Anamin kitabi



Yüklə 269,35 Kb.
səhifə2/4
tarix25.06.2018
ölçüsü269,35 Kb.
#51171
1   2   3   4
Q ә n b ә r. Ağa, axtarıram. Dәxi bizә görә qulluq?
R ü s t ә m b ә y. Gedә bilәrsiniz.

Qәnbәr vә çobanlar çıxırlar.

(Rüstәm bәy gәlir anasının tәrәfinә vә gülә-gülә deyir). Ana, kefin necәdi? Yaxşıdır? Ana, bilirsәn nә var? Mәn lüğәt yazıram. Bilirsәn lüğәt nәdi? Yәni insanın dilindә hәr nә qәribә söz var, gәrәk o kitaba yazıla; hamısı gәrәk yazıla ki, bir söz dә qalmaya. Bәlkә sәn dә elә bir qәribә söz bilirsәn ki, bizim yadımıza düşmәmiş ola. Hә, nә deyirsәn, ana? Bir qәribә söz de yazım.

Z ә h r a b ә y i m. Bala, qadan mәnә gәlsin, mәn nә bilirәm ki, nә deyim?


M i r z ә M ә h ә m m ә d ә l i (durur ayağa). Dadaş, әgәr qәribә söz axtarırsan, mәndәn soruş, deyim; dәxi ağbirçәk arvad nә bilir, nә desin? Qәribә söz budu ki, indi maşallah kraxmallı alimlәr dәxi hicabı-zadı bilmәrrә atıb, başlayıblar russayağı üzüaçıq zindәganlıq elәmәyә. Elә mәnnәn olsa, lüğәtә bu mәtlәbi dә yazsan, pis olmaz. (Başmaqlarını geyir getsin).
R ü s t ә m b ә y (acıqlı vә ucadan). Mәhәmmәdәli, sәni and verirәm atavın goruna, mәndәn әl çәk.

Mirzә Mәhәmmәdәli başmaqlarını geyir getsin.

Z ә h r a b ә y i m (Mәhәmmәdәliyә). Bala, Mәhәmәdәli, bir dayan. Bala, bir dayan, bir getmә.

Zәhra bәyim qalxır ayağa, qoltuğundan bir bayaz çıxardır, gedir Mәhәmmәdәlinin dalıyca: o da qulaq vermәyib gedir. Zәhra bәyim yenә gәlib oturur yerindә vә bayazı qoyur qoltuğuna.

Sәmәd Vahid yazıya mәşğul olduqda, içәridәn uşaq ağlamağı eşidilir. Sәmәd Vahid, әlindә qәlәm, durur gedir qapıya tәrәf vә hirsli.

S ә m ә d V a h i d. Çocuq ağlamasın, bәn şer yazıyorum (gәlib oturur yerindә vә Rüstәm bәyә). Dadaş, әdәbiyyatdan lazımsa, nümunә olaraq bir şer deyim, yaz lüğәtә.


R ü s t ә m b ә y. Nә eybi var. Amma bu şәrt ilә açıq olsun. Yoxsa, doğrusu, mәn sәnin dilini qanmıram.
S ә m ә d V a h i d (kağızlarını әllәşdirir vә bir yerdәn şairanә oxuyur):

Әnzari-şәbabımda pәdidar olan, ey zill!


Ey zilli-tüluat, oluyorsun yenә peyda!
R ü s t ә m b ә y ("eh" elәyib, çönüb gedir öz stoluna tәrәf). O dili mәn özüm qanıram ki, lüğәtә dә yazam?
S ә m ә d V a h i d (durur ayağa vә kağızlarını yığışdırır ki, getsin). Dadaş, mәn söylәdiyim "Faust"dan türk dilinә tәrcümәdir. Bizim müәllimlәr bunu indi bu saat mәktәblәrimizdә balaca çocuqlara öyrәdiyorlar. Sәn ki, bunu qanmıyorsan, sәnayei-nәfisәdәn bibәhrә olmağını müşahidә ediyorsın, zәnnindәyim, әfәndim. (Sәmәd Vahid acıqlı, kağızı qәfәsәnin içinә atıb, durur gedir).

Rüstәm bәy tәәccüblü baxır onun dalıyca.

Z ә h r a b ә y i m (durur ayağa, bayazını qoltuğundan çıxardır vә Sәmәd Vahidin dalıyca). Bala, bir dayan! Bala, bir dayan. Sәmәd bala, bir dayan!

Rüstәm bәy dә kağızlarını yığışdırır vә acıqlı, hazırlaşır çıxıb getmәyә.

(İndi dә Zәhra bәyim bayazını buna tәrәf tutub yalvarır). Rüstәm, Rüstәm, ayaqlarının altında ölüm! Bir dayan! Bala, bir dayan, bir bu kitaba bax.

R ü s t ә m b ә y (acıqlı). Eh, ana, sәn allah әl çәk! (Rüstәm bәy dә çıxıb gedir).

Zәhra bәyim qalır ortalıqda tәk, әlindә kitab. Bir qәdәr fikirdәn sonra qayıdıb oturur yerindә, kitabın bir sәhifәsini açır vә diqqәt ilә baxır. Bir qәdәr baxandan sonra başlayır haman sәhifәni öpmәyә.

P ә r d ә s a l ı n ı r.


İKİNCİ MӘCLİS

Rüstәm bәyin zal otağı. Ortalıqda uzun stol, әtrafında sandalyalar üstә әylәşiblәr cәmiyyәti-xeyriyyә üzvlәri: başdan Rüstәm bәy ki, cәmiyyәti-xeyriyyәnin sәdridir; onun sağ tәrәfindә Z i v ә r x a n ı m, sol tәrәfindә T e y m u r b ә y. Ondan savayı әylәşiblәr: M i r z ә 3 e y n a l--millәtpәrәst, S ә l i m ә x a n ı m--müәllimә, A s l a n b ә y, İ s m a y ı l a ğ a, M ü n ә v ә r x a n ı m, S ә m ә d V a h i d, H ü s e y n Ş a h i d, yanında mәktәb şagirdi, fәsli. Kәnarda, yerdә diz üstә әylәşiblәr: M i r z ә M ә h ә m m ә d ә l i, M i r z ә B ә x ş ә l i, yanında bir mәktәb şagirdi, börklü. Qapının yanında üç-dörd nәfәr fәqir vә qeyri adamlar ki, ayaq üstә durub iclasa tamaşa edirlәr. Otağın küncündә, camaata görükmәyәn yerdә, pәrdә dalında Z ә h r a b ә y i m vә G ü l b a h a r oturub, mәclisә nәzәr elәyirlәr. Üzvlәrin hәrәsinin qabağında bir vәrәq ağ kağız vә qәlәmtәraş; sәdrin qabağında zәng. Adamların çoxu papiros çәkir.

R ü s t a m b ә y. Qospoda, zasedanie obyavlyayu otkrıtım [1].

[1] Ağalar, iclası açıq elan edirәm.

M i r z ә Z e y n a l (durur ayağa vә yumruğunu silkәlәyә-silkәlәyә, acıqlı). Ağalar, ana dilindәn başqa burada özgә dil danışmaq olmaz. Ana dili, ana dili. Türk dili, milli dil.

Camaat çәpik çalır.

3 i v ә r x a n ı m (durur ayağa). Ne popimayu, qospoda, çto za dikarstvo? Pust kto kakim yazıkom luçşe vladeet na tom i obyasnyayetsya, çto je takoe?! [2]

[2] Ağalar, başa düşmürәm bu nә vәhşilikdir? Qoy kim hansı dili daha yaxşı bilirsә, o dildә danışsın. Buna nә var ki?

M i r z ә M ә h ә m m ә d ә l i (acıqlı). Haqq buyurur Mirzә Zeynal, islam mәclisi hara, rus dili hara?!

Qalan üzvlәrdәn dә bәzi deyir: "eybi yoxdur"; bәzi deyir: "olmaz".

R ü s t ә m b ә y. (zәngi çalır). Ağalar, mәn tәklif edirәm ki, hәr kәs ki, mümkündür, müsәlmanca danışsın; çünki burada rus dili bilmәyәnlәr dә var. O ki, birisi müsәlmanca heç danışmaq bilmir, onda dәxi çarә nәdi....
M i r z ә Z e y n a l. Xeyr, Rüstәm bәy, birisi ki, müsәlmanca bilmir....
M i r z ә B ә x ş ә l i (Rüstәm bәyә). Bağışlayınız, Rüstәm bәy, birisi ki, müsәlmanca bilmir, dәxi bu mәclisdә onun üzv olmağa nә haqqı?!
Z i v ә r x a n ı m. Qospoda, tak nelzya rassujdat, yey boqu [3].

[3] Ağalar, vallah belә mühakimә etmәk olmaz.

M i r z ә Z e y n a l (durur ayağa vә ucadan. Biz dübarә tәvәqqә edirik sәdr cәnablarından ki, rusca danışmağı bilmәrrә qәdәğәn elәsin.

Yenә sәs-küy qalxır, yenә Rüstәm bәy zәngi çalır, camaat sakit olur.

R ü s t ә m b ә y (Teymur bәyә). Xub, Teymur bәy, povestkada yazılan voprosları oxu, camaat eşitsin.
T e y m u r b ә y (papkadan bir kağız çıxardıb oxuyur). Әvvәlinci mәsәlә: il hesabı tәsdiqi mәsәlәsi; ikinci mәsәlә: mәktәb proqramı barәsindә; üçüncü mәsәlә: acların әrzi-halı barәsindә; dördüncü mәsәlә: elmi-ilahi dәrslәri barәsindә,--bunlardır.
R ü s t ә m b ә y (durur ayağa). Hәzәrat, il hesabı barәsindә keçәn zasedaniyada bir qәdәr raznoreçiya oldu. Bu da o barәdә idi ki, smetanın bir para punktlarında bir qәdәr tәfavüt görsәndi vә özgә cür dә ola bilmәzdi; sәbәb bu ki, mәdaxil oldu, mәxaric oldu, onun bәzi yerlәrini biz mәhz priblizitelno tәyin edirik. Mәsәlәn, biz ki, deyirik bal qonaqlığından gәlәcәkdә bu qәdәr mәdaxil olacaq, әlbәttә, bu mәdaxil biz yazdığmızdan ya bir qәdәr әksik olacaq, ya artıq olacaq vә mәhz bu sәbәbdәn smetada rәdd-bәdәl әmәlә gәlir ki, onu toçno düz götürmәk mümkün deyil. Kimin bu barәdә sözü var, buyursun. Aslan bәy danışacaq.
A s l a n b ә y (durur ayağa).

Gülbahar diqqәt ilә baxır.

Heç belә deyil; bağışlayasınız. Zakon bu sluçayları tamamәn predusmatret elәyibdir. Әgәr raznoreçiye elә bir sluçayda oldu ki, onu mәdaxil cәrgәsindә olan punktlar düz gәtirmәdi, o vәdә smetni statyaları o qәdәr sokratit edirlәr ki, il axırında hesab düz gәlir. Amma bizim smetanın poqreşnostları o barәdәdir ki, biz, naprimer, tәyin elәmişik aclara ildә yüz manat paylayaq; amma biz yüz manat әvәzinә paylamışıq yüz doqquz manat on dörd şahı iki qәpik.

Camaatdan bir neçәsi gülür, bir neçәsi dә çәpik çalır. Gülbahar neçә dәfә әsnәyir, bәrk yuxusu gәlir; Mirzә Mәhәmmәdәli vә Mirzә Bәxşәli başlarını bulayır.

R ü s t ә m b ә y (zәngi çalır). Dәxi bu barәdә genә söz danışan varsa, desin.

Bir sәs gәlmir.

Xub (kağızları aralayır). İkinci mәsәlә mәktәb proqramı barәsindәdir. Mәlumdur ki, keçәn hәftә reviziyonnaya komissiya....
M i r z ә Z e y n a l. Tәftiş komissiyası.
R ü s t ә m b ә y. Keçәn hәftә tәftiş komissiyası mәktәb proqramı barәsindә irad tutub ki, guya proqramlara, neçә ki, lazımdır, diqqәt olunmur vә dәrslәr bir növ süst keçir vә ikinci klasda....
M i r z ә B ә x ş ә l i. İkinci sinifdә.
R ü s t ә m b ә y. İkinci sinifdә әdәbiyyat dәrslәri nәhayәt çәtnilәşib vә bizim öz milli Azәrbaycan dilimiz bilmәrrә nәzәrdәn salınıb. Keçәn zasedaniyada müәllim cәnablarından xahiş olunub ki, bu barәdә camaatın arzusuna hörmәt qoyuban, mәsәlәni mümkün dәrәcәdә nәzәri-diqqәtә alsınlar. Hüseyn Şahid cәnabları danışmaq istәyir.
H ü s e y n Ş a h i d (durur ayağa).

Gülbahar qulaq verir.

Möhtәrәm әzayi-әncümәn hәzrәtlәrinә öz ixlasımı tәqdim edib, mәtlәbin әn ibtidasından bir şәmmә izahat vermәyi fәrz vә qәrz bilib, iltimas ediyorum, әfәndim. Arkadaşlar, şimdi hәpimiz tanrımızın buyruğu ilә iştә göyümüzdә torpağa borcunu ödәmәkdәn qaçacaq tәk bir kişi olmaz; onu hay cift sürәrkәn tәr olaraq әlimizdәn dökmüşüz, yetәr! Az әvvәl alçaqca buraxıb savuşduğumuz torpaqlar yetәr! Hay vә ya düşmәnә savaşarkәn qan olaraq damarlarımızdan axıtmışız, yetәr! Akıl irmәz tanrı hikmәtlәri ilә әvәt, yarın qәddar vә murdar әllәri qafalarımızı әnsәmizdәn kәsәrәk bizi vәhşәt şeytanlarına qurban edәcәk, zәnn ediyorum, әfәndim. Yetәr, az әvvәl alçaqca buraxıb sovuşduğumuz torpaqlar, yetәr!

Gülbahar vә adamların çoxu әsnәyir.

Әvәt, çocuqlar, qadınlar, irkaklar, yenilәr bu torpaqdan çıxıb, yavuqlusuna qovuşmuşdu. Qartlaşmış qollarını üç, beş mızraq boyu ötәdәki binaların üstünә qadar salan bol kölgәli sokakların dibindә gümlәyәn davulların sәsi çocuqların düyününü bildiriyordu. Sağlam kökslәrdә uyqudakı yavuzluq duyğularını qabartan bu gumbultu kәndi qılınclarımızın әrmağını xatırlatıyordu, әfәndim. Halbuki, әvәt, bir takım әdәbiyyat ki, ikinci sinifdә tәhsil olunmaqdadır....

İştә kәlәbәklәr kimi qarlar düşüyor,


Sanki bir nur eniyor hәr fidana,
Lakin әylәncә olurkәn adana,
Yavru çocuqlar üşüyor!
Ağalar, bu deyilmn milli әdәbiyyat! Bu deyilmi milli turk lisanı!

Sәməd Vahid çәpik çalır. Qalan çamaatdan gülәn də var və tәk-tək çәpik çalan da var. Gülbahar mürgüləyir.

M ә k t ә b ş a g i r d i b a ş ı n d a f ә s:

İştә kәlәbәklәr kimi qarlar düşüyor,


Sanki bir nur eniyor hәr fidana,
Lakin әylәncә olurkәn adana,
Yavru çocuqlar üşüyor!
Sәmәd Vahid vә Hüseyn Şahid әllәrini qoyurlar hәmin şagirdin çiyninә. Camaatdan gülәn dә var, çәpik çalan da var.

Z ә h r a b ә y i m (Gülbahara). Qızım, bu adamlar nә danışırlar?

Gülbahar cavab vermir, çünki mürgülәyir.

M i r z ә M ә h ә m m ә d ә l i (hirsli, camaata). A balam, hәlә bizi başa salın görәk, niyә çәpik çalırsınız?


R ü s t ә m b ә y (kağızları aralayır). Ağalar, qaldı iki mәsәlә: biri elmi-ilahi dәrslәri barәsindә, biri dә acların әrizәsi. Elmi-ilahi barәsindә uşaqların bir parasının ataları tәrәfindәn әrizә gәlib ki, mәktәbin üçüncü sinfindә müәllim cәnabları--ki, ibarәt olsun Mirzә Bәxşәli vә mәnim kiçik bәradәrim Mәhәmmәdәlidәn,--oktyabr ayında xüsuf vә küsuf barәsindә, yәni ayın vә günün tutulmağı barәsindә bir moizә başlayıblar ki, indi dörd ay olur ki, haman küsuf vә xüsuf dәrslәri nәinki azalmır, hәlә bәlkә altı ay da bundan sonra qurtarmayacaq....
M i r z ә B ә x ş ә l i. Xeyr, ağa, elә deyil, әfv buyurasınız. İndiki dәrslәr mәhz xüsuf barәsindәdir ki, dörd aydır oxunur. O ki, qaldı küsuf dәrslәri, bәli, hәqdir, bir altı ay da küsuf dәrslәri tәhsil olunmalıdır.
R ü s t ә m b ә y (Mirzә Bәxşәliyә, zәng çala-çala). Cәnab, Mirzә, mәni bağışlayasınız, xahiş edirәm sözümü qurtarmamış sözümü kәsmәyәsiniz. Bәli, heç eybi yoxdur, danışmaq istәyirsiniz, izahat veriniz. Amma xahiş olunur bәyanatınızı müxtәsәr söylәyәsiniz.
M i r z ә B ә x ş ә l i (durur ayağa vә әlindә bir yekә, dәridәn cildi, köhnә müsәlman kitabı);

Gülbahar diqqәt ilә qulaq asır.

Әzayi-giramdan üzr istәyirәm ki, zeyldә mәruzeyi-mühәqqәrim ağayani-büzürgüvarın dәrdi-sәrinә şayәd sәbәb ola. Ağama әrz olsun ki, elmi-ilahi dәrslәri, elmi-nücum dәrslәri, heyәt dәrslәri vә xülasәtül-hesab dәrslәri mәktәb proqramlarında,--necә ki, şayistә vә әlzәmdir,--arayişt olunmuyub ki, aya xüsuf vә küsuf mәsәlәlәri bu saydığınız fünunun hansı birisinin dairәsindә tәhsil olunasıdır vә fövqәzzikr fünun hansı müәllimin öhdәsindә vә tәhti-cәvabdehliyindәdir. Bәndәyә mühәvvәl olunan elmi-әqdәsi-ilahi dәrslәri dövri-ibtidasından--necә ki, mәlumdur,--bisti hәştümi-rәbiüssani, yövmi-cәharşәnbә, qütrün әsәblәrinin iki dangı vә şәmsin qürsünün tamam sәhifәsinin dang yarımı rәs üqdәsinin hәvalisindә mütәkәssif olub, yәni bәistilahi-türk, gün tutulub vә hәmin küsuf gün çıxandan beş saat on üç dәqiqәdә vaqe olub. Әzayi-әncümәn hәzrәtlәrinin hüzuri-mübarәklәrinә әrz olsun ki, küsufun keyfiyyәti vә onun övzaı küreyi-әrzin cәmi biladlarında müxtәlif surәtdә zühr edibdir vә mәhz küsuf nәqşәsinin naziri-möhtәrәmlәrinin ittilaından ötәri, bәndeyi-hәqir o fikirdә oldum ki, bir tәrәfdәn әsәri-pürsәmәri-cәnab fәxamәtnisab, Mirzә Hәsәn xan Nәcmülmülk, әxәvizadeyi-cәnab Hacı Nәcmüddövlәni dәsturil-әmәl mәnzilәsindә tutub, digәr tәrәfdәn heyәt elmindәn әxz vә Şәrq ülәması tәrәfindәn tәsdiq olunmuş kәvakibi-sәyyarәnin hәrәkatının bәyanatından müstәfid olub, millәt balalarına hәmin ülumun fәvaidini ixtisar edibәn növcavanların nәzәri-diqqәtlәrinә tәbliğ edim.

Camaatdan və üzvlәrdәn çoxu mürgülәyir; Zәhra bәyim vә Gülbahar da mürgülәyir.

M i r z ә B ә x ş ә l i (Mirzә Mәhәmmәdәliyә). Buyur, ağa, növbәt sizindir.
M i r z ә M ә h ә m m ә d ә l i (durur ayağa). Fәsli-nozdәhhüm dәr bәyani-küsuf vә xüsuf; yәni ayın vә günün tutulmağı....
Z i v ә r x a n ı m (yavaşca Rüstәm bәyә). Nelzya li sokratit reçi oratorov? [4]

[4] Natiqlәrin nitqini ixtisar etmәk olmazmı?

M i r z ә M ә h ә m m ә d ә l i. Әhval ki, kövkәblәrә ariz ola, haman övzada ki, bir-birinә nisbәtlәri var, әz on cümlә haman әhvaldır ki, qәmәr şәmsә ariz ola vә bir surәtdә ki, qәmәr bir kәsif cinsdir vә afitabdan kәsbi-nur elәyir vә çün....
T e y m u r b ә y. Mәnim qanacağıma görә, bu qәdәr tәfsil vermәyin lüzumu yoxdur.
M i r z ә M ә h ә m m ә d ә l i (hirsli vә ucadan). Necә yәni lüzumu yoxdu?

Camaatın içinә danışıq düşür; bir neçәlәri deyir: "lüzumu yoxdur", bir parası deyir: "qoy sözünü desin"

M ә k t ә b ş a g i r d i b a ş ı n d a p a p a q. Küsuf, yәni afitab giriftәgi on halәt әst ki, qәmәr miyani-afitab hail başәd vә küsuf vaqe olanda hәmin duanı oxuyurlar: bismillahir-rәhmanir-rәhim, rәbbәna atina fiddünya....

Mirzә Bәxşәli, Mirzә Mәhәmmәdәli әllәrini qoyurlar hәmin şagirdin çiyninә.

R ü s t ә m b ә y. (zәngi çalır). Ağalar, әzayi-mәclis xahiş edir ki, bәyanatı tamam edәk vә dәxi danışmağa ixtiyar vermәyәk. Kim buna razıdır, dursun ayağa.

Üzvlәr tәmamәn durur ayağa, Mirzә Mәhәmmәdәli başını bulaya-bulaya gedir oturur yerindә vә bir neçә dәfә deyir: "necә lüzumu yoxdur?".

R ü s t ә m b ә y (zәngi çalır vә bir kağız alır әlinә). Camaat, xahiş olunur acların әrizәlәrinә qulaq verәsiniz. Әrizә müsәlman cәmiyyәti-xeyriyyәsinә Mәşәdi Cәfәr usta Mehdi oğlu tәrәfindәn. Әrizәdә yazılıb ki, "mәn qoca vә şikәst adamam vә on iki nәfәr külfәtim var, yomiyyә çörәyinә möhtacıq; cәmiyyәti-xeyriyyәdәn beş-on manat çörәk pulu istәyirik ki, nә qәdәr canımız sağdır, sizә duaçı olaq".

Haman әrizә sahibi M ә ş ә d i C ә f ә r yeriyir camaatın içinә vә ağlaya-


ağlaya pul istәyir.

R ü s t ә m b ә y. Ağalar, bu barәdә sözü olan danışsın.


T e y m u r b ә y. Mәn elә bilirәm ki, cәmiyyәti-xeyriyyә bu mәsәlәyә indi әl vura bilmәz. Sәbәb budur ki, keçәn iclasda da acların әrizәlәrinә kifayәt verilmәdi vә verilmәmәyinin dә sәbәbi budur ki, cәmiyyәtin sandığında olan pulları zapasnoy fonda qoymaq söhbәti ortalığa qoyulubdur.
R ü s t ә m b ә y. Belә olan surәtdә acların әrizәlәrini bu günkü mәclisdә müzakirәyә qoymaq olmayacaq.

Üzvlәrin bir neçәsi deyir: "xeyr, olmayacaq"; bir neçәsi deyir: "gәrәk müzakirәyә qoyulsun"

R ü s t ә m b ә y (zәngi çalır). Ağalar, acların әrizәlәrinә bu gün kifayәt vermәk istәyәnlәr dursunlar ayağa.

Durur ayağa Zivar xanım vә Münәvvәr xanım.

R ü s t ә m b ә y (Teymur bәy ilә pıçıldaşandan sonra). Camaat, cәmiyyәti-xeyriyyә belә qәrar qoydu ki, acların әrizәsi mövcibincә acların halını yoxlamaq vә onların hәqiqәtdә möhtac olmaqlarını tәhqiq elәmәkdәn ötrü әlahiddә komissiya tәyin olunsun vә bu sәbәbdәn hәmin mәsәlәnin müzakirәsi bundan sonrakı iclasa qalmağı qәrar verildi.

Aclar ağlaşır. Zivәr xanım durur gedir. Mәşәdi Cәfәrә bir gümüş pul verir.

Z i v ә r x a n ı m. Doğrusu, mәnim bu kişiyә yazığım gәlir. Kakoy on jalkiy! İ navernoye qolodnıy [5].

[5] O nә qәdәr zavallıdır! Yәqin ki, acdır.

Qapıda görsәnir Q ә n b ә r, Q u r b a n vә Z a m a n. Qurbanın vә Zamanın hәrәsinin bir әlindә uzun çomaq, bir әlindә dәstmal bağlaması.

Z a m a n (kobud çoban sәsi ilә). Burdadımı o mal hәkimi?

Camaaat üzünü çöndәrir çobanlara tәrәf.

Q ә n b ә r (Zamana). Әdә, heyvan, әdәbli danış. Ağalardan ayıbdı!


R ü s t ә m b ә y (Qәnbәrә). Qәnbәr, bir az dayanın, mәclis qurtarsın, sonra danışarıq. (Üzünü Aslan bәyә tutur, yavaşca). Aslan bәy, bu bizim sәrkarımızdı, o ikisi dә qonşu çobanlarındandı. Dünәn gәlmişdilәr, deyirdilәr ki, qoyunlara bir azar düşüb. Cәmiyyәt dağılandan sonra bir qәdәr ayaq saxla, bәlkә bunlara bir dava deyәsәn.
A s l a n b ә y. Yaxşı, qalaram.
Q u r b a n (acların ağlamağına diqqәt salır vә deyir). A balam, niyә ağlayırsınız?
M ә ş ә d i C ә f ә r. Ay qardaş, vallah, acıq. Üç gündü dilimizә çörәk dәymәyib.

Bunu eşidәndәn sonra Qәnbәr, Qurban vә Zaman bağlamanın birini açırlar vә üç nәfәr acların hәrәsinә bir çörәk vә çörәk üstә yağ qoyub verirlәr.

A c l a r (çobanlara). Ay qardaşlar, allah sizә kömәk olsun, allah atanıza rәhmәt elәsin.
Z a m a n. Nuş-can olsun, qardaşlar. Doyunca yeyin. Doymasanız, genә verәrik.

Cәmiyyәt durur ayağa vә acların yemәyinә tamaşa edir. Gülbahar da diqqәt ilә baxır çobanlara.

R ü s t ә m b ә y. Qospoda, zasedaine obyavlyayu zakrıtom [6].

[6] Ağalar, yığıncağı bağlı elan edirәm

Cәmiyyәt әl-әlә verib istәyir çıxa gedә vә sonra yenә qayıdıb, aclara tamaşa edir. Xanımlar da qabaqca bir-birilә öpüşür vә sonra hazırlaşır çıxmağa. Hamının nәzәri çobanların aclara çörәk vermәyindәdir.

R ü s t ә m b ә y. Qәnbәr, Qәnbәr, yavuğa gәl, sözünü de.

Qәnbәr, Qurban vә Zaman gәlir qabağa, Aslan bәyin yanına.

A s l a n b ә y. Yәqin ki, qoyunlarda yara görsәnir.


Q ә n b ә r. Bәli, yaralananı da olur, amma yaranın dilini biz bilmirik; qara nöyüt sürtәn kimi yaxşı olur. Amma qızdırmanın çarәsini bilmirik.

Üzvlәr çobanların danışağına qulaq verir.

A s l a n b ә y (bir qәdәr fikirdәn sonra). Yaxşı, bir mәnә deyin görüm, qoyunun yarasını siz dezinfeksiya elәyirsinizmi?
Q ә n b ә r. Qanmadıq, hәkim ağa.
Q u r b a n. Başa düşmәdik, qurbanın olum.
Z a m a n. O nә sözdür, başına dolanım.

Camaat gülüşür.

A s l a n b ә y. Bir dә mәnә deyin görüm, qoyun yaralananda onun temperaturasını ölçürsünüzmü?
Q ә n b ә r. Qanmadıq, hәkim ağa.
Q u r b a n. Başa düşmәdik, qurbanın olum.
Z a m a n. O nә sözdü, başına dolanım?

Camaat gülüşür.

Q u r b a n. Hәkim ağa, yaraynan sәnin işin yoxdur, yaranın dilini biz özümüz bilirik. Keçәn hәftә qumral kәrә qoyunu canavar yaralamışdı; bax, yarası belә kalafa kimi idi. Qara nöyüt sürtdük, iki gündә yaxşı oldu.

Camaat vә Gülbahar diqqәt ilә qulaq asır.

Bәnöyüş qaraüzü canavar iki hәftә bundan qabaq yaralanmışdı; onu da qara nöyütnәn yaxşı elәdik. Keçәn gün Hacı Әmrahgilin sürüsündәn sarı әbrәş qoyunu genә canavar dağıtmışdı; ona da qara nöyüt sürtdülәr. Sәnin yaraynan işin yoxdu. Bilirik, sәn yaxşı hәkimsәn; sәn bu şoqәrib qızdırmaya bir dava ver, ya bizә bir mәslәhәtli söz de. Bir dә sәni and verirәm allaha, biznәn elә danış ki, başa düşәk; yoxsa biz çöldә böyümüş çobanıq. Sәn bir dava ver, qoyun qızdırmadan ölmәsin. Odu, bir ayın içindә bizim sürüdәn iyirmi qoyun qızdırmadan qırıldı; sarı kәrә dünәn bizim sürüdәn qızdırıb öldü. Zamangilin sürüsündәn dünәn yox, irәliki gün bir qara bәnöyüş, bir dә sarı qaraüz azarladı vә murdar oldu. (Zamana). Әdә, Zaman, niyә dinmirsәn? (Aslan bәyә). Sәn bu qızdırmaya bizә bir dava ver, yoxsa belә getsә, evimiz yıxılar. Sәn bizә rәhm elә, biz dә sәnin yolunu boş qoymanıq, hәrdәn bir yağdan, şordan gәtirrik, uşaqlar yeyәr; ağ yavannıq pis deyil. Bilirәm, şәhәr yeridi, qonaq-qaranız olur.
A s l a n b ә y (Rüstәm bәyә әl verib gedir vә çobanlara deyir). Yaxşı, gәlәrsiniz retsept yazaram.

Çobanlar mәәttәl qalıb, bilmirlәr nә elәsinlәr. Camaat hamı başlayır gülә-gülә dağılmağa.

(Otaqda qalır Rüstәm bәy, Mirzә Mәhәmmәdәli vә Sәmәd Vahid. Bunlar üçü dә yavıqlaşırlar Gülbaharın yanına).

R ü s t ә m b ә y. Hı, bacım, gördün Aslan bәy nә yaxşı danışır?

Mirzә Mәhәmmәdәli narazı başını bulayır.

G ü l b a h a r. Xeyr, dadaş!


Z ә h r a b ә y i m (Gülbahara). Ay qız, Aslan bәy danışanda sәn yuxulamışdın. Maşallah, yaxşı danışdı.

Rüstәm bәy çәkilir kәnara. Sәmәd Vahid gәlir qabağa.

S ә m ә d V a h i d. Gülbahar, gördün Hüseyn Şahid nә gözәl әşar söylәdi?

Gülbahar bәrk gülür, buna baxıb Mirzә Mәhәmmәdәli dә gülür. Sәmәd Vahid dә çәkilir kәnara vә Gülbahar gülmәkdәn sakit olub deyir.

G ü l b a h a r. Qardaşlarım, vallah, sözün doğrusu budur ki, çobanların danışdığından savayı mәn bir söz başa düşmәdim. (Çıxır gedir içәri otağa).

R ü s t ә m b ә y (gәlib durur Zәhra bәyimin qabağında vә acıqnan deyir). Ana, dәxi bundan sonra qızını kimә istәyirsәn ver. Mәnim dәxi işim yoxdur.


M i r z ә M ә h ә m m ә d ә l i (Rüstәm bәyә). Söz yox ki, Aslan bәy kimi әhmәqlәrә getmәkdәnsә, Gülbaharın evdә qalmağı mәslәhәtdir.
R ü s t ә m b ә y (çox ucadan Mirzә Mәhәmmәdәliyә). Axmaq-axmaq danışma!
M i r z ә M ә h ә m m ә d ә l i (bu da ucadan). Danışacağam!
S ә m ә d V a h i d (bu da ucadan). Әdәbsizlәr! Әvәt, әdәbsizlәr!

(Üçü dә bir-birinә çox hirslә baxa-baxa çıxıb gedirlәr. Zәhra bәyim tez durur ayağa vә oğlanlarının dalınca yalvara-yalvara).

Z ә h r a b ә y i m. Sizә gәlәn qada-bala mәnә gәlsin, ay balalarım, savaşmayın! (Qoltuğundan bayazını çıxardıb, qalxızır yuxarı. Oğlanları uzaqlaşıb yox olandan sonra qayıdıb oturur yerindә. Bayazını yenә qoyur qoltuq cibinә vә dәrin fikrә gedir).

P ә r d ә s a l ı n ı r.


ÜÇÜNCÜ MӘCLİS

Rüstәm bәyin kabineti. Zәhra bәyim vә Gülbahar oturublar öz yerlәrindә. Qapıda durublar Qәnbәr, Qurban vә Zaman.

Q ә n b ә r. Xanımlar, biz mәәttәl qaldıq, bilmәdik bu mal hәkimindәn qoyunlara dava olacaq, ya yox?!
G ü l b a h a r. Niyә gedib soruşmursan?
Q ә n bә r. Xanımcan, bilmirәm harda olur.
G ü l b a h a r. Rüstәm dadaşım bilәr. Niyә tәlәsirsiniz, gözlәyin gәlsin, soruşun.
Q u r b a n. Xanımcan, qoyunlardan nigaranıq.
G ü l b a h a r. Qәnbәr, dünәn sәn mal hәkiminnәn danışanda mәn qulaq asırdım; qoyunların adı çox mәzәli idi. Necә, necә? Qumral qaragöz? (Gülür).

Çobanlar utanırlar vә başlarını aşağı salırlar.

Q ә n b ә r. Xanımcan, bizim sürüdә yüz әlli qoyun var, hamısının әlahiddә adı var; necә ki, bir mәclisdә yüz әlli adam ola, hәrәsinin dә ayrı-ayrı adı ola. (Gülbahar gülür. Zәhra bәyim qulaq asır). Bu adları qoyunlara biz ondan ötrü qoyuruq ki, qoyunlar hәmişә nәzәrimizdә olsun vә onların birisi sürüdәn çıxmış olsa, o dәqiqә bilәk vә dalıyca olaq. İndi, mәsәlәn, mәnim qoyunlarımı gәtirәlәr mәnim gözümün qabağına vә imtahan üçün sürüdәn bir qoyun çıxardalar; mәn sürüyә bir belәcә baxan kimi (gözünü dolandırır o tәrәf-bu tәrәfә) bilәcәyәm ki, mәsәlәn, çal әbrәş qoyun sürüdәn çıxıb: ya oğurlayıblar, ya canavar dağıdıb.
G ü l b a h a r (Qәnbәrә yavıqlaşır). Dayan, dayan. Qәnbәr, sәn allah bir mәni başa sal. Çox әcәb, indi, mәsәlәn, tutaq ki, bir saatlığa sürünü gәtiriblәr bura, sәn dә baxırsan. Axır bu üç qoyun deyil, beş qoyun deyil. Özün deyirsәn yüz әlli qoyundu; özü dә canlı heyvandı, bir yerdә duran deyil; qarışqa kimi qaynaşır bir-birinә. Sәn nә tövr bilәcәksәn ki, bunun içindәn hansı qoyun yoxdu. Hamısı da bir-birinә oxşayır. Sәn allah, Qәnbәr, nağıl elә.

Çobanlar gülüşür.

Q ә n b ә r. Xanımcan, bax, mәsәlәn, Qurban gedir durur qoyunların bir tәrәfindә, Zaman da gedir durur bir tәrәfindә--ki, qoyunlar dağılmasın.--Alıram ağacı әlimә (Qurbanın әlindәn çomağı alır) vә başlayıram qoyunları yoxlamağı: qara kәrә, tayın görmәk gәrәk; qumral kәrә, tayın görmәk gәrәk; sarı kürә, tayın görmәk gәrәk, qumral kürә, tayın görmәk gәrәk; bәnöyüş kәrә, tayın görmәk gәrәk; qumral әbrәş, tayın görmәk gәrәk; ağ qaraüz, tayın görmәk gәrәk; bәnöyüş әbrәş kürә, tayın görmәk gәrәk; sarı kәrә, qara kәrә, çal kәrә, ağ kәrә, boz qumral kәrә, hanı boz qumral kәrә? Әdә, Qurban, hanı boz qumral kәrә? Әdә, Zaman, yoxdu boz qumral kәrә; Zaman, Qurban, Salman, boz qumral kәrә yoxdu. (Bayatı havası ilә oxuyur). Çal kәrә, maral kәrә, haradasan boz qumral kәrә, boz qumral kәrә, boz qumral kәrә ... ey vay ... ey....


Yüklə 269,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə