Amsterdam müqaviləsi 2 oktyabr 1997-ci ildə imzalanmışdır. Bu sazişə əsasən Aİ-nin səlahiyyətləri genişləndirilmişdir



Yüklə 20,99 Kb.
səhifə1/2
tarix26.03.2022
ölçüsü20,99 Kb.
#84750
  1   2
MÜQAVİLƏLƏR


Amsterdam müqaviləsi 2 oktyabr 1997-ci ildə imzalanmışdır. Bu sazişə əsasən Aİ-nin səlahiyyətləri genişləndirilmişdir. Amsterdam Müqaviləsi bütün məsələləri həll edən və sualların hamısına cavab verən sənəd deyildi. Lakin, buna baxmayaraq, o, Avropa İttifaqının, eləcə də Avropa hüququnun özünün inkişafında vacib rol oynadı. Amsterdam Müqaviləsinin müəyyən etdiyi prinsipial əhəmiyyətli bir sıra vacib müddəa Avropa İttifaqı çərçivəsində üzv-dövlətlər arasında əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə yönəlmişdi. Sosial-iqtisadi sahədə Aİ-nin vacib nailiyyətlərinə Avropa məşğulluq siyasətini aid etmək olar. Avropa Parlamentinin səlahiyyətləri genişləndirilmiş, Şura, Komissiya və Avropa Parlamenti tərəfindən qərarların birgə qəbul edilməsi prosedurları təkmilləşdirilmişdir. Avropa İttifaqının əvvəlcə, yəni Maastrixt Müqaviləsi imzalanan (Avropa İttifaqı yaranan) anda 12 üzvü olmuşdur. Başqa sözlə, ilkin vaxtlarda Avropa İttifaqının tərkibinə 12 dövlət daxil oldu ki, onlar Avropa birliklərinin üzvü idi: Fransa, İtaliya, AFR, Belçika, Hollandiya, Lüksemburq, Böyük Britaniya, İrlandiya, Danimarka, Yunanıstan, Portuqaliya, İspaniya.'Aİ-nin genişlənməsi bu qurumum səmərəli fəaliyyət göstərməsi problemini ortaya qoydu. Belə ki, Avstriya, Finlandiya və İşveç bu quruma 1 yanvar 1995-ci ildən üzv olduqdan sonra Aİ-nın üzvlərinin ümumi sayı 15 dövlətə çatdı. Bundan əlavə, bu quruma bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrinin daxil olunması gözlənilirdi. Bununla bağlı Aİ ölkələri başçılarının 2000-ci ilin fevral ayında keçirilmiş konfransında Aİ-nın təsis sənədlərinə müvafiq dəyişikliklərin edilməsi zərurəti haqqında razılaşma əldə edilmişdir. Lakin Avropa İttifaqının tərkibi genişlənməkdə davam edirdi. Belə ki, 2004-cü ilin may ayında daha 10 yeni dövlət Avropa İttifaqının üzvü oldu: Polşa, Çexiya, Latviya, Litva, Estoniya, Macarıstan, Malta, Slovakiya, Sloveniya, Kipr. 2007-ci ildə Avropa İttifaqının tərkibinə daha iki yeni üzv qəbul olundu: Bolqanstan və Rumıniya. 2013-cü ildə isə Xorvatiya Avropa İttifaqının üzv-dövlətləri sırasına qəbul edildi.

Maastrixt Müqaviləsinə dəyişiklik və əlavələr edən yeni müqavilə Nitsa Müqaviləsi 2001- ci il 26 fevral tarixində imzalandı. Həmin müqavilə Fransanın Nitsa şəhərində imzalandığına görə, «Nitsa Müqaviləsi» adı ilə tanınır. 2003-cü il mayın 1-də qüvvəyə minir. Nitsa Müqaviləsi məlum Maastrixt, Paris və Roma müqavilələrinə və onlara aid olan bəzi aktlara dəyişiklik edən sənəd idi. Belə ki, o, preambuladan və iki hissədən ibarət idi; həmin hissələr özündə 13 maddəni birləşdirirdi. Nitsa Müqaviləsinin 1-ci maddəsi Maastrixt, 2-ci maddəsi isə Paris və Roma müqavilələrinə dəyişiklik edilməsini nəzərdə tuturdu. Nitsa Müqaviləsinin əsas məqsədi Avropa İttifaqının genişləndirilməsinə kömək etməkdən ibarət idi. Nitsa Müqaviləsi Avropa İttifaqının məhkəmə sistemində islahatlann həyata keçirilməsini də nəzərdə tuturdu. Praktiki olaraq, məhkəmə instansiyasının üçmərhələli strukturu müəyyənləşdirildi: - Avropa İttifaqı Məhkəməsi; - Birinci İnstansiya Məhkəməsi; - İxtisaslaşdırılmış məhkəmə palataları.


Yüklə 20,99 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə