı  təqdirdə  qonşu  respublikanın  həmsərhəd  ərazisi  geri  çəkilən 
üsyançılar  üçün  təbii  sığınacaq  rolunu  oynaya  bilərdi.  Gürcü  hökuməti  isə  bu 
zaman  antibolşevik  hərəkatın  fəal  maddi  və  mənəvi  himayədarına  çevrilirdi. 
Həqiqətən  də  üsyanın  məğlubiyyətindən  sonra  Bəşir  bəy  Qalaciyev,  Aslan  bəy 
Qardaşov,  Müslüm  əfəndi,  Hafiz  əfəndi  və  digərləri  öz  dağınıq  dəstələri  ilə 
Laqodex  və  Çarskiye  Kolodsı  (indiki  Siteli-Skaro)  rayonlarında  sığınacaq 
tapmışdılar.
52
 


119 
 
Zaqatalada  iyun  üsyanı gedişində  Gürcüstan hökuməti nəinki  üsyançılara 
yardımlar  göstərmiş,  həmçinin  bəzi  hərbi  hissələrini  mahalın  ərazisinə  daxil 
etməklə,
53
  müəyyən  mənada,  hətta  hadisələrin  iştirakçısına  çevrilmişdi.  Onun  bu 
cür  davranışı  təəccüblü  görünə  bilər:  bir  ay  əvvəl  Qızıl  Ordunun  müdaxiləsi 
təhlükəsi  ilə  bilavasitə  üzləşən  gürcü  hökuməti  bu  təhlükəni  sovuşdurmaq  üçün 
fövqəladə  diplomatik  və  hərbi  səylər  sərf  etmişdi.  Fəqət  onun  iyunda, 
Azərbaycanda  üsyanların baş verməsi şəraitində kifayət qədər fəallaşması yenə də 
mövcud vəziyyətdən irəli gəlirdi. 
1920-ci  ilin  yayında  Azərbaycanda  sovet  hakimiyyəti  arzu  olunan 
səviyyədə möhkəmlənməmişdi, sovet qoşunlarının sayı da çox deyildi. Hətta 1920-
ci ilin payızında, regiona əlavə hissələr gətirildikdən sonra belə Cənubi Qafqazdakı 
sovet qoşunlarının sayı 26-27 mini keçmirdi.
54
 
Eyni  zamanda  Sovet-Polşa  cəbhəsində  döyüşlərin  intensiv  xarakter  alması, 
iyunun  7-dən  Vrangel  qoşunlarının  hücuma  keçməsi  gürcü  hökumətinə  daha  inamlı 
hərəkət etmək cəsarəti verirdi. 
Həmin  dövrdə  Gəncədə,  Zaqatalada,  Qarabağda  alovlanan  üsyanlar  da 
gürcü hakim dairələrində Azərbaycanda sovet hakimiyyətinin qeyri-sabitliyinə dair 
müəyyən ümidlər yaratmışdı. Yeri gəlmişkən, 1920-ci ilin yayında Tiflis Qafqazın 
sovet əleyhinə mübarizə aparan qüvvələrinin özünəməxsus mərkəzinə çevrilmişdi. 
Orada  təşkil  olunmuş  «Azərbaycanın  qurtuluş  komitəsi»  silahlı  çıxışların,  o 
cümlədən Zaqatala üsyanının hazırlanmasında mühüm rol oynamışdı. Bununla əla-
qədar,  XI  Ordunun  komandanı  M.K.Levandovski  Bakı  Sovetinin  İcraiyyə 
Komitəsinin  iclasında  məruzəsində  iddia  edirdi:  «Aydındır  ki,  Zaqatala  qəzası 
Gürcüstana  lazım  deyildi,  fəqət  o,  Tiflisdə  bulunan...  köhnə  Azərbaycan 
hökumətinə lazım  idi».
55
  Analoji  ehtimala  Orconikidzedə  də  rast  gəlirik.  Kirovla 
həmin günlərə aid söhbətində o, iddia edirdi: «Gürcülər Zaqatala dairəsindən başda 
müsəlman-müsavatçılar və hətta sabiq nazirlər olmaqla muxtar vahid yaratmaq və 
dairəni  Sovet  Azərbaycanına  qarşı  bazaya  çevirmək  istəyirlər.  Yelizavetpol 
hadisələri ilə əlaqədar biz VII və XVIII kavaleriyanı Zaqataladan çıxarmışıq; hal-
hazırda gürcülər müsavatçılarla birlikdə orada üsyan qaldırırlar».
56
 
Zənn  edirik  ki,  Tiflisdə  toplaşan  Azərbaycan  siyasi  mühacirləri  ilə 
Gürcüstan  hökumətinin  siyasi  maraqları  o  dövrdə  üst-üstə  düşürdü;  bu  halda 
Zaqatala  üsyançılarının  bəhs  etdiyimız  qərarı  Azərbaycan  mühacir  rəhbərliyinin 
göstərişi ilə də qəbul oluna bilərdi. Lakin bolşeviklərə qarşı səylərini fəallaşdıran gür-
cü  siyasi  yuxarıları  öz  davranışlarında  müəyyən  ölçünü  gözləyirdilər;  onlar  çox  gözəl 
anlayırdılar ki, bolşeviklərlə qarşılıqlı təsirdə müəyyən hədd mövcuddur; həmin həddi 
keçmək isə geniş miqyaslı müharibəyə labüd surətdə bais olmaq demək idi. Sovet  
Rusiyası ilə açıq konfrontasiyadan isə (öz şəxsi-siyasi, habela gürcü dövlətçiliyinin 
aqibəti  baxımından  mümkün  nəticələrini
 
nəzərə  alaraq)  Gürcüstanın  siyasi 
rəhbərliyi yayınırdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə