Taymeri 6 dəqiqəyə qurun (və ya başlanğıc vaxtını qeyd edin) və başlayın.
Bu hazırlıq üzrə təlimat sizə şifahi analiz qabiliyyətlərinin qiymətləndirilməsinə hazırlaşmağa yardım edəcək.
O, sizə mümkün qədər yaxşı göstərici əldə etmək imkanını verərək, qiymətləndirməyə ən yaxşı yanaşma
tapmaq üzrə təlimat verir.
Qabiliyyət qiymətləndirmələri nə üçün istifadə olunur?
İşə götürən qurumlar tez-tez qabiliyyət qiymətləndirmələrindən özlərinin qiymətləndirmə prosedurlarının bir
hissəsi kimi işçilərin seçimi və inkişafı məqsədi üçün istifadə edirlər. Tədqiqat göstərir ki, onlar iş
göstəricilərini proqnozlaşdıran güclü amillərdir.
Qiymətləndirmələr sizə aşağıdakılar üçün lazımdır:
• güclü cəhətlərinizi nümayiş etdirmək
• iş üçün əhəmiyyətli meyarlara uyğun ədalətli qaydada qiymətləndirilmək
• güclü cəhətləriniz və inkişafa ehtiyacı olan cəhətləriniz barədə daha çox öyrənmək
• gələcək karyera qərarlarınızı qabiliyyətlərinizə əsaslanaraq qəbul etmək
Qiymətləndirmələr işə götürənlərə bunun üçün lazımdır:
• işin tələblərinə ən uyğun insanları seçmək
• fərdi şəxslərin yararlana biləcəyi əlavə inkişaf sahələrini müəyyən etmək
• insanların bacarıqları barədə obyektiv məlumat əldə etmək
Təlimatlar
Aşağıdakı səhifələrdə sizə qiymətləndirmə zamanı veriləcək suallara oxşar olan bəzi praktiki suallar
göstərilmişdir. Bu sualların cavablandırılması sizə istifadə olunan sual növlərini anlamağa və qabiliyyət
testlərindən keçmək səriştəsini qazanmağa kömək edəcək.
Bu tapşırıq yazılı məlumatları başa düşməkdən ötrü sizin qabiliyyət və bacarığınızı qiymətləndirmək üçün tərtib
olunub. Sizə bir neçə suallar ilə müşayiət olunan mətn parçaları təqdim olunacaq. Sizdən yalnız
verilmiş informasiyaya əsasən variantlar içərisindən hər bir suala ən uyğun cavabı seçmək tələb olunur.
Cavablarınızı yazmaq və qeydlər etmək üçün qələm və kağız hazırlayın.
Faktiki test ciddi vaxt çərçivəsindədir, və buna görə də siz tapşırığı vaxtında tamamlamaq səriştəsini əldə etmək
üçün 8 sualın hamısını 6 dəqiqə ərzində cavablandırmağa çalışmalısınız.
Hazırlıq Üzrə Təlimat
Şifahi Analiz
Praktiki Suallar 1 – 4
2
A B C
1
A B C D
2
A B C D
3
A B C D
4
Cavab bölməsi - səhifə 2
Ənənəvi qida vaxtları və rəsmi yemək adətləri əksər insanlar üçün daha norma deyil.
Ayaqüstü yemək hallarının, o cümlədən həm qəlyanaltı, həm də əsas yeməklərin
dəyəri və sayı xeyli artmaqdadır. Gün ərzində üç dəfə yemək prinsipi daha doğru
hesab edilmir, çünki daha çox istehlakçılar evdən kənarda öz həyat tərzlərinə uyğun
vaxtlarda yemək yeyir. Səhər yeməyinin qaçılması xüsusi ilə geniş yayılmışdır, səhər
yeməyini yeyənlər isə onu hazırlamağa daha az vaxt sərf edirlər. İstehlakçılar daha
mürəkkəb və paradoksal qida rejimlərini tərtib edir və daha rahat, lakin eyni zamanda
daha sağlam məhsullar tələb edirlər, yəni “özünü günahkar hiss etmədən yemək”
prinsipinə riayət edirlər.
İstehlakçı tendensiyaları
1
2
3
4
Ayaqüstü yemək halları artmaqdadır.
A
Mətn parçası əsasında doğru olan
B
Mətn parçası əsasında yanlış olan
C
Mətn parçası əsasında mülahizənin doğru və ya yanlış olduğunu söyləmək mümkün deyil
İstehlakçının parçada təsvir olunmuş yaranan tələblərini aşağıdakılardan
hansı
ödəyə bilər?
A
Səhər yeməyi klubları
B
Aşpazlıq dərsləri
C
Sağlam qəlyanaltılar
D
Qidalanma üzrə məsləhətlər
Mətn parçasının əsas mənasının xülasəsini aşağıdakılardan
hansı ən yaxşı əks
etdirir?
A
Yemək adətləri dəyişmişdir
B
İstehsalçılar daha sağlam qida istehsal etməlidirlər
C
Əsas yeməklər və qəlyanaltılar tez hazırlanan olmalıdır
D
İnsanlar tez yeməyi bacarmaq istəyir
Aşağıdakılardan
hansı parçanın mənasını saxlamaqla “prinsip” terminini əvəz edə
bilər?
A
vaxt cədvəli
B
model
C
məhdudiyyət
D
qayda
Praktiki Suallar 5 – 8
3
A B C D
5
A B C D
6
A B C D
7
A B C D
8
Cavab bölməsi - səhifə 3
7-ci bölüm
Liderlik
Rəhbər vəzifələrdə olanlar tez-tez liderliyin
mahiyyətini lazımi qədər qiymətləndirmirlər. Onlar
insanların bir birinə bağlılığını və ümumiliyini əks edən
konsepsiyalara deyil, onları bölüb ayıran
konsepsiyalara əsaslanmağa meyllidirlər. Onlar niyə
və nə üçün suallarına cavab verən məqsəd və
dəyərləri unutmağa başlayır. Onlar cavabdeh
olduqları bütün amilləri çərçivəyə alan ofis və ya xarici
mühitin vəziyyəti barədə az məlumata malikdirlər.
Liderlik haqqında Lesli Kimin
düşüncələri
5
6
7
8
Lesli Kimin fikrincə “yaxşı lider” aşağıdakılardan
hansını etməlidir?
A
Komandanın uğursuzluğuna görə kimin günahkar olduğunu müəyyən etmək
B
Kollektiv nailiyyət hissini yaratmaq
C
Səlahiyyəti tam həvalə etmək
D
Hətta uğursuzluqla üzləşəndə belə məqsədlərə nail olmaq üçün əlindən gələni etmək
Liderlik bölümünün mənasını saxlamaqla aşağıdakılardan
hansını “ümumilik”
termini ilə əvəz etmək olar?
A
sağlam düşüncə
B
müntəzəmlik
C
oxşarlıq
D
sadəlik
Sitat ilə bölümün ümumi cəhətinin xülasəsini aşağıdakılardan
hansı ən yaxşı əks
etdirir?
A
Lider digər şəxslərin işinə rəhbərlik etməlidir
B
Səmərəli rəhbərlik liderin şəxsi cazibəsindən asılıdır
C
Liderlər ayrı-ayrı şəxsləri bir araya gətirməlidir
D
Əksər liderlər səmərəsizdir
Hansı parçada liderlər açıq şəkildə tənqid edilir?
A
Yalnız Lesli Kimdən sitatda
B
Yalnız liderlik haqda bölümdə
C
Həm Lesli Kimin sitatı, həm də liderlik haqda bölümdə
D
Nə Lesli Kimin sitatında, nə də liderlik haqda bölümdə
“Yaxşı lider olmaq üçün əsas məqsədiniz
barədə təsəvvürünüz olmalıdır və siz insanları
bu təsəvvürü görmək üçün ətrafınıza necə
toplayacağınızı anlamalısınız. Mən elə
düşünürəm ki, xarizma adlanan şəxsi cazibə
qüvvəsi liderliyin ən vacib hissəsidir. Tanıdığım
doğrudan da dahi olan liderlərin hamısı
müəyyən cazibə qüvvəsinə malikdir. Böyük
liderlər risk etməyi bacarırlar və risk edən
zaman narahat olmurlar. Yaxşı liderlər sərfəli
olmayan işi vaxtında dayandırmağı bilirlər. Yaxşı
liderlər komandanın qələbədən fərəhlənməsi
üçün qazanılmış bütün şöhrəti paylaşdırır, işlər
pisləşəndə isə onlar cavabdehliyi üzərlərinə
götürürlər. Həqiqətən də dahi liderlər işlərin
görülməsi üçün başqa insanlara səlahiyyət
vermək istəyirlər. Onların niyyəti hakimiyyətin
yalnız özlərində qalması deyil.”
Sizin Qiymətləndirməniz
4
Cavablarınızı yoxlamazdan əvvəl vaxt məhdudiyyətinə görə çatdıra bilmədiyiniz suallara cavab verməyə çalışın.
Cavablarınızın yoxlanması
Cavablarınızı bu səhifənin alt hissəsində verilmiş doğru cavablarla müqayisə edərək yoxlayın. Səhv cavab
verdiyiniz suallara baxın və doğru cavabı necə tapmalı olduğunu anlamağa çalışın. Yadda saxlayın ki, əksər
qabiliyyət qiymətləndirmələri elə tərtib edilib ki, sualların çətinliyi tədricən artsın və namizədlər adətən
verilmiş vaxt çərçivəsində sualların hamısını cavablandıra bilmirlər. Əgər suallara cavab vermək üçün siz 6
dəqiqədən çox vaxt sərf etmişsinizsə iş surətinizi artırmağa çalışın. Əgər siz verilmiş vaxt çərçivəsində bütün
suallara cavab verə bilmişsinizsə lakin çoxlu səhvlər etmişsinizsə əsas diqqəti cavablarınızın
dəqiqliyinə yetirməyə çalışın.
Şifahi bacarıqların yaxşılaşdırılması
Aşağıda sifahi bacarıqların yaxşılaşdırılması üçün bəzi məsləhətlər verilmişdir:
• Məntləri oxuyun və tənqidi baxımdan qiymətləndirin.
• Sözlərin mənalarını axtarın və eynimənalı alternativ sözləri tapmağa çalışın.
• Qrammatik anlayışları təkrar edin.
• Dostunuzla sözlər və ya söz növləri arasında yaranan assosiasiyaları müzakirə edin.
• Söz ehtiyatınızı artırmaq üçün krosvordlar doldurun və söz oyunları oynayın.
• Yazılı materialı başa düşmək və şərh etmək bacarığını yaxşılaşdırmaq üçün qəzet, kitab, jurnal və
internetdən məqalələr oxuyun.
Sessiyadan əvvəl
• Bu hazırlıq üzrə təlimatda verilmiş təkliflərə riayət edin.
• Qiymətləndirmə günündən əvvəl gecəni yatıb yuxunuzu alın.
• Sizə lazım ola biləcək eynək, kontakt linzaları və ya qulaq aparatlarını taxdığınızdan əmin olun.
• Əgər sizin hər hansı xüsusi ehtiyacınız varsa, məsələn, mətnin daha iri çap versiyaları, xüsusi
işıqlandırma və ya oturacaq, müvafiq hazırlıqların görülməsi üçün bu ehtiyaclar haqda dərhal məlumat
verməyiniz vacibdir.
Qiymətləndirmə zamanı
• Sakit qalmağa çalışın. Yuxarıda göstərilmiş praktiki məsləhətlərdən istifadə etsəniz, özünüzü daha rahat
hiss edəcəksiniz.
• Təlimatları diqqətlə yerinə yetirin və qiymətləndirmə başlamazdan əvvəl əmin olmadığınız təqdirdə suallar
verin.
• Hər sualı diqqətlə oxuyun.
• Mümkün qədər tez işləyin. Heç bir suala həddindən artıq vaxt sərf etməyin.
• Əgər sual sizin üçün həddindən artıq çətindirsə yaxud siz onu necə cavablandıracağınızdan əmin
deyilsinizsə sizin fikrinizcə ən yaxşı olan variantı seçib növbəti suala keçin.
• Qiymətləndirmədən sonra həmişə nəticələr barədə rəy almağa çalışın. Nəticənizi biləndən sonra
bacarıqlarınızı yaxşılaşdırmaq daha asandır.
Qiymətləndirmədə uğurlar. Karyeranızda sizə müvəffəqiyyətlər arzulayırıq.
ANA-AP-PG-VAS1-AZER@10th February 2010
Bu sənədin hər hansı hissəsinin hər hansı vasitə və ya üsulla,
info@savilleconsulting.com
istər əl ilə, istərsə də elektron üsulla kocurulməsi muəllif
www.savilleconsulting.com
hüququnun pozulması deməkdir.
Cavab bölməsi - səhifə 2 Doğru cavablar
Cavab bölməsi - səhifə 3 Doğru cavablar
Dostları ilə paylaş: |