Analitik Arayış Şəffaflıq Azərbaycan Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü0,7 Mb.
#65287


 

2016-ci il Yanvar 



Azərbaycanda daşınmaz əmlakın təqdim edilməsindən verginin 

tutulması ilə əlaqədar 2015-ci ildə edilmiş dəyişikliklər haqqında  

Analitik Arayış 

Şəffaflıq Azərbaycan Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi 

İndidən sonra torpaq sahələri istisna  olmaqla  daşınmaz  əmlakın təqdim edilməsi  gəlir 

vergisi ilə deyil, sadələşdirilmiş vergi ilə vergiyə cəlb olunacaqdır.  

 

1.



 

GİRİŞ 

2015-ci  il  ərzində  Azərbaycanda  daşınmaz  əmlakın  vergiyə  cəlb  olunması  ilə  bağlı 

praktika iki dəfə dəyişib. Üstəlik qanunvericilikdə də müvafiq dəyişiklik baş verib. Belə 

ki, 1 yanvar 2016-cı il tarixindən daşınmaz əmlakın təqdim edilməsindən (satılması) artıq 

gəlir  vergisi  yox,  sadələşdirilmiş  vergi  hesablanmağa  başlayıb.  Qanunvericilikdə  və 

praktikada baş vermiş bu dəyişiklikləri sadə dildə vətəndaşlara izah etmək üçün "Şəffaflıq 

Azərbaycan" təşkilatı olaraq maarifləndirici arayış hazırlamağa qərar verdik. 

 

Bu  arayışda  daşınmaz  əmlakın  satılmasına  tətbiq  edilən  dəyişiklikləri,  eləcə  də  verilən 



misalları  daha  yaxşı  anlamaq  üçün  bəzi  anlayışların  izahını  əvvəlcədən  verməyi  zəruri 

hesab  edirik.  Əgər  biz  daşınmaz  əmlakın  təqdim  edilməsi  ilə  bağlı  sadələşdirilmiş 

vergidən danışırıqsa, ilk öncə anlayış olaraq i) daşınmaz əmlak, ii) mal, iii) malları təqdim 

etmə,  iv)  sadələşdirilmiş  vergi  anlayışlarına  toxunmalıyıq.  Anlayışlar  barəsində  əsasən 

Vergi Məcəlləsinin (VM) 13-cü maddəsində söhbət açılır. Əgər hər hansı anlayış VM-də öz 

ə

ksini  tapmırsa,  onda  digər  qanunvericilik  aktlarına,  o  cümlədən  Mülki  Məcəlləyə  və 



digər məcəllələrə nəzər salmaq vacibdir. Yox əgər bir anlayış həm VM-də, həm də digər 

qanunvericilik  aktlarında  öz  əskini  tapırsa  vergitutma  məqsədləri  üçün  VM-də  olan 

anlayış əsas götürülməlidir.  

 

(i)



 

Daşınmaz  Əmlak:  VM-nin  13-cü  maddəsində  "daşınmaz  əmlak"  anlayışı  yoxdur; 

ə

vəzində daha ümumi "əmlak" anlayışı işlənilir. VM-də əmlak anlayışı altında "hər hansı 



daşınan  və  ya  daşınmaz  əmlak,  o  cümlədən  qeyri-maddi  aktivlər,  dövri  vəsaitlər  və 

mülkiyyət  hüququnun  digər  obyektləri"  nəzərdə  tutulur.  Konkret  olaraq,  "daşınmaz 

ə

mlak" anlayışına isə Torpaq Məcəlləsində rast gəlirik və orada daşınmaz əmlak "tikililər 



(yaşayış və qeyri-yaşayış fondları) və torpaqlar, o cümlədən torpağa bağlı yeraltı sərvətlər 

(qiymətli yeraltı minerallar istisna  olmaqla), su mənbələri, qurğular,  meşə, uzunömürlü 

bitkilər" kimi nəzərdə tutulur

1, 2, 3


.  

(ii)


 

 Mal: VM-də "mal" dedikdə "hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən, 

elektrik  və  istilik  enerjisi,  qaz  və  su"  nəzərdə  tutulur.  Beləliklə,  VM-də  malın  təqdim 

edilməsi dedikdə daşınmaz əmlakın təqdim edilməsi də nəzərdə tutulur.  

(iii)


 

Malların  təqdim  edilməsi  dedikdə  mallar  üzərində  mülkiyyət  hüququnun  başqasına 

verilməsi, o cümlədən, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək 

haqqı  ödənilməsi  və  natura  şəklində  digər  ödəmələr,  həmçinin  girov  qoyulmuş  mallar 

                                                             

1

 Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında qanunu, Maddə 1.0.1, 



www.e-qanun.az

   


2

 AR Vergi Məcəlləsinin (VM)-nin 13.2.54-cü maddəsi, 

www.e-qanun.az

  

3



 AR Torpaq Məcəlləsi, Maddə 4, 

www.e-qanun.az

  



 

üzrə  mülkiyyət  hüququnun  girov  saxlayana və  ya  digər  şəxsə keçməsi  nəzərdə  tutulur



4

VM-yə  əsasən  ailə  üzvləri  istisna  olmaqla  daşınmaz  əmlakın  hədiyyə  edilməsi  (təqdim 



edilməsi) və mübadiləsi də vergiyə cəlb edilir

5

. Ailə üzvləri dedikdə ər-arvad, valideyn, 



övladlar  və  övladlığa  götürülmüş  şəxslər,  vərəsələr,  doğma  (ögey)  bacılar  (qardaşlar), 

bacı  və  qardaş  övladları,  ər-arvadın  bacıları,  qardaşları  və  valideynləri,  valideynin 

bacıları (qardaşları), qəyyumlar və qəyyumluğa götürülənlər başa düşülməlidir

6

. VM-də 



ailə  üzvləri  arasında  baba  və  nəvə  göstərilmədiyi  üçün,  baba  və  nənənin  nəvəsinə 

daşınmaz əmlakı hədiyyə verməsi, yaxud mübadiləsi vergiyə cəlb edilir. Məlumat üçün 

bildirək ki, bu arayışda "təqdim edilmə" və "satılma" anlayışları eyni mənada işlənəcəkdir. 

(iv)


 

Sadələşdirilmiş vergi təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş 

ümumi hasilatın (yəni satılan xidmətə, əmlaka görə gəlirin əldə edilməsi), həm də satışdankənar 

gəlirdən  tutulan  vergidir

7

.  Sadələşdirilmiş  vergi  nöqteyi-nəzərindən  ödəyiciləri  üç  yerə 



bölmək  olar:  Sadələşdirilmiş  vergi  rejimini  seçmək  hüququna  malik  olanlar,  mütləq 

şəkildə  sadələşdirilmiş  vergi  rejimində  olan  ödəyicilər,  sadələşdirilmiş  vergi  rejimini 

seçmək hüququna malik olmayanlar. 

 

Sadələşdirilmiş  vergi  rejimini  seçmək  hüququna  malik  olanlar:  Bunun  üçün  vergi 

ödəyicisi  ƏDV  məqsədləri  üçün  qeydiyyata  düşməməli  və  12  aylıq  dövrün  istənilən 

ayında  vergi  tutulan  əməliyyatlarının  həcmi  200  000  manat  və  ondan  az  olmalıdır

8



Sadələşdirilmiş vergi gəlir və xərc arasındakı (gəlir və mənfəət vergisi kimi yox) fərqdən 



deyil, məhz gəlirdən sabit 2-4%(Bakıda 4%, digər rayon və şəhərlərdə 2%) arasında vergi 

verməklə  mümkündür.  Qanunvericiliyə  edilmiş  yeni  dəyişikliklərə  görə  vergiyə  cəlb 

olunan  əməliyyatlarının  həcmi  200  000  AZN-i  keçən  alqı-satqı  əməliyyatları  aparan 

ticarətçilər gəlirdən 6%, ictimai iaşə obyektlərini işlədən sahibkarlar isə 8% vergi verərək 

sadələşdirilmiş  vergi  rejimində  qala  bilər,  yaxud  mənfəət  və  ƏDV  vergi  rejimini  seçə 

bilərlər


9

.  Binanı  tikən  şəxslər  isə  sadələşdirilmiş  verginin  xüsusi  formasını  seçmək 

hüququna  malikdir.  Daha  ətraflı  isə  aşağıda  izah  olunacaqdır.  Bəzi  qruplara  isə  vergi 

rejimləri  arasında  seçim  etmək  hüququ  verilmir,  onlar  ancaq  sadələşdirilmiş  vergi 

rejimindən istifadə etməlidirlər. 

 

Mütləq şəkildə sadələşdirilmiş vergi rejimində olan ödəyicilər: əsasən sərnişindaşıma ilə 

məşğul olan sürücülər (məs: taksi sürücüsü 1 ədəd nəqliyyat vasitəsi üçün 9 AZN), idman 

mərc  oyunlarının  operatoru  (6%),  satıcıları  (4%)  və  oynayanları  (10%),  bir  də  daşınmaz 

ə

mlak (yaşayış və qeyri yaşayış obyekti) satan şəxslər fərqli vergi dərəcəsi ilə (aşağıda ətraflı izah 

olunacaq)  sadələşdirilmiş  vergiyə  cəlb  olunurlar.  Yəni  satılan  obyektin  məbləğindən  asılı 

olmayaraq  daşınmaz  əmlakı  satan  şəxslər  vergini  sadələşdirilmiş  rejimdə  verməlidir. 

Daşınmaz əmlak satan şəxslər gəlir, mənfəət, ƏDV vergi ödəyicisi ola bilməz. 

 

Sadələşdirilmiş  vergi  rejimini  seçmək  hüququna  malik  olmayanlar:  Aksizli  mallar 

istehsal edən şəxslər, kredit və sığorta təşkilatları, investisiya fondları, lombardlar, qeyri-

dövlət  pensiya  fondları,  əmlakını  icarəyə  verənlər,  təbii  inhisar  subyektləri, 

                                                             

4

 VM-nin 13.2.10-cu maddəsi, 



www.e-qanun.az

  

5



 VM-nin 102.1.3.2-ci maddəsi, 

www.e-qanun.az

  

6

 VM-nin 13.2.7-ci maddəsi, 



www.e-qanun.az

  

7



 VM-nin 220.1-ci maddəsi, 

www.e-qanun.az

  

8

 VM-nin 218.1-ci maddəsi, 



www.e-qanun.az

  

9



 VM-nin 218.1.2-ci maddəsi, 

www.e-qanun.az

  



 

mülkiyyətində  olan  əsas  vəsaitlərinin  qalıq  dəyəri  1  000  000  AZN-dən  artıq  olan  vergi 



ödəyiciləri və s. şəxslər sadələşdirilmiş vergi hüququndan istifadə edə bilməzlər

10



 

Mövcud  qanunvericiliyə  edilmiş  son  dəyişikliklər  ilə  (qüvvəyə  1  yanvar  2016-cı  ildən 

minib)  tikililərin  (həm  yaşayış,  həm  qeyri-yaşayış  fondu)  satılmasından  sadələşdirilmiş 

verginin  tətbiq  edilməsi  müəyyən  edildi

11

.  Torpağın  satılmasından  isə  verginin  gəlir 



vergisi  şəklində  tutulması  praktikası  saxlandı.  Sözügedən  praktika  2015-ci  ilin  fevral 

ayının 1-dən tətbiq olunur. Ümumilikdə isə, tikililərin və torpaqların satılmasının vergiyə 

cəlb  edilməsi  ilə  bağlı  yeni  yanaşma  əvvəlki  yanaşmadan  prinsipial  şəkildə  fərqləndi. 

Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  daşınmaz  əmlakı  vergiyə  cəlb  etmək  praktikasının  və 

qanunvericiliyin dəyişməsi 2014-2015-ci illərdə daşınmaz əmlak satıcılarını (həm torpaq, 

həm də tikinti) əlverişsiz vəziyyətdə qoydu

12



 



2.

 

TİKİLİLƏRİN TƏQDİM EDİLMƏSİ (SATIŞI) 

 

2.1.

 

Ümumi mənzərə 

Tikililərin  satılmasından  vergitutma  üzrə  yeni  qaydalar  artıq  satıcının  hüquqi 

statusundan  asılı  olmayaraq,  bütün  satıcılara  münasibətdə  tətbiq  olunacaq.  Qaydaların 

ə

hatə dairəsi – ilkin yaşayış obyektini tikən satıcılar istisna olmaqla, bütün hüquqi şəxslər



VÖEN nömrəsi altında işləyən sahibkarlar və VÖEN-i olmayan fiziki şəxslər olacaqdır. 

 

2.2.



 

Yaşayış sahələrinin sahibləri tərəfindən satılması 

Artıq  2016-cı  il  1  yanvar  tarixindən  etibarən  mülkiyyətində  olan  yaşayış  obyektlərini,  o 

cümlədən  fiziki  şəxslər  üçün  ən  azı  5  il  ərzində  yaşayış  yeri  üzrə  qeydiyyatda  olduğu 

yaşayış sahələrini təqdim edən şəxslər vergidən azad olunurlar

13

. Əgər yaşayış obyektləri 



ailə üzvləri arasında hədiyyə, maddi yardım və miras kimi təqdim edilirsə və ya boşanma 

prosesində  ər-arvad  arasında  təqdim  edilirsə,  yaşayış  obyektinin  təqdim  edilməsindən 

vergi tutulmur.  

 

VM-nin  220.8-ci  bəndinə  əsasən  bina  tikən  şəxslər  istisna  olmaqla  yaşayış  obyektlərinin 



satıcıları aşağıdakı formula  əsasında  vergi ödəyəcəklər:  Baza məbləği 1 kv. metr üçün 15 

AZN. Həmçinin bu baza məbləği Bakı və rayonlar üzrə fərqli coğrafi meyarlara vurularaq 

hesablanacaq.  VM  rayonlar  üzrə  sabit  meyarlar  müəyyən  etsə  də,  Bakıya  münasibətdə 

coğrafi meyarlar zonalar üzrə dəyişir. Nazirlər Kabinetinin müvafiq qərarı əsasında Bakı 

şəhərinin zonalar üzrə bölgüsünü aşağıdakı qeyddə tapa bilərsiniz

14



 



2.3.

 

Qeyri-yaşayış obyektlərinin sahibləri tərəfindən satılması 

Bina  tikintisi  fəaliyyəti  ilə  məşğul  olan  şəxslərdən  başqa,  qeyri-yaşayış  fondu 

obyektlərinin  sahibləri  üçün  vergi  hesablanması  qaydası  yaşayış  obyektlərində  olduğu 

kimidir.  Lakin  əldə  edilən  məbləğ  1,5  meyara  vurularaq  hesablanır.  Söhbət  qeyri-yaşayış 

obyekti kimi qeydiyyata salınan daşınmaz əmlakdan gedir. Burada izaha ehtiyac vardır. 

Yaşayış obyektlərinin qeyri-yaşayış sahəsi (məs: koridor, mətbəx, anbar) də yaşayış sahəsi 

                                                             

10

 VM-nin 218.2-ci maddəsi, 



www.e-qanun.az

  

11



 VM-nin 218.4.3-cü maddəsi, 

www.e-qanun.az

  

12

  Bu  mövzu  ilə  bağlı  tövsiyələr  "Şəffaflıq  Azərbaycan"  Təşkilatının    20  noyabr  2015-ci  ildə  keçirilən  dəyirmi  masasında 



müvafiq quruma təqdim edilmişdir, 

www.transparency.az

 

13

 VM-nin 218.1.1.4-ci maddəsi, 



www.e-qanun.az

  

14



 AR NK-nın 101 nömrəli, 06 aprel 2015-ci il tarixli qərarı 

http://www.taxes.gov.az/uploads/qanun/2015/nk/06042015elave.pdf

 



 

kimi vergiyə cəlb olunur. Misal üçün, binaların qeyri-yaşayış sahələri olan kommersiya 



obyektləri üçün nəzərdə tutulmuş birinci mərtəbə, qarajlar və s. hissələr də qeyri-yaşayış 

obyekti  kimi  vergiyə  cəlb  olunur.  Beləliklə,  nəinki  kommersiya  obyektlərinin  satılması 

zamanı, həmçinin yaşayış kimi qeydiyyata alınmamış bütün tikililər, o cümlədən xüsusi 

qarajlar üçün vergi təsərrüfat tikililərinə əlavə olaraq 1,5 meyara vurularaq hesablanır.  

 

Coğrafi meyarlar cədvəli 

 

Bakının 



zonaları 

Bakı şəhərində 

zonalar üzrə 

meyarlar 

  Rayonlar 



Rayonlar 

üzrə 

meyarlar  

4,0 



Gəncə, Sumqayıt, Xırdalan  

1,5 


3,0 


Abşeron rayonu (Xırdalan xaric), 

Şirvan, Mingəçevir, Naxçıvan, 

Yevlax, Şəki, Naftalan, Lənkəran 

1,2 


3-4 

2,2 


Digər rayonlar və şəhərlər  

0,5 


5-6 

1,8 


 

 

7-8-9 



1,5 

 

 



10-11-12 

1,2 


 

 

 



Misal 1:  

Satıcı: Yaşayış obyektinin sahibi  

Sahə: 120 kv. metr 

Yer: Bakı, Sahil Metrosu (Zona 1)  

Tip: Yaşayış 

15 (AZN) х 120 (kv. metr) х 4  (coğrafi meyar)= 7 200 AZN (satışdan vergi)    



 

Misal 2:  

Satıcı:  Yaşayış obyektinin sahibi  

Sahə: 80 kv. metr 

Yer: Yevlax rayonu 

Tip:  Yaşayış  

15 (AZN) х 80 (kv. metr) х 1,2 (coğrafi meyar ) = 1 440  AZN (Satışdan vergi)    

 

Misal 3: 

Satıcı: Obyektin sahibi 

Sahə: 100 kv. metr 

Yer: Bakı şəh., Səməd Vurğun, ev 100, Zona 6 

Tip: Qeyri-yaşayış  

15 (AZN) х 100 (kv. metr) х 1,8 (coğrafi meyar) х 1,5 (qeyri-yaşayış daşınmaz əmlakın 

meyarı) = 4 050 AZN (Satışdan vergi) 

 

Misal 4:  

Satıcı: Obyektin sahibi 

Sahə: 150 kv. metr 

Yer: Quba rayonu 




 

Tip: Qeyri-yaşayış  



15 (AZN) х 150 (kv. metr) х 0,5 (coğrafi meyar х 1,5 (qeyri-yaşayış daşınmaz  əmlakın 

meyarı) = 1 687,5 AZN (Satışdan vergi) 



 

2.4.

 

Tikinti şirkətləri tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin satılması 

"Bina  tikən"  anlayışına  satış  və  sub-podratçı  müqavilə  əsasında  tikinti  ilə  məşğul  olan 

tikinti şirkətləri və fərdi podratçılar daxildir.  

Mövcud dəyişikliklərə görə, bina tikən şəxslərin istədiyi vergi rejimini seçmək hüququ 

vardır. Belə ki, onlar həm sadələşdirilmiş, həm də mənfəət (gəlir) və ƏDV ödəyiciləri ola 

bilərlər.  Sadələşdirilmiş  vergi  rejimini  seçən  bina  tikən  şəxslər  yaşayış  obyektləri  üçün 



coğrafi meyarlar əsasında 1 kv. metr üçün 45 AZN, qeyri-yaşayış obyektləri üçün alınan eyni 

məbləği 1,5 meyara vurmaqla ödəyə bilər. Belə olan halda, pilləkənlər, binaya giriş blokları, 

binaya  xidmət  üçün  vacib  texniki  tikililər  qeyri-yaşayış  obyektləri  kimi  vergiyə  cəlb 

edilir.  Nəticədə  isə,  bina  tikən  şəxs  belə  tikililərdən  heç  bir  mənfəət  əldə  edə  bilmir. 

Beləliklə, yaxın gələcəkdə bu tipli tikililərin sahələrinin azaldılmasında bina tikən şəxslər 

maraqlı  olacaqlar  və  bu  da  binanın  təhlükəsizliyinə  və  rahat  istifadəsinə  maneçilik 

törədəcəkdir.  

 

Sadələşdirilmiş  vergi  rejimini  seçdikdə  hüquqi  şəxslər  ƏDV  və  mənfəət  vergisi 



ödəməkdən  azad  olurlar.  Fiziki  şəxslər  isə  ƏDV  və  gəlir  vergisi  verməkdən  azad 

olunurlar.  Bina tikən şəxslər vergi tutulan  əməliyyatlarının həcmindən asılı olmayaraq 

Ə

DV  və  mənfəət  vergisi  seçmək  hüququna  malikdir



15

.  Bu  halda,  vergi  tikinti-montaj 

işləri  başlayan  zamandan  hesablanır  və  rüb  üzrə  10%  ödənilməklə  2,5  il  ərzində 

ödənilir


16

.  


 

İkinci  yol  isə,  ƏDV  və  mənfəət  vergisi  ödəyicisi  kimi  qeydiyyata  durmaqdır.  ƏDV 

mənzillər,  bina,  qeyri-yaşayış  sahəsi  satılandan  sonra  ödənilməlidir.  Qeyri-yaşayış 

ə

mlakı  üzrə  əmlak,  torpaq  və  mənfəət  vergisi  ilin  sonunda  olan  nəticələrə  əsasən 



hesablanır. 

 

Misal 5:  

Satıcı: Bina tikən şirkət 

Sahə: 80  kv. metr  

Yer: Bakı, Zabrat qəsəbəsi (Zona 11)  

Tip: Yaşayış  

45 (AZN) х 80 (kv. metr) х 1,2  (coğrafi meyar)= 4 320 AZN (satışdan vergi)    



Misal 6:  

Satıcı: Bina tikən şəxs 

Sahə: 100 kv. metr 

Yer: Bakı, Səməd Vurğun 100 (Zona 6)  

Tip: Qeyri-yaşayış  

45 (AZN) х 100 (kv. metr). х 1,8  (coğrafi meyar) х 1,5 (daşınmaz  əmlakın meyarı)=12 

150 AZN (satışdan vergi).    

                                                             

15

 VM-yə 7 dekabr 2015-ci ildə edilmiş dəyişikliklərə əsasən əməliyyatlarının  həcmi 200 min AZN-i keçən ticarət, ictimai iaşə 



fəaliyyəti ilə məşğul olan sahibkarlar, eləcə də bina tikən şəxslərin sadələşdirilmiş vergi rejimini seçmək hüququ vardır.  

16

 VM-nin 221.5-ci maddəsi, 



www.e-qanun.az

  



 

 



3.

 

TORPAQ SAHƏLƏRİNİN SATILMASI 

3.1.

 

Ümumi vəziyyət 

 

2015-ci  ilin  fevral  ayında  Bakıda  keçirilmiş  "Azərbaycanın  vergi  sistemi:  reallıqlar  və 



perspektivlər"  adlı  IV  Vergi  Forumunda  Azərbaycan  Respublikasının  vergilər  naziri 

Fazil Məmmədov jurnalistlərə bildirmişdir ki, AR Vergi Məcəlləsi daşınmaz əmlakın alqı-



satqısından gəlir vergisinin tutulmasını çoxdan nəzərdə tutsa da, bu müddəanın tətbiqinə 

2014-cü  ildən  başlanacaqdır

17

.  Nazir  əlavə  etmişdir  ki,  vergi  orqanları  bu  maddənin 



genişmiqyaslı  tətbiqinə  2015-ci  ildən  etibarən  başlamışlar

18

.  Vergiyə  cəlb  olunmuş 



gəlirlərə həm yaşayış və qeyri-yaşayış yerlərinin satışından, həm də torpaq sahələrinin 

satışından əldə edilmiş gəlirlər aiddir. Başqa sözlə, 2014-2015-ci illərdə daşınmaz əmlak 

satmış şəxslər qanundan xəbəri olmasa belə gəlir vergisi ödəməlidirlər.  

 

7  Dekabr  2015-ci  ildən  VM-ə  edilmiş  dəyişikliklər  (1  yanvar  2016-cı  il  tarixindən 



qüvvəyə  minir)  yaşayış  və  qeyri-yaşayış  fondlarına  məxsus  yaşayış  obyektlərinin 

satılmasından vergitutmanı köklü dəyişsə də, daşınmaz əmlakın digər növü olan torpaq 

sahələrinin  satılmasından  gəlirin  vergiyə  cəlb  edilməsi  prinsipini  pozmadı.  Belə  ki, 

torpağın satılmasından gəlirə vergi tutulması prinsipi əvvəlki tək saxlanıldı. 

 

Torpaq  sahələrinin  satılmasından  vergiyə  cəlbedilmənin  məntiqini  aydınlaşdırmaq 



zəruridir. Azərbaycan Respublikasının (AR) qüvvədə olan qanunvericiliyinə əsasən həm 

rezident (1 il ərzində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən AR ərazisində olan)

19



həm də qeyri-rezident



20

 olan şəxslər gəlir vergisinin ödəyicisi hesab olunurlar

21

. AR VM-


in  97-99-cu  maddələri  gəlir  vergisinə  cəlb  olunan  rezident  və  qeyri-rezidentlərin 

gəlirlərinin növlərini müəyyən etmişdir. Bu sıraya aşağıdakılar aiddir: 

 



 



muzdlu işlə əlaqədar əldə edilən gəlirlər; 

 



sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə edilən gəlirlər; 

 



qeyri-sahibkarlıq  fəaliyyəti  olan  passiv  gəlirlər  adlanan  gəlir  növü  (məsələn,  bank 

faizləri,  əmlakın  icarəyə  verilməsindən  gəlirlər,  səhmlərdən  əldə  edilən  dividentlər, 

hədiyyə və mirasların məbləğləri və sair).  

 

VM-də  aydın  bəyan  edilmişdir  ki,  vergi  ödəyicisinin  aktivlərinin  ilkin  qiymətinin 



artdığını  göstərən  istənilən  gəlirdən  vergi  tutulur

22

.  Beləliklə,  vergi  orqanlarının 



məntiqinə  görə,  torpağın  qiymətinin  artması  aktivin  qiymətinin  artması  kimi  qəbul 

edilir  və  vergiyə  cəlb  edilməlidir.  Yaşayış  və  qeyri-yaşayış  tikililərinə  vergitutma  isə 

yuxarıda qeyd edildiyi kimi başqa prinsip

23

 əsasında hesablanır.  



 

                                                             

17

  “Министерство  налогов  информирует  о  налогообложении  сделок  по  продаже  недвижимости”,  Алена  Салаева,  1st 



news, 11.02.2015,

 

http://www.1news.az/economy/banks_n_finance/20150211111833364.html



   

18

 "В Азербайджане изменились условия продажи недвижимого имущества", Азад Гасанли, агентство Тренд, 10.02.2015,



 

http://www.trend.az/business/economy/2362928.html

   

19

 VM-nin 13.2.5.1 maddəsi 



20

 VM-nin 13.2.6. maddəsi 

21

 VM-nin 95-ci maddəsi 



22

 VM-nin  99-cu maddəsi 

23

 "Şəffaflıq Azərbaycan" bu yanaşma ilə razı deyil və hesab edir ki, torpaq sahələri də yaşayış obyektləri kimi sahəsindən asılı 



olaraq satış zamanı vergiyə cəlb edilməlidir. Bununla əlaqədar, tövsiyə hazırlanmış və 20 Noyabr 2015-ci il tarixində keçirilmiş 

dəyirmi masada müvafiq dövlət orqanına təqdim edilmişdir, 

www.transparency.az

  



 

Aktivləri necə müəyyən etmək olar? Alqı-satqı arasındakı fərqin hesablanması ən çətin 



məsələdir.  Burada  çoxsaylı  subyektiv  və  obyektiv  amillər  mövcuddur.  Subyektiv 

amillərə  aiddir:  bir  çox  əmlak  satan  və  alan  şəxs  dövlətə  ödəyəcəkləri  rüsumun 

miqdarını azaltmaq üçün müqavilənin rəsmiləşdirilməsi vaxtı yaşayış yerinin dəyərini 

süni  şəkildə  azaldırlar

24

;  digərləri  isə  əksinə  satılan  əmlakın  qiymətini  süni  şəkildə 



artırırlar  ki,  qeyri-qanuni  gəlirlərini  leqallaşdırmaq  üçün  sənədləşdirilmiş  sübut  əldə 

etsinlər


25

. Biz bu qısa arayışda bu kimi qanuna zidd halları nəzərdən keçirmirik.  

 

Lakin  həm  də  obyektiv  amillər  mövcuddur:  məsələn,  əgər  torpaq  20  il  əvvəl  alınıbsa, 



onun  qiyməti  indi  analoji  torpağın  bazar  qiymətindən  kifayət  qədər  aşağı  olmuşdur. 

Həmçinin, elə  torpaq sahələri var ki, onlar SSRİ dağıldıqdan sonra özəlləşdirilmişdir və 

bu  sahələrin  rəsmi  dəyəri  çox  azdır.  Nəhayət,  bir  çox  satıcılar  abadlaşdırma  üçün 

torpağa vəsait qoyubsa (kommunikasiya xətlərinin çəkilməsi, ağacların əkilməsi və s.) və 

ə

llərində  bunu  sübut  etmək  üçün  sənəd  (materialların  alınması  ilə  bağlı  qəbz,  işlərin 



aparılması ilə əlaqədar müqavilə) yoxdursa, onda nə etmək lazımdır? 

 

Ə



mlak sahibinin satışdan nə qədər gəlir əldə etdiyini müəyyən etmək mümkün deyilsə, 

onda  VM-in  83.9  maddəsinə  uyğun  olaraq  bu  cür  gəlir  Nazirlər  Kabineti  tərəfindən 

müəyyən  olunmuş  "Vergi  ödəyicisinin  əldə  etdiyi  mənfəəti  (gəliri)  birbaşa  müəyyən 

etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları" əsasında 

hesablanır

26

. (Mənfəət=gəlir (satış qiyməti)/6)



27

 

 



Yaxud  əgər  alış  və  satış  arasında  fərq  böyükdürsə,  satışdan  əvvəl  əmlakın 

qiymətləndirilməsi ilə məşğul olan şirkətə müraciət etmək, müvafiq rəyi əldə etmək və 

torpaq sahəsinə qoyulmuş faktiki investisiya məbləğini məhkəmə qaydasında tanıtmaq 

zəruridir

28

.  Hamıya  məlumdur  ki,  məhkəmə  prosesi  uzunmüddətli  prosesdir,  çox  az 



adam bu yola baş vurur. Belə olan halda, bir çox satıcılar maraqlıdırlar ki, əmlakın ilkin 

qiyməti məlum olmasın. Çünki, əmlakın ilkin qiyməti məlum olmadıqda gəlirin yalnız 

6-da 1-i mənfəət kimi nəzərə alınır.  

 

Qeyd etmək yerinə düşər ki, evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə gəldikdə, 



“Bələdiyyə  torpaqlarının  idarəedilməsi  haqqında”

29

  qanuna  edilmiş  son  dəyişikliklərə 



ə

sasən onların satışı alış tarixindən etibarən beş il müddətinə qadağandır. Burada söhbət 

bələdiyyələr  tərəfindən  keçirilən  hərrac  və  müsabiqələrdə  əldə  olunmuş  torpaqlardan 

gedir.  Bu  müddət  bitdikdən  sonra  satılan  bələdiyyə  torpaqlarına  gəldikdə  isə,  təkrar 

bazarlarda əldə olunan torpaq sahələri kimi satıla bilər.  

Xüsusilə vurğulamaq lazımdır ki, qanuna uyğun olaraq torpağın satılması ƏDV-yə tabe 

deyil

30



 

                                                             

24

 Notariusla müsahibə, 03.08.2015 



25

 Realtorla müsahibə, 05.08.2015 

26

 “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq 



edilməsi  barədə"  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2001-ci  il  1  mart  tarixli  55  nömrəli  qərarı, 

http://www.cabmin.gov.az

    

27

  Vergidən  yayınmaya  meyllik  və  real  rentabelliyin  qiymətləndirilməsi,  Məruzəçi:  Vergilər  nazirinin  vergi  siyasəti  məsələləri 



üzrə müşaviri, Akif Musayev, 10/ 04/2015, 

akif.musayev@taxes.gov.az

  

28

 Bu mövzu ilə bağlı tövsiyələr "Şəffaflıq Azərbaycan" Təşkilatının 20 noyabr 2015-ci ildə keçirilən dəyirmi masasında müvafiq 



quruma təqdim edilmişdir, 

www.transparency.az

 

 

29



 “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü 

il 16 dekabr tarixli 1145-IVQD nömrəli Qanunu, 

www.e-qanun.az

   


30

 VM-nin 13.2.8-ci maddəsi, 

www.e-qanun.az

  



 

3.2.



 

Yaşayış təyinatlı torpaqların satılması 

 

Azərbaycanda  fiziki  şəxslərin  gəlir  vergisi  üçün  tətbiq  edilən  dərəcələr  həmçinin 

torpaqların alqı-satqısında da istifadə olunur. 

 

Vergi tutulan mənfəətin miqdarı  



Vergi dərəcəsi 

30.000 manata qədər 

Gəlirdən 14% 

30.000 manatdan yuxarı 

4200 manat (faktiki olaraq 30.000 manat məbləğin 

14%-i)  +  gəlirdən  (satış  qiymətindən  alış  qiyməti 

çıxıldıqdan sonra yerdə qalan hissə) 30.000 manat 

çıxıldıqdan sonra qalan məbləğin 25%-i 

 

Misal 7: 

Ə

gər torpaq bazarda alınıbsa və onun qiyməti məlumdursa; 

İlkin alış məbləği:  70 000 AZN 

Satış məbləği:  90 000 AZN 

Fərq: 20 000 AZN 

20.000 AZN X 14%=2 800 AZN (Mənfəət vergisi) 

 

Misal 8: 



Ə

gər torpaq bazarda alınıbsa və onun qiyməti məlumdursa; 

İlkin alış məbləği:  50 000 AZN 

Satış məbləği:  90 000 AZN 

Fərq: 40 000 AZN 

30.000 AZN X 14%+ (40.000-30.000) X 25%= 6 700 AZN (Mənfəət vergisi) 

 

Misal 9: 



Ə

gər  torpağın  ilkin  qiymətini  müəyyən  etmək  mümkün  deyilsə,  mənfəət  Nazirlər 

Kabinetinin müəyyən etdiyi düstur əsasında hesablanır və  mənfəət gəlirin 6/1 hissəsini 

təşkil edir. 

Torpaq:  240 000 AZN-ə satılıb. 

240 000 AZN X 1/6 X 20% = 8 000 AZN (Gəlir vergisi) 

 

3.3.



 

Kommersiya təyinatlı torpaqlar 

Artıq  qeyri-yaşayış  torpaq  sahələrinin  satılması  vergi  orqanları  tərəfindən  sahibkarlıq 

fəaliyyəti  hesab  edilir.  Bu,  həm  vətəndaşlara  (VÖEN-i  olmayan  fiziki  şəxslər),  həm  də 

həm də VÖEN-lə işləyən sahibkarlara və hüquqi şəxslərə aiddir. 

Qanuna görə

 31


, ƏDV üçün qeydiyyatdan keçməmiş və son 12 ayda vergiyə cəlb ediləcək 

ə

məliyyatlarının  həcmi  200  000  AZN-i  keçməyən  vergi  ödəyicilərinin  hüququ  var  ki, 



sadələşdirilmiş  vergi  ödəsinlər,  hansı  ki,  bu  məbləğ  Bakı  üçün  ümumi  gəlirin  4%-i, 

rayonlar üçün 2%-i həcmində müəyyən edilmişdir

32

.  


                                                             

31

 VM-nin 99.2.1ci maddəsi, 



www.e-qanun.az

  

32



 VM-ə 7  dekabr 2015-ci il tarixində  edilən  dəyişikliklərə əsasən bu  məbləğ 120.000 AZN-dən 200.000 AZN-ə qaldırılmışdır 

(VM  155.1  və  17.3.1).  Bununla  bərabər,  ticarət  və  ictimai  iaşə  faəliyyətində  çalışan  sahibkarların  dövriyyəsi  200.000  AZN-i 

keçdikdə, onlar ƏDV yaxud müvafiq olaraq 6 və 8% dərəcəsində sadələşdirilmiş vergi rejimlərini seçmək hüququna malikdirlər.

 



 

Ya da vergi ödəyicisi sadələşdirilmiş vergi deyil, öz istəyi ilə 20% gəlir vergisini (alqı və 



satqı  arasında  olan  fərqdən  20%  məbləğ)  ödəməyi  də  seçə  bilər.  İstənilən  halda  ƏDV 

tətbiq olunmur (VM, M.  13.2.8.).  

Həmçinin  xüsusi  qeyd  edilməlidir  ki,  qanunvericiliyə  görə  icarə  və  başqa  qeyri-

sahibkarlıq  fəaliyyətindən  əldə  edilən  gəlirlər,  o  cümlədən  əmək  müqaviləsi  əsasında 

haqqı ödənilməklə görülən əmək fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab edilmir

33



 

Misal 10: Kommersiya (xüsusi) təyinatlı torpaqların satılması 

Alış qiyməti: 80 000 AZN 

Satış qiyməti: 110 000 AZN 

1)

 



Bakı üçün  4%  sadələşdirilmiş vergi:  4 400 AZN hesablanır, yaxud regionlar üçün 2% 

vergi hesablanır. 

2)

 

Ə



ldə edilən mənfəətin 20%-i 6 000 AZN mənfəət vergisi hesablanır. 

(110,000-80,000=30,000 Х20%=6,000 AZN) 

Ə

gər  satılmış  torpağın  məbləği  1  Yanvar  2016-cı  ildən  sonra  200  000  AZN-i  (bundan 



ə

vvəl  120  000  AZN)  keçirsə  mənzərə  dəyişir.  Belə  ki,  satıcı  qismində  hüquqi  şəxs 

yaratmadan  VÖEN  nömrəsi  altında  sahibkarlıq  fəaliyyəti  göstərən  fiziki  şəxs  çıxış 

edirsə,  onda  vergi  gəlirdən  (torpağın  alış  və  satış  qiyməti  arasındakı  fərqdən)  20% 

hesablanacaq

34

.  Bunun  üçün  isə  satılan  torpağın  təyinatından  asılı  olmayaraq  (vacib 



deyil  ki,  qeyri-yaşayış  obyektinin  sahibi  onu  kommersiya  məqsədləri  üçün  istifadə 

etsin


35

)  əmlak  sahibi  mənfəət  əldə  etdikdən  sonra  üç  gündən  gec  olmayaraq  vergi 

orqanlarında uçota durmalı, əgər yoxdursa VÖEN

36

 əldə etməlidir. 



 

Misal 11 

Bakıda kommersiya torpaqları 250 000 AZN-ə satılmışdır. 

İlkin alış qiyməti 110 000 AZN-dir. 

Gəlir vergisi 20% dərəcəsində 28 000 AZN-dir.  

(250 000 – 110 000) x 20%=28 000 AZN 

 

3.4.



 

Kənd təsərrüfatı torpaqları 

 

Kənd  təsərrüfatına  aid  torpaqlar  da  kommersiya  torpaqları  kimi  gəlir  vergisinə  cəlb 



olunur.  Bu  yanaşma  düzgün  deyil.  Belə  ki,  uzun  müddətli  perspektivdə  kənd 

təsərrüfatının  satılmasına  gəlir  vergisinin  tətbiqi  kənd  təsərrüfatının  inkişafına  əngəl 

törədə bilər. Əmlak vergisində coğrafi meyarlar

37

 və bonitet şkalası (torpağın keyfiyyəti) 



nəzərə  alınmaqla  kənd  təsərrüfatı  torpaqları  yaşayış  və  qeyri-yaşayış  torpaqlarından 

fərqli olaraq ayrıca kateqoriya kimi nəzərdə tutulur

38



 



TAPINTILAR VƏ TÖVSIYƏLƏR 

İndidən sonra torpaq sahələri istisna  olmaqla  daşınmaz  əmlakın təqdim edilməsi  gəlir 

vergisi ilə deyil, sadələşdirilmiş vergi ilə vergiyə cəlb olunacaqdır.  

 

                                                             

33

 VM-nin 99.3-cü maddəsi, 



www.e-qanun.az

  

34



 VM-nin 101.3-cü maddəsi, 

www.e-qanun.az

  

35

 23 Avqust 2015-ci il tarixində makler ilə keçirilmiş müsahibə 



36

 Нужно ли платить налоги за старые сделки с недвижимостью? 22 мая  2015, 

http://minval.az/news/83866

  

37



 VM Maddə 206.1 və 206.2, 

www.e-qanun.az

  

38

 NK-nın 230 nömrəli  29 dekabr 2000-ci il tarixli Kənd təsərrüfatı təyinatlı torpaqlar haqqında qərarı, 



http://www.taxes.gov.az/modul.php?name=qanun&news=506

  



10 

 

1.



 

Hal-hazırda tikililərin və torpaqların təqdim edilməsinin (satılması) vergiyə cəlb 

olunması  ilə  bağlı  iki  yanaşma  tətbiq  edilir.  Belə  ki,  tikililərin  təqdim  edilməsindən 

sadələşdirilmiş vergi, torpaqların təqdim edilməsindən isə gəlir vergisi tutulur. Tövsiyə 

olunur ki, sadələşdirilmiş vergi sistemi torpaqların təqdim edilməsinə münasibətdə də 

tətbiq  edilsin.  Verginin  hesablanması  zamanı  torpaqların  təqdim  edilməsindən  əldə 

edilən gəlir yox, torpaqların sahəsi əsas götürülsün.  

2.

 



Qeyri-yaşayış obyektlərinin  yaşayış obyektlərinə münasibətdə daha artıq meyar 

(koefisent)  əsasında  vergiyə  cəlb  edilməsi  ədalətlidir.  Ancaq  burada  bəzi  istisnaları 

nəzərə  almaq  vacibdir.  Bununla  əlaqədar  tövsiyə  olunur  ki,  bina  tikən  şəxs  tərəfindən 

binanın  təqdim  edilməsi  zamanı  vergi  hesablanarkən  qeyri-yaşayış  obyektlərinə 

münasibətdə  tətbiq  edilən  1,5  meyarı  yaşayış  obyektləri  (bina)  tərkibindən  olan  qeyri-

yaşayış  obyektlərinə  –  texniki  tikililərə  və  ümumi  istifadə  olunan  ərazilərə  (blok,  lift, 

pilləkən,  texniki  obyektlər)  münasibətdə  ləğv  edilsin,  əvəzində  sakinlərin 

təhlükəsizliyini təmin etmək üçün 0,5 meyar tətbiq edilsin. 

3.

 

Kənd təsərrüfatı torpaqlarının təqdim edilməsi kommersiya torpaqları kimi gəlir 



vergisinə cəlb edilir. Belə yanaşma düzgün deyil, ən azından ona görə ki, uzunmüddətli 

perspektivdə  kənd  təsərrüfatının  inkişafına  zərbə  vura  bilər;  bundan  başqa,  kənd 

təsərrüfatı  məhsullarının  bahalaşmasına  səbəb  ola  bilər.  Tövsiyə  olunur  ki,  coğrafi 

meyar  və  bonitet  şkalası  nəzərə  alınmaqla,  kənd  təsərrüfatı  torpaqlarının  təqdim 

edilməsi zamanı yaşayış və kommersiya təyinatlı torpaqlara nisbətən daha aşağı faizli 

sadələşdirilmiş vergi tətbiq edilsin. 



 

 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə