Amrahbankda risklərin idarə edilməsi sistemləri



Yüklə 171,22 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü171,22 Kb.
#68230


AMRAHBANK ASC-də risklərin idarə edilməsi sistemi 

  

Bankda  risklərinin  idarə  olunması  sistemi  bankın  risklərin  idarə  olunması 



prosesinin təşkilinə, və ilk növbədə bütün mühüm risklərin müəyyən edilməsi, onların 

qiymətləndirilməsinin  metod  və  prosedurlarının  işlənib  hazırlanması,  aşağı  salınması 

(qarşısının  alınması)  və  monitorinqinə  münasibətdə  kompleks  və  vahid  yanaşmaya 

əsaslanır.  

Risklərin  idarə  edilməsi  siyasətinin  düzgün  müəyyən  olunması,  idarə  edilməsi  və 

ona  nəzarət  müvafiq  olaraq,  idarəetmə  orqanları  olan  Müşahidə  Şurası,  İdarə  Heyəti  və 

Komitələr tərəfindən həyata keçirilir. 

Müşahidə  Şurası  Bankın  fəaliyyəti  nəticəsində  üzləşdiyi  bütün  risklərin  münasib 

səviyyələrini müəyyən edir, risklərin düzgün müəyyənləşdirən, qiymətləndirən və onlara 

nəzarəti  təmin  edən  risklərin  idarə  edilməsi  sisteminin  yaradılmasını  təmin  edir.  Bu 

məqsədlə,  Müşahidə  Şurası  tərəfindən  Bankın  fəaliyyətində  mövcud  olan  risklərin 

düzgün idarə edilməsini həyata keçirən komitələr yaradılmışdır. 

Müşahidə Şurası özü və formalaşdırmış olduğu komitələr vasitəsi ilə risklərin idarə 

edilməsi  siyasətini, standartlarını, proseduralarını, limitləri,  riskli  sahələr  üzrə  qərarların 

qəbul    olunması  mexanizmlərini,  riskli  sahələrdə  çalışanların  məsul  şəxslərin  səlahiyyət 

və vəzifələrini müəyyənləşdirir. 

Gündəlik  risklərin  idarə  edilməsi  üçün  isə  tam  məsuliyyəti  İdarə  Heyəti  və  onun 

tabeçiliyində olan funksional struktur bölmələri daşıyır.  

Risk  limitlərinə  cari  nəzarət,  habelə  riskin  təhlili  Risklərin  idarə  edilməsi 

Departamenti  tərəfindən  həyata  keçirilir  və  o, birbaşa  İdarə  Heyətinə  və  Risklərin  idarə 

edilməsi  komitəsinə  bu  barədə  hesabat  verir.  Bu  Departament  riskli  sahələrin  müəyyən 

olunması,  qiymətləndirilməsi,  idarə  edilməsinə  nəzarətin  metodologiyasını,  digər  

struktur bölmələri ilə birlikdə risk xəritələrini, stress testləri və ssenariləri  hazırlayır və 

İdarə Heyəti ilə razılaşdırdıqdan sonra Risklərin İdarə Edilməsi Komitəsinə təqdim edir. 

Bankda  risklərin  idarə  edilməsi  üzrə  qərarqəbuletmə  sistemi  aşağıdakı  kimi 

bölünmüşdür: 

Risklərin  idarə  edilməsi,  bütün  növ  üzrə  risklər,  global  limitlər  –  Risklərin  idarə 

edilməsi Komitəsi, 

 Bazar,  faiz,  likvidlik,  valyuta  riskləri  –Aktiv  və  Passivlərin  idarə  edilməsi 

Komitəsi,  

Kredit, ölkə, ödəməmə, kredit portfeli üzrə cəmlənmə riskləri –Kredit Komitəsi, 

Əməliyyat,    hüquqi  risklər  üzrə  –  İdarə  Heyəti,  strateji  və  təşkilati  risklər  – 

Müşahidə Şurası 

Bankda  risklərin  idarə  edilməsi  üzrə  qəbul  edilmiş  qərarların  yerinə  yetirilməsi 

üzrə məsuldur: 

-Bazar, faiz, likvidlik, valyuta riskləri – Xəzinədarlıq Departamenti; 




-Kredit,  ölkə,  ödəməmə,  kredit  portfeli  üzrə  cəmlənmə  riskləri  –  Kredit 

Departamenti; 

-Əməliyyat riskləri – bankın bütün struktur bölmələri; 

-Hüquqi risklər –Hüquq departamenti; 

-İmic riskləri-Biznesin inkişafı departamenti  

-Strateji – İdarə Heyəti 

-Risklərə  nəzarət,  onların  ölçülməsi  və  qiymətləndirilməsi  üzrə  gündəlik 

məsuliyyət, digər struktur bölmələrinə kömək və risklərə nəzarət funksiyaları – Risklərin 

İdarə Edilməsi Departamenti. 

 

Risklərin idarə edilməsi işinin təşkili  

Risklərin  idarə  edilməsi  işinin  təşkili  Azərbaycan  Mərkəzi  Bankının  korporativ 

idarəetmə standartlarına əsasən aşağıdakı kimi müəyyən olunur:  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Bankda bütün strukturlar və işçilər risklərin idarə edilməsi prosesində  iştirak 

edirlər. 

Strukturların  risklərin  idarə  edilməsindəki  rolu,  hüquq  və  vəzifələri  onların 

əsasnamələrində,  işçilərin  vəzifələri  isə  onların  vəzifə  təlimatlarında  aydın 

göstərilir.  

 

Funksional  struktur  bölmələri  öz  əsasnamələrində  və  risk  xəritəsində 



göstərilmiş vəzifələri  yerinə yetirirlər. 

 

Bankın  işçilərinin  bu  Siyasətin  yerinə  yetirilməsi  üzrə  vəzifələri 



aşağıdakılardan ibarətdir: 

N

ə

zar

ə

t

 

Hesabatverm



ə

 

 

Ə



laq

ə

l

ə

ndirm

ə

 

 

Səhmdarların Ümumi Yığıncağı  



Müşahidə Şurası  

İdarə heyəti  

Audit Komitəsi  

 

Risk Kom

 

Kred.Kom

 

APİK

 

IT Kom

 

Risk dept 



Departament və 

filiallar  

 

Şöbələr  



Daxili audit dept 

 

İH üzü 

 

İH üzvü 

 

İH üzvü 

 

İH üvzü 

 



a.

 

risklərin idarə edilməsi  qaydalarına uyğun hərəkət etmək  



b.

 

risklərlə bağlı AMB-nin qaydaları və daxili qaydalara əməl etmək  



c.

 

yeni  risk  növləri  və  riskdə  dəyişikliklər  haqqında  birbaşa  rəhbərinə  hesabat 



vermək  

d.

 



risklər üzrə zəruri təlim proqramlarında iştirak etmək  

e.

 



cavabdeh olduqları işləri vaxtında və keyfiyyətlə həyata keçirmək  

Risklərin  idarə  edilməsi    departamenti  mütəmadi  əsasda  işçilərə  risklərin  idarə 

edilməsi üzrə təlimlər keçirilir.  

1.

 

Səlahiyyət bölgüsü və limitlər 

Bankda risklərin idarə edilməsi üzrə səlahiyyətlər və limitlər bu siyasət əsasında 

Müşahidə Şurası tərəfindən müəyyən olunur. Bununla belə qeyd edilməlidir ki, 

Müşahidə Şurası  tərəfindən verilmiş səlahiyyətlər və limitlər daxilində İdarə 

Heyəti icra orqanları üzrə səlahiyyət və limitləri müəyyən edir.  

Bankda minimum aşağıdakı limitlər tətbiq olunur: 

a.

 

Kapital adekvatlığı norması 



b.

 

Cəlb olunmuş vəsaitlərin kapitala nisbəti (leverage) limiti  



c.

 

Bankın ümumi aktivləri və  öhdəlikləri üzrə qlobal limitlər 



d.

 

Qlobal limit çərçivəsində kredit portfeli üzrə - ölkə, sahə, müştəri qurupu, 



valyuta, region, müddət və kreditin növü üzrə limitlər 

e.

 



Qlobal limit çərçivəsində qiymətli kağızlara investisiya portfeli üzrə - dəyəri 

stabil və dəyişkən alətlərə, emitentlərin strukturu, sahəsi və qiymətli 

kağızların növləri üzrə limitlər 

f.

 



Qlobal limit çərçivəsində banklara verilən ssuda və avanslar üzrə - ölkə, 

bank, məhsulun növü üzrə limitlər 

g.

 

Qlobal limit çərçivəsində banklardan və digər maliyyə institutlarından cəlb 



edilmiş vəsaitlər üzrə- cəlbetmə mənbəyi, ölkə, valyutası, faiz forması 

(dəyişkən və sabit), müddəti üzrə limitlər 

h.

 

Qlobal limit çərçivəsində müştərilərdən cəlb edilmiş vəsaitlər-ölkə, müştəri 



qurupu (korporativ və fərdi), sahə,  valyutanın növü, müddəti, məhsulun 

çeşidi üzrə  

i.

 

Bazar riskləri (kapital, valyuta, faiz və əmtəə-mal riskləri) üzrə- risklərə açıq 



siyasəti yetirildiyi halda riskə məruz qalma limitləri 

j.

 



Əməliyyat  riskləri üzrə maksimum kapital ehtiyatı limitləri 

k.

 



Uzun, cari və ani likvidlik üzrə limitlər 

l.

 



Ayrı-ayrı valyutalar, habelə məcmu valyuta mövqeyi üzrə limitlər 

m.

 



Qərar qəbuletmə üzrə limitlər 

n.

 



Əməliyyatların təsdiqnaməsi üzrə limitlər 


o.

 

Azərbaycan mərkəzi Bankının müəyyən etdiyi bütün digər limitlər 



çərçivəsində investisiyalar və riskli əməliyyatlar üzrə limitlər 

İdarə Heyəti səlahiyyət  bölgüsü və limitlərin müəyyən olunması zamanı mövcud 

siaysətlərə riayət etməklə, an azı aşağıdakı prinsipləri qoruyur. 

a.

 



Nəzarət sistemlərinin adekvatlılığını 

b.

 



İşçilərin səriştəliliyini 

c.

 



Rəqabəti  

d.

 



Daxili prosesləri 

e.

 



Bankın ölçüsünü 

f.

 



Proseslərin avtomatlaşdırılması səviyyəsini 

g.

 



Proseslərin səmərəliliyini 

h.

 



Risklərin minimallaşdırılmasını 

Aşağıdakı məsələlər üzrə qərarların qəbul olunması Müşahidə Şurasının  

müstəsna səlahiyyətindədir: 

a.

 



Bankın strateji planının və daxili reqlamentinin (siyasət, qayda, təlimatlar) 

qəbulu, onlara əlavə və dəyişiklərin edilməsi 

b.

 

İdarə Heyəti və bankdaxili komitələrin səlahiyyətlərinin və limitlərinin 



müəyyən olunması 

c.

 



Bankın aktiv və öhdəlikləri üzrə qlobal limitlərinin müəyyən olunması 

d.

 



Bankın öhdəliklərinin kapitala nisbəti, cəlbolunmalarının mənbəyi, strukturu 

və onlar üzrə limitlərin və qərarqəbuletmə səlahiyyətlərinin müəyyən olunması  

e.

 

Kredit portfelinin strukturu, onun sahə, məhsul növləri limitlərin və 



qərarqəbuletmə səlahiyyətlərinin müəyyən olunması  

f.

 



Büdcə xərcləri üzrə qərarqəbuletmə səlahiyyətlərinin müəyyən olunması 

g.

 



Bank qanunvericiliyi ilə verilmiş, Bankın Nizamnəsində göstərilmiş və AMB-

nin normativ-hüquqi sənədlərində, habelə bankın  ayrı-ayrı sahələr üzrə 

siyasətlərində təsbit olunmuş digər səlahiyyətlər.  

 

Risklərin idarə edilməsi sisteminin komponentləri 

Risklərin idarə edilməsi sistemi aşağıdakı komponentlərdən ibarətdir:  

a.

 



Ayrı-ayrı risklərin idarə edilməsi  üzrə siyasətin müəyyən olunması və tətbiqi 

b.

 



Hər bir risk üzrə risk xəritəsinin hazırlanması  və tətbiqi 

c.

 



Risklərin ölçülməsi alətlərinin müəyyən olunması və tətbiqi 

d.

 



Səmərəli səlahiyyət bölgüsü sisteminin yaradılması və tətbiqi 

e.

 



Limitlər sisteminin yaradılması və tətbiqi 


f.

 

Riskə gündəlik nəzarət sisteminin yaradılması və tətbiqi 



g.

 

Risklər üzrə hesabatlılıq sisteminin yaradılması 



h.

 

Bankın tam və ya qismən nəzarət edə bilmədiyi risklər üzrə fövqaladə hallar 



planının hazırlanması və onun tətbiqi 

 

 



Bankda ayrı-ayrı risklərin idarə edilməsi sistemi 

 

Bazar riskləri 

1)  Bankın  bazar  risklərinin  idarə  olunması  vahid  metodologiya  ilə  tənzimlənir  və 

beynəlxalq  standartlar,  Bazel  komitəsinin  tövsiyələri  və  beynəlxalq  təcrübəyə 

əsaslanır; 

2)  Bank  maliyyə  bazarında  əməliyyatları  apararkən  idarəçilik  və  qərarların 

qəbulunun bütün səviyyələri üzrə mümkün bazar risklərini müəyyən edir

3) risklərin qiymətləndirilməsindəki dövrülük qəbul edilmiş metodikalar, prosedurlar 

və Bankın kollegial idarəetmə orqanının qərarlarına əsasən müəyyən olunur. 

4)  Ayrı-ayrı  bazar  alətlərinə  münasibətdə  limitlərin  müəyyən  edilməsi,  əməliyyat 

riskinin  qiymətləndirilməsi  və  ona  nəzarət,  əməliyyatın  xüsusiyyətlərindən  asılı 

olmayaraq, vahid standartlara riayət etməklə aparılır. 

 

Bazar  risklərinin  idarə  olunması  zamanı  aşağıdakı  limit  və  məhdudiyyətlərin  əsas 



növləri: 

– kontragentlər üzrə limitlər

– emitentlər üzrə limitlər; 

– portfellər üzrə struktur limitləri; 

– açıq valyuta mövqeyi üzrə limitlər; 

– müddətlər üzrə aktiv və passivlərin kəsiri üzrə limitlər; 

– müddətlər üzrə yerləşdirmənin minimum və cəlb etmənin 

maksimum tarifləri; 

– minimum əməliyyat marjası; 

– itkilər üzrə limitlər;  

– marjalı ticarət üzrə məhdudiyyətlər; 

 



müxtəlif valyutalı diskontlar. 

 

Faiz riskinin əsas mənbələri sırasına aşağıda qeyd olunanlar daxil edilir. 



–  sabit0  faiz  dərəcəsi  olan  alətlər  üzrə  aktivlərin,  passivlərin  və 

balansdankənar tələb və öhdəliklərin ödənilməsi müddətlərinin üst-üstə 

düşməməsi; 

–  dəyişən  faiz  dərəcəsi  olan  alətlər  üzrə  aktivlərin,  passivlərin  və 

balansdankənar tələb və öhdəliklərin ödənilməsi müddətlərinin üst-üstə 

düşməməsi (faiz dərəcəsinin dəyişdirilməsi riski); 

– qəti müəyyən edilmiş faiz dərəcəsi olan maliyyə alətləri üçün, ödəniş 

müddətləri üst-üstə düşdükdə — Bank tərəfindən yerləşdirilən və cəlb 




olunan resurslar üzrə faiz dərəcələrinin dəyişməsi dərəcəsinin üst-üstə 

düşməməsi;  dəyişən  faiz  dərəcəsi  olan  maliyyə  alətləri  üçün,  həmin 

faiz dərəcəsi eyni dövrlər üzrə dəyişdikdə – faiz dərəcələrinin dəyişmə 

həcminin üst-üstə düşməməsi (baza riski); 

Faiz  riskinin  operativ  idarə  olunmasını  Xəzinədarlıq  GAP-analiz,  əməliyyat 

marjasının  cari  səviyyəsinə  istinadən  Bankın  kollegial  idarəetmə  orqanı  və  ya 

səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş qərarlara əsasən aparır. 

Faiz risklərinin idarə olunmasının obyektləri 

– təklif edilən məhsullar üzrə faiz dərəcələri; 

– əməliyyat marjası. 

Faiz riskinin idarə olunması və nəzarətdə saxlanılması məqsədi ilə aşağıdakılardan 

istifadə olunur: 

– müddətlər üzrə yerləşdirmənin minimum və cəlb etmənin maksimum 

dərəcələri, minimum əməliyyat marjasının müəyyən olunması; 

–  aktiv  və  passiv  əməliyyatlar  üzrə  dərəcələrin  müəyyən  edilmiş 

məhdudiyyətlərə cavab verməsinə nəzarət; 

– əməliyyat marjasının monitorinq. 

Valyuta riskinin təhlili və qiymətləndirilməsi üçün aşağıdakılardan istifadə edilir: 

– valyuta məzənnələrinin dəyişkənliyi, valyuta məzənnələri arasında 

asılılıq , valyutaların sərbəst konvertasiyası (likvidliyi); 

- stress-testlər, ssenari təhlili və həssaslıq təhlili; 

– Xarici amillərin təsirinin kəmiyyət qiymətləndirilməsi (valyuta 

bazarında tendensiyaların təhlili və s.) 

Valyuta riskinin məhdudlaşdırılması məqsədi ilə aşağıdakılardan istifadə olunur: 

 

– valyuta riski üzrə mövqeyin həcmi; 



– ayrıca valyuta üzrə açıq mövqeyin həcmi; 

– açıq mövqelərin müddəti; 

– mövqeyin şərtsiz bağlanmasının minimal qiyməti; 

Açıq  valyuta  mövqeyinin  artım  tempinin  operativ  idarə  olunmasını  Xəzinədarlıq 

Bankın kollegial idarəetmə orqanı və ya səlahiyyətli vəzifəli şəxsi tərəfindən təsdiq 

edilmiş limitlərə istinadən həyata keçirir. 

 

 

      Likvidlik riskləri 



Likvidlik  risklərinin  idarə  edilməsi  Bankın  Xəzinədarlıq  departamenti  tərəfindən 

Bankın  ayrıca  normativ  sənədlərində  təsbit  edilmiş  parametrlərə  uyğun  olaraq 

aparılır. 

Likvidlik riskinin idarə olunmasının əsas prinsipləri: 

1)  Bankın  ödəniş  qabiliyyətini  təmin  etməkdən  ötrü  likvid  aktivlərin  məqbul 

həcmdə saxlanılması; 

2) Mərkəzi Bankın müəyyən etdiyi tələblərə uyğun olaraq likvidlik normalarına 

riayət; 


3)  müvafiq  müddətli  resursların  mövcudluğu  halında  aktiv  əməliyyatların 

maliyyələşdirilməsi; 




4)  fors-major  halları  üçün  Bankın  maliyyə  sabitliyini  təmin  etmək  məqsədi  ilə, 

likvid aktivlər formasında ehtiyatlar yaradılır. 

 

 

Kredit riskləri 



Bankda risklərinin idarə olunması sitemi bankın kredit siyasəti və bankın 

kredit  siyasətini  müəyyən  edən  digər  əsas  sənədlərə  əsasən  aparılır.  Həmin 

sənədlər  təsdiq  olunur,  mütəmadi  olaraq  Bankın  İdarə  heyəti  tərəfindən  onlara 

yenidən baxılır və deyilən dəyişikliklər Bankın Müşahidə Şurası tərəfindən təsdiq 

edilir; 

Kredit  risklərinin  müəyyən  edilməsi  və  idarə  olunması  kredit  riskini 

daşıyan bütün məhsul və əməliyyatlara münasibətdə aparılır; 

Kreditlərin  təqdim  olunması  qəti  olaraq  müəyyən  edilmiş  meyarlara 

istinadən həyata keçirilir; 

Kredit limitləri borc alanlar və kontragentlər, əlaqəli borc alanlar səviyyəsi 

üzrə  müəyyən  olunur  və  həm  balans,  həm  də  balansdankənar  əməliyyatlar  üzrə 

müxtəlif risk növlərini əhatə edir; 

Yeni  kreditlərin  verilməsinin,  habelə  mövcud  kreditlərin  şərtlərinin  və 

təkrar  maliyyələşdirilməsinin  təsdiqinə  dair  qəti  olaraq  müəyyən  edilmiş  proses 

tətbiq olunur; 

Portfel  və  kontragentlərə  münasibətdə  cari  monitorinq  sistemi  və  kredit 

risklərinə nəzarətdən istifadə olunur; 

Kreditlərin  vəziyyətinin  monitorinqi  aparılır,  o  cümlədən  onlar  üzrə 

yaradılmış ehtiyatların kifayət səviyyədə olması yoxlanılır; 

Kredit portfelinin tərkib hissələri və keyfiyyətinin monitorinqi aparılır; 

Bankın  kredit  risklərinin  idarə  olunması  üçün  istifadə  edilən  proseslərin 

müstəqil cari qiymətləndirilməsi aparılır; 

Kredit  işinin  təşkili  və  qəbul  edilə  bilən  risklərin  artımı  prudensial 

standartlar, normativlər və daxili limitlərə cavab verir; 

 

 

Kredit  risklərinin  idarə  olunması  sistemi  Bankda  risklərin  idarə  olunması 



sisteminin  vahid  hissəsini  təşkil  edir  və  aşağıda  qeyd  edilən  kredit  biznes-

proseslərinin tərkib hissələrindən ibarət olur: 

1)  konkret kredit məhsulları/sövdələşmələr üzrə kredit riskinin təhlili və 

qiymətləndirilməsi; 

2)  kredit  məhsulunun  təqdim  olunması/kredit  sövdələşməsinin  həyata 

keçirilməsi barəsində qərarların qəbul olunması; 

3)  borclar üzrə mümkün itkilər üçün ehtiyatların yaradılması; 

5)  kredit məhsullarının təminatı; 

6)  kredit məhsulunun verilməsi, monitorinqi və müşahidəsi üzrə ilkin və 

sonrakı nəzarət; 

 



Kredit  riskini  daşıyan  kreditlərin  və  digər  məhsulların  verilməsi  və 

verilməsi  şərtlərinin  dəyişdirilməsi  barəsində  qərarların  qəbul  olunması  qaydası, 

Bankın kollegial idarəetmə orqanlarının səlahiyyətləri və kreditlər üzrə qərarların 

qəbul  olunması  ilə  əlaqədar  səlahiyyət  bölgüsü  məsələsi  Bankın  ayrıca  daxili 

sənədləri ilə müəyyən olunur. 

 

Kredit  risklərinin  səviyyəsinin  aşağı  salınmasına  yönəlmiş  mümkün 



tədbirlər: 

kredit  portfelinin  strukturunun  dəyişdirilməsi,  o  cümlədən  də 



yüksək  riskli  kreditlərin  verilməsindən  imtina  və  yüksək  etibarlı  borc  alanlara 

verilmiş borclər hesabına kredit portfelinin formalaşdırılması vasitəsi ilə; 

əlavə  təminatın  rəsmiləşdirilməsi,  potensial  problemli  kreditlər 



üzrə  vəsaitlərin  ayrılmasının  dayandırılması,  ayrı-ayrı  borc  alanların  fəaliyyəti 

üzərində nəzarətə dair əlavə tədbirlərin işlənib hazırlanması; 

-  Bankın  kollegial  idarəetmə  orqanları  və  İdarə  Heyətinə  kredit  riskinin 

səviyyəsinin  artması  barəsində  məlumatın  təqdim  olunması  və  Risk-menecmenti 

xidməti tərəfindən risklərin səviyyəsinin aşağı salınması üzrə təkliflərin verilməsi. 

 

Əməliyyat riskləri 

Bankda  əməliyyat  risklərinin  idarə  edilməsi  sisteminin  yaradılması  zamanı 

aşağıdakı əsas prinsiplərdən istifadə edilir. 

1) bölmələrin rəhbərləri tabeliklərində olduğu bölmələrin funksiyalarına aid olan 

əməliyyat risklərinə nəzarət edilməsinə məsuliyyət daşıyırlar; 

2) riskin iqtisadi səmərəlik prinsipi əsasında idarə olunması; 

3) risklərin idarə olunması mədəniyyətinin təşviqi; 

4) əməliyyat risklərinin kəmiyyət və keyfiyyətcə qiymətləndirilməsinin tətbiqi

5) risklərin kompleks təhlili. 

Əməliyyat  risklərinin  idarə  edilməsi  prosesində  idarəetmə  obyektləri 

aşağıdakılardır: 

- biznes-proseslər, yeni məhsul və biznes istiqamətləri; 

– hesablaşma əməliyyatları; 

– səlahiyyətlərin bölgüsü prosesi; 

– fəaliyyətin  reqlamentləşdirilməsi  prosesləri; 

– informasiya texnologiyalarının tətbiqi və istifadəsi prosesləri; 

– insan resurslarının idarə olunması prosesləri; 

–  fövqəladə  hallar,  təbii  və  texnogen  xarakterli  hadisələr  və  xaricdən  müdaxilə 

riskinin qarşısının alınmasına xidmət edən proseslər.  

Bankda  əməliyyat  risklərinin  idarə  olunmasının  aşağıdakı  üsullarından  istifadə 

olunurı: 

– fəaliyyətin miqyasına uyğun olan daxili nəzarət üzrə sistem və prosedurlar

–  texnologiyaların,  informasiya,  daxili  və  xarici  təhlükəsizliyin,  insan 

resurslarının idarə olunması sistemlərinin formalaşdırılması. 

Əməliyyat risklərinin idarə olunması istiqaməti üzrə Risklərin İdarə edilməsi üzrə 

strukturun aşağıdakı  funksiyaları vardır: 



    - əməliyyat risklərinin idarə olunması sisteminin yaradılması  

–  əməliyyat  risklərinin  idarə  olunması  sistemi  ilə  əlaqədar  normativ  bazanın 

yaradılması; 

- əməliyyat risklərinin eyniləşdirilməsi və monitorinqi; 

-  əməliyyat  risklərinin  məhdudlaşdırılması  üzrə  prosedur  və  texnologiyaların 

işlənib hazırlanması və tətbiqi işində iştirak; 

– idarəçilik hesabatlarının tərtib edilməsi; 

 

 



Risklərin idarəedilməsi alətlərinin müəyyən olunması 

Bankın  İdarə  Heyəti  aşağıdakı  metodlardan  istifadə  etməklə  hər  bir  risk  üzrə 

ehtimal  olunan  itgiləri  hesablayır  və  onların  məcmusunun  kapitala  olan  münasibətindən 

asılı olaraq, ayrı-ayrı risklər üzrə siyasətlərə yenidən baxılması üzrə Müşahidə Şurasına 

konkret təkliflər verir: 

a.

 



Riskə məruz dəyər metodu 

b.

 



Senarilərin tətbiqi üzrə strest test metodu 

c.

 



Həssaslıq təhlili üzrə strest test metodu 

Riskin  ölçülməsi  alətləri  risk  xəritəsində  göstərilən  struktur  tərəfindən  və 

müddətlərdə təqdim edilir. 

 

Risklərə nəzarət 

Bankda risklərin gündəlik idarə edilməsinə nəzarət üçün məsul orqan İdarə 

Heyəti, risklərin düzgün idarə edilməsinə nəzarət sistemlərinin işləməsinə  nəzarət 

üçün  məsul orqan isə Daxili Audit Departamentidir. 

 

 



Yüklə 171,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə