Andranik17 11. doc



Yüklə 86,96 Kb.
Pdf görüntüsü
tarix26.08.2018
ölçüsü86,96 Kb.
#64722


 

www.qesam.org

                                      - 1 -                                             

info@qesam.org

 

Müəllif hüquqları © “Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi”, Bakı 2007.



 

Materialdan istifadə etməyə icazə verilir. Mənbəni qeyd etməyiniz vacibdir. 

Bütün hüquqlar qorunur.

 

 



Yaqub Yaqubov  

Emin Əliyev  

 

Andranik Ozanyan-“milli qəhrəman” yoxsa terrorçu 

 

Azərbaycan tarixində elə faciələr vardır ki, ondan nəinki dünya ictimaiyyəti, 

eyni  zamanda  Azərbaycan  gəncliyi  də  məlumatsızdır.  Bu  günün  Azərbaycan 

tarixçiləri  isə  bu  faciələri  tədqiq  etməli  və  gələcək  nəslə  çatdırmalıdır.  Bununla 

yetinməməli,  dünya  ictimaiyyətinin  də  diqqətini  bu  problemlərə  yönəltməlidir, 

xalqımızın nələr çəkdiyini hər kəsə bildirməlidir.  

Hal-hazırda Azərbaycanın bir hissəsi Ermənistan tərəfindən işğal edilmişdir. 

Tarix  boyu  isə  ermənilər  türk-müsəlman  əhalisinə  qarşı  təşkil  olunmuş  soy-

qırımlar,  terrorlar  həyata  keçirmişlər.  Bunun  nəticəsində  şişirtmədən  demək  olar 

ki,  son  yüz-yüz  əlli  ildə  3-4  milyon  türk-müsəlman  qətlə  yetirilmişdir.  On 

minlərlə insan isə öz yurd-yuvalarını tərk edib didərginlik həyatı yaşamaqdadır.  

Bu qırğınları isə təbii ki, təşkil edən qaniçənlər haqqında məlumatlanmaq da 

vacibdir.  Türk-müsəlman  xalqının  qəddar  düşmənlərindən  olan  "general"  An-

dranik Ozanyan  haqqında  isə demək olar ki,  heç nə bilmirik. Onun  Azərbaycan-

da, Türkiyədə, İranda törətdiyi qırğınlar isə saysız-hesabsızdır.  

Son dövrlər Ermənistan Respublikasında, həmçinin erməni diasporunda An-

dranikin  adına  kitablar,  məqalələr  yazılmaqda,  onun  adını  daşıyan  internet  sə-

hifələri açılmaqdadır. Bütün bu çalışmalarda Andranik ermənilərin sanki bir Qa-

ribaldisi, Roben Hudu, Corc Vaşinqtonu kimi qeyd edilməkdə və milli qəhrəman 

kimi qiymətləndirilməkdədir. Ermənistan Respublikasının dövlət səviyyəsində bu 

sahədə  işləri  artmaqdadır.  Belə  ki,  Ermənistan  höküməti  Andranikin  Parisdə 

yerləşən  Per-Laşez  qəbristanlığından  cənazəsinin  İrəvana  gətirilməsi  haqqında 

qərar  vermiş  və  25  fevral  2000-ci  ildə  xüsusi  nümayəndə  heyəti  tərəfindən 

Andranikin  məzarı  İrəvana  gətirilmişir.  Onun  cəsədi  yenicə  salınmış  "Erablur" 

qəbristanlığında  torpağa  tapşırıldı.  (Əgər  diqqət  edirsinizsə  Andranikin 

Ermənistanda  torpağa  tapşırıldığı  gün  ermənilərin  XX  əsrdə  xalqımızın  başına 

gətirdiyi Xocalı qırğınının  ildönümü  ilə üst-üstə düşür. Burada təsadüf axtarmaq 

əbəsdir).    On  minlərlə  türkün  qətlə  yetirilməsində  bilavasitə  iştirakçı  olmuş,  bu 

qətliamlara rəhbərlik etmiş bir terrorçu "milli  qəhraman"ın  yenidən dəfn olunma 

mərasimində  erməni  terroruna  tarix  boyu  dəstək  verən,  terrorçulara  xeyir-dua 

verən  erməni  Qriqoryan  kilsəsinin  katoliki  II  Qaragen  öz  nitqində  Andranikin 

məzarının Parisdən İrəvana gətirilməsini erməni xalqı üçün şan və şərəf olduğunu 

qeyd etmişdir. 1988-1992-ci illərdə Qarabağda hərbi əməliyyatlarda iştirak etmiş, 

minlərlə  azərbaycanlının  qətlə  yetirilməsində  əli  olmuş,  hal-hazırda  da 

Ermənistan Respublikasının prezidenti Robert Koçaryan da bu mərasimdə iştirak 

etmiş və çıxışında məzarın gətirilməsini Ermənistan üçün böyük bir tarixi hadisə 

olduğunu  və  Andranikin  xəyallarının  gerçəkləşdiyini  qeyd  etmiş  və  çıxışında 



 

www.qesam.org

                                      - 2 -                                             

info@qesam.org

 

Müəllif hüquqları © “Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi”, Bakı 2007.



 

Materialdan istifadə etməyə icazə verilir. Mənbəni qeyd etməyiniz vacibdir. 

Bütün hüquqlar qorunur.

 

 



bunları demişdir: – "Biz bu gün burada Artsax (yəni Ermənistan tərəfindən işğal 

edilmiş  Dağlıq  Qarabağ)  uğrunda  canlarını  qurban  vermiş  qəhrəmanlar  və 

Ermənistanın    sərhədlərini  qoruyarkən  qəhrəmancasına  həlak  olmuş  fədailərlə 

yanaşı  uyuyacaq  fövqəladə  və  əfsanəvi  insanı  dəfn  edirik.  Biz  böyük 

Ermənistanın  dahi  və  qəhrəman  oğullarından  biri,  həyatı  əfsanəyə  dönən,  özü 

erməni  xalqının  yadelli  işğalçılara  qarşı  mübarizəsinin  simvolu  olan  şəxsiyyətlə 

vidalaşırıq. General Andranik Ozanyanın qəhrəmancasına ölümündən 73 il sonra 

öz vətəninə qovuşdu və biz Ermənistanın böyük oğluna layiq olduğu borcumuzu 

yalnız  indi  yerinə  yetiririk".  Bu  çıxışdan  tam  aydın  olur  ki,  Ermənistan 

Respublikası  və  onun  prezidenti  terroru  və  terrorçunu  alqışlayır  və  ona  öz 

rəğbətini gizlətmir. 

Bu tədbirdə iştirak edən Ermənistan Respublikasının baş naziri A.Sarkisyan 

isə öz çıxışında demişdir: –  "General  Andranik  indi burada, Erablurda dəfn olu-

nur. O, uzun illərin ayrılığından sonra həsrətini çəkdiyi vətən qovuşub. Qəhrəman 

Andranik  Erablurda  mənim  qardaşım,  hamımızın  "Andranikin  davamçısı" 

adlandırdığı  Vazgenin  (Vazgen  Sarkisyan  Ermənistanın  baş  naziri  olmuş  və 

Ermənistan  parlamentində  baş  verən  faciədə  qətlə  yetirilmişdir.  Müəlliflər

yanında uyuyacaq. Mən qardaşım Vazgennə həsəd aparıram". Gülünc məntiqdir, 

deyilmi?! Terrora məruz qalan ilə terrorçunun yan-yana dəfn edilməsi ilə erməni 

xalqı fəxr  edir. 

Bütün  bunlardan  başqa  hələ  1999-cu  ildə  Andranikin  adına  gümüş  xatirə 

pulları buraxılmış, İrəvanda heykəli ucaldılmışdır. 

İnsanları diri-diri quyulara yığıb üstünə daş tökən, hamilə qadınların qarnına 

süngü  soxan,  kürəklərinə  qaynar  samovar  bağladan,  baş  kəsən,  qan  tökən,  hətta 

ona  qoşulmayan,  onun  fikirlərini  bəyənməyən  öz  erməni  millətindən  olanları 

təhdid  edən  Andranik  nəinki  türklərin  hətta  bütün  insanlığın,  bəşəriyyətin 

düşmənidir və onu belə qəhrəman səviyyəsinə qaldırmaq əlbəttə ki, yer kürəsinin 

bütün insanlarının təhqir olunması deməkdir. 

Bütün dünyaya səpələnən ermənilərin qəlbində yaşayan, türk qanına susamış 

"General  Andranik"  kimdir?  Bu  yüksək  rütbəyə  hansı  "qəhrəmanlıqları"  ilə 

yüksəlmişdir? Hansı nailiyyətlər qazanmışdır? Bu sualların cavabı incələndiyində 

görərik ki, onun bütün həyat və fəaliyyəti "erməni məsələsi"nə xidmət etməkdən 

ibarət olub.  

Andranik 1865-ci (bəzi mənbələrə görə 1866) ildə Türkiyə ərazisində yerlə-

şən Şebinqarahisarda doğulmuşdu. 1890-ci ildə atası ilə mübahisəsi düşən bir tür-

kü oldürmüş  və İstanbula qaçmışdır. İstanbulda Hnçaq terror təşkilatının  bir çox 

üzvləri  ilə  tanış  olmuş  və  burada  bir  türk  polisini  öldürmüş,  oradan  da  Batuma 

qaçmışdır. Bu illər erməni inqilabı hərəkatının genişləndiyi bir dövr idi. 1894-cü 

ildə  Hnçaqlar  tərəfindən  təşkil  olunmuş  I  Sasun  üsyanı  Osmanlılar  tərəfindən 

yatırılsa  da,  ermənilərin  Rusiya  və  İran  ərazisindən  Sasun  bölgəsinə  məqsədli 

şəkildə axını təşkil edilmişdir. 24 apreldə isə Andranik bir türk çavuşu ilə qarşı-

qarşıya  gəlir  və  çavuş  qılıcı  ilə  onu  yaralayır  və  şikəst  edir.  Bu  həmin  24  parel 




 

www.qesam.org

                                      - 3 -                                             

info@qesam.org

 

Müəllif hüquqları © “Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi”, Bakı 2007.



 

Materialdan istifadə etməyə icazə verilir. Mənbəni qeyd etməyiniz vacibdir. 

Bütün hüquqlar qorunur.

 

 



günüdür ki, ermənilər özlərinin milli qəhrəman hesab etdikləri Andranki Ozanyan 

cismani şiksət olubdur. 

Bundan sonra Andranik 40 nəfər silahlı dəstəsi ilə 16 may 1895-ci ildə Sarı-

qamışdan  Osmanlı  torpaqlarına  keçərək  Sasuna  gəlmiş  və  burada  I  Sasun  üsya-

nının  başçısı  Seropun  dəstəsinə  qoşulmuşdur.  1899-cu  ildə  Seropun  öldürülmə-

sindən sonra onun yerinə Andranik keçmişdir. Onun bu pilləyə qalxmasına səbəb 

Seropun  intiqamını  alması  olmuşdur.  Andranikin  fikrinə  görə  bütün  erməni 

kəndliləri  silahlandırılmalı  və  türklərə  qarşı  mübarizəyə  qalxmalı  idi.  Onun  bu 

fikirlərini qəbul etməyən ermənilər məhz Andranikin göstərişi ilə öldürülür və ya 

təhdid  edilirdi.  1904-cü  ildə  (aprel  ayında)  Daşnanlar  tərəfindən  hazırlanmış  II 

Sasun  üsyanının  hərbi  idarəçiliyi  Andranikin  əlində  idi.  Təxminən  1000  nəfər 

erməni  quldurunun  iştirakı  ilə  keçirilən  bu  üsyan  da  Osmanlı  dövləti  tərəfindən 

yatırıldı.  Andranik  sağ  qalmış  300-ə  yaxın  silahlı  dəstəsi  ilə  Muş  ətrafı  dağlara 

çəkildi.  Üsyan  etməkdə  məqsəd  Osmanlı  dövlətini  parçalamaq,  onun  şərqi 

Anadolu  hissəsində  bir  Erməni  dövləti  yaratmaq  idi.  Müş  ətrafı  dağlardan 

Andranik Van yolu ilə Cənubi Qafqaza keçdi. II Sasun üsyanının təşkilatçısı olan 

Andranik  başa  düşürdü  ki,  Erməni  inqilabı  hərəkatı  hər  hansı  bir  xarici  gücün 

dəstəyi olmadan uğurla nəticələnməyəcək. Onu da qeyd etmək lazımdır ki, məhz 

Osmanlı  torpaqlarında  separatçılıq,  üsyan  toxumu  səpənlər  hələ  XIX  əsrin 

əvvəllərindən  Osmanlı  torpaqlarında  öz  missioner  fəaliyyətlərin  genişləndirən 

xristian missioner təşkilatları olmuşdur. Erməni İnqilab hərəkatının daha da geniş 

vüsət almasına kömək edən amillərdən biri də I dünya müharibəsinin başlanması 

oldu.  Onlar  bu  müharibədən  öz  məqsədləri  –  Böyük  Ermənistan  yaratmaq  üçün 

geniş  istifadə  etməyə  çalışdılar.  Hələ  müharibənin  ilk  illərindən  Rusiyanın 

Osmanlı  torpaqlarına  hücumu  zamanı  sərhəd  bölgələrində  yaşayan  ermənilər 

əsrlər  boyu  tabeçiliklərində  yaşadıqları  Osmanlı  dövlətinə  xain  çıxaraq  Rus 

qüvvələrinə  kömək  edir,  müxtəlif  informasiyalar  ötürür,  Osmanlı  qoşunlarına 

gələn maddi yardımı quldur basqınları nəticəsində talan edir və beləliklə Osmanlı 

dövləti  üçün  real  təhlükəyə  çevrilirdilər.  1914-cü  ilin  son  aylarında  Tiflisdə 

Erməni  milli  bürosunun  qərarı  ilə  Rus  ordusuna  ermənilərin  könüllü  toplanması 

aksiyası  keçirildi.  Daşnan  partiyası  uzun  müddət  silahlı  üsyanlar  törədən 

erməniləri hərbi xidmətə çağırdı. Andranik, Keri, Varta, Hamazasb, Armen Gero 

kimi  minlərlə  türkün  qətlə  yetirilməsində  əli  olmuş  terrorçu  quldur  başçıları  da 

xidmətə  çağırılanlar  içərisində  idi.  Yaranan  ilk  könüllü  dəstələrdən  birinə 

Andranik  rəhbərlik  edirdi.  Onun  1000  nəfərlik  silahlı  dəstəsi  1914-cü  ilin  16 

noyabrında  Şimali  İran  ərazisində  Rus  ordusuna  qatıldı.  Könüllü  erməni 

dəstələrinin  əsas  vəzifəsi  Rus  ordusuna  dəstək  olmaq  və  onlara  bələdçilik 

etməkdən ibarət idi. 

Həmin  dövrdə  Amerikada  nəşr  olunan  "Azparez"  qəzetinin  yazılarında  er-

mənilərin əsl niyyətləri açıqcasına göstərilirdi. Erməni terrorçularına xitabən "Er-

məni  könüllüləri,  Andranik,  Vartan  və  qardaşları,  intiqam  üçün  silahlarınızı  qı-

nınızdan  çıxarın,  intiqam  bilaistisna  intiqam,  mərhəmət  göstərən  hər  bir  erməni 




 

www.qesam.org

                                      - 4 -                                             

info@qesam.org

 

Müəllif hüquqları © “Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi”, Bakı 2007.



 

Materialdan istifadə etməyə icazə verilir. Mənbəni qeyd etməyiniz vacibdir. 

Bütün hüquqlar qorunur.

 

 



bundan  sonra  alçaqdır,  artıq  intiqam  kəlməsi  ilə  ermənilik  eyni  olmalı"  erməni 

mətbu  orqanı  bütün  erməniləri  terrorizmdən  bir  mübarizə  vasitəsi    kimi  istifadə 

etməyə çağırırdı. 

1915-ci ilin aprel ayında Diliman yaxınlığında erməni-rus hərbi birləşmələri 

ilə  üz-üzə  gələn  türk  qoşunları  geri  çəkilməyə  məcbur  oldu.  Vanın  ələ  keçi-

rilməsindən  sonra  Andranik  və  Dronun  dəstələri  Bitlisə  doğru  irəlilədilər.  Türk-

lərdən  təmizlənmiş  Van,  Bitlis,  Ərzurum  və  Trabzona  erməni  hərbi  birləşmələri 

gətirildi  və  etnik  təmizləmə  siyasəti  həyata  keçirməyə  başladılar.  Andranik  və 

onun  dəstəsi  tutduğu  ərazilərdə  türkləri  vəhşicəsinə  qətlə  yetirir,  kəndləri, 

qəsəbələri  dağıdıb,  viran  qoyurdu.  On  minlərlə  türk  qətlə  yetirildi.  Tezliklə 

ermənilər  tərəfindən  törədilən  bütün  bu  vəhşiliklər,  qətliamlar  Rusları  narahat 

etməyə  başladı.  Rus  höküməti  heç  də  Şərqi  Anadoluda  bir  erməni  dövlətinin 

qurulmasının  tərəfdarı  deyildi.  1916-ci  ildə  erməni  siyasətinə  Rus  hökumətinin 

etdiyi  dəyişikliklər  nəticəsində  bütün  erməni  könüllü  dəstələri  ləğv  edildi  və 

nizami  Rus  ordusunun  tərkibinə  qatıldı.  Lakin  çox  keçmədi  ki,  1917-ci  ildə 

Rusiyada  daxili  vəziyyətin  pisləşməsi  və  ağırlığı  ermənilərə  olan  münasibəti 

yenidən  dəyişdirdi.  Belə  ki,  işğal  edilmiş  torpaqları  əldə  saxlamaq  üçün  təkrar 

ermənilərə  ehtiyac  olduğunu  hiss  etdilər.  Rusiyada  inqilabın  başlanması  ilə 

əlaqədar  olaraq  rus  qoşunları  geri  çəkildilər  və  Ərzincanda,  Ərzurumda  və  Van 

bölgəsində  öz  yerlərinə  erməni  hərbi  birləşmələrini  saxladılar.  1918-ci  il  martın 

2-də  Rus  dövlətinə  etdiyi  xidmətinə  görə  general  forması  ilə  Ərzuruma  gələn 

Andranik  Ərzincanda  mərkəzi  komandanlığı  öz  üzərinə  götürdü.  Lakin  Türk 

ordusunun  uğurlu  hücumu  ilə  Ərzincan  geri  alındı.  Türklər  artıq  Ərzuruma 

yaxınlaşırdılar.  Andranik  türk  ordusu  ilə  qabaq-qabağa  gəlmək  qüdrətində  ol-

madığını anlayırdı. Ərzurumda daha  geniş şəkildə türk əhalisinə qarşı qətliamlar 

törədirdi.  İki  gün  də  şəhərdə  qalan  Andranik  və  onun  dəstəsi  artıq  11  martda 

şəhəri  tərk  etmək  məcburiyyətində  qaldı.  Şəhərin  8000-ə  qədər  əhalisi,  qoca, 

qadın,  uşaq  qətlə  yetirildi.  Şəhər  tamamilə  viran  edildi  və  tanınmaz  hala  çev-

rilmişdi.  Hələ  üstəlik  ermənilər  geri  çəkilərkən  keçdikləri  qəsəbə  və  kəndləri 

dağıdır,  əhalisini  qırırdılar.  Kınalı  Qaraxaç  kəndində  və  onun  ətrafında  7060 

müsəlman  qətlə  yetirilmişdi.  İlica  kəndində  2000  nəfər  insan  işgəncə  ilə  öl-

dürülmüşdü.  Sarıkamışın  Qarahəmzə  nahiyəsində  5337  müsəlman  Andranikin 

əmri  ilə  qətlə  yetirildi.  Ərzurumun  türklərlə  döyüşə  girmədən  təslim  edilməsi 

onun yəni Andranikin general rütbəsindən azad edilməsi ilə nəticələndi.  

İrəvanda  kolordu  komandanı  general  Nazarbəyova  öz  elçilərini  göndərən 

Andranik  Gümrüyə  gəlmək  istədiyini  və  Zəngəzur  bölgəsində  türklərə  qarşı  vu-

ruşa biləcəyini bildirdi. General Nazarbəyov onun bu istəyini qəbul etdi. 1918-ci 

10 apreldə 400  nəfər  Türkiyə ermənisindən  ibarət "Xüsusi  hərəkat birliyi"  təşkil 

etdi.  Dəstənin  əsas  vəzifəsi  Rusiya  sərhədlərini  qorumaq  və  Türklərin  Qafqaza 

keçməsinin qarşısını almaq idi.  

1918-ci  il  4  iyun  Batum  müqaviləsinin  şərtlərini  qəbul  etməyən  Andranikə 

görə Ermənistan torpaqları Ərzurumu, Vanı, Bitlisi və Muşu da əhatə etməli idi. 




 

www.qesam.org

                                      - 5 -                                             

info@qesam.org

 

Müəllif hüquqları © “Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi”, Bakı 2007.



 

Materialdan istifadə etməyə icazə verilir. Mənbəni qeyd etməyiniz vacibdir. 

Bütün hüquqlar qorunur.

 

 



Lakin anlaşmaya görə bu ərazilər öz tarixi sahiblərinin əlində qaldı. Bu müqavilə 

ilə də Qafqaz erməniləri ilə Türkiyə erməniləri arasında problemlər ortaya çıxdı. 

Ermənistan Respublikasının bu şərtlər altında varlığını rədd edən Andranik Doğu 

Anadoludakı qətliamlarının Culfada, Naxçıvanda və Zəngəzurda davam etdirirdi. 

Andranikin əmri ilə Zəngəzur bölgəsində 10068 müsəlman öldürülmüş, 115 kənd 

yerlə-yeksan  edilmişdi.  Əsas  qərargahı  Naxçıvan  şəhərindən  12  km  uzaqlıqdakı 

Küncütdə  yerləşən  Andranik  öz  dəstəsi  ilə  4  sentyabr  1918-ci  ildə  Nehrəmə 

hücum etmiş, lakin sərt müqavimətə rast gəlib geri çəkilmişdi. İrəvan hökümətinə 

bu  qətliamlara  görə  etiraz  edilən  də  isə,  hökumət  bu  qanunsuz  dəstələr  üzərində 

hakimiyyətinin  olmadığını  bildirmiş,  cavabdehliyi  öz  üzərindən  atmışdır. 

Qarabağda məskunlaşmış ermənilər də öz separatçı əməllərindən geri qalmayaraq 

dəfələrlə  Andranikdən  hərbi  yardım  istəmişlər. 29  noyabr 1918-ci  ildə  Andranik 

öz  dəstəsi  ilə  Qarabağ  üzərinə  hücum  etmiş,  Şuşaya  kimi  irəliləyə  bilmişlər. 

Andranik  Qarabağ  ermənilərini  silahlandırmağa  çalışmış  və  əsas  məqsədi 

erməniləri  türklərə  qarşı  silahlı  mübarizəyə  təşkilatlandırmaq,  türk  nüfuzunu 

Qarabağda  aşağı  salmaq,  bölgənin  tamamilə  ermənilərin  nəzarətinə  keçməsinə 

çalışmaq  idi.  Lakin  Azərbaycan  ordusunun  Qarabağda  keçirdiyi  hərbi 

əməliyyatlardan  qorxan  Andranik  ordu  ilə  üz-üzə  gəlməkdən  çəkilmiş,  Şuşanı 

tərk  edərək  Gorusa  qaçmışdı.  Budur  erməni  xalqının  milli  qəhrəman  hesab 

etdikləri Andranikin cəsarəti! 

Erməni və Avropa tarixçilərinin fikirlərinə görə Andranikin Qarabağdan geri 

çəkilməsinin səbəbi Mudros müqaviləsinin imzalanması və İngilis General Tom-

sonun  Andranikə  göndərdiyi  geri çəkilmə  əmri olmuşdur  və beləliklə Qarabağın 

Ermənistan  Respublikasına  birləşdirilməsi  tarixi  fürsəti  əldən  çıxmışdır. 

Andranikin  İrəvan  höküməti  ilə  arası  pis  olduğundan  və  ingilislərin  də  dəstə-

yindən  məhrum  olmasından  sonra  bu  bölgədə  qala  bilməsi  mümkün  olmamış, 

tabeçiliyində olan qüvvələrini dağıdaraq 15 may 1919-cu ildə Batumdan keçərək 

Parisə müraciət etmişdir.  

Andranik  I Dünya  müharibəsi dövründə  müttəfiqlərə etdiyi  yardımlara  görə 

Fransa Respublikasının rəhbəri Puan Kare tərəfindən "Legion de Honour" medalı 

ilə təltif edildi. 1919-cu il ərzində Londonda, Parisdə, Nyu-Yorkda dolaşaraq türk 

torpaqlarında Böyük Ermənistan qurulması üçün dəstək axtardı. Özünün törətdiyi 

vəhşilikləri,  qətliamları,  terror  aktlarının  türklərin  üzərinə  ataraq  guya  türklər 

tərəfindən ermənilərin soyqırıma məruz qalmaları təbliğatını apardı.  

Andranik  1927-ci  ildə  ABŞ-da  Frenso  şəhərində  öldü.  Cənazəsinin  İrəvana 

gətirilməsini  Sovet  höküməti  qəbul  etmədi  və  Parisdə  dəfn  olundu.  Onun  qəb-

rinin  üzərində abidə də  ucaldıldı. O, at  üzərində təsvir olunmuşdu. Onu da qeyd 

etmək  yerinə  düşərdi  ki,  bu  "milli  qəhrəmanın"  at  üzərində  ki    heykəli  dəfələrlə 

təhqir olunub. Buna görə də erməni lobbisi abidəni mühafizə etmək üçün xüsusi 

tədbirlər də görmüşdür. İnsana abidə qoymaqla onu qəhrəman etmək olmaz.  

Ölərkən  vəsiyyətində  qəbrinin  "Vətən  torpaqlarına"  aparılmasını  və  orada 

dəfn olunmasını istəmişdi. "Vətən torpağı" dedikdə təbii ki, o, Şərqi Anadolu tor-




 

www.qesam.org

                                      - 6 -                                             

info@qesam.org

 

Müəllif hüquqları © “Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi”, Bakı 2007.



 

Materialdan istifadə etməyə icazə verilir. Mənbəni qeyd etməyiniz vacibdir. 

Bütün hüquqlar qorunur.

 

 



paqlarını nəzərdə tuturdu. Onun bu vəsiyyəti yerinə yetirilməyib və bundan sonra 

da yerinə yetirilə bilməyəcək. 

Mübarizə  metodu  kimi  terrozmi  seçən  erməni  "milli  qəhrəmanı"  Andranik 

bu adı türklərə, müsəlmanlara qarşı göstərdiyi amansızlıqları, qətliamları, medal-

larını  isə  böyük  dövlətlərə  Şərqi  Anadolu  və  Qafqazda  etdiyi  yardımları  sayə-

sində qazanmışdı.                                



 

 

 

 

İSTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT SIYAHISI 

 

1.



 

Calubyan  Andranik.  General  Andranik  and  Anmenian  Revolution 

Movement. New York 1988. 

2.

 



Uras Esat. Tarihde ermeniler ve ermeni meselesi. İstanbul 1987. 

3.

 



Dasnabedian  Hratch.  History  of  the  Armenian  Revolutionary  Federation 

Dashnaksution (1890-1924). Milan 1989. 

4.

 

Həbiboğlu Vəli. Terrorçu Andranik və "Böyük Ermənistan" xülyası. Bakı 



2002. 

5.

 



Ekspress qəzeti 25 fevral 2000. 

6.

 



Azərbaycan qəzeti 19 aprel 2001. 

7.

 



http://www.armeniadiaspora.com.history 2000. 

Yüklə 86,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə