Anemiya nəyə deyilir?



Yüklə 211,76 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix30.04.2018
ölçüsü211,76 Kb.
#40446
1   2   3   4   5   6   7   8

64

“Baş beyinin ağ yumşalması ” hansı patologiya ilə əlaqədar meydana çıxır?

A. Baş beyinin işemik insultu

B. Baş beyinin hemorragik insultu.

C. İrinli meningit.

D.Kiçik xoreya.

E. Meninqoensefalit.

65

İşemik insult nə deməkdir?



A. Beyin damarlarında patologiyalarla əlaqədar beyin maddəsində işemiya.

B. Beyin damarlarında patologiyalarla əlaqədar beyin maddəsində nekroz.

C. Beyin maddəsində qansızma.

D. Ürəyin kəskin işemik xəstəliyi.

E. Baş beyinin yumşaq qişasında qanszıma.

66

Aşağıda baş beyinin hemorragik insultlarının hansı növü göstərilmişdir?



A. Qarışıq infarkt

B. Baş beyinin kəskin işemik distrofiyası.

C. Hematoma.

D. Kəskin qanitirmə.

E. Lakunar dəyişikliklər.

67

Aşağıda baş beyinin işemik insultlarının hansı növü göstərilmişdir?



A. İşemik infarkt.

B. Hematoma.

C. Hemorragik infiltrasiya.

D. Subaraxnoidal qansızma.

E. Subkortikal leykoensefalopatiya.

68

Baş beyinin işemik infarktı ən çox hansı zonada baş verir?



A. Ön beyin arteriyası hövzəsində.

B. Orta beyin arteriyası hövzəsində.

C. Arxa beyin arteriyası hövzəsində.

D. Beyin yarımkürələrinin alın payında.

E. Arxa mərkəzi qırış nahiyəsində.



69

Göstərilən hansı patologiya baş beyinin hemorragik insultlarının ağırlaşması

deyildir?

A. Baş beyinin ödemi.

b. Baş beynin yan mədəciklərinə qanın axıb keçməsi.

C. Qanı IV beyin mədəciyinə axıb keçməsi.

D. Orqanizmin ümumi intoksikasiyası.

E. Baş beynin dislokasiyası.

70

Spontan (qeyri-travmatik) subaraxnoidal qansızmaların ən çox rast gəlinən baş



vermə səbəbi hansıdır?

A. Beyin arteriyalarında damar divarının şiş metastazları ilə yeyilib- dağılması

B. Damar divarında aterosklerotik düyünün olması.

C. İri kalibrli beyin arteriyalarındakı anevrizmanın cırılması.

D. Damar divarında iltihabi dəyişikliklər (vaskulitlər).

E. Damar divarının perifokal hissədən etibarən tədricən nekrozlaşması.

71

Meyit müayinəsi zamanı baş beynin sağ yarımkürəsində gicgah payında ölçüləri



təxminən 2,5x 2,0 sm, divarı ağ rəngdə olan kista aşkar olunmuşdur. Bu nə

deməkdir?

A.Əvvəllər xəstədə həmin nahiyədə baş beynin işemik insultu (infarkt) olmuşdur.

B. Əvvəllər xəstədə həmin nahiyədə hemorragik insult (qansızma) olmuşdur.

C. Xoşxassəli kistoz meningioma.

D. Anadangəlmə inkişaf anomaliyası.

E. Baş beynin bədxassəli epitelial şişi.

72

Meyit müayinəsi zamanı baş beynin sağ yarımkürəsində gicgah payında ölçüləri



təxminən 3,0x 3,0 sm, divarı pas rəngində olan kista aşkar olunmuşdur. Bu nə

deməkdir?

A. Xoşxassəli adenomatoz törəmə.

B. Qlioblastoma.

C. Anadangəlmə inkişaf anomaliyası.

D. Əvvəllər xəstədə həmin nahiyədə hemorragik insult (qansızma) olmuşdur.

E. Əvvəllər xəstədə həmin nahiyədə baş beynin işemik insultu (infarkt) olmuşdur.



73

Subaraxnoidal qansızmaların  ən çox rast gəlinən səbəbi hansıdır?

A. Beyin arteriyasının kisəvari anevrizmalarının cırılması.

B. Aterosklerotik dəyişikliklər.

C. sistem vaskulitlər.

D. Leykozlar.

E. Heç biri.

74

Hansı xəstəlik revmatik xəstəliklərdən hesab edilir?



A. Filayaqlılıq

B. Dermatomiozit.

C. Spesifik dermatit.

D. İdiopatik miozit.

E. Endoarteriit.

75

Göstərilən hansı patologiya revmatoidli artritin xüsusi klinik-morfoloji formalarına 



aid deyildir?

A. Stil sindromu.

B. Vissler- Fankoni sindromu və ya allergik subsepsis.

C. Di- Corc sindromu.

D. Felti sindromu.

E. Röyter sindromu.

76

”Məftiləbənzər ilgəklər sindromu ” hansı patologiya üçün xarakterikdir?



A. Qranulyasiya toxumasının səthindəki kapilyar ilgəklərdir və yaraların ikincili 

sağalmasını göstərir.

B. Böyrək amiloidozunun sonuncu mərhələsində  (uremik mərhələsində) inkişaf 

edir.


C. Qırmızı qurdeşənəyi zamanı “lyupus-nefrit”i göstərir.

D. Mezangial qlomerulonefrit üçün xarakterikdir.

E. Kəskin böyrək çatışmazlıqları üçün xarakterikdir.



77

Hansı dəyişiklik revmatik prosesin avtivliyin göstərir?

A. Üçtaylı qapağın çatışmazlığı.

B. Aortal qapaqların bitişməsi.

C. Mitral qapağın stenozu.

D. Perivaskulyar skleroz.

E. Perivaskulyar fibrinoid şişmə.

78

Revmatizmin klinik-morfoloji forması bu patologiyalardan hansıdır?



A.Böyrək forması.

B. Böyük xolera forması.

C. Diz oynağı forması.

D. Angina forması.

E. Poliartritik forması.

79

Revmatizm xəstəliyin patogenetik əsasını aşağıdakı hansı immun reaksiya təşkil 



edir?

A. I tip yüksək həssaslıq reaksiyası.

B. Birincili immun çatışmazlıq.

C. Antinüklear immun reaksiya.

D. Çarpaz immun reaksiya.

E. Transplantatın qopma reaksiyası.

80

Revmatizm zamanı ürəyin ən çox hansı qapağı zədələnir?



A. Üçtaylı qapaq.

B. İkitaylı və ya mitral qapaq.

C. Aortal aypara qapaqlar.

D. Ağ ciyər arteriyasının aypara qapaqları.

E. Hamsı eyni bərabərdə.

81

Revmatizm zamanı əmələ gələn qranuloma necə adlanır?



A. Popov qranuloması.

B. Aşşov – Talalayev qranuloması.

C. Revmatik endokardit qranulomaları.

D. Aşoff- Tavar qranulomaları.

E. Mitral qranulomalar.



Yüklə 211,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə