Analizatorların struktur və funksional təşkili


Görmə orqanının quruluşu və funksiyası



Yüklə 31,78 Kb.
səhifə5/9
tarix17.05.2022
ölçüsü31,78 Kb.
#87168
1   2   3   4   5   6   7   8   9
serbest ish HEYVAN VE İNSAN FİZİOLOGİYASİ SERBEST İSH HAZİR

Görmə orqanının quruluşu və funksiyası. Göz kəllənin ön tərəfində orbital çuxurda yerləşir, öndən və yanlardan onu hərəkət etdirən əzələlərlə əhatə olunmuşdur (şəkil görmə orqanlarının quruluşu).Görmə orqanı quruluşuna görə kürəyə bənzəyir. Görmə orqanının divarı üç qişadan qurulub : ağlı, damarlı və torlu qişadan( şəkil göz almasının quruluşu). Ağlı qişa möhkəm birləşdirici toxumadan əmələ gəlib, bütün gözü əhatə edir, onu mexaniki və kimyəvi təsirlərdən qoruyur.Bu qişanın ön tərəfi şəffafdır və buynuz qişa adlanır.Orta damarlı qişa qan kapilyarları ilə zəngindir və göz toxumasının qidalanmasını təmin edir.Gözün ön hissəsində buynuzun altında damarlı qişa qüzehli qişaya keçir.Güzehli qişanın tərkibinə görə müxtəlif rəng verən piqment daxildir.Qüzehli qişanın ortasında bəbək adlanan-məsamə yerləşir.Göz bəbəyi daraldıqda və ya genişlənməklə işığın gözə daxil olan miqdarını yənzim edir.Daxili qişa (torlu) işığahəssas hüceyrələrdən –fotoreseptorlardan (kolbacıqlardan və çöpcüklərdən ) qurulmuşdur. Fotoreseptorlar gözə daxil olan işıq şüalarını qəbul edir.Torlu qişa ancaq gözün arxa divarında yerləşir.Bu qişalarla yanaşı gözün tərkibinə billur və şüşəyəbənzər cisim daxildir.Onlar gözün boşluğunu doldurur və gözə gələn işıq süasının sındırılmasında və ötürülməsində iştirak edir.

Gözün fəaliyyət prisipi fotoaparata bənzəyir.Fotoaparatda olduğu kimi burada da iki hissə var : optik hissə (fokuslaşmanı aparır) və işığı qəbul edən hissə.

Gözün optik hissəsi –buynuzdan, qüzehli qişa və buynuz arasında saxlanılan mayedən, billurdan və şüşəyəbənzər cisimdən qurulmuşdur.Bu törəmələr işıq şüasini elə sındırır ki, buynuzun ön tərəfində yerləşən əşyanın əksi torlu qişada tərsinə kiçildilmiş vəziyyətdə alınır.

Gözün işıq şüasini qəbul edən hissəsi torlu qişadan ibarətdir.O damarlı qişaya bitişik olan üç piqment hüceyrəsi qatından və üç neyron qatından qurulmuşdur.Birinci qatda xüsusi fotoreseptorlar –kolbacıqlar və çöpcüklər, ikinci qatda- bipolyar hüceyrələr yerləşir. Bipolyar hüceyrələr fotoreseptorlarla üçüncü qatın neyronlarını əlaqələndirirlər. Üçüncü qatın aksonları görmə sinirini əmələ gətirir. Görmə sinirinin torlu qişadan çıxan yeri fotoreseptorlardan məhrumdur, ona görə işıq şüasini qəbul etmir və bu sahə kor ləkə adlanır. Torlu qişa gözün arxa divarında elə bir vəziyyətdə yerləşib ki, onun fotoreseptorları işıq şüasini bilavasitə qəbul etmir. Əksinə onlar piqment hüceyrələrinə tərəf istiqamətlənmişlər və onlardan yəni piqment hüceyrələrindən əks olunan şüa fotoreseptorlarda oyanma yaradır. Gözün torlu qişasında 7 milyon kolbacıq, 130 milyon çöpcük olur.Bəbəyin əks tərəfində torlu qişada ancaq kolbacıqlar yerləşir və bu sahə sarı ləkə adlanır. Sarı ləkənin ətrafında həm kolbacıqlar və həm də çöpcüklər yerləşir, uzaqlaşdıqca –periferiyada da yalnız – çöpcüklər olur.




Yüklə 31,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə