ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   5   6   7   8   9   10   11   12   ...   110

22 
 
Halbuki  F.A.Brokqauz  və  İ.A.Yefronun  ensiklopediyasında  da  qeyd  olunduğu 
kimi, «Zaqatala dairəsi... hərbi-xalq idarəçiliyinin fəaliyyət göstərdiyi və dairə rəisi 
tərəfindən idarə olunan müstəqil inzibati vahidi təmsil edir».
8
 XIX əsrin sonu - XX 
əsrin  əvvəllərində  hər  il  nəşr  edilən  «Qafqaz  təqvimlərində»  də  («Кавказские 
календари»)  Zaqatala  dairəsi  hər  hansı  bir  quberniyanın  tərkibində  deyil,  ayrıca 
ərazi-inzibati vahidi kimi göstərilirdi. 
Məsələ onda idi ki, dairədə «hərbi-xalq idarəçiliyinin» tətbiqi səbəbindən, 
vilayət və quberniya idarələri ilə analogiya üzrə kollegial təsisatlar yox idi. Burada 
onların  funksiyalarını  xeyli  dərəcədə  canişinin  dəftərxanası  və  qismən  də  Tiflis 
quberniyasının  quberniya  müəssisələri  yerinə  yetirirdi.
9
  Yeri  gəlmişkən,  dairənin 
torpaq  məsələlərinə  baxan  təsisat  -torpaq  quruluşu  idarəsi  də  bu  qəbildən  olub, 
Tiflis şəhərində yerləşirdi. 
Dairənin  mülki  işlərinə  dair  məsələlərin  Tiflis  quberniyasının  idarə  və 
müəssisələrinin sərəncamında olması (baxmayaraq ki, dairə özü inzibati cəhətdən 
heç  bir  quberniyaya  daxil  deyildi)  məhz  sonralar,  1918-ci  ildən  etibarən  bölgə 
əhalisi  və  Azərbaycan  hakimiyyət  orqanları  üçün  siyasi  səciyyəli  bir  sıra 
problemlər doğurdu. 
1917-ci ilin fevral inqilabı bütün Rusiyada olduğu kimi Cənubi Qafqazda 
siyasi, hüquqi və inzibati reallıqların yenidən tərtiblənməsi anlamına gəlmişdi: yeni 
inqilabi  hökumət,  ilk  növbədə  hakimiyyət  təşkili  və  strukturlarının  əvvəlki 
formalarının  fəal  surətdə  demontajına  girişmişdi.  Paralel  olaraq  isə,  qabaqcadan 
razılaşdırılmadan,  zəhmətkeşlərin  hakimiyyət  orqanları  -  şuralar  yaranmağa 
başlamışdı. 
Müvəqqəti hökumətin 4 mart 1917-ci il tarixli sərəncamı ilə qubernator və 
onun  müavini  vəzifələri  ləğv  edilmiş  quberniya  və  qəzalarda  komissar  vəzifəsi 
təsis edilmişdi. Bir qədər sonra hökumətin qərarı ilə yerlərdə hakimiyyət orqanları 
- icraiyyə komitələri yaradılmışdı.
10
 
Ölkədə  və regionda  baş  verən hadisələr  Zaqatala  dairəsi  üçün də təsirsiz 
ötüşə bilməzdi: artıq inqilabın ilk günlərində Zaqatala şəhərində icraiyyə komitəsi 
yaradılmış, tezliklə isə kənd nahiyə və dairə icraiyyə komitələri təşkil edilmişdi.
11
 
1917-ci  ildə  dairə  dörd  nahiyəyə  (məntəqəyə):  Car-Muxax,  Balakən, 
Əliabad və Qax və iki rayona (Muxax və Almalı) bölünürdü. İyul-avqust aylarında 
həmin  nahiyə  və  rayonların  bütün  cəmiyyətlərində  (cəmi  31  kənddə)  icraiyyə 
komitələrinə  seçkilər  keçirildi.  Dairədə  seçki  vasitəsi  ilə  həmçinin  dörd  nahiyə 
icraiyyə komitəsi təşkil olunmuşdu.
12
 
1917-ci ilin  sentyabrın  11-də  Zaqatala  şəhər  icraiyyə  komitəsinə  seçkilər 
baş tutdu. Komitəyə 8 üzv seçilmişdi; ora həmçinin Fəhlə və əsgər nümayəndələri 
şurasından  4  nəfər  kooptasiya  olunmuşdu.  Lakin  bu  12  üzvdən  yalnız  ikisi  -
Qardaşov və Qazıyev mahalın müsəlman əhalisini təmsil edirdi.
1 3
 
1917-ci  ilin  may  ayının  25-də  bölgənin  fəal  siyasi  və  ictimai 
xadimlərindən  olan  İslam  bəy  Qəbulov  Azərbaycan  müsəlman  milli  şurasının 


23 
 
xüsusi  tövsiyəsi  ilə  Xüsusi  Zaqafqaziya  Komitəsi  (XZK)  tərəfindən  dairə 
müvəkkili  vəzifəsinə  təyin  olundu.
14
  O  dövrdə  dairənin  komissarı  vəzifəsində 
İsmayıl bəy Şahmalıyev çalışırdı. 
Xüsusi Zaqafqaziya Komitəsi dairənin ali hakimiyyətini formalaşdırarkən   
«mahalda      milli      əmin-amanlığı      qoruyub  saxlamaq»  bəhanəsi  ilə  Qəbulovla 
bərabər  Georqadze  adlı  şəxsi   ikinci   müvəkkil   təyin   etmişdi.
15
   İyunun     14-də  
onu  Sirbiladze  adlı  bir  başqa  gürcü  məmuru  (o,  Sığnaq  qəzasında  hakimiyyət 
orqanlarında çalışmışdı və dairənin yerli sakini deyildi) əvəz etdi. 
Qeyd  etməliyik  ki,  Xüsusi  Zaqafqaziya  Komitəsinin  Zaqatalaya   
münasibətdə      yürütdüyü      kadr      siyasəti      bölgədəki mövcud      etnodemoqrafik   
situasiyaya      kifayət      qədər      qeyri-  adekvat  idi:  mahal  əhalisinin  sadəcə  5%-ni 
təşkil  edən  gürcülər  öz  saylarına  qeyri-proporsional  surətdə  bölgənin  hakimiyyət 
orqanlarında  təmsil  olunmuşdular.  Məsələn,  adı  çəkilən  Sirbiladzedən  əlavə, 
müvəkkil  köməkçisi  vəzifəsində  L.Xutsiyev  çalışırdı.  Zaqatala  şəhər  icraiyyə 
komitəsinə Mosiyev və Aniyev adlı gürcü nümayəndələri daxil idilər. 1917-ci ilin 
yayında  Zaqatalada  müsəlman-xristian  ixtilafının  qarşısını  almaq  üçün  bölgəyə 
ezam olunmuş komissiyanın 3 üzvündən ikisi gürcü idi.
16
 
1917-ci  ildə  mahalın  müsəlman  siyasi-intellektual  elitasının  daxilində 
təfriqə  nəzərə  çarpırdı.  Məsələ  onda  idi  ki,  Qəbulov  vəzifəyə  təyin  olunduğu 
gündən mahalda müxtəlif növ qanunsuzluqlara, xüsusən də ərzaq işlərində mövcud 
sui-istifadə hallarına qarşı  fəal  surətdə mübarizəyə  başlamışdı.  Həmin  vaxtlar dairə 
ərzaq  komitəsinin  başında  isə  bölgənin nüfuzlu  ictimai  xadimlərindən  olan  Aslan 
bəy  Qardaşov  dururdu.  Bu  şəxsin  nüfuzundan  belə  bir  fakt  xəbər  verirdi  ki, 
komissar  İ.Şahmalıyev  məhz  «Qardaşov  partiyasının»  kadrı  hesab  olunurdu. 
Qəbulovun  ərzaq  məsələlərinə  müdaxilə  etməsi  onu  bu  qruplaşma  ilə  üz-üzə 
qoymuşdu.
17
 
Əgər  Qəbulov  əks  tərəfi  ərzaq  bölgüsündə  sui-istifadəyə  yol  verməkdə 
suçlayırdısa,  Qardaşov  onu  öz  vəzifə  səlahiyyətlərindən  kənara  çıxmaqda  və 
hakimiyyət hərisliyində ittiham edirdi. 
Bu  ixtilafdan  bölgəni  Tiflis  quberniyasına  (gələcəkdə  isə  planlaşdırılan 
gürcü  muxtariyyətinə)  birləşdirmək  məqsədi  güdən  qüvvələr  yararlanmağa 
çalışırdılar.  Onlar  Qardaşovun  vasitəsilə  İ.Qəbulovu  tutduğu  vəzifədən 
kənarlaşdırmağa  müvəffəq  oldular:  Xüsusi  Zaqafqaziya  Komitəsinin  sədri 
Xarlamov  1917-ci  ilin  avqustun  27-də  İ.Qəbulovun  vəzifədən  azad  edilməsi  və 
mahalda sadəcə bir müvəkkilin - Sirbiladzenin saxlanılması barədə qərar dərc etdi; 
özü  də  bu  qərar  məhz  Qardaşovun  çoxsaylı  teleqramlarından  sonra  verilmişdi.
18 
Yeri  gəlmişkən,  Qəbulovun  fəaliyyətindən  Zaqatala  dairəsi  Fəhlə  və  əsgər 
deputatları soveti də razı deyildi: bu qurum Qəbulovu millətçilikdə qınayırdı.
19
 
Qəbulovun vəzifədən uzaqlaşdırılmasından sonra yuxarıda qeyd etdiyimiz 
qüvvələr  fəallaşdılar.  Tezliklə,  Şahmalıyevin  istefasından  sonra  boş  qalmış  dairə 
komissarı  vəzifəsinə  (həmin  vəzifəni  müvəqqəti  olaraq  Aslan  bəyin  qardaşı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə