Anemiya nəyə deyilir?



Yüklə 211,76 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix30.04.2018
ölçüsü211,76 Kb.
#40446
1   2   3   4   5   6   7   8

21

Aterosklerozun klinik- morfoloji formaları içərisində  belə bir forma yoxdur!

 A. Aorta forması.

B. Müsariqə forması.

C. Mərkəzi forma.

D. Ətraf forması.

E. Universal forma.

22

Hansı dəyişiklik  aterosklerozun beyin forması üçün xarakterikdir?



A. Hiperemiya.

B. Meningit.

C. Ensefalit.

D.İşemik insult.

E. Hidrosefaliya.

23

Aortanın  aterosklerozu zamanı ayaqda hansı proses baş verə bilər?



A. Periostit.

B. Dermatit.

C. Kapoşi sarkoması.

D. Ayaq barmaqlarının qanqrenası.

E. Osteomielit 

24

Aterosklerozun hansı mərhələsi əhəng distrofiyası deməkdir?



A. Lipidönü.

B. Lipidoz. 

C. Liposkleroz.

D. Ateromatoz.

E. Aterokalsinoz.

25

Aterosklerozun hansı forması son  nəticədə miokardın infarktı ilə nəticələnə bilər?



A. Serebral forma.

B. Aorta forması.

C. Ürək forması.

D. Beyin forması.

E. Müsariqə forması.

26

Aterosklerozun  aorta formasında ölüm nədən baş verə bilər?



A. Aortada anevrizmanın əmələ gəlməsi və cırılması

B. Uremik koma.

C. Orqanizmin ümumi intoksikasiyası.

D. Baş beyin mədəciklərinə qansızma.

E.Kaxeskiya.

27

Ateroskleroz zamanı ilkin olaraq hansı damarlar zədələnmiş olur?



A. Venalar

B. Elastik tipli arteriyalar

C. Əzələ tipli arteriyalar

D. arteriollar.

E. Kapilyarlar.



28

Ateroskleroz zamanı ilkin və əsas dəyişikliklər arteriyaların hansı qatında baş verir?

A. İntimada (daxili qatda).

B. Mediada (orta qatda).

C. Adventitsiyada (xarici qatda).

D. Orta və xarici qatlarda.

E. hamsında eyni dərəcədə.

29

Aterosklerotik nefroskleroz zamanı böyrəyin səthi necə olur?



A. Hamar.

B. Xırdadənəvər.

C. Xırda ölçülərlə kələ-kötür.

D. İri ölçülərlə kələ-kötür.

E. Hamısı.

30

Hipertoniya xəstəliyi nədir?



A. Böyrək patologiyası ilə əlaqədar arterial qan təzyiqinin yüksəlməsi.

B. arterial qan təzyiqinin daim yüksək səviyyədə qalması və bununla əlaqədar 

klinik və morfoloji dəyişikliklər kompleksinin meydana çıxması.

C. Psixo-emosional gərginlik zamanı arterial qan təzyiqinin yüksəlməsi.

D. Bəzi damar patologiyaları ilə əlaqədar arterial qan təzyiqinin yüksəlməsi.

E. Endokrin pozğunluqlarla əlaqədar arterial qan təzyiqinin yüksəlməsi.

31

Hipertoniya xəstəliyinin klinik-morfoloji forması hansıdır?



A. Serebral forma.

B. Yuxarı ətraf forması.

C. Kiçik xoreya forması.

D. Yüngül forma.

E. Aorta forması.

32

Hipertoniya xəstəliyi zamanı əsas dəyişikliklər ürək-damar sisteminin hansı 



hissəsində baş verir?

A. Venalarda.

B. Ürəkdə.

C. Arteriyalarda.

D. Arteriollarda.

E. Kapilyarlarda.

33

Aşağıdakı hansı dəyişiklik hipertonik krizin əlamətidir?



A. Ateriolların divarında fibrinoid nekroz.

B. Ayağın qanqrenası.

C. Uremik koma.

D. Miokardın infarkitı.

E. Arteriolosklerotik yaddaş zəifliyi.



34

Arterial hipertoniya xəstəliyinin birinci mərhələsi necə adlanır?

A. Üzv və toxumalarda sklerotik dəyişikliklər mərhələsi.

B. Simptomatik (və ya başlanğıc) hipertoniya mərhələsi.

C. Hipertonik kriz mərhələsi.

D. Yayılmış damar dəyişiklikləri mərhələsi.

E. Preklinik (funksional və tranzitor) hipertoniya.

35

Aşağıdakı hansı patoloji proses hipertoniya xəstəliyi zamanı ölümə səbəb ola bilər?



A. İrinli- septiki dəyişikliklər.

B. Aortanın anevrizması.

C. Hemorragik insult.

D. İrinli meningit.

E. Kəskin beyin çatışmazlığı.

36

Arterial hipertoniya xəstəliyinin ikinci mərhələsi necə adlanır?



A. damar patologiyaları ilə əlaqədar üzvlərdə geridönməyən sklerotik dəyişikliklər 

mərhələsi.

B. Tranzitor mərhələ.

C. Yayılmış damar dəyişiklikləri mərhələsi.

C. Funksional mərhələ.

D. Ürəyin hipertrofiyası mərhələsi.

37

“Diffuz xırda ocaqlı kardioskleroz” hipertoniya xəstəliyinin (ürək forması) hansı 



mərhələsində meydana çıxır?

A. Birinci mərhələ

B. İkinci mərhələnin birinci yarısında

C. İkinci mərhələnin ikinci yarısında.

D. Üçüncü mərhələdə

E. Heç birində

38

Böyrəkdə hansı dəyişikliklər hipertoniya xəstəliyi üçün xarakterikdir?



A. Böyrəyin qazanılmış polikistozu.

B. Hipertonik qlomerulonefrit.

C. Arteriolosklerotik nefroskleroz.

D. Aterosklerotik nefroskleroz.

E. Nefritik nefroskleroz.

39

Arterial hipertoniya xəstəliyinin üçüncü mərhələsi necə adlanır?



A. Funksional hipertoniya mərhələsi.

B. Geridönməyən hipertoniya mərhələsi.

C. Damar dəyişiklikləri mərhələsi.

D.Damar dəyişiklikləri ilə əlaqədar üzvlərdə geridönməyən sklerotik dəyişikliklər 

mərhələsi.

E. Ürəyin hipertrofiyası mərhələsi.




40

Hipertoniya xəstəliyi başqa adla necə adlanır?

A. Kompensator hipertoniya.

B. Dekompensator hipertoniya.

C. Essesial hipertoniya.

D. Hipertonik vəziyyət.

E. Epidemik hipertoniya.

41

Miokardın hipertrofiyası nəyin hesabına baş verir?



A. Ürək kameralarının genişlənməsi.

B. Kardiomiositlərin həcmcə böyüməsi (hipertrofiyası).

C. Kardiomiositlərin sayının çoxalması (hiperplaziyası).

D. Endokardın qalınlaşması.

E. Perikardın qalınlaşması.

42

Orta yaşlı bədən quruluşuna və çəkiyə malik şəxsdə ürəyin çəkisi neçədən yuxarı 



olduqda buna ürəyin hipertrofiyası deyilir?

A. 100 qram.

B. 200 qram.

C. 350 qram.

D. 500 qram.

E. 650 qram.

43

Bədxassəli hipertoniya böyrəkdə hansı proses inkişaf edir?



A. Hidronefroz.

B. Far nefrosklerozu.

C. Birincili büzüşmə.

D. İkincili büzüşmə.

E. Arteriolsklerotik nefroskleroz.

44

Hipertoniya xəstəliyinin sinonimi hansıdır?



A. Xoşxassəli arterial hipertenziya.

B. Bədxassəli arterial hipertenziya.

C. Esensial hipertenziya.

D. Endokrin hipertenziya.

E. Vazorenal hipertoniya.

45

Ürəyin işemik xəstəliyi hansı səbəbdən inkişaf edir?



A. Ürəyin tac arteriyalarının patologiyaları ilə əlaqədar.

B. miokardiokalsinozla əlaqədar.

C. Diffuz proliferativ miokarditlə əlaqədar.

D. Ürəyin venoz damarlarının patologiyaları ilə əlaqədar.

E. Septiki endokarditlə əlaqədar.

46

Aşağıdakı hansı hal ürəyin işemik xəstəlikləri üçün risk faktorlarına aid edilir?



A. İdmanla çox məşğul olmaq.

B. Çox saylı psixo- emosional streslər.

C. Orqanizmin ümumi intoksikasiyası

D. Ürək- damar sistemində streptokokların düşməsti.

E. Septiki endokradit.



Yüklə 211,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə