Analizatorların struktur və funksional təşkili


Reabsorbsiyanın mexanizmi



Yüklə 31,78 Kb.
səhifə9/9
tarix17.05.2022
ölçüsü31,78 Kb.
#87168
1   2   3   4   5   6   7   8   9
serbest ish HEYVAN VE İNSAN FİZİOLOGİYASİ SERBEST İSH HAZİR

Reabsorbsiyanın mexanizmi. Böyrək cisimciyinin kapilyar yumağının divarından qan plazmasının bir hissəsi kapsulun boşluğuna süzülür və kapsulun boşluğuna yığılan maye ilk sidik adlanır.Bir sutkada böyrəklərdən keçən 1500-1700 litr qandan 150-170 litr ilk sidik yaranır. Tərkibinə görə ilk sidik orqanizmdən xaricə ifraz olunan son sidikdən tərkibinə görə kəskin şəkildə fərqlənir. Çünki ilk sidik kanalcıqlarda hərəkət edərkən onun tərkibindən suyun və bəzi yumaq filtiratı kompanentlərinin geriyə, yəni qana sorulması prosesi gedir. Geriyə sorulma kanalcıq reabsorbsiyası adlanır.

Reabsorbsiya nəticəsində kanalcıqlarla hərəkət etdirilən mayenin miqdarı azalır. Mayenin reabsorbsiyaya uğraması kanalcığın bütün sahələrində eyni intensivliklə getmir. Proksimal hissədə, xüsusilə Henle ilgəyinin nazik seqmentlərində reabsorbsiya daha intensivdir, mayenin qalan hissəsi kanalcığın distal hissəsində reabsorbsiya edir.

Bəzi maddələrin reabsorbsiyası daha intensiv olur. Məsələn, qlükoza kanalcıqlardan tamamilə qana reabsorbsiya olunur, natrium, xlor, amintursuları, C vitamini 98 % reabsorbsiya edir. Ona görə də son sidikdə qlükoza olmur, natriumun və xlorun konsentrasiyası qan plazmasında olduğuna bərabərdir.

Əgər qanda bu maddələrin miqdarı yüksəlirsə, belə halda son sidikdə də həmin maddələrin miqdarı yüksəlir. Əgər qan plazmasında qlükozanın faizi 200-ə yüksələrsə, belə halda son sidikdə qlükozanın konsentrasiyası təxminən normadan iki dəfə çox olur. Yaxud qanda xlorun qatılığı 300 %-ə çatsa, son sidikdə onun miqdarı xeyli çoxalır.

Sidik turşusu, sidik cövhəri, kalium və fosfor turşuları olduqca az reabsorbsiya edir, ona görə də onların son sidikdəki miqdarı qanda olduğuna nisbətən xeyli yüksəkdir. Sulfat turşusunun anionları, kreatinin, ksiloza kimi maddələr praktik olaraq kapilyarlardan qana sorulmur.

İlk sidikdən bəzi inqredientlərin (mürəkkəb birləşmənin və ya qanın tərkib hissəsi) seçiciliklə reabsorbsiyasına görə demək olar ki, bu proses yalnız reabsorbsiya hesab oluna bilməz.

Geriyə sorulmada kanalcıqların divarını təşkil edən epiteli hüceyrələri fəal iştirak edir. Əgər epiteli hüceyrələrinin sağlamlığı pozularsa, sorulma kəsilir, lakin diffuziya əvvəldə olduğu kimi davam edir. Buradan belə qənaətə gəlmək olar ki, reabsorbsiya passiv və aktiv olmaqla fərqlənir: diffuziya və osmos hadisələri passiv reabsorbsiya və canlı hüceyrələrin sayəsində gedən proses aktiv reabsorbsiyaya aiddir.

Kanalcıqların proksimal hissəsində su passiv reabsorbsiya edir, distal hissədə isə bu proses xeyli aktivdir. Yaxud kanalcığın proksimal hissəsində qlükoza tam halda reabsorbsiya olunur. Sidik cövhəri və sidik turşusunun reabsorbsiyanın gedişi ancaq passiv şəkildə qeydə alınır. Passiv reabsorbsiyadan fərqli olaraq, aktiv reabsorbsiyanın gedişində çoxlu enerji sərf olunur. Bunu böyrək toxumasının ürək əzələsinə nisbətən 8 dəfə artıq oksigen sərf etməsi də sübut edir. Kanalcıqlarda mayenin osmos təzyiqi nə qədər çox olsa, kanalcığın divarında yerləşən epitel hüceyrələrinin icra etdiyi iş bir o qədər çox olur. Epiteli kanalcıqlarında sekresiya və aralıq mübadilə prosesləri kanalcığın proseslərilə yanaşı digər proseslərdə də, məsələn, aralıq mübadilə də, sidiyin yaranmasında da iştirak edirlər. Orqanizm üçün ən zərərli təsir göstərə bilən benzoy turşusu qlisirinlə birləşir və hippur turşusuna çevrilir (müdafiə sintezi adlanır). Aminturşuları dezaminləşməyə başlayır və sidiklə xaric olunur, bu da orqanizmdə qələvi –turşu nisbətinin saxlanılmasını təşkil edir. Bundan əlavə orqanizmdə qələvi –turşu nisbətinin saxlanılmasında qələvi təbiətli fosfat duzu karbonat turşusu ilə birləşir.

Na2HPO4 + H2CO3 → NaH2PO4 +NaHCO3

Mübadilə nəticəsində yaranan NaH2PO4 sidiklə xaric olunur, NaHCO3 isə qana sorulur. Əgər kanalcığın təcrid olunmuş proksimal hissəsi toxuma kulturasına daxil edilsə (fenolrot boyası olan maddə) kanalcığa diffuziya olunur. Əgər kanalcığın epiteli hüceyrələri zədələnsə (sianidlə) bu hadisə müşahidə olunur. Bəzi zərərli, yad maddələr (hippur turşusu, ammonyak, kreatinin, sidik cövhəri) kanalcıqların epiteli hüceyrələrindən sekresiya yolu ilə sidiyin tərkibində xaric olunur.



Beləliklə, böyrəklərin sidik əmələ gətirmə funksiyası bir neçə prosesin gedişi ilə müşayiət olunur. Məsələn, fiziki (filtirasiya, sorma) və fizioloji (aktiv reabsorbsiya) sekresiya ilə.
Yüklə 31,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə