Ana dili. Meşə kralı



Yüklə 16,82 Kb.
tarix02.01.2018
ölçüsü16,82 Kb.

Ana dili.

Meşə kralı

Standart:2.2.1.Müvafiq mətnləri müəyyən olunmuş tələblərə uyğun sürətli,düzgün şüurlu ifadəli oxuyur.

2.2.3.Mətnin hissələrinə başlıq verməklə məzmununa aid sadə plan tutur.

2.2.5.Mətnin məzmununu tərtib etdiyi plana uyğun nəql edir.

4.1.5.Sözləri qrammatik mənasına görə qruplaşdırır.



Məqsəd:Mətn çəkilmiş illustrasiyalara uyğun gələn hissələri müəyyən edir.

Mətnin hissələrini adlandıraraq plan qurur.

Mətni plana uyğun nəql edir.

Ad və əlamət bildirən sözləri fərqləndirir.

Mətnin növü :bədii.

Fənlərarası inteqrasiya :Həyat bilgisi,

İş forması:Böyük və kiçik qruplarla iş.

İş üsulu:Beyin həmləsi ,müzakirə,klaster.

Resurslar:Dərslik işçi vərəqlər kompyuter,proyektor.

Dərsin gedişi

I mərhələ:Motivasiya proplemin qoyulması.

Şagirdlərin diqqətini klaster üsulu ilə verilmiş slayda yönəldirəm.

Beləcə şir sözünü alırıq.Uşaqlara belə bir sualla müraciət edirəm.

-Şiri başqa necə adlandırırlar?

Sonra uşaqların diqqətini növbəti slayddakı şir və siçan mətninə yönəldirəm.

Bu mətni dinlədikdən sonra uşaqlara belə bir sualla müraciət edirəm:

-Uşaqlar,bu mətndən hansı nəticəyə gəlirik?

- Sonra uşaqlara mətni hissə-hissə oxuduram

II mərhələ :Tədqiqat sualı:

SİZCƏ,GÜCLÜLƏRİN KÖMƏYƏ EHTİYACI OLA BİLƏRMİ?

III mərhələ.tədqiqatın aparılması

Bu məqsədlə hazırladığım 4 işçi vərəqini 4qrupa paylayıram.

Iqrup

1.Hansı heyvanlara vəhşi heyvanlar deyirik?misallar göstərin.

2.Nə üçün kral xəstələnəndə heç kim ona kömək etmədi?O necə kral idi?

IIqrup

1.Mətnin məzmununa uyğun aforizmlər yazın

2.Mətni səhnələşdirin

IIIqrup

1.Vəhşi heyvanlar neçə yerə ayrılır?Hansılardır?

2.Sizin fikrinizcə maral heyvanlara düz yol göstərdzi?Siz heyvanların yerində olsaydınız necə hərəkət edərdiniz?

IVqrup

1.Müxtəlif fəsillərdə meşəni təsvir edin.Sizin fikrinizcə meşə hansı fəsildə daha gözəldir?

Necə oldu ki kral öz zülmündən əl çəkdi?

IV mərhələ:İnformasiya mübadiləsi.

Qrup üzvləri işlərini yekunlaşdırır və təqdim edir.İş vərəqləri lövhədən asılır .II qrupun üzvləri isə mövzunu səhnələşdirilmiş şəkildə təqdim edirlər.

V mərhələ:İnformasiyanın müzakirəsi:Şagirdlərin təqdimatından sonra cavabları sistemləşdirərək şagirdlərə suallar verirəm.

Müzakirə sualları:

1)Öyərəndiyimiz mətndə kral necə obraz idi?

2)Kralın xarakterini dəyişməsinə səbəb nə oldu?

3)Bizim bu gün öyrəndiyimiz iki mətndən hansı nəticəyə gəlmək olar?

VI mərhələ:nəticə və ümumiləşdirmə.

Bu mərhələdə şagirdlərdən alınmış cavabları ümumiləşdirərək əlavə olaraq aşağıdakıları qeyd edirəm.

NƏTİCƏ

Həyatda hamının,güclünün də gücsüzündə varlının da kasıbın da köməyə ehtiyacı ola bilər.Ona görə də ehtiyacı olanlara kömək etmək lazımdır ki,səndən də heç kəs öz köməyini əsirgəməsin.

Qiymətləndirmə: əvvəlcədən hazırlanmış meyar cədvəli əsasında dərsin bütün mərhələlərində qiymətləndirməni aparmışam.

Ev tapşırığı: mətinin məzmununa uyğun beş atalar sözü yazın.
: upload -> iblock
iblock -> TəHSİLDƏ İkt (Mühazirələr) GİRİŞ
iblock -> Biologiya(yun."bios"-həyat, "loqos"-elm) planetimizdə yaşayan bütün canlıların həyat və fəaliyyətini qanunauyğunluqlarını öyrənən elmdir. Bu termin ilk dəfə 1802-ci ildə J. B. Lamark və Q. R
iblock -> Yeni informasiya texnologiyalarının öyrənmə prosesinə tətbiqində müəllimin rolu
iblock -> Ci illər hesab olunur. 1974-cü ildə iki amerikalı alim S. Voznyak və S. Jobs fərdi kompyuter yaratmış və onu Apple adlandırmışlar. Fərdi kompyuterlərin yaranma tarixi 1974-1975
iblock -> Mövzu: Tədrisdə ən yaxşı
iblock -> Gəncə şəhər Nadir Hüseynov adına 38 №-li tam orta məktəbin
iblock -> Vətən sizin üçün nə deməkdir? Həmin dövlətdə yaşayan və o dövlətin hüquqlarına tabe olan şəxs necə adlanır?


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə