Ampicillin



Yüklə 21,92 Kb.
Pdf görüntüsü
tarix23.11.2017
ölçüsü21,92 Kb.
#11961


                      Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün) 

AMPİSİLLİN inyeksiya məhlulu hazırlamaq üçün toz  

AMPICILLIN   

 

Beynəlxalq patentləşdirilməmiş adı: Ampicillin  

 

Tərkibi 

Təsiredici maddə: 1 flakonun içərisində 1q ampisillin (natrium duzu şəklində) vardır. 

 

Farmakoterapevtik qrupu 

Antimikrob dərman vasitəsi. Yarımsintetik penisillin. 



ATC code: J01CA01 

Farmakoloji xüsusiyyətləri 

Geniş təsir spektrinə malik olan yanmsintetik penisillindir. Bakteriyaların hüceyrə 

divarınm 

sintezini tormozlayaraq bakterisid təsir göstərir. 

-

 

aerob qrammüsbət bakteriyalar: Staphylococcus spp. (penisillinaza yaradan ştamlardan 



başqa), Streptococcus spp., Enterococcus spp., Listeria monocytogenes; 

-

 



aerob  qrammənfı  bakteriyalar:  Neisseria  gonorrhoeae,  Neisseria  meningitidıs, 

Escherichia  coli,  Shigella  spp.,  Salmonella  spp.,  Bordetella  pertussis,  Haemophilus 

influenzae-nin bəzi ştammlanna qarşı aktivdir. 

Ampisillin penisillinazamn təsiri altında parçalanır. 



İstifadəsinə göstərişlər 

-

 



infeksiyalann ağır şəkildə keçməsi (sepsis, endokardit, pnevmoniya, doğuşdan sonrakı 

infeksiya  və  s.),  xüsusilə  yenidoğulmuşlarda  və  vaxtından  əvvəl  doğulmuş  uşaqlarda 

(dölyanı  mayenin  yoluxması,  yeni  doğulmuş  uşağın  tənəffus  pozğunluğu  zamanı 

tənəffusün bərpası üçün, aspirasion pnevmoniyanın əmələ gəlmə təhlükəsi və s.); 

-

 

ağciyər, tənəfflis yollarının infeksiyaları; 



-

 

zökəm, xolangit, xolesistit; 



-

 

böyrək, o cümlədən pielit; dəri infeksiyaları; 



-

 

yoluxmuş yamq və yaralar; 



-

 

əməliyyatdan sonrakı infeksion ağırlaşmalann profilaktikası; 



-

 

uşaqlarda infeksiyalann profılaktikası və müalicəsi; süzənək (benzilpenisillinə qarşı 



rezistentlik olduqda) 

 

Əks göstərişlər 

-

 

infeksion mononukleoz, 



-

 

limfoleykoz, 



-

 

ampisillinə və digər penisillinlərə qarşı ytiksək həssaslıq, 



-

 

qaraciyər funksiyalannm pozğunluğu, 



-

 

anamnezdə mədə-bağırsaq traktımn xəstəlikləri (xüsusilə antibiotiklərin qəbulu ilə 



əlaqədar olan kolit), 

1 aylığa qədər uşaqlar. 



Xüsusi göstərişlər 

Böyrək funksiyasının pozğunluğu (C1 kreatinindən asılı olaraq doza rejiminə düzəliş 

edilir), bronxial astma, ot qızdırması və digər allergik xəstəliklər zamanı 

(desensibilizasiya edən vasitələrlə eyni zamanda təyin olunması tövsiyyə edilir) 

ehtiyatlı olmaq lazımdır. Müalicə böyrək və qaraciyər funksiyalarma, periferik qanın 

mənzərəsinə nəzarət altmda keçirilməlidir. 




Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Ampisillinin  digər  bakterisid  antibiotiklərlə  (o  cümlədən  aminoqlikozidlər, 

sefalosporinlər,  sikloserin,  vankomisin,  rifampisinlə)  birlikdə  istifadəsi  zamanı 

sinergizm;  bakteriostatik  antibiotiklərlə  (o  cümlədən  makrolidlər,  xloramfenikol, 

linkozamidlər, tetrasiklinlər, sulfanilamidlərlə) - antaqonizm özünü göstərir. 

Ampisillin bağırsaq mikroflorasım yatıraraq anti-koaqulyantlann təsirini gücləndirir, 

vitamin K sintezini və protrombin indeksini azaldır. 

Ampisillin metabolizm proseslərində PABT əmələ gələn dərman vasitələrinin təsirini 

azaldır. 

Probenesid, diuretiklər, allopurinol, fenilbutazon, QSİƏP ampisillinin kanalcıq 

sekresiyasım 

azaldır, nəticədə onun qan plazmasında qatılığının çojjalması müşahidə olıına bilər 

Antasidlər, qlükozamin, işlədici dərman vasitələri, £iminoqlikozidlər ampisillinin 

absorbsiyasım 

ləngidir və azaldır, askorbin turşusu isə çoxaldır. 

Ampisillin daxilə qəbul üçün olan kontraseptivlərin effektivliyini azaldır. 

Digər dərman vasitələri ilə bir şprisdə qarışdırmaq olmaz. 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik  dövründə  istifadəsi  həkim  təyinatı  əsasmda  mümkündür.  Ampisillin  ana 

südünə az nüfuz edir. Laktasiya dövründə istifadə edilməsi üçün zərurət yaranarsa ana 

südü ilə qidalandırma dayandınlmalıdır. 



Istifadə qaydası və dozası 

Doza müalicənin ağırlığmdan, infeksiyanın lokallaşmasından və törədicinin 

həssaslığından asılı olaraq fərdi təyin olunur. 

Böyüklər üçün əzələdaxili və venadaxili inyeksiya üçün birdəfəlik doza hər 4-5 saatdan 

bir 250- 500 mq təşkil edir. Uşaqlar üçün birdəfəlik doza bədən kütləsinin hər kq-na 

25-50  mq  təşkil  edir.  Müalicənin  davamı  infeksiyanın  lokallaşması  və  xəstəliyin 

gedişinin  xüsusiyyətlərindən  asılıdır.  Venadaxili  və  əzələdaxili  inyeksiya  üçün 

maksimal gündəlik doza 14 q təşkil edir. 



Əlavə təsirləri 

Ürək-damar və qan sistemi (qanyaranma, hemostaz): leykopeniya, neytropeniya, 

anemıya. Mədə-bağırsaq traktı: ürəkbulanma, qusma, diareya, disbakterioz, dadın 

dəyişməsi, psevdomembranoz enterokolit. 

Allergik reaksiyalar: dəri səpgisi, övrə, Kvinke ödemi, rinit, konyunktivit, qızdırma, 

nadir hallarda - anafilaktik şok. 



Digər: artralgiya, eozinofiliya, superinfeksiya, əzələ daxilinə inyeksiya yerindəki ağrı, 

flebit və periflebit (vena daxilinə yeridilməsi zamam). 

 

Doza həddinin aşılması 

Preparatm doza həddinin aşılması barədə heç bir məlumat yoxdur. 



 

Buraxılış forması 

İnyeksiya məhlulunu hazırlamaq üçün toz flakonda №1, №50, içlik vərəqə ilə birlikdə 

karton qutuda. 

Saxlanma şəraiti 

25°C-dən yuxan olmayan temperaturda, uşaqların əli çatmayan, quru yerdə 

saxlanılmalıdır. 

 



Yararlılıq müddəti 

3il 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

Aptekdən buraxılma şərti 

 Resept əsasında buraxılır. 

 

İstehsalçı 

"TROGE Medical GmbH", Almaniya.  

"Reyong Pharmaceutical Co.,Ltd", Çin 



Yüklə 21,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə