ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   2   3   4   5   6   7   8   9   10   ...   110

16 
 
refleksiyasını,  dəyərləndirilməsini  və  modelləşdirilməsini  araşdırmağa,  ideyaların 
fəaliyyət göstərdiyi kontekstləri aşkarlamağa səy göstərmişik. Bu səbəbdən həmin 
şüur  faktlarının artikulyasiya  olunduğu mətnlərə  -narrativ  (təhkiyə)  nümunələrinə 
diqqət yetirilmişdir. 
Əsərin mənbə əsasını aşağıdakı arxivlərin sənəd və materialları təşkil edir: 
Azərbaycan  Respublikasının  Dövlət  Arxivinin  (ARDA)  fondları:  27 
(Azərbaycan SSR Xalq Daxili İşlər Komissarları) 28 (Azərbaycan SSR Xalq Xarici 
İşlər Komissarlığı), 30 (Xüsusi Zaqafqaziya Komitəsi), 271 (Azərbaycan SSR Xalq 
Torpaq  Komissarlığı),  379  (Azərbaycan  SSR  MİK),  894  (Azərbaycan  Xalq 
Cümhuriyyəti  Daxili  İşlər  Nazirliyi),  897  (Azərbaycan  Xalq  Cümhuriyyətinin 
Gürcüstandakı  diplomatik  nümayəndəliyi),  970  (Azərbaycan  Xalq  Cümhuriyyəti 
Xarici  İşlər  Nazirliyi),  2502  (Azərbaycan  SSR  Xalq  Torpaq  Komissarlığının  Yer 
quruluşu idarəsi). 
Azərbaycan  Respublikası  Dövlət  Siyasi  Partiyalar  və  İctimai  Hərəkatlar 
Arxivinin (APDSPİHA) 1-ci (Azərbaycan Kommunist Partiyası), 277-ci («Müsavat» 
hökuməti) və Surət fondları.  
Bu  fondlarda  istər  1918-1920-ci  illərdə,  istərsə  də  sovetləşmə  və  ondan 
sonrakı dövrdə Azərbaycanın Gürcüstanla münasibətlərinin çeşidli aspektlərinə, o 
cümlədən etno-ərazi ixtilaflara dair sənədlər, Zaqatala mahalının siyasi durumu ilə 
bağlı materiallar, Zaqatala və Sığnaq qəzaları arasında mövcud mübahisəli  torpaq 
məsələlərinin    həlli    üçün    çağırılmış  çoxsaylı  müşavirələrin,  konfransların, 
komissiyaların fəaliyyətini əks etdirən aktlar və protokollar, Azərbaycan və Cənu-
bi Qafqaz MİK-lərinin çıxardığı qərar və qətnamələr, partiya və sovet orqanlarının 
məsələyə dair münasibətlərindən xəbər verən sənədlər saxlanılır. 
İstifadə    olunmuş    mənbələrin    digər  mühüm    qrupunu  bəhs  etdiyimiz 
dövrdə işıq üzü görmüş dövri mətbuat təşkil edir. İlk növbədə «Azərbaycan» (hər 
iki  dildə,  1919),  «Açıq  söz»  (1916-1917),  «Koммунист»  (rus  dilində,  1920), 
«Бакинский рабочий» (1921), «Заря Востока» (1924), «Наше время» (1919), gürcü 
menşeviklərinin  orqanı  olan  «Борьба»  (1917-1920)  qəzetlərini  qeyd  etmək 
istərdik.  Bu  mətbuat  orqanlarında  araşdırılan  mövzunun  çeşidli  aspektlərinə  dair 
maraqlı  faktlar  saxlanılır.  Ayrı-ayrı  məlumatlar  və  problemlə  bağlı  siyasi-
publisistik  yazılar,  həmçinin  ixtilaf  tərəflərinin  şüurlarında  hadisələrin  inikası 
haqqında müəyyən nəticələrə gəlməyə imkan verir. 
Mövzunun  tədqiqində  müxtəlif  illərdə  işıq  üzü  görmüş  sənəd  və  məqalə 
topluları da mühüm rol oynamışdır. İlk növbədə Azərbaycan Xalq Cümhuriyyətinin 
80 illiyi ilə əlaqədar Prezident H.Əliyevin sərəncamı ilə yaradılmış Dövlət komis-
siyasının  qərarına  əsasən  nəşr  edilmiş  çoxcildli  sənəd  toplularını  qeyd  etmək 
istərdik.
13
  AXC-nin  dövlət  quruculuğu,  xarici  siyasət,  ordu  quruculuğu  və  başqa 
sahələrdə gördüyü işlər həmin toplularda öz əksini tapmışdır. 
AXC-nin  80  illik  yubileyi  ilə  əlaqədar  akademik  C.Quliyevin  redaktəsi 
altında  1998-ci  ildə  daha  bir  sənədlər  külliyyatı  da  işıq  üzü  görmüşdü.
14
  Adı 


17 
 
çəkilən  toplularda  Azərbaycanın  daxili  və  xarici  siyasətinə  dair  olduqca  dəyərli 
sənəd və materiallar  saxlanılır  ki,  tədqiqatımızda  onlardan  kifayət qədər istifadə 
olunmuşdur. 
Azərbaycan  və  Gürcüstanın  1918-ci  ildə  qarşılıqlı  münasibətlərinin 
formalaşması  prosesi  gürcü  hökuməti  tərəfindən  1919-cu  ildə  nəşr  etdirilmiş 
sənədlər toplusunda da əksini tapmışdır.
15
 
Adları  çəkilən  nəşrlərlə  yanaşı,  sovet  dövründə  işıq  üzü  görmüş  bir  sıra 
digər külliyyatlardan da istifadə olunmuşdur.
16
 
Təqdim olunan əsər sözügedən mövzu üzrə Azərbaycan tarixşünaslığında 
ilk addımlardan biri hesab edilə bilər. Tədqiqatda bir çox hallarda faktiki olaraq ilk 
dəfə: 
-  1917-21-ci  illərdə  Zaqatala  məsələsinin  bir  münaqişə  predmeti  kimi 
meydana çıxması şəraiti və inkişafı nəzərdən keçirilmiş və təhlil olunmuşdur. 
-  Zaqatala  əhalisinin  etnosiyasi  identikliyinin  təsbiti  məsələsi  siyasi  və 
sosiomədəni aspektdə araşdırılmışdır. 
-  Gürcü  və  Azərbaycan  ictimai-siyasi  şüurunda  Zaqatala  bölgəsinin 
simvolik önəmi göstərilmişdir. 

Azərbaycan 
və 
Gürcüstan  respublikalarının  qarşılıqlı  siyasi 
münasibətlərinin  müxtəlif  aspektlərinin,    o  cümlədən  ərazi  iddialarının  yoluna 
qoyulması və sərhədlərin təsbitində xarici-siyasi faktorlar şərh edilmişdir. 
1920-ci  il  7  may  Moskva  və  12  iyun  Ağstafa  sazişləri,  bu  sazişlərin 
Zaqatalanın  siyasi-hüquqi  taleyi  ilə  bağlı  hissələri  müqayisəli  surətdə  təhlil 
edilmişdir. 
1921-ci ilin 5 iyul N.Nərimanov - F.Maxaradze və 15 noyabr M.Hacıyev - 
B.Mdivani sazişlərinin Zaqatala mahalının siyasi mənsubiyyəti haqqında məsələnin 
həllində  rolu  göstərilmiş,  Gürcüstan  rəhbərliyinin  bölgədən  rəsmən  imtinasının 
səbəbləri izah edilmişdir. 
-  1917-1921-ci  illərdə  Zaqatala  kəndlilərinin  Çiaur  meşəliyi  və  Şirək 
çölündə  olan  torpaq  sahələrinin  mənsubluğu  ilə  əlaqədar  meydana  çıxmış 
münaqişə  süjeti  tarixi  və  konfliktoloji  rakursda nəzərdən  keçirilmiş, münaqişənin 
mərhələləri müəyyən edilmişdir. 
-  Cənubi  Qafqazın  sovetləşməsindən  sonra  «mübahisəli  torpaq  sahələri» 
məsələsinin  süjet  xətti  elmi  dövriyyəyə  ilk  dəfə  daxil  edilən  çoxsaylı  arxiv 
materialları əsasında tədqiq edilmişdir.  
-1924-cü  ilin  oktyabrında  imzalanmış  sazişlərin  Zaqatala  kəndlilərinin 
Çiaur  meşəliyi  və  Şirək  düzündəki  20000  hektardan  artıq  torpaq  sahələrinin 
taleyində  oynadığı  siyasi-hüquqi  rol  və  doğurduğu  sosial-iqtisadi  nəticələr  təhlil 
edilmişdir. 
XX  əsrin  20-ci  illərinin  ikinci  yarısı  -  30-cu  illərin  əvvəllərində  qeyd 
olunan  torpaq  sahələrinin  Gürcüstan  tərəfindən  mənimsənilməsi  prosesi 
araşdırılmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə