ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   2   3   4   5   6   7   8   9   ...   110

14 
 
Gürcü  tarixçilərinin  bu  cür  aktivliyi  fonunda  Azərbaycan  tarixşünaslığı 
uzun müddət sözügedən bölgənin tarixi keçmişinin dolğun və obyektiv tədqiqində 
bir  növ  passivlik  nümayiş  etdirmişdi.  Vəziyyət  yalnız  son  dövrlərdə  dəyişməyə 
başlamışdır.  Alimlərimizdən  F.Məmmədova,  habelə  E.Lətifova  və  Ş.Əliyev 
(Haciəli)  tədqiqatlarında  Şimal-Qərbi  Azərbaycanın  tarixi  keçmişi  və  orada 
cərəyan  edən  etnik  proseslərin  kifayət  qədər  obyektiv  mənzərəsini  yaratmağa 
müvəffəq  olmuşlar.  Bu  müəlliflərin  əsərlərində  vətənimizin  şimal-qərbinin  əzəli 
gürcü  torpaqları,  ilkin  sakinlərinin  isə  gürcü  olması,  türk,  avar  və  saxurların  bu 
əraziyə  sonradan  gəlməsi,  ingiloyların  müsəlmanlaşmiş  gürcülər  olması  haqqında 
gürcü  (istər  inqilaba  qədərki,  istərsə  də  sonrakı),  rus  və  sovet  tarixşünaslığında 
dərin kök salmış konsepsiya bir xeyli sarsıdılmışdır.
9
 
Yuxarıda  sadalanan  əsərlərin  sırasına  Y.Nəsiblinin  sözügedən  bölgənin 
tarixdə  və  gürcü  tarixşünaslığında  yerinə  həsr  olunmuş  məqaləsi  də  əlavə 
olunmalıdır.
10
  Orada  mahalın  tarixi-mədəni  və  siyasi  mənsubluğuna  dair  müasir 
gürcü  tarixşünaslığında  mövcud  baxışlar  tənqid  olunur.  Müəllif  bu  zaman,  sadəcə, 
gürcü tarixçilərinin  tənqidi ilə  kifayətlənməyərək, məqalənin imkan  verdiyi həcm 
çərçivəsində mahalın təhrif olunmamış tarixini rekonstruksiya etməyə çalışır. 
Son 
illərdə 
işıq  üzü  görən  əsərlərdən  Ə.Məmmədovun  da 
monoqrafiyasını
11
  qeyd  etmək  istərdik:  bu  əsərin  xronoloji  çərçivəsi  bizim  tədqiq 
etdiyimiz  dövrlə  sıx  təmasa  girir.  Ə.Məmmədovun  monoqrafiyası  XIX-XX  əsrin 
əvvəllərində  Zaqatala  dairəsinin  yaranması,  idarəçiliyi,  iqtisadiyyatı,  çarizmin 
orada  yeritdiyi  müstəmləkəçilik  siyasəti  və  ona  qarşı  mübarizə  ilə  bağlı  maraqlı 
faktları ehtiva edir. 
Deyilənlərə yekun vuraraq, bir daha vurğulamaq istərdik ki, adları çəkilən 
əsərlərin  bir  qismi  bölgənin  bizi  maraqlandıran  dövrə  qədərki  tarixi  haqqında 
bilgilərin  təqdim  edilməsi,  digər  qismi  isə  Zaqatala  mahalının  siyasi  mənsubluğu 
və  torpaq  mübahisələri  məsələlərinin  inkişaf  etdiyi  fon  və  konteksllərin 
öyrənilməsi  baxımından  diqqətəlayiqdir.  Lakin  qeyd  etdiyimiz  kimi,  sözügedən 
süjet  xətlərinin,  ələlxüsus  da  sovet  dövründə   1920-30-cu  illərdəki   tarixi  indiyə 
qədər xüsusi olaraq araşdırılmamışdır. 
Mövcud  elmi  ədəbiyyatın  yuxarıda  verilən  qısa  xülasəsi  Azərbaycan-
Gürcüstan  münasibətlərində  Zaqatala  probleminin  qeyd  etdiyimiz  hər  iki  süjet 
xəttini  ehtiva  etməklə  kompleks  şəkildə  öyrənilməsi  zərurətindən  xəbər  verir. 
Təqdim olunan əsər bu sahədə mövcud boşluğu qismən də olsa doldurmaq məqsədi 
güdür. Qarşıya qoyulan məqsəd aşağıdakı vəzifələrin həllini şərtləndirir: 
-
 
Zaqatalaya  gürcü  iddialarının  ruhi-ideoloji  köklərini  açmaq, 
Gürcüstanın  siyasi  partiyalarının  milli-ərazi  məramnamələrində  Zaqatalanın 
önəmini göstərmək. 
-Transqafqaz  federasiyasının  dağılması  şəraitində  Zaqatala  siyasi 
elitasının  Azərbaycana  birləşmək  haqqında  qəranın  siyasi  və    sosiomədəni 
aspektlərini təhlil etmək. 


15 
 
-
 
1918-1920-ci  illərdə  Cənubi  Qafqazda  cərəyan  edən  etnosiyasi 
proseslərin 
beynəlxalq 
kontekstini 
təhlil 
etmək, 
Azərbaycan-Gürcüstan 
münasibətlərində Qərb və Rusiya amilini açıb göstərmək. 
-
 
Azərbaycan  siyasi  şüurunda  Zaqatala  vilayətinə  verilən  simvolik 
məna və əhəmiyyəti təsbit etmək. 
-
 
1920-ci 
il  aprel  çevrilişindən  sonra  Zaqatala  məsələsinin 
aktuallaşmasının bölgədə cərəyan edən hərbi-siyasi proseslər fonunda izah etmək, 
məlum  iyun  üsyanı  zamanı  üsyan  rəhbərliyinin  imza  atdığı  «Gürcüstana 
birləşmək» haqqında sazişi təhlil etmək. 
-
 
Gürcüstanın sovetləşmədən sonra Zaqatala vilayətinə olan iddialardan əl 
çəkməsi aktının mahiyyətini açmaq. 
-
 
Zaqatala  kənd  icmalarının  Çiaur  meşəliyi  və  Şirək  düzündəki 
torpaqlarının mübahisə predmetinə çevrilməsi prosesini tədqiq etmək. 
-
 
«Mübahisəli torpaq sahələri» adlanan məsələnin konfliktoloji təsnifatını 
vermək. 
-1918-1920-ci  illərdə  Zaqatala  kəndlilərinin  Çiaur  meşəliyi  və  Şirək 
düzündəki torpaq sahələri ətrafında cərəyan edən prosesləri təhlil etmək. 
-  Regionun  sovetləşməsindən  sonra  Zaqatala  kəndlilərinin  sözügedən 
torpaqlarının itirilməsi mexanizmini açıb göstərmək, 1924-cü ilin oktyabrın 15-17-
də  Tiflisdə  olmuş  konfransın  çıxardığı  qərarların  bu  itkinin  rəsmi  təsbitində 
oynadığı rolu izah etmək. 
-  XX  əsrin  20-ci  illərinin  ikinci  yarısında  Zaqatala  kənd  icmalarının 
Sığnaq qəzası ərazisindən sıxışdırılması mənzərəsini təhlil etmək. 
Hər  bir  tədqiqat  prosesinin  olduqca  mühüm  qnoseoloji  funksiyası 
mövcuddur;  bu,  müəyyən  metodoloji  bazaya  istinadən  yeni  elmi  biliklərin  əldə 
olunmasıdır. Bu mənada son illərdə sosiohumanitar elmlər blokunda tarix elminin 
metodoloji  cəbbəxanasının  intensiv  surətdə  zənginləşməsindən  danışa  bilərik: 
Vətən  tarixşünaslığı  üçün  nisbətən  innovasiya  səciyyəli  tədqiqat  texnikalarının,  o 
cümlədən inteqral-kompleks  əhəmiyyətli elmlərarası (interdissiplinar) yanaşma və 
metodların tətbiqi tarixi-sosial hadisə və prosesləri bir sıra ictimai elmlərin kəsişmə 
fokusunda nəzərdən keçirməyə imkan verir. 
Təqdim  etdiyimiz  əsərdə  ənənəvi  ümumelmi,  məntiqi  və  konkret  tarixi 
(tarixi-genetik,  tarixi-müqayisəli,  tarixi-tipoloji)  metodlarla  yanaşı,  yuxarıda 
vurğulanan yeni elmi yanaşmalara da müəyyən mənada müraciət edilmiş, öyrənilən 
hadisələrin  tarixi,  politoloji,  konfliktoloji,  kulturoloji  planlarda rekonstruksiyasına 
cəhdlər  göstərilmişdir.  Eyni  zamanda,  tədqiqatda  qismən  də  olsa  «intellektual 
tarix»
12
 adlanan və müasir dünya tarix elmində yetərincə möhkəm mövqe qazanmış 
cərəyanın  ideya  və  yanaşmalarına  müraciət  edilmişdir.  Sözügedən  cərəyan  bu  və 
digər  çağın  ən  müxtəlif  təlim  və  nəzəriyyələrinin,  intellektual  mühitinin  əsasında 
duran  «ideya  bloklarını»  öyrənməyə  çağırılmışdır.  Biz  bu  cərəyanın  bəzi  ide-
yalarının ruhunda bəhs etdiyimiz dövrün siyasi  faktorlarının şüurunda hadisələrin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə