ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   58   59   60   61   62   63   64   65   ...   110

133 
 
bu,  bir  sıra hallarda  sadəcə  siyasi-ideoloji  təlimat  olaraq  qalırdı.  Real həyatda  isə 
həmin islahatların gerçəkləşdirilməsi zamanı milli amil, aşağıda görəcəyimiz kimi, 
heç də sonuncu rolu oynamırdı. 
Yuxarıda bəhs etdiyimiz komissiyanın martın 24-də olmuş iclasında yeni 
inzibati  bölgüyə  əsasən  qəzaya  çevrilən  Zaqatala  mahalının  sərhədləri  nəzərdən 
keçirildi.  Orada  qeyd  etdiyimiz  yönəlişlikdən  çıxış  edərək,  sərhədlərin 
müəyyənləşdirilməsi  zamanı  Zaqatala  kənd  icmalarına  məxsus  otlaqların  qəza 
tərkibinə daxil edilməsi haqqında qərar qəbul olundu.
4
 
Üçüncü fəsildən də bəlli olduğu kimi,1921-ci ilin iyul ayının 5-də Tiflisdə 
iki  respublika  arasında  sərhədlərin  ümumi  qaydada  müəyyənləşdirilməsi  məqsədi 
ilə  F.Maxaradze  -N.Nərimanov  sazişi  imzalanmışdı.  Biz  bu  sənədlə  Gürcüstanın 
Zaqatalaya  olan  iddialarından  rəsmən  əl  çəkdiyini  qeyd  etmişdik.  Beş  maddədən 
ibarət  qətnamə  digər  önəmli  razılaşmaları    da    ehtiva    edirdi.    Əvvəla,    Qarayazı  
çölünün    aşağı  hissəsi  Qazax  qəzası  kəndlilərinin  müstəsna  istifadəsində  elan 
olunurdu;  qazaxlıların  sözügedən  torpaqlarının  sərhədlərinin  dəqiqləşdirilməsi, 
həmçinin Eldar düzünün mərzlənməsi xüsusi komissiyaya həvalə edilirdi. 
Ən  nəhayət,  həm  Azərbaycan,  həm  də  gürcü  kəndlilərinin  faktiki 
istifadələrində olan otlaq və yaylaqlardan bundan sonra da maneəsiz istifadə etmək 
hüququ bəyan edilirdi.  Qətnamənin bu (beşinci) maddəsinin əməli surətdə həyata 
keçirilməsi  başlıca  olaraq  Azərbaycanı  təmin  edirdi,  çünki  məhz  Azərbaycan 
kəndlilərinin  əzəli  torpaqları  -  yaylaq  və  otlaqları  çarizmin  inzibati-ərazi  bölgüsü 
nəticəsində, qeyd etdiyimiz kimi, Tiflis quberniyası tərkibinə düşmüşdü. 
Tezliklə  5  iyul  sazişinə  uyğun  olaraq,  Ə.Abbasov  (Azərbaycan)  və 
V.Kandelakinin (Gürcüstan) sədrliyi altında xüsusi qarışıq komissiya yaradıldı. Bu 
komissiya  əsasən  Qarayazı,  Eldar  və  Çatma  düzlərində  Gürcüstan-Azərbaycan 
sərhədinin demarkasiyası ilə məşğul oldu. 
İlk  vaxtlar  komissiyanın  işi  çox  ləng  gedirdi  ki,  bu  da  əsasən  gürcü 
tərəfinin  onun  fəaliyyətinə  könülsüz  münasibəti  ilə  əlaqədar  idi.  Azərbaycan 
Şuraları  Mərkəzi  İcraiyyə  Komitəsinin  Rəyasət  Heyətinin  1921-ci  ilin  sentyabrın 
26-da  olmuş  iclasında  F.Maxaradze  -  N.Nərimanov  sazişi  təsdiq  edildiyi  zaman 
həmin sazişin icrasına Gürcüstanın maneələr törətdiyi xüsusi qeyd olunurdu.
5
 
Yalnız  Azərbaycan  tərəfinin  etirazlarından  sonra  komissiyanın  fəaliyyəti 
əməli nəticələr verməyə başladı. 
Abbasov-Kandelaki  komissiyasının  1921-ci  il  8  noyabr  iclasında  Qazax 
qəzası  ilə  Gürcüstanın  müvafiq  həmsərhəd  qəzaları  arasında  sərhəd  xətti 
məsələsinə  baxıldı.
6
  Əldə  olunmuş  razılığa  əsasən,  Qarayazı  bölgəsi  iki  hissəyə 
ayrılırdı: Yuxarı Qarayazı Gürcüstana, Aşağı Qarayazı isə Azərbaycana aid edilirdi. 
David-Qareci monastır kompleksi rayonunda sərhəd Quzey-Keşiş dağına uzanaraq, 
oradan  sıra  dağlar  ilə  cənub-şərqə  istiqamətlənərək,  monastırın  şimalında  ucaldıl-
mış  qüllədən  keçirdi.  Deməli,  monastır  kompleksi  bütünlükdə  Azərbaycan 
tərkibində təsbit olunurdu. 


134 
 
Komissiyanın  gəldiyi  qənaətlər,  üçüncü  fəsildə  də  qeyd  etdiyimiz  kimi, 
noyabrın  15-də  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsinin  sədri  Muxtar  Hacıyev 
və  Gürcüstan  İnqilab  Komitəsinin  sədri  Budu  Mdivani  arasında  imzalanmış  yeni 
sazişdə  ifadəsini  tapdı
7
.  Əgər  Nərimanov-Maxaradze  razılaşması  ilə,    sadəcə,  
Qarayazıda    Qazax    kəndlilərinin    torpaqlarının  müəyyənləşdirilməsindən  bəhs 
edilirdisə,  bu  saziş  Qarayazını  iki  respublika  arasında  bölürdü.  Orada  sərhədlər 
aşağıdakı  qaydada    göstərilirdi:      «Sərhəd    Qırmızı      körpüdən    başlanır,  şimala 
Torpaq-təpəyə  yönəlir,  düz  xətt  üzrə  gedərək,    Kür  çayını  kəsir,  Qozluq 
meşəsindən  keçməklə  Qarayazı  suvarma  sisteminin  17-ci  arxının  cənub 
qurtaracağına  çatır,  oradan həmin 17-ci arxın qərb tərəfi üzrə şimal istiqamətində 
uzanmaqla,  Şıxlı  kəndinin  sakinlərinin  şumladıqları  bütün  torpaqları  əhatə  edir. 
Daha  sonra  sərhəd  şimala  yönələrək,  şıxlılara  məxsus    Böyük    Kəsik    mülkünü  
əhatə    etməklə    və    Candar  gölünü  ikiyə    bölməklə,    onun  şərq  hissəsini 
Azərbaycanın qərb hissəsini isə Gürcüstanın mülkiyyətində saxlayır, şimala 
 
Kirişli  
dağına  yönələrək,    Keşiş-quzey  dağına  çatır.    Daha  sonra  cənub-şərqə  enərək  və 
Şıxlı-karvan  yolu  aşırımından  keçərək,  böyük  yolu  kəsir,    şimala  doğru  dönür,  
Dibsizin  dağına  qalxaraq,  Aram-dərə  yarğanını  kəsir  və  Qutanı  ötüb  keçərək, 
Qalagir  dağına  çatır.  Oradan  İori  çayına  yönələrək  onun  boyunca  Kəsəmən 
məntəqəsinədək  uzanır,  daha  sonra  isə  dövlət  sərhədi  üzrə  istiqamətlənir». 
Gətirilən  fraqmentdən  göründüyü  kimi,  bu  sənəddə  iki respublika  arasında  sərhəd 
kifayət  qədər  ətraflı  surətdə  verilirdi,  hərçənd  sərhədin  keçdiyi  ərazilərin  dəqiq 
koordinatları göstərilmirdi  ki,  bu da onun çatışmayan cəhəti idi. 
M.Hacıyev-B.Mdivani  sazişinə  əsasən  Eldar  və  Çatma  düzləri  haqqında 
məsələ yenidən qarışıq komissiyanın baxılmasına verilirdi. 
Qeyd  etməliyik  ki, gürcti  tərəfi   15 noyabr sazişi ilə üzərinə götürdüyü 
öhdəlikləri  yerinə  yetirməyə  heç  də  tələsmirdi.    Yeri  gəlmişkən,    iki  respublika 
arasında sərhədlərin müəyyənləşdirilməsinin artıq bu ilk mərhələsində gürcü haki-
miyyətinin  davranışında  əldə  olunmuş  sazişlərin  yalnız  özünə  əlverişli  tərəflərini 
gerçəkləşdirmək və əksinə, sərfəli olmayan məqamların icrasına  müxtəlif yollarla 
əngəllər törətmək meyli hiss olunurdu. Məsələn, qarışıq  komissiyanın  Azərbaycan 
həmsədri   Ə.Abbasov   1922-ci   il in    yanvarında   xarici   işlər komissarlığına   
ünvanladığı    qeydlərində    yazırdı:      «Hərçənd  qarışıq  komissiyanın  qərarı  ilə... 
bəlli rayonlar  Azərbaycana  keçsə  də,  komissiyanın  bu qərarı  Qazax qəza  icraiyyə 
komitəsi tərəfindən həyata keçirilmir və orada indi də vəziyyətə gürcü hakimiyyəti 
nəzarət  edir.  Zəruridir  ki,  Gürcüstan  hökuməti  öz  təmsilçilərini  geri  çağırsın, 
Azərbaycan  hökuməti  isə  ona  keçmiş  rayonların  öz  sərəncamına  götürülməsinə 
dair  və  5  iyul    1921-ci  il  konfransının  Zaqatala  dairəsinə  dair    IV  maddəsinin  
gürcü hökuməti  tərəfindən  həyata  keçirilməsi barədə müvafiq tədbirlər görsün».
8
 
Qarayazı  meşələri  haqqında  məsələ  1921-ci  ilin  dekabrın  18-də  RK(b)P 
MK  Qafqaz  bürosunun  da  iclasında  baxılmışdı.  Orada  qəbul  edilmiş  qətnaməyə 
əsasən,  Azərbaycan  Xalq  Komissarları  Şurası  Qarayazı  meşələrinin  tam  sahibi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə