02(02) fevral 2015
Aylıq bülleten
DÜNYANIN ƏN BÖYÜK
TOP 10 BANKI
/16/
HESABLAŞMALAR DEPARTAMENTİNDƏ
BİR GÜN /12/
LİDER KUBOKU
UĞRUNDA MÜBARİZƏ BAŞLADI /07/
FEVRAL
2015
UĞUR
FORMULASI
əsas mövzu
Kadr hazırlığı
Seminarı
Amrahbank ASC-nin
Maliyyə Menecmenti
Departamentinin Direktoru
Nəcəf Cəfərli rəhbərin
prinsipləri, ümumi
qaydalar, şəxsi
keyyyətlərin önəmliyi
və işə yanaşma
haqqında
Amrahbank-ın aylıq məlumat bülleteni
02(02) fevral 2015
03
UĞUR FORMULASI
Sual-cavab
MÜSAHİBƏ rubrikası
Maliyyə Menecmenti
Departamentinin Direktoru
İdarə Heyətinin üzvü
Nəcəf Cəfərlinin
“Uğur Formulası” rubrikasının bu günkü qonağı Nəcəf Cəfərlidir.
Nəcəf bəy 2005-ci ildə Azərbaycan İqtisad Universitetində bakalavr,
2007-ci ildə magistr dərəcələri üzrə təhsil almışdır. 2006-2008-ci
illərdə Azərbaycan Mərkəzi Bankında, 2008-2009-cu illərdə
Azərbaycan Kredit Bankında, 2009-2010-cu illərdə AFB Bankda
müxtəlif vəzifələrdə çalışmışdır. 2010-cu ildən “Amrahbank”da Daxili
Audit Departamentində baş auditor vəzifəsində işə başlamışdır.
2013-cü ilin iyun ayından “Amrahbank”ın Maliyyə Menecmenti
Departamentinin direktoru vəzifəsində çalışır. Eyni zamanda, o,
Amrahbank ASC-nin İdarə Heyətinin üzvüdür. 1984-cu il
təvəllüdlüdür. Ailəlidir. 1 övladı var.
Rəhbərin işində ən ağır şey nədir?
Qərar vermək, daha doğrusu, ədalətli qərar vermək. Hər bir insan, ən ədalətsiz olan belə, özünü doğru sayır. Ona görə də ədalətli
olmaq, ədalətli qərar vermək müxtəlif prizmalardan qiymətləndirildikdə çox çətin məsələdir. Hər bir obyektivliyin özündə də bir
subyektivlik var. Çünki hər bir şəxsiyyət öz-özlüyündə bir fərddir və hər hansı bir qərar aldığında onun fərdiyyəti müəyyən bir rol
oynayır. Düşünürəm ki, bu qərar vermə prosesini hər bir insan eqolarını kənara qoyaraq obyektiv və professional şəkildə həyata
keçirə bilsə, bu ədalətlik prinsipini qorumuş və ona çatmış olacaq.
Rəhbər qərar verəndə nəyə əsaslanmalıdır?
Biz professional qərarlarımızda “Mən” hissimizi nə qədər geri plana çəksək o gədər doğru qərar vermiş olarıq. Mən qərar verəndə
çalışıram ki, Nəcəf olduğumu unudum. Nəcəf “Amrahbank”ın Maliyyə departamentinin direktorudur, İdarə heyətinin üzvüdür və
ancaq bu formada qərar verməlidir. Buna görə də Nəcəf olaraq yox, “Amrahbank”ın bir işçisi, bir səlahiyyətlisi kimi qərar verməyə
calışıram.
Amrahbank-ın aylıq məlumat bülleteni
02(02) fevral 2015
04
Rəhbər işçilərinin sevgi və hörmətini necə qazanmalıdır?
Birinci növbədə insan sadə, özü kimi olmalıdır. Sadəlik insanın varlığıdır, ən böyük dəyəridir. Sadəlik insanda varsa hər yerdə
hörməti, sevgini qazana biləcək. Həmçinin, bir insan sevgi və hörməti qazanmaq istəyirsə ilk oncə özü hörmət etməyi bacarmalıdır.
İşçilərdən gözlədiyini və tələb etdiyini rəhbər mütləq öz nümunəsi ilə göstərməlidir.
Rəhbər nəyə heç vaxt yol verməməlidir?
Ədalətsizliyə! Ədalətsizliyə yol verdiyi gün rəhbərin bütün imici korlanar.
Təhsiliniz haqqında bir az danışa bilərsinizmi? Hansı məktəbi, universiteti bitirmisiniz? Bizimlə hansı yaddaqalan xatirələrinizi
bölüşə bilərsiniz?
2001-ci ildə Neftçala rayonu 1 saylı orta məktəbi bitirmişəm. 2007-ci ildə isə Dövlət İqtisad Univeritetinin Maliyyə kredit
fakultəsində bakalavr və magistr dərəcələri üzrə ümumi təhsilimi bitirmişəm. Məktəb illəri ilə bağlı həddindən artıq çox yadda qalan
xatirələrim var. Bir şeyi etiraf etməliyəm ki, çox dəcəl bir uşaq olmuşam. Ancaq məktəbi bitirəndə bütün müəllimlərimin
kövrəldiyini də cox yaxşı xatırlayıram.
Hal-hazırki ixtisasınız uşaqlıq arzunuz olubmu?
Uşaqlıq arzum həkim-cərrah olmaq idi. 11-ci sinfə qədər özümü bu ixtisas üzrə hazırlamışam. Mən özüm hər zaman qarşıma
qoyduğum hədəf üçün mübarizə aparmağı xoşlayan insanam. Ancaq eyni zamanda həddindən artıq realist biriyəm. Artıq 11-ci
sinfdə iqtisadi müstəqilliyimi elan etmək barədə düşünürdüm. Məhz buna görə də həkim olmaq arzum birdən birə iqtisadçı olmaq
arzusuna çevrildi. Çünki yaxşı həkim olmaq üçün illər lazımdır. Elə buna görə də maliyyəçi-iqtisadçı ixtisasını seçməyə və qısa-
konkret yolla getməyə qərar verdim. Və həqiqi mənada təxminən 20 yaşımda universitetin 3-cü kursunda oxuyarkən artıq müxtəlif
layihələrə qoşulmaqla pul qazanıb öz iqtisadi müstəqilliyimi elan etmişdim.
Karyeranızı hansı vəzifədən başlamısınız? Bu yer Sizi nə ilə cəlb etmişdir?
İqtisadçı olmaq qərarını verdiyim andan digər sektorlarda deyil, sırf bank sektorunda çalışmağı hədəfləmişdim və qismət elə gətirdi
ki, karyerama da elə Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə departamentində baş iqtisadçısı vəzifəsindən başladım.
Daha sonra karyeranız necə inkişaf etdi? Hansı vəzifələrdə
işləmisiniz?
Daha sonra Azərbaycan Kredit Bankında baş mühasibin müavini
vəzifəsində, AFB Bankda risklərə nəzarət şöbəsinin rəisi, daha sonra
mühasibat departamentinin direktoru vəzifələrində çalışmışam.
“Amrahbank”ın kollektivinə isə 2010-cü ildə qoşulmuşam. Daxili
audit departamentində baş auditor vəzifəsində işə başlamışam. Daha
sonra 2011-ci ildə həmin departamentdə təhlil və auditdən sonrakı
nəzarət şöbəsinin rəisi, 2013-cü ildən isə maliyyə menecmenti
departamentinin direktoru və eyni zamanda da İdarə heyətinin üzvu
vəzifəsinə təyin olunmuşam.
Sizcə bank sektorunda mövcud olan ən böyük problemlər hansılardır?
Tək bank sektorunda deyil, ümumiyyətlə bütün sektorlarda mövcud olan ciddi problem kadr potensialı ilə bağlıdır. Yaxşı kadr
tapmaq həqiqətən də çox çətindir. Yaxşı kadr dedikdə isə həm savad, həm davranış, həm də o savadı tətbiq etmə qabiliyyəti
nəzərdə tutulur. Bunların hər üçü bir birini tamamlamalıdır.
İnsanlarla ünsiyyətdə Sizin üçün nə vacibdir? Hansı keyfiyyətlərin özündə yetişdirilməsini lazım bilirsiniz?
Düzgünlük! Hər zaman haqqı-ədaləti qorumaq lazımdır. Lakin hər doğru da hər yerdə söylənməz. Düzgün tərzdə, düzgün yerdə
təmkinlə deyilən söz hər zaman haqq qazandırar, xal qazandırar insana. Buna görə də insanı qiymətləndirən ən əsas
keyfiyyətlərindən biri də onun danışıq tərzi və davranışıdır.
Sizin təkmilləşməniz və inkişafınıza hansı xarakterik keyfiyyətlər yardımçı olub?
Hər zaman çalışmaq və özünü tənqid. Eqonu kənara qoyub özünü mühakimə etmək bacarığı ancaq insanın təkmilləşməyinə xidmət
edən xüsusiyyətdir. İnkişaf etmək üçün özünü tənqid mütləqdir.
İnkişaf üçün özünü
tənqid mütləqdir
«
»
Amrahbank-ın aylıq məlumat bülleteni
02(02) fevral 2015
05
Nə oxumağa üstünlük verirsiniz: bədii ədəbiyyat və ya biznes kitab və jurnallar, qəzetlər?
Mən bədii ədəbiyyatı sevirəm. Daha çox detektiv janrına üstünlük verirəm. Lakin yaşlandıqca insan tək bədii ədəbiyyata
deyil,digərlərinə də ehtiyac duyur. Məsələn mən hal-hazırda həm iqtisadi, həm analitik, həm siyasi məqalələri, həm də dini kitabları
çox oxuyuram.
Filmləri seyr edirsinizmi? Hansı janrı daha çox sevirsiniz?
Son zamanlar demək olar ki, hər həftə ailəvi olaraq kinoteatra döyük ekranda film izləməyə gedirik. Yəni bunu bir növ istirahət kimi
qəbul edirəm. O ki qaldı sevdiyim janra, əslində mən heç də kinoman deyiləm, əsası odur ki mövzu maraqlı olsun.
Hansı ölkələrin mətbəxini sevirsiniz? Daimi getdiyiniz yerləriniz varmı, və ya müxtəlif
yeni yerləri kəşf etməyi xoşlayırsınız?
Təbii ki, ən dadlı Azərbaycan mətbəxidir. Həmçinin Türkiyə mətbəxini, Ərəb mətbəxini də bəyənirəm.
Riayət etdiyiniz “Rəhbərin Qaydaları” varmı? Hansılardır?
Mənim üçün “olmazsa olmaz”lar var. Bunlar iş prosesinin təməlini
təşkil edən qaydalardır. Bu prosesdə həm motivasiya, həm də
cəza vardır. Qısası, işə laqeyd yanaşan hər kəs cəza ala bilər. Bu
rəhbər olsa belə.
Xüsusilə fəxr etdiyiniz iş nailiyyətləriniz hansılardır?
Bü günə qədər ümumiyyətlə həm təhsil prosesimdə, həm
professional fəaliyyətimdə sevindiyim hallar çox olub və olur.
Ancaq heç bir vaxt heç bir uğurla qürrələndiyim və bununla fəxr
elədiyim hallar olmayıb. Çünki bu təkəbbürə gətirib çıxara bilər.
Həyat deviziniz nədir?
Güzgüyə baxıb özünü əyri görürsənsə, güzgünü sındırma, özünü
düzəlt! Hər bir insanda özünü tənqid mütləq olmalıdır. Onsuz heç
bir inkişaf ola bilməz.
Ən sevdiyiniz yemək hansıdır?
Plovun hər növünü sevirəm. Əslində mən yeməkdən ləzzət almağı xoşlayıram.
Özüm də çox qəşəng yemək bişirə bilirəm. Düzdür sonuncu dəfə 2 il bundan əvvəl olub, ancaq özüm və dostlarım üçün sevərək
mətbəxdə nəsə bişirirəm. Hətta “özümün butik restoranım” kimi böyük bir arzum da var ki, orada öz yaxın çevrəmə xidmət etmək
və hərdən ürəyim istəyəndə oranın mətbəxində qolumu çirməyib dostlarım üçün nəsə hazırlamaq imkanım olsun. Düşünürəm ki,
iqtisadçı olmasaydım ya bəstəkar olardım, ya da aşbaz…
Gündəlik həyatınızda hansı geyim tərzinə üstünlük verirsiniz?
Klassik geyimə o gədər uyğunlaşmışam ki, gündəlik həyatımda belə özümü başqa tərzdə təsəvvür edə bilmirəm. Nə qədər qəribə
olsa da, klassik geyimdə özümü daha rahat hiss edirəm.
Harada və necə istirahət edirsiniz? Səyahət etməkdən xoşunuz gəlirmi? Sevimli şəhəriniz hansıdır?
Mənim ən gözəl istirahətim səssizlik və təbiətin qoynudur. Təbiəti cox sevirəm. Azərbaycandan kənarda isə sevdiyim, hətta
deyərdim illərlə yaşaya biləcəyim şəhər İstanbuldur. Bu şəhəri isə mənə sevdirəm bəlkə də, dil, mühit, ənənə uyğunluğudur.
Sevdiyiniz idman növü varmı? Pərəstiş etdiyiniz idman komandası varmı? Özünüz bu idmanla məşğul olursunuzmu?
Basketbolu çox sevirəm. Hətta bir zamanlar oynamışam da… Azarkeşi olduğumu komanda isə -Qalatasaray!
Sizin Hobbiniz?
Əslində deyərdim ki, bədii ədəbiyyat oxumaq mənim hobbimdir. Anam hər zaman deyərdi “Əgər Nəcəfin səsi çıxmırsa, demək
kitab oxuyur”. İnsan hər oxuduğu əsərdə nəsə tapır. Təxəyyülün nəticəsidir əslində hər bir yazılmış əsər, amma bu təxəyyül də
nəyəsə, hansısa yaşanmış təcrübələrə dayanır. Onun üçün də hər oxunmuş əsərdə bir həyat yaşayırsan, bir təcrübə qazanırsan.
Oxumaq hər zaman maraqlıdır.
Kollektivinizə nələri arzu etmək və məsləhət görmək istərdiniz?
Birlik arzu edirəm! Hər zaman mehriban və bir görmək istərdim. Necə ki yumruq beş barmaqdan ibarətdir və ancaq hamısını sıxanda
var güclə zərbə yetirmək olur, necə ki vurmaq istəyəndə qatlamadığın barmaq mütləq sınar, elə də kollektivimiz üçün, qoyduğumuz
hədəflərə çatmaq, nailiyyətlər əldə etmək üçün birlik çox vacibdir.
Və son olaraq Sizin fikrinizcə, “Uğur Formula”sının əsas sirri nədir?
Çalışmaq, çalışmaq və yenə də çalışmaq!
Amrahbank-ın aylıq məlumat bülleteni
02(02) fevral 2015
06
HAZIRLIĞI SEMİNARI
KADR
departamentinin Direktoru – Bankın tarixçəsi, missiyası,
strateji və illik hədəfləri, Təsisçilər və İdarə heyəti tərkibi,
departamentlərin strukturu və fəaliyyəti, filialların sayı və
fəaliyyəti, işçilərin sayı və daxili qaydalar, illik hesabat və
bankda karyera inkişafı imkanları barədə; Nəriman Əsədov,
İstehlak Kreditlərinin satışı Departamentinin Direktoru
vəzifəsini icra edən – biznes kreditləri və istehlak kreditləri
arasında olan fərqlər, istehlak kreditləri və ümumi təhlil
prinsipləri və kredit zaminlərinin təhlili üzrə bu prinsiplərin
tətbiqi barədə seminarda iştirak edən təcrübəçi
mütəxəssisləri məlumatlandırırlar.
Keçirilən bu təlimatların möhkəmləndirilməsi üçün praktiki
məsələlər və imtahan təşkil olunur.
Seminarların Bank üçün böyük əhəmiyyəti danılmazdır. Bu
vaxta kimi keçirilən seminarlarda 180-dən çox əməkdaş
cəlb olunmuş, onların içindən 50 nəfərdən çoxunun kredit
mütəxəssisi vəzifəsinə, bəziləri isə Bankda aparıcı vəzifələrə
yüksəldiklərini qeyd etmək olar.
13-19 yanvar tarixlərində Mikro Biznes Kreditlərinin Satışı
Departamentinin Təlim Şöbəsinin növbəti seminarı
keçirilmişdir. Bu ayda seminarın iştirakçılarının sayı 16 nəfər
olmuşdur.
Məlumat üçün qeyd edək ki, artıq 2 ildir ki, “Amrahbank”da
Mikro Biznes Kreditlərinin Satışı Departamentinin təcrübəçi
mütəxəssisləri üçün Təlim Şöbəsi tərəfindən seminarlar
təşkil edilir. Seminarın keçirilməsində məqsəd biznes
kreditlər üzrə mütəxəssislərin hazırlanması, onların nəzəri
biliklərinin artırılması, kadr potensialının yüksəldilməsidir.
Seminarlar ayda bir dəfə keçirilir, hər seminarda 10-15 nəfər
təcrübəçi mütəxəssis iştirak edir. Seminarların təşkilatçısı və
eyni zamanda təlimçisi olan Samir Əliyev təcrübəçi
mütəxəssisləri biznes kreditlərinin analiz qaydaları, balans,
mənfəət və zərər, pulun hərəkəti, müqayisəli təhlil,
əmsallar, mütəxəssisin vaxtının düzgün bölüşdürülməsi,
müştərilərin cəlb olunması və idarə olunması və s. məsələlər
üzrə təlimatlandırır.
Bununla yanaşı, məzmun dolğunluqu, maraq və interaktivliyi
təmin etmək məqsədilə bankın digər müvafiq
departamentlərinin rəhbərləri də seminarlarda iştirak
edirlər.
Belə ki, Sevinc Musayeva, İnsan resurslarının İdarə edilməsi
Kadr hazırlığı - hər bir şirkətin biznesi üçün ən mühüm və
eyni zamanda həm də bahalı maddədir ki, onun təsiri dərhal
görünən deyil. Korporativ təlim - işçi heyətin səmərəliliyinin
artırılması və qorunub saxlanması vasitəsilə şirkətin
mənfəətlik və gəlirlilik artımına istiqamətlənir.
Amrahbank ASC-də işçilərin peşəkarlıq səviyyəsinin
artırılması, bilik və bacarıqların, iş təcrübəsinin
yüksəldilməsinə xüsusi diqqət yetirilir. Və bu gün biz bu
istiqamətdə görülən işlərin bir hissəsi olan Mikro Biznes
Kreditlərinin Satışı Departamentinin Təlim Şöbəsi barədə
məlumat vermək istəyirik.
KUBOKU
LIDER
Amrahbank-ın aylıq məlumat bülleteni
02(02) fevral 2015
07
Hörmətli həmkarlar. Bu ildən “Amrahbank”da yeni bir ənənə yaranır. Bankımızın filialları arasında keçici Lider
kuboku uğrunda mübarizəyə start verilir. Yarışmanın şərtləri barədə Sizə daha ətraflı məlumat vermək istəyirik.
"Lider Kuboku" - 2015-ci ilin yanvar ayından təsis edilib. Mikro-biznes kreditlərinin və İstehlak kreditlərinin
satışı Departamentlərinin təyin etdiyi müxtəlif parametrlər üzrə ən uğurlu fəaliyyət nümayiş etdirən filialları
müəyyən etməyə imkan verir. Hər Departament üzrə ayın 2 lideri - ən yaxşı şəhər və ən yaxşı region filialları
seçilir.
Kubok uğrunda mübarizənin qalibləri aşağıdakı parametrlər üzrə müəyyən edilmiş balların toplam sayına görə
təyin edilir. Bütün parametrlər üzrə maksimal toplam nəticə 100 bal təşkil edir. Ən cox bal toplayan “Ayın filialı”
adını və “Lider Kuboku”nu qazanır.
Yuxarıda qeyd etdiyimiz kimi, kuboklar keçicidir. Hər ayın sonuncu günü kubok əvvəlki ayın liderindən yeni ayın
liderinə keçir. Kubokun postamentində həmin ay ona sahiblik edəcək filialın, yəni “Ayın filialı”nın adı qeyd
ediləcək ki, bu da ona daha da maraqlı görüntü verir. İlin sonunda isə yekun illik nəticələr əsasında ən yaxşı filial
təyin ediləcək və Lider Kuboku öz daimi sahibini tapacaq.
Layihənin məqsədi Departamentin ümumi dinamik inkişafı üçün hər bir əməkdaşın həvəslə çalışmasına stimul
verməkdir.
Mikro-biznes kreditlərinin satışı Departamenti
- Ay ərzində verilən kredit məbləği
- Aylıq planın sayla yerinə yetirilməsi
- Portfelin (PAR) faizi
- Cari kredit portfeli
- Aylıq portfel artımı
- Aylıq məhsuldarlıq (Məbləğ)
- Aylıq məhsuldarlıq (Say)
İstehlak kreditlərinin satışı Departamenti
- Ay ərzində satış (Məbləğ/Say)
- Portfelin Par Vəziyyəti (Məbləğ/Say)
- Ortalama Məbləğ
- Cari Portfel (Məbləğ/Say)
- Portfelin Artımı (Məbləğ/Say)
- Məhsuldarlıq (Məbləğ/Say)
- Planın yerinə yetirilməsi (Məbləğ/Say)
Amrahbank-ın aylıq məlumat bülleteni
02(02) fevral 2015
08
Hörmətli həmkarlar!
Yanvar ayının nəticələrinə əsasən Mikro-Biznes
Kreditləri Satışı Departamentində paytaxt üzrə Lider
Kuboku uğrunda 28 May, Sahil və Əməliyyat filialları
arasında gərgin bir mübarizə getdi və kiçik bir
üstünlük ilə Əməliyyat filialı kubokun ilk sahibi oldu.
Filialın bütün əməkdaşlarını təbrik edirik və gələcək
işlərində daimi uğurlar arzu edirik. İkinci yeri Sahil
filialı qazandı və ilk üçlüyü 28 May filialı tamamladı.
MİKRO BİZNES KREDİTLƏRİNİN SATIŞI
Departamentinin Liderləri
Fərid Quliyev
Əməliyyat filialının əməkdaşı
Paytaxt filialları üzrə sayca ən çox
kredit verən mütəxəssisimizdir:
66.474 AZN məbləğində
22 kredit müqaviləsi
Goranboy filialının əməkdaşı
Rayon filialları üzrə sayca ən çox
kredit verən mütəxəssisimizdir:
94.300 AZN məbləğində
34 kredit müqaviləsi
Ələkbərov Eltay
Rayonlar üzrə isə Lider Kubokunu böyük bir fərq ilə
Goranboy filialı qazandı. Yeni filial olduğuna
baxmayaraq bu filialımız bir neçə ay ardıcıl olaraq əla
nəticələr nümayiş edir və bu da əlbətdəki öz
bəhrəsini verdi. Filialın bütün əməkdaşlarını bununla
əlaqədar təbrik edirik və gələcək işlərində daimi
uğurlar arzu edirik. İkinci yeri Bərdə filialı qazandı və
ilk üçlüyü Şəmkir filialı tamamladı.
SAHİL filialı
28 MAY filialı
ƏMƏLİYYAT filialı
BƏRDƏ filialı
ŞƏMKİR filialı
GORANBOY filialı
Əməliyyat
filialı
Əməliyyat
filialı
Goranboy
filialı
Goranboy
filialı
Amrahbank-ın aylıq məlumat bülleteni
02(02) fevral 2015
09
İSTEHLAK KREDİTLƏRİNİN SATIŞI
Gəncə Filialının əməkdaşı Rayon
filialları üzrə LİDER mütəxəssis adını
qazandı. Təbrik edirik! Daim adınız
birinci siralara yazılsın!
Rüfət Kazımov
Bakıxanov
filialı
Goranboy
filialı
Pərviz Hümbətov
Həzi Aslanov Filialının əməkdaşı
Abşeron filialları üzrə LİDER mütəxəssis
adını qazandı. Təbrik edirik! Səsiniz
daim zirvələrdən gəlsin!
Hörmətli həmkarlar!
Yanvar ayının “LİDER KUBOK” sahibləri paytaxt filialları üzrə BAKIXANOV və region filialları üzrə GORANBOY
filiallarımız oldular. Filialların rəhbərliyini və İstehlak Kreditləri üzrə bölməsinin bütün əməkdaşlarını bu
münasibətlə təbrik edir, onlara daha da yüksək nəticələr əldə etməyi arzulayırıq.
Əhsən Sizlərə!!!
Departamentinin Liderləri
İstehlak kreditlərinin Satışı Departamentini
2015-ci ilin YANVAR ayının ümumi nəticələrinə əsasən
rekord məbləğdə satışa imza atmaları münasibətilə təbrik edirik!
İstehlak Kreditləri üzrə ay ərzində ümumi satış 2.998.837,60 AZN təşkil etmişdir.
Ümumilikdə 841 müştəriyə xidmət göstərilmişdir.
Departamentin satış göstəricilərinə daxildir: “Nağd pul krediti” istiqamətində 1.924.112,54 AZN məbləğində
710 kredit, “Lizinq” istiqamətində 20.558,00 AZN məbləğində 21 kredit, “Təminatlı istehlak krediti”
istiqamətində 295.492,47 AZN məbləğində 12 kredit, “Plastik kart krediti” istiqamətində 44.000,00 AZN
məbləğində 7 kredit, “Depozit krediti” istiqamətində 624.596,02 AZN məbləğində 59 kredit, “Əməkdaşlara
nağd pul krediti” istiqamətində 90.078,57 AZN məbləğində 32 kredit satışı həyata keçirilib. Departamentin
ümumi dinamik inkişafına qoyduqları əmək üçün bütün “İstehlak Kreditləri” əməkdaşlarına minnətdarıq!
BAKIXANOV
140 871 AZN / 50 kredit
GORANBOY
120 147 AZN / 71 kredit
Amrahbank-ın aylıq məlumat bülleteni
02(02) fevral 2015
10
Yanvar ayı ərzində Bankımızın
Sürətli Pul Köçürmələri üzrə
dövriyyəsi 5,4 mln. manatı aşdı.
Ötən ilin liderlərindən olan Şəmkir
lialı istər məbləğ, istər say
baxımından yenə də uğurlu nəticə
Depozit portfelinin
artımında isə Amrahbankın
depozit nəhəngi sayılan
Əməliyyat lialı 800 000
manatdan çox artımla
MÜŞTƏRİLƏRLƏ İŞ
Departamentinin Liderləri
Və növbə gəldi Bankımızın daim dinamik
inkişafda olan Departamentlərindən biri -
Müştərilərlə İş Departamentinin nəticələrinə...
Fiziki şəxslərin əmanətləri üzrə ödənilən
faizlərə vergi hesablanması haqqında
sərəncama baxmayaraq, yanvar ayında ziki
şəxslərin depozit portfelinin ümumi həcmi
341578.41 AZN məbləğində artmışdır. Təcili
Pul Köçürmələri üzrə 5,5 mln manata yaxın
dövriyyə olmuş və ümumilikdə 11665
köçürmə həyata keçirilmişdir.
Keçək yekun nəticələrinə görə
fərqlənən liallarımıza:
Hər üç istiqamət üzrə
Lider liallarımızı təbrik edirik,
növbəti aylarda daha böyük ugurlar arzulayırıq!
ŞƏMKİR filialı
sür e tli...
n
ƏMƏLİYYAT filialı
Ötən ay aktiv əmanətlərin
sayını ən çox artıran lial isə
Nərimanov lialı oldu. Bank
üçün çox böyük əhəmiyyət
daşıyan bu göstərici üzrə
ümumi rəqəmlər ürəkaçan
olmasa da, Nərimanov lialı 8
depozit artımı ilə digər liallar
üçün də nümunəvi nəticə
göstərdi.
NƏRİMANOV filialı
ugurlu nəticə əldə etdi və ilk yeri
qazandı. Qeyd edək ki, Əməliyyat lialının
əmanət portfeli hal-hazırda 13 milyon manatdan artıqdır.
göstərərək adını ilk pilləyə yazdırmağa müvəffəq oldu. 1900
köçürmə və 700 000 manatdan çox dövriyyə! Afərin!
yüks
e k...
n
aktiv...
n
Amrahbank-ın aylıq məlumat bülleteni
02(02) fevral 2015
11
BAKIXANOV
filialı
MASALLI
filialı
DİLİNQ ƏMƏLİYYATLARI
üzrə Lider Filiallar
Paytaxt lialları arasında ən yüksək
nəticə nümayiş etdirən “Bakıxanov”
lialı və 10.576,78 AZN gəlir.
Əla nəticədir!
Filialın rəhbərliyini və kassa
əməkdaşımız İlhamə Səmədovanı
bu nailiyyətləri münasibətilə təbrik
edirik!
Region lialları arasında ən yüksək nəticə
nümayiş etdirən “Masallı” lialı
və 3.434,42 AZN gəlir.
Təbriklər!
Filialın rəhbərliyini və kassa əməkdaşlarımız
Mirorxan Abdullazadəni və Elnur Bağıyevi
bu nailiyyətləri münasibətilə təbrik edirik!
Digər bir sahə üzrə liallarımızın nəticələri ilə tanış olaq.
YANVAR ayı ərzində həmişəki kimi Xəzinədarlıq Departamenti və liallar tərəndən bankın likvidliyinin və Valyuta
mövqeyinin səmərəli idarə edilməsini təşkil olunmuşdur. Bankın müştəri xidməti strukturarından valyuta alqı-satqısı
üzrə sifarişlərin vaxtında qəbul edilmiş və icrasını təşkil edilmişdir.
YANVAR ayının nəticələri əsasən:
Ümumi Bankımız üzrə valyuta mübadiləsinə görə vergidən əvvəl mənfəət 205.479,42 AZN təşkil etmişdir.
Paytaxt lialları üzrə “Bakıxanov”, Region lialları üzrə “Masallı” lialları valyuta mübadiləsinə görə LİDER oldular!
Liderlərimizi təbrik edirik və onlara gələcəkdə daha yüksək göstəricilər əldə etməyi arzulayırıq!
Amrahbank-ın aylıq məlumat bülleteni
02(02) fevral 2015
12
“Departamentdə bir gün...” rubrikasında
Hesablaşmalar Departamenti
Hesablaşmalar Departamenti özündə nağd və
nağdsız hesablaşmaları birləşdirərək Bankımızın ən
önəmli struktur bölmələrindən biridir.
Dünyanın əksər inkişaf etmiş ölkələrində olduğu
kimi, Azərbaycanda da nağdsız hesablaşmaların
inkişafı və əhatə dairəsinin genişləndirilməsi mühüm
əhəmiyyət kəsb edir.
Ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə
yeni mərhələsində olduğunu nəzərə alaraq,
Bankımızın Hesablaşmalar Departamenti də öz
növbəsində nağdsız dövriyyənin artırılmasını özünün
prioritet vəzifələrindən biri hesab edir və nağdsız
ödənişlərin inkişafı və istifadəsinin kütləviləşdirilməsi
istiqamətində davamlı olaraq müxtəlif layihələr həyata
keçirir.
Belə ki, Bankımıza ölkədə nağdsız hesablaşmaların
inkişafı sahəsində həyata keçirdiyi məqsədyönlü
Lalə Ramiz qızı Məmmədli
Hesablaşmalar Departamentinin Direktoru
fəaliyyət nəticəsində “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə banklar arasından ilk onluğa
daxil olduğuna görə AR Mərkəzi Bankı tərəfindən təşəkkür məktubu təqdim olunmuşdur.
Baxmayaraq ki, nağdsız hesablaşmalar sürətlə inkişaf edir, nağd hesablaşmaların əhəmiyyətini
qiymətləndirməmək mümkün deyil. Belə ki, bankların göstərdiyi hesablaşma-kassa xidməti nağd pulun mədaxilini,
məxaricini, mübadiləsini, daşınmasını, saxlanmasını və s. nəzərdə tutur.
Amrahbank-ın aylıq məlumat bülleteni
02(02) fevral 2015
13
Müxbir əlaqələr
və klirinq şöbəsi
Zümrüd
Mahmudova
Şöbə rəisi
üxbir əlaqələr və Klirinq Şöbəsi işə başlayır.
M
Gün ərzində xanımlarımızı çoxlu sayda ödəniş
əməliyyatları gözləyir: milli valyutada XÖHKS
və AZİPS sistemi vasitəsi ilə, xarici valyutada SWİFT sistemi
vasitəsi ilə həyata keçirilən müştəri köçürmələri, valyuta
bazarında aparılmış əqdlər üzrə əməliyyatlar, loro və
nostro hesabları üzrə əməliyyatlar və s.
Aytac
İbrahimova
Aparıcı
mütəxəssis
Könül
Əhmədova
Mütəxəssis
Samirə
Nəsirova
Aparıcı
Mütəxəssis
ankımızın müştəriləri xeyrinə daxil olmuş
B
vəsaitlər bank proqramına yüklənir. Tələsin,
Aytac xanım, müştəriləri gözlətmək olmaz!
ul köçürmələri kimi, hesabatlar da təcili və
P
dəqiqdir. Könül xanım əvvəlki gün ərzində təcili
pul köçürmələri sistemi vasitəsi ilə hesabatlar
hazırlayıb filiallarla hesablaşmalar aparır.
üxbir əlaqələr və
M
Klirinq Şöbəsinin
yeni əməkdaşı
Samirə xanım. Onu bu
münasibətlə təbrik edir,
işlərində uğurlar arzulayırıq!
Amrahbank-ın aylıq məlumat bülleteni
02(02) fevral 2015
14
Ödəniş
vasitələri
ilə iş şöbəsi
öndərilən sifariş ərizələrinə əsasən hazırlanmış
G
ödəniş kartları çeşidlənib filiallara göndərilir.
“...Günay xanım, nəzərə alın ki, təcili sifariş
olunmuş MasterCard Platinum kartının sahibi
axşam xarici ölkəyə yola düşür!”
Ədil
Tağıyev
Texniki
mütəxəssis
Günay
Mahmudzadə
Mütəxəssis
ağdsız ödənişlər müasir zamanın tələbidir.
N
Ödəniş kartları ilə ticarət mərkəzlərində,
mağazalarda, iaşə obyektlərində gün ərzində
minlərlə əməliyyat aparılır. POS-terminal şəbəkəsi
genişlənir. Elektron ticarətin inkişafı insanlara planetin
istənilən nöqtəsində ödəmələri çox rahatlıqla həyata
keçirməyə imkan verir. Bizim məqsədimiz müştərilərimizə
çeşidli, innovativ və təhlükəsiz xidmət növlərini təqdim
etməkdir.
exniki mütəxəssisimiz, Adil Tağıyev, digər
T
banklarda çalışan həmkarları tərəfindən
“Ustaların atası” adlandırılır. O, gün ərzində
bankımıza məxsus ATM-lərin texniki vəziyyətini online
olaraq izləyir və hər-hansı problem aşkarlandıqda dərhal
onu aradan qaldırır.
Seymur
Allahverdiyev
Şöbə rəisi
Amrahbank-ın aylıq məlumat bülleteni
02(02) fevral 2015
15
Qiymətlilərlə
iş şöbəsi
Elçin
Abdullayev
Şöbə rəisi
Emin
Əhmədov
Mütəxəssis
Habil
Məmmədov
İnkassator
Vasif
Cəbrayılzadə
İnkassator
Elnur
Məmmədov
Sürücü-inkassator
Rüfət
İsmayılov
Sürücü-inkassator
Bəhruz
Abduləliyev
İnkassator
iymətlilərlə İş Şöbəsinin fəaliyyətinin əsas
Q
məqsədi bankımızın filial və ATM
şəbəkəsinin nağd pula olan tələbatının
vaxtında, müvafiq həcmdə və strukturda
ödənilməsidir. Əməkdaşlarımız işlərinə böyük
məsuliyyətlə yanaşırlar və çətinliklərdən
qorxmurlar!
övbəti məxaric orderi
N
qəbul olundu...
TM-lərin fasiləsiz
A
xidmətinin təmin
o l u n m a s ı ü ç ü n
inkassasiyaya hazırlıq işləri.
evik və dəqiq inkassasiya briqadalarımız
Ç
sayəsində qiymətlilərin daşınması heç vaxt
gecikmir. Onlar üçün vaxt qızıldır.
Amrahbank-ın aylıq məlumat bülleteni
02(02) fevral 2015
16
Hörmətli əməkdaşlar! Sizə yeni “TOP-10” rubrikamızı
təqdim etmək istərdik. Bu rubrikada biz müxtəlif
sahələrdə ən məşhur olanlar barədə məlumatları
Sizinlə bölüşməyi düşünürük. Belə ki, rubrikamızın ilk
mövzusunu, əlbəttə ki, banklara həsr etdik. Bu
informasiyanın maraqlı və yararlı olacağına inanırıq.
Banklar – dünyada yeganə təşkilatlardır ki, onlarda böyük maliyyə gücü
toplanmışdır. Yeni bank sistemlərinin və ofislərinin yaranmasına səbəb
ilk öncə maliyyə xidmətləri və bank məhsullarına olan istehlakçı
tələbatıdır.
Dünya banklarının adlarını yazmağa başlasaq, siyahı çox uzun, hətta
demək olar ki, sonsuz olacaq. “Uğurlu bank” anlayışına gəldikdə isə...
Təəssüf ki, və ya xoşbəxtlikdən, bütün maliyyə fəaliyyəti sahələrində ilk
yerdə olacaq qlobal maliyyə şirkəti hələ də yaradılmış deyil.
Bankların reytinqi müəyyən bir parametr üzrə formalaşır. Məsələn,
bazar kapitalizasiyası.
Bazar kapitalizasiyası müəssisənin bütün səhmlərinin və digər xüsusi
qiymətli kağızlarının ümumi dəyərini müəyyən edən bir göstəricidir.
Qeyd etmək lazımdır ki, bazar kapitalizasiyası səviyyəsi banklar üçün
ümumi göstərici deyil. Maliyyə sistemlərinin fəaliyyətini
qiymətləndirmək və nəticə çıxarmaq və ya onları xüsusi formada
toplamaq üçün bir sıra digər amillər də mövcuddur. Məhz buna görə
banklar üçün reytinq ümumi deyil, yalnız bir müəyyən göstərici üzrə
təşkil edilir.
Bazar kapitalizasiyasına görə dünya banklarını sıralamaq və TOP 10-u
müəyyən etmək maraqlı olar...
“Relbanks” saytı statistik hesablamalara əsasən, 2014-cü il üzrə dünyanın ən böyük banklarının reytinqini hazırlamışdır. Reytinq
bankların kapitalizasiyası əsasında təşkil edilmişdir. 70 milyondan çox müştərisi və 9000-dən artıq ofisi ilə Wells Fargo bazar
kapitalizasiyası üzrə hazırda dünyanın ən böyük bankı hesab edilir.
“TOP-10 Bank” siyahısına 4 ABŞ bankı, 4 Çin bankı, 1 Böyük Britaniya bankı və 1 Avstraliya bankı daxil olublar.
9-cu yer Citigroup Inc. məxsusdur, bazar kapitalizasiyası 163,93
milyard ABŞ dolları.
Bankın ancaq 1998-ci ildə, iki maliyyə institutunun Citicorp və
Travelers Group - birləşməsi nəticəsində
yarandığını nəzərə alsaq, bu təşkilat üçün
cox yüksək göstəricilərdir. Hal-hazırda bu
bank həm də ABŞ-nın qiymətli kağızları üzrə
əsas diler kimi təqdim olunur.
Ən böyük banklar siyahısının
10-cu pilləsini Commonwealth
Bank of Australia tutur. Ötən il üzrə Bankın bazar kapitalizasiyası
göstəricisi 112,37 milyard ABŞ dolları təşkil edib.
Aktivləri və bazar kapitalizasiyası ilə Avstraliyanın ən böyük
bankıdır. Bank Avstraliya hökuməti tərəndən 1911-ci ildə
təsis edilib. 1991-ci və 1996-cı illər arasında, bank tam
özəlləşdirilib. Baş osi Sidneydə yerləşir.
8-ci yerdə 177,65 milyard ABŞ dolları göstəricisi ilə Bank of China yerləşir.
Çinin ən qədim bankıdır, baş osi
Pekin şəhərində yerləşir.
Amrahbank-ın aylıq məlumat bülleteni
02(02) fevral 2015
17
7-ci yerdə HSBC Holdings bankıdır. Kapitalizasiya göstəricisi 181,24 milyard ABŞ
dolları olan bu İngiltərə Bankı hələ 1865-ci ildə Böyük Britaniya və Çin arasında
yaxşı bazar münasibətləri və maliyyə əlaqələrin qurulması
məqsədilə yaradılıb. Əvvəllər, hətta bankın baş osi
Hong Kongda yerləşib, lakin təşkilat Britaniyanın Midland bankını
aldıqdan sonra, onun baş osi London şəhərinə köçürülüb.
2008-ci ildə isə ən böyük maliyyə qrupu adını alıb.
6-cı yer yenə də Çinindir. Agricultural Bank of
China və 187,34 milyard kapitalizasiya göstəricisi.
Xidmət şəbəkəsinə görə bu Bank çox nüfuzludur.
Çin üzrə onun liallarının sayı 23.000-ə yaxındır.
Təşkilat, həmçinin Sinqapur və Honq Konqda xidmət göstərir, müştərilərinin sayı
baxımından isə dünyanın ən böyük banklarından biri hesab olunur. Bu təşkilatın 320
milyondan artıq ziki şəxslər və 2,6 milyondan artıq müştərilərə xidmət göstərir.
5-ci yer - Bank of America,
Vaxtı ilə Merrill Lynch bankını
satın almış və ABŞ-nın ən böyük banklarından birinə cevrilmişdir.
188,14 milyard ABŞ dolları məbləğində bərabər bazar
kapitallaşması bank üçün bu mövqeni təmin etdi.
Otən ilin bazar kapitalizasiyası göstəricilərinə görə
Bürünc
Medalı 233,94 milyard dollarla ABŞ-ın
JPMorgan Chase bankı əldə etdi.
Nəinki ABŞ-da, hətta bütün
dünyada ən böyük və qədim maliyyə institutu sayılan bu
bank hətta dünya maliyyə proseslərinə də təsir göstərir.
Dünyanın ən böyük banklarının sıralamasında
2-ci yerdə, bir daha Çin maliyyəçiləri
yerləşib. Belə ki,
Gümüş Medalın sahibi 269,70 milyardla Industrial and
Commercial Bank of China-dır. Bu maliyyə şirkəti 27 illik tarixi ərzində Çinin ən
böyük dövlət banklarının "böyük dördlüyü"nə daxildir. Bazar kapitalizasiyası
səviyyəsinə gəldikdə isə, Çinin göstəriciləri
son dərəcə heyrətləndiricidir.
1-ci YER
-
Wells Fargo
-
və 284,39 milyard ABŞ dolları.
Təşkilat, hələ 1998-ci ildə Wells Fargo & Co. və Norwest
şirkətlərinin birləşməsi nəticəsində yaranıb. Ticarət nişanı və
loqotip kimi isə 150 illik uzun bir tarixə malik olan Wells Fargonun
adının saxlanılmasına qərar verilib. Bu gün şirkət 70 milyondan artıq
ümumi müştəri sayı və 9.000-dən çox os və liala sahiblik edir.
4-cü yer yenə də Çinindir, haqlı olaraq 213,18 milyard
göstəricisi ilə
China Construction Bank bu sırada yerləşir.
Qlobal maliyyə xidmətləri bazarlarında bu cür mövqelər,
Çin iqtisadiyyatının davamlı
inkişafını və yüksək artım
templərini bir daha sübut edir.
Amrahbank-ın aylıq məlumat bülleteni
02(02) fevral 2015
18
Həyat düşüncələri
“İnsanı öldürməyən şey onu güclü edər”. Alman filosofu Friedrich Nietzsche-nin bu sözləri mənim ən çox
təsirləndiyim fikirlərdəndir.
Hamımızın başına gəlmiş və ya gələ biləcək bir vəziyyətdir bu... Amma itirmək heç də uduzmaq, zəifləmək
demək deyildir. İtirmək eyni zamanda insana çox şeylər öyrədə bilər, çox şeylər qazandıra bilər, hətta insanın
həyatda irəliləməsinə və güclənməsinə də səbəb ola bilər.
Əslində itirdikcə deyil, ümidini itirəndə uduzur insan. Əslində bizi özümüzə qaytaran bir sınaqdır itirmək.
Özümüzün və sahib olduğumuzun dəyərini daha da anladan bir fürsətdir.
Həyatda puldan-paradan, şandan-şöhrətdən daha vacib ünsürlər vardır. Məsələn, qazandığımız dostlar,
etdiyimiz yaxşılıqlar, arxamızda buraxdığımız dürüst və təmiz bir ad bizim ən böyük zənginliklərimizdəndir.
Yaşamaq böyük bir sınaqdır. Həm yaşayırıq, həm də sınaqdan keçirik. Çox asandır yoxluq yaşamayan bir insanın
yoxluqdan bəhs etməsi, çox asandır itki yaşamayan bir insanın itkidən bəhs etməsi, çox asandır bilmədikləri bir
durum haqqında ağızdolu sözlərlə bəhs etmələri.
Amma həyatda enişli-yoxuşlu yollar keçən, qazanan-itirən insanlar nə edirlər? Bu qədər asanlıqla anlada
bilməzlər yaşadıqlarını. Çünki onlar o həyatın içində özləri yaşamışlar.
Yoxsulluqdan zəngin bir həyata düşmək nə qədər asandırsa, zəngin bir həyatdan yoxsul bir həyata düşmək də
bir o qədər çətindir. Yaxşı demişlər ki, ALLAH insanı gördüyündən ayırmasın.
Zaman keçdikcə yaxınlarımızdan, dostlarımızdan, ailəmizdən itiririk. İtirdikdə insan əvvəlcə qəbul etməz,
inkar edir. Əgər qəbul ediriksə, bax onda həqiqi həyat da budur.
Əgər sən güclüsənsə, onda itirdiyində güclənirsən, həyata daha da sıx bağlanırsan, ailənin, dostlarının qədrini
daha çox bilirsən. Qürurlu, ağlı başında, kimsəyə boyun əymədən, kimsədən yardım almadan həyatla
mübarizə edirsənsə, ayaqüstə dimdik dura bilirsənsə, məncə pulu çox olan insanlardan daha zənginsən.
Ona görə də nə qədər ki varıq, kimsəni incitməməyə çalışmalıyıq. Nəticədə belə görsənir ki, bir insan itirmək bu
dünyanın ən asan işidir. Çətin olan isə itirməkdən əvvəl hər kəsin qiymətini, dəyərini zamanında bilməkdir.
İnanaraq yaşasaq, ömür də gözəlləşər, ölüm də xeyri ilə gələr. Sözün qısası, əgər doğru yaşamağa səy
göstəririksə, vicdanımız daha rahat olar, itirdiklərimiz də arxamızca gəzib bizi röyalarımızda qovmazlar.
Ümid edirəm ki, hər kəs bir gün həyatda zəngin, şan-şöhrət sahibi olar. Xəyalında qurduğu arzularına qovuşar.
Bəlkə o zaman həyatda axtarılan əsas cavabın da bu olmadığını anlar.
Amrahbankın PR Meneceri
Elmira Vəliyevadan
“Zaman, Məkan və İnsan...” Rubrikasında
Hörmətli həmkarlar!
Bu qeyrirəsmi rubrikamızı bilərəkdən son səhifəmizdə yerləşdirib, burada müxtəlif maraqlı mövzular, faktlar,
əyləncəli məlumatlar, həmçinin əməkdaşlarımızın fərdi düşüncələri və həyata yanaşmaları barədə Sizinlə
bölüşməyi düşünürük. Belə ki, ilk məqaləmiz və...
Document Outline - Page 1
- Page 2
- Page 3
- Page 4
- Page 5
- Page 6
- Page 7
- Page 8
- Page 9
- Page 10
- Page 11
- Page 12
- Page 13
- Page 14
- Page 15
- Page 16
- Page 17
- Page 18
Dostları ilə paylaş: |