Ana haqqı Tanrı haqqına bərabərdir” Sənin saçın birdən-birə ağardı



Yüklə 46,58 Kb.
tarix25.06.2018
ölçüsü46,58 Kb.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi

Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ana haqqı Tanrı haqqına bərabərdir”





Sənin saçın birdən-birə ağardı,

Mənim ömrüm viran oldu, dağıldı,

İnsan tamam əfsanədir, nağıldır,

Əvvəli heç, sonu heçdir ay ana...

(Cabir Novruz)

Tərtib edən: Səmədova Rəfiqə

“Metodika və biblioqrafiya” şöbəsi

Neftçala-2017




Beynəlxalq Qadınlar Günü.
Dünyanın bir çox ölkələrində 8 mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Tarixə nəzər salsaq qadın hərəkatının tarixi 1857-ci ildə Nyu Yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialiast qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

Türk etnoslarında, Azərbaycanda Oğuz ellərində qadın, ana müqəddəs sayılmış, ona böyük ehtitam göstərilmişdir. Ana haqqı Tanrı haqqına bərabər tutulmuşdur. Azərbaycan qadını qəhramanlıq göstərmiş, hökmranlıq etmiş, diplomat kimi fəaliyyət göstərmişdir. Massaget hökmdarı Tomiris torpaqlarımıza qəsbkar yürüş etmiş Əhəməni hökmdarı II Kiri məğlub etmişdi. Ağ qoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatın qonşu dövlətlərin hökmdarları ilə danışıqlar aparmış, siyasət və diplomatiya meydanında onlara qalib gəlmişdir.

Müstəqillik əldə edildikdən sonra qəbul olunan Konstitusiyamızın 25-ci maddəsinin ikinci hissəsində də kişi ilə qadının eyni hüquqları və azadlıqları təsbit olunmuşdur. Azərbaycan Respublikası 1992-ci il avqustun 4-də “Qadınların siyasi hüquqları haqqında”, 1952-ci il BMT Konvensiyasına və 1995-ci il iyunun 30-da “Qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının ləğv olunması haqqında”, 1979-ci il tarixli BMT Konvensiyasına qoşulmuşdur.

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Rerspublikasının Qanunu 10 oktyabr 2006-ci il tarixində qəbul edilmişdir.

Bu gün Azərbaycan qadınları ölkənin ictimai-siyasi, elm, təhsil və mədəni həyatında yüksək fəallığı, zəngin biliyi, vətənpərvərliyi, dövlətçilik ənənələrinə sədaqəti və mərdliyi ilə seçilirlər. Müasir Azərbaycan qurucusu, ümummilli liderimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlara yüksək qiymət verərək demişdir: “Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz. Azərbaycan qadınları da öz ağıllarına, zəkalarına görə, biliklərinə, isdedadlarına görə, eyni zamanda gözəlliklərinə görə, dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik”. Dövlət Qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. Qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil yüksəlir.

Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdə çıxış edir.

Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO- nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Qərb dünyası Mehriban xanım Əliyevanın timsalında Şərqin ağıllı, müdrik, peşəkar bir siyasətçisinin obrazını görür.

Azərbaycan qadınları mühüm dövlət qurumlarında uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.


Analara həsr edilmiş tədbirlərin təşkilində

aşağıdakı şerlərdən də istifadə etmək məqsədə uyğundur.
Ana, qurban olum dualarına.
Ay ana, düşürsən tez-tez yadıma,

Təzədən dönürəm uşaq oluram.

Dizinə baş qoyub bərk-bərk yatıram,

Bütün qayğılardan uzaq oluram.


Görürəm çiynində yenə də çarşab,

O başdan durmusan sübh namazına.

Əlində o ulu, müqəddəs kitab,

Yenə üz tutmusan göylərə, ana.


Məni tapşırırsan Tanrıya bərk –bərk,

Tək bircə balanı, şair oğlunu.

Deyirsən-Xudaya, ona ol kömək,

Xətadan, bəladan gözlə sən onu.


Ana, qurban olum, dualarına,

Tapşır, yaxşı tapşır Allaha məni.

Tapşır, yaxşı tapşır, ana, ay ana,

Yurdum talanmasın bir daha mənim.


(Xalq şairi Cabir Novruz)

(Şeir ixtisarla yazılmışdır)


Ana

(Əzizə Cəfərzadəyə)


Ey könül, nəğməmizin ilk sözü-fəxr et, anadır,

Yerlərə, göylərə, tarixlərə şöhrət anadır.

Anadan əmdiyimiz saf südə and olsun ki,

Gözümə sönməz işıq, qəlbimə qüvvət anadır.

Anamın incə, şirin laylasına qruban olum,

Yer üzündə, ülvi məhəbbət anadır.

Cana gəlməz yeni dünyaya gələnlər anası.

Körpələrçin anadır dövlət, hökümət, anadır.

Məncə, qeyrətli qıza, mərd oğula alnı açıq-

Keçdiyi nəğməli yollarda səadət anadır.

Ey Süleyman, anadan yaz, anadan yaz, anadan,

Vətənə, millətə, dünyamıza şöhrət anadır.


(Xalq şairi Süleyman Rüstəm)


Ana
Ana dedim, ürəyimə yanar odlar saçıldı,

Ana dedim, bir ürpəriş hasil oldu canımda,

Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,

Ana dedim, fəqət onu görməz oldum yanımda.


Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,

Onu gözəl anlatamaz düşündüyüm satırlar.

Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,

Çünki onun xilqətində ayrıca bir füsun var.


Başqa aləm yaşamadım böylə gözəl biçimdə,

Onu kimsə gözəlliyin cilvəsində yaratmış;

Ana, ana... çiçəkli bir fidandır ki, içimdə

Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.


O fidanı bəzi vaqit istiyorum çəkərə

Qoparayım ürəyimdən, fəqət onda varlığım

Sızıldarkən, sanki bir səs qopub incə və titrək

Bir insanla söylüyor ki,:- Mənə dəymə, yazığım!


Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,

Söylədiyin sözlər ki, var beşiyinin üstündə,

Oxuduğun türküllərin kölgəsidir, övladım!

Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.

Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,

Diyorlar ki, Müşviq, xəstə bir tifildin, ananı

Baban kimi soyuq əllər qucağına çəkərkən,

Yalnız acı fəğanların titrədirdi hər yanı.

İndi mənə hər kəs:- Anan, baban varmı,-söyləsə,

Diyorum ki,- Qapılmadan bir xülyaya, bir hissə,-

Olan olmuş, keçən keçmiş, indi məni yaşadan

Bir müqəddəs, bir səmimi əməlin var, tapdığım.

İnandığım bir qiblə var, o da hər gün, hər zaman

Yorulmayan qollarımla, düşünərək yapdığım

Bir aləmdir, bir aləm ki, səmaları qırqızıl,

Yüksəkləri, alçaqları, təzaları qırqızıl!

( Mikayıl Müşfiq )

Ana sənsiz...
Bayram günü ...axtarır gözüm hər yerdə səni,

Ürəyimdə hönkürdüm, kimsə duymasın məni,

Allah rəhmət eyləsin, deyim qoy qəni-qəni...

Üzüm gülsə də qəlbim, gülmədi ana sənsiz.


Çıxdım bağçaya, bağa seyr etdim çiçəkləri,

Dedim bəlkə beləcə qova biləm kədəri,

Hansı səmtə baxdımsa gördüm orda izləri,

Üzüm gülsə də qəlbim, gülmədi ana sənsiz.


Çox dərk etmək istədim, həyatın qanunların,

Aradım, araşdırdım, ibratamiz yolların,

Amma yenə dolmadı sənə həsrət qollarım,

Üzüm gülsə də qəlbim, gülmədi ana sənsiz.


Ahıl yaşda dəyişdin sən o əbədi yolu,

Zəhmət dolu çiçəkdi qoyduğun ömür yolu,

Axı necə yaşayaq keçdiyin o hər bir yolu?

Üzüm gülsə də qəlbim, gülmədi ana sənsiz.


Sıxdım kirpiklərimi, yuxuda gəzdim səni,

Bu ömürdə itirdik, de harda tapaq səni,

Görən duyurmusan sən, hər ziyarət edəni,

Üzüm gülsə də qəlbim, gülmədi ana sənsiz.


Müqəddəssən, əzizsən, ömrümüzdə bir təksən,

Kimsə verməz yerini, nə qədər xoşdur desəm,

Ay ana, kaş sən bunu, duyasan, öyrənəsən,

Səndən sonra solubdu al çiçəkli baxçamız,

Üzüm gülsə də qəlbim, gülmədi ana sənsiz.

(Bədirə Həsənqızı)
İstifadə edilən ədəbiyyat:


  • 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik / İlham Əliyev , Azərbaycan Respublikasının Prezidenti // Azərbaycan. - 2016. - 5 mart. -S.1.

  • Bayramınız mübarək, əziz qadınlar! // Azərbaycan müəllimi. - 2016. – 5 mart. – S.7.

  • Bütün qadınlar xoşbəxtliyə layiqdirlər: 8 mart – Beynəlxalq Qadınlar günüdür // Yeni həyat. – 2014. – 7-13 mart. – S.1;4.



İnternetdə:


  • http: // www.aztv. az / readnews. hp? lang= az&id=8962





Kitabxanalarda görüləcək işlər:

8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə filial kitabxanalarımızda məlumat günləri, söhbətlər, sərgilər, ədəbi-bədii gecələr təşkil olunmalıdır. Bununla əlaqədar təşkil olunan sərgilərdə aşağıdakı başlıqlardan istifadə etmək olar.





  • “Qadınlar cəmiyyətin bəzəyidir”

  • “Qadınsız həyat ola bilməz”

  • “Biz qadınlarımızla fəxr edirik"

  • “Ana haqqı Tanrı haqqına bərabərdir”



Metodika- biblioqrafiya şöbəsi: Səmədova Rəfiqə.
Neftçala-2017
: front -> files -> libraries -> 2301 -> documents
documents -> Yazıçı, şəxsiyyət
documents -> Vətən harayına səs verənlər” Milli Qəhrəman Rövşən Hüseynov 50
documents -> Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan kulinariyasında Neftçala mətbəxi
documents -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
documents -> Kjy98uyoijpoklık
documents -> Kjy98uyoijpoklık
documents -> Məmməd Rahim -110. Quşlar oxuyanda gül budağında
2301 -> Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)
documents -> Azərbaycan respublikasi məDƏNİYYƏt və
documents -> Əlfi Qasımov- 90 “ Saçlar ağarsa da ”


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə