Analizatorların struktur və funksional təşkili


Sensor sistemin ümumi quruluş prinsipi



Yüklə 31,78 Kb.
səhifə3/9
tarix17.05.2022
ölçüsü31,78 Kb.
#87168
1   2   3   4   5   6   7   8   9
serbest ish HEYVAN VE İNSAN FİZİOLOGİYASİ SERBEST İSH HAZİR

Sensor sistemin ümumi quruluş prinsipi. İnsanda və ali onurğalı heyvanlarda sensor sistemin ümumi quruluş prinsipini öyrənmək üçün bir neçə üsuldan istifadə olunur:

1.çoxqatlı olmaq, yaxud hüceyrələrinin bir neçə qatda yerləşməsi, birinci qat reseptorlarla, axırıncı təbəqə (qat) böyük beynin motor qabıq neyronları ilə əlaqəlidir. Belə xassə sayəsində neyronların ixtisaslanması, müxtəlif növ sensor informasiyaların yenidən işlənməsi nəticəsində ən sadə qıcıqlara qarşı cavab reaksiyasının yaranması mümkün olur.Deməli, sensor sistemin birinci səviyyəsində informasiyaların analizi gedir.Nəticədə, beynin başqa şöbələrindən qalxan yollarla daxil olan informasiyaların neyronlara seçiciliklə tənzimedici təsir göstərə bilməsi təmin olunur :

2. sensor sistem çoxkanallı olur, yaxud hər layda çoxlu miqdarda (on mindən milyonlara qədər) neyron saxlanılır, bir layda olan neyronlar çoxrabitəli vasitələrlə qonşu laylarla əlaqəlidir.Belə çoxsaylı paralel kanalların olması, sensor sistem vasitəsilə informasiyaların işlənməsini və ötürülməsini, siqnalların dəqiq və etibarlı analizinin aparılmasını təmin edir ;

3. qonşu laylarda elementlərin müxtəlif sayda olması, “ sensor qatın” formalaşmasını təmin edir.Məsələn, gözün torlu qişasında 130 mln fotoreseptor olur, torlu qişanın qanqlioz qatından neyronların sayı 100 dəfə az olur ( qıfın daralması).Görmə sisteminin növbəti səviyyəsində “ qıfın genişlənməsi “ formalaşır : qabığın ilkin proyeksion görmə sahəsində, torlu qişanın qanqli hüceyrələri ilə müqayisədə neyronların miqdarı min dəfə çox olur.Eşitmə və sirada başqa sensor sistemlərin reseptorlarınin böyük beynin qabığına, “ genişlənmiş qıf “ daxil olur. Qıfın “dar “ və ya “ geniş” olmasının mənası onunla əlaqədardır ki, qıf “dar” olanda informasiya çoxluğu məhdudlaşır, “ qıfın” geniş olması müxtəlif siqnallara xas olan əlamətlərin mürəkkəb analizinin gedişini asanlaşdırır;

4. Sensor sistem – şaquli (vertikal ) və üfiqi (horizontal) istiqamətdə defferensasiya edir. Vertikal defferensasiyada hər biri sayca bir neçə neyron sayından qurulmuş şöbə iştirak edir.Ona görə də, neyron layından fərqli olaraq, şöbə morfofunksional baxımdan daha böyükdür. Hər şöbə (məsələn. Iybilmə soğanaqları, eşitmə sisteminin koxlear nüvəsi və ya dirsəkli cisim) müəyyən funksiyanı icra edir.

Horizontal defferensasiyada müxtəlif xassəli reseptorlar, neyronlar və onların layları daxilində yaranan əlaqələr iştirak edir.Belə ki, görmə orqanının işində iki paralel kanal iştirak edir; fotoreseptorlardan baş beyin qabığına gələn kanal və gözün torlu qişasının periferiyasından və mərkəzindən daxil olan informasiyaları müxtəlif səviyyədə işləyən kanallar.




Yüklə 31,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə