ĠAMĠl rəhmanzadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/110
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35322
1   ...   73   74   75   76   77   78   79   80   ...   110

166 
 
15  oktyabr  protokolunda  ümumi  şəkildə  təsvir  olunan  sərhəd  xəttinin 
müəyyənləşdirilməsi,  Çiaur  meşəliyində  hər  iki  respublikanın  kəndlilərinin 
torpaqlarının  mərzləşdirilməsi  üçün  Cənubi  Qafqaz  MİK  torpaq  komissiyasının 
torpaq  ölçənləri  V.Koçmerjevski  və  V.Çxenkelinin,  habelə  Azərbaycan  və 
Gürcüstan XTK-larının nümayəndələri P.Qrin və Tsxomelidzenin iştirakı ilə xüsusi 
komissiya  təşkil  edildi.  O,  1925-ci  ilin  aprelin  23-dən  mayın  5-dək  üzərinə 
qoyulmuş vəzifələri həyata keçirdi.
112
 
Mərzlənmə nəticəsində 15 oktyabr protokoluna uyğun surətdə sərhəd xətti 
təsbit  edildi.  Bu  xətt  Dərin-qobu  çayı  üzrə  uzanaraq,  onun  Abjit-su  ilə 
qovuşmasınadək  və  oradan  Ulqam-su  çayı  üzrə  (Abjit-su  Dərin-qobu  ilə 
qovuşandan  sonra  belə  adlanırdı)  onun  Alazana  tökülməsinədək  müəyyən  edil-
mişdi.  Sərhəd  xəttinin  sağ tərəfində  torpaqlar  Sığnaq qəzasına,  sol  tərəfində  olan 
torpaqlar  isə  Zaqatala  qəzasına  keçirdi.  Mərzləmədə  iştirak  etmiş  Azərbaycan 
XTK-nın  nümayəndəsi    P.Qrin  onun    nəticələrinə  tənqidi  münasibətini  elə  həmin 
akta  əlavə  edilmiş  ayrıca  rəydə  ifadə  etmişdi:  «Gürcüstan  və  Azərbaycan 
vətəndaşları  arasında  əməkçi  torpaq  istifadəsinin      sərhədlərinin      təsbiti    üzrə  
işlər...   tam   həyata keçirilməmişdir. Zaqatala qəzası vətəndaşlarının Sığnaq qə-
zası hüdudları daxilində qalan talalarının sərhədlərinin müəyyənləşdirilməsi   hələ   
də      qalmaqdadır.      Həmin      sərhədlərin  müəyyən  edilməsi  son  dərəcə  vacibdir, 
çünki  hal-hazırda...  Laqodex  məntəqəsi  və  Qabaqçöl  kəndinin  sakinləri  arasında 
böyük çəkişmələr baş verməkdədir».
113
 
Qrin  Azərbaycan  Xalq  Torpaq  Komissarlığına  1925-cı  ilin  mayın  10-da 
göndərdiyi məruzədə Koçmerjevski-Çxenkeli komissiyasının mərzləmə zamanı yol 
verdiyi  qeyri-dəqiqlikləri  göstərməklə  yanaşı,  Cənubi  Qafqaz  MİK  Rəyasət 
Heyətinin 1925-ci il 30 mart qərarını da ədalətsiz kimi tənqid edirdi: «...Mən hesab 
edirəm  ki,  Kvirias-Sxali  (Dərin-qobu  -  Ş.R-)  çayından  Daşkovo  torpaqlarının 
hüdudu  ilə  Svideba  çayınadək  və  oradan  da  aşağı  Alazan  çayınadək  çəkilən 
sərhədin  zaqatalalılar  tərəfindən  etiraz  edilməsi  tamamilə  ədalətli  və  əsaslıdır, 
çünki həmin tərəfin sol tərəfində yerləşən torpaqlar - istər talalar, istərsə də onlara 
bitişik  meşə  sahələri  yalnız  Zaqatala  qəzası  vətəndaşlarının  müstəsna 
istifadəsindədir.  Yalnız  Sitel-qora (Qarakişi-tala  -  Ş.R.)  talasının müəyyən hissəsi 
kiçik  istisnadır:  o,  bu  mövsüm  Sığnaq  meşəbəyisi  tərəfindən  Telavi  və  Tioneti 
qəzalarının  qoyunçu  gürcülərinə  otarılma  üçün  verilmişdir.  Ona  görə  də  mən 
sərhədin Daşkovo torpaqlarından aşağı Svideba (Çürülü çay - Ş.R.) çayı üzrə onun 
Alazana qovuşmasınadək təsbitini düzgün buluram».
114
 
Yeri  gəlmişkən,  Zaqatala hakimiyyəti  təmsilçiləri  30  mart qərarına  etiraz 
əlaməti  olaraq  komissiyanın  işində  iştirak  etməkdən  imtina  etmişdilər.  Zaqatala 
QİK  sədri  Ş.Balacayev  Azərbaycan  XTK-na  teleqram  vuraraq,  30  mart  qərarına 
yenidən baxılmasını xahiş etmişdi.
115
 
Qabaqçöllülərin 
şikayətinə  baxmaq  üçün  Teymur  Əliyev  və 
Morçiladzenin  sədrliyi  altında  xüsusi  komissiya  təşkil  olundu.  O,  1925-ci  ilin 


167 
 
mayın  6-da  Laqodexdə  toplaşaraq,  qətnamə  qəbul  etdi.
116
  Ona  əsasən, 
qabaqçöllülər  15  oktyabr  protokoluna  uyğun  olaraq  otlaq  və  şumluqlarla  təmin 
olunmalı idilər. Eyni zamanda, Zaqatala QİK-nə Laqodex meşəbəyiliyinin müvafiq 
icazəsi olmadan qabaqçöllülərin meşə qırmalarının qarşısını almaq tapşırılırdı. 
Qətnaməyə T.Əliyevin məruzəsi əlavə edilmişdi.
117
 Orada bütün problem 
Koçmerjevski-Çxenkeli  komissiyası  tərəfindən  sərhəd  müəyyənləşdirilərkən, 
səhvən  Dərin-qobu  və  Qarakişi-tala  rayonlarında  kiçik  sahələrin  Sığnaq  qəzasına 
aid  edilməsi  məsələsinə  müncər  olunurdu.  Yəni  diqqət  qabaqçöllülərin 
narazılıqlarının  köklü  səbəblərinə  deyil,  texniki  komissiyanın  yol  verdiyi  bu  və 
digər  nöqsanlara  yönəldilirdi.  Yeri  gəlmişkən,  ikinci  dərəcəli  məsələləri 
qabartmaqla  problemin  mahiyyətini  arxa  plana  çəkmək  sonrakı  illərdə  toplaşmış 
müxtəlif  komissiya  və  heyətlərin  fəaliyyəti  üçün  də  səciyyəvi  idi.  Halbuki 
qabaqçöllülərin  narazılıqları  ayrı-ayrı  haqsızlıqlara  deyil,  bütünlükdə  əzəli 
torpaqlarının Gürcüstana verilməsinə qarşı yönəlmişdi. 
T.Əliyevin  və  P.Qrinin  məruzələrində  səslənmiş  qənaətlər  Azərbaycan 
xalq torpaq komissarı D.Bünyadzadənin Cənubi Qafqaz MİK torpaq komissiyasına 
1925-ci ilin iyunun 24-də göndərdiyi təliqəsinin əsasında dururdu.
118 
Şirək  məsələsində  olduğu  kimi,  «Çiaur  meşəliyi»  məsələsində  də 
Qabaqçöl  sakinləri    1924-cü  ilin  oktyabr  sazişinin  imzalanmasından  sonra  gürcü 
hakimiyyətinin  və  əhalisinin  sistematik  təzyiq  və  sıxışdırmalarına  məruz  qalırdı. 
Məsələn,  Azərbaycan  meşə  tresti  müdiri  Y.Məlikovun  1925-ci  ilin  sentyabrında 
xalq torpaq komissarlığına göndərdiyi təliqədə qeyd edilirdi ki,  Gürcüstan  meşə 
təsərrüfatı  idarəsi  Sığnaq    qəza  milisinə  zaqatalalıları  Laqodex  rayonundakı 
mübahisəli  sahədə  ağac  qırma  işlərinə  buraxmamaq  haqqında  sərəncam 
vermişdi.
119
  Gürcü  hakimiyyəti,  T.Əliyevin  məruzəsində  də  göstərildiyi  kimi, 
texniki  komissiyanın  səhvən  Dərin-qobu  rayonunda  Ulqam-çayın  öz  məcrasını  
dəyişməsi   ilə  əlaqədar  kiçik  bir  sahənin   Sığnaq qəzasına aid etməsi faktından 
yararlanmağa çalışırdı. 
Məlikovun  təliqəsində  sərhədin  köhnə  məcra  üzrə  keçirilməsi 
qanunauyğunluğu əsaslandırılırdı: birincisi, çayın köhnə və yeni məcraları arasında 
ərazi  müstəsna  azərbaycanlı  əhali  ilə  məskunlaşmışdı.  İkincisi,  hətta  çarizm 
zamanında Zaqatala dairəsinin sərhədi kimi köhnə məcra hesab olunurdu. 
1925-ci  ildən  etibarən  qabaqçöllülərin  Çiaur  meşəliyində  əkinlərinin, 
bostanlarının, otlaqlarının məhv edilməsi, yandırılması sistematik xarakter almışdı. 
Məsələn, 1925-ci ilin iyununda xüsusi komissiya qabaqçöllülərin şikayətlərini araş-
dırmaq  üçün  mübahisə  rayonuna  ezam  olunmuşdu.  Təhqiqat  gedişində  bəlli 
olmuşdu  ki,  Dərin-qobu  məntəqəsində  qabaqçöllülərə  məxsus  bostanların 
korlanması  Sığnaq  qəza  icraiyyə  komitəsinin  sədrinin  müavini  Bayduşvili  və 
Laqodex  rayonu  torpaq    ölçəni      Maryaxinin    birbaşa    əmri    ilə    baş    vermişdi. 
Həmçinin  qabaqçöllülərin  Beşkən nahiyəsində,  Çürülü-tala məntəqəsində 1,5  des. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə