97
yasının təsiri bu cavabda da duyulmaqdadır. Elə həmin formulda yer alan
«Zaqatala quberniyası sakinlərinin tutduğu sahələr» söz birləşməsi də bəhs olunan
məqamdan nəşət edirdi: müəyyən dayanıqlılığı bildirən «malik olmaq» feli əvə-
zinə «tutmaq» felinin işlənilməsi vəziyyətin müvəqqətiliyinə eyham idi. Bununla
gürcü tərəfi demək istəyirdi: həmin torpaqlar (istər Şirəkdə, istərsə də Çiaur
meşəliyində) bir vaxtlar tarixi ədalətsizlik nəticəsində zəbt və qəsb edilmişdir. İndi
isə onların öz əzəli və həqiqi sahiblərinə - gürcülərə qaytarmağın zamanı gəlib
çatmışdır.
Bu, gürcülərin cavabının, təbiri caizsə, aşkar söylənilməyən tarixi
aspektini təşkil edir. Onun hüquqi aspekti isə daha nəzərə çarpacaqdır: gürcülərin
rəyincə, sözügedən torpaq sahələri mülkiyyət obyekti kimi dövlətə məxsusdur və
zaqatalalılar sadəcə onun istifadəçiləri idilər. Müəyyən sərhədlər daxilində (ora
bütünlükdə Sığnaq qəzası da aid edilirdi) əvvəlki dövlətin hüquqi varisliyinə iddia
edən Gürcüstan respublikası, bu məntiqə əsasən, sözügedən torpaqların ali
mülkiyyətçisinə çevrilirdi və bu qisimdə həmin torpaqlardan istədiyi kimi istifadə
edə, yəni onları özgələşdirə, icarəyə verə, sata bilərdi. Bu mövqedə hüquqi-məntiqi
baxımdan qüsurluluq nəzərə çarpır: birincisi, regionda əvvəlki dövlətin - Rusiya
imperiyasının hüquqi varisliyinə və ondan irəli gələn hüquq və təəhhüdlərə
tək
Gürcüstan iddia edə bilməzdi. İkincisi, hətta gürcü məntiqindən çıxış olunsa belə,
Alazanyanı vadinin Gürcüstana ilhaqı zəruriliyi sual altına düşürdü; zira qeyd
etdiyimiz kimi, bir
sıra sənəd və xəritələrdə həmin rayon məhz Zaqatala dairəsinin
tərkibində göstərilirdi.
Gürcü tərəfi, həmçinin əvvəlki çar hökumətinin praktikasında olan bir
məqamı da unudurdu: xəzinənin ixtiyarında olan torpaqlar icarəyə verilərkən,
işlərin faktiki vəziyyəti nəzərə alınırdı.
Gürcülərin bəhs etdiyimiz cavabının sonunda «çıxarmamağa razıdır»
ifadəsinin yer alması da onların vəziyyətə ən azı müvəqqəti hal kimi
baxmalarından bir daha xəbər verirdi. Hadisələrin sonrakı inkişafı da göstərdi ki,
gürcü hökuməti nəinki bu vədinə əməl etmək niyyətində deyil, hətta bundan sonra
mübahisəli sahələri daha qətiyyətlə mənimsəməyi planlaşdırır.
8. «Mübahisəli sahələr» daimi etnososial gərginlik zolağı kimi
(1919-cu ilin sonu 1920-ci ilin əvvəlləri)
Noyabrın 3-də keçirilmiş iclas beynəlxalq komissiyanın işində sonuncu
oldu: komissiya lazımi materialları, xəritələri və planları toplamaq bəhanəsi ilə öz
işinə ara versə də,
128
fəaliyyətini bir daha bərpa etmədi.
1919-cu ilin son aylarında münaqişə ocaqlarında etno-sosial səciyyəli
qarşılıqlı zorakılıq hallarının artımı müşahidə olunurdu ki, bu iki dövlət arasında
diplomatik yazışmada da öz əksini tapırdı.
98
Gürcüstanın xarici siyasət idarəsinin başçısının öz azərbaycanlı həmkarına
noyabrın 10, 14 və 21-də göndərdiyi təliqələrdə qabaqçöllülər mübahisəli ərazidə
torpaq sahələrini ələ keçirməkdə və şumlamaqda, habelə basqınlarda, mal-qara
oğurluqlarında, yerli əhalini qarət etməkdə ittiham olunurdular.
129
Fəqət bu
ittihamları araşdırmaq məqsədi ilə Çiaur məntəqəsinin Sitelqora (Qarakişi-tala)
adlanan sahəsinə baxış keçirən Şimanovski və Dibirov orada yalnız
qabaqçöllülərin çoxillik və müstəsna torpaq istifadəsini müəyyən etmişdilər. Baxış
zamanı o da aydın oldu ki, o çağadək həmin rayondan istifadə etməyən tuşinlər öz
qoyun sürülərini oraya sürüb gətirmişdilər. Qabaqçöllülər əvvəlcə tuşinlərə
otlaqlardan müştərək istifadə etməyi təklif etmiş, yalnız bu təklif rədd edildikdən
sonra tuşinləri ərazidən uzaqlaşdırmışdılar.
130
Gətirilən faktdan bəlli olur ki, qabaqçöllüləri və digər
Zaqatala sakinlərini
zorakılığa məhz Gürcüstan hökumətinin fəal dəstəyinə arxalanan miqrant
gürcülərin mübahisəli sahələri qəsb etmək cəhdləri təhrik edirdi. Bunu diplomatik
sənədlər də təsdiqləyir. Məsələn, noyabrın 19-da Azərbaycanın xarici işlər
nazirinin gürcü həmkarına ünvanladığı təliqədə beynəlxalq komissiyanın məlum
qərarına rəğmən qoyunçu tuşinlərin öz sürülərini Şirək düzünə sürüb gətirmələri və
Azərbaycan təbəəsi olan qoyunçuları oradan çıxarmaları qeyd olunurdu.
131
Gürcüstanın müvafiq qurumunun 20 dekabr 1919-cu il tarixli cavab
təliqəsində məsələnin araşdırılacağı vəd olunurdu və Şirəkdəki şumluq və otlaqlara
zaqatalalıların girişinin maneəsiz olduğu iddia edilirdi, amma istifadəyə görə
yığılıb qalan borca diqqət bir daha cəlb edilirdi.
1 3 2
Lakin verilən vədlər daha çox kağız üzərində qalırdı, tuşinlər isə bu arada
nəinki Şirək düzündə zaqatalalıları sıxışdırır, hətta Zaqatala quberniyasının həmin
düzlə həmsərhəd rayonlarında belə qəsblərə əl atırdılar.
133
Nəzərdən keçirdiyimiz dövrdə Çiaur məntəqəsindo gəlmə gürcülərlə
qabaqçöllülərin qarşıdurması daha kəskin xarakter almışdı.
1919-cu ilin dekabrın 31-də Azərbaycan diplomatik nümayəndəsinin
Gürcüstan Xarici İşlər Nazirliyinə ünvanladığı təliqədə sərhədyanı rayonda
gürcülərin Azərbaycan vətəndaşlarına basqınlarının sistematik xarakter aldığı, bu-
nun da öz növbəsində əks-hücumlar doğurduğu qeyd edilirdi.
134
Gürcülər həmin
günlərdə 25 qabaqçöllünü saxlayaraq, onların arabalarını müsadirə etmişdilər.
Hadisəni araşdırmaqdan ötrü Zaqatala valisinin tapşırığı ilə məmur Şıxlinski gürcü
hakimiyyət orqanları ilə məşvərətə ezam olunmuşdu. Müşavirədə Laqodex
qarnizonunun rəisi kapitan Kupraşvili ona bildirmişdi ki, arabalar gürcü ərazisində
saxlanılmışdır və o, qarnizon rəisi olaraq planda göstərilən sərhədi hərtərəfli nıüdafiə
edəcək.
135
Yeri gəlmişkən, bu şəxsin özbaşına müəyyən etdiyi sərhəd qabaqçöllülərin
şumluq torpaqlarını və Çiaur meşəliyinin müvafiq hissəsini Gürcüstanın tərkibinə
daxil edirdi.
136
İstər Azərbaycanın Xarici İşlər Nazirliyi və onun Tiflisdəki diplomatik
nümayəndəliyinin, istərsə də Zaqatala qubernatorunun bütün bu şikayət və
Dostları ilə paylaş: |