Anemiya nəyə deyilir?



Yüklə 211,76 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix30.04.2018
ölçüsü211,76 Kb.
#40446
1   2   3   4   5   6   7   8

147

Beçəxor hansı toxumadan inkişaf edir?

A) Uşaqlığın selikli qişasını örtən örtük epitelindən

B) Uşaqlığın əzələ qatının saya əzələ hüceyrələrindən 

C) Uşaqlığın mənfəzinə düşmüş yumurta hüceyrədən

D) Uşaqlığın selikli qişasındakı vəz epitellərindən

E) Cift xovlarını örtən kubabənzər epiteldən 

148


Aşağıda endometriozun hansı forması göstərilmişdir?

A) Endometriumun dishormonal hiperplaziyası

B) Antenatal endometrioz (hamiləlik endometriozu)

C) Endoservikoz (uşaqlıq boynu endometriozu)

D) Uşaqlıq cisminin psevdoeroziyası

E) Daxili endometrioz (adenomioz)

149

Aşağıda uşaqlıq boynunun xərçənginin hansı mikroskopik növü göstərilmişdir?



A) Bəd xassəli endoservikoz

B) Yastıepitelli xərçəng

C) Yastığabənzər xərçəng

D) Leyomiosarkoma

E) Xorioid papilloma

150


Hamiləlik toksikozu başqa adla necə adlandırılır?

A) Beçəxor (Mola hydatidosa)

B) Hestoz

C) Mastopatiya

D) Hamiləlik neyropatiyası

E) Hamiləlik endometriozu (və ya qravidar hestoz)

151

Aşağıda uşaqlıq boynunun xərçənginin hansı mikroskopik növü göstərilmişdir?



A) Bəd xassəli endoservikoz

B) Yastıepitelli xərçəng

C) Yastığabənzər xərçəng

D) Leyomiosarkoma

E) Xorioid papilloma



152

Orqanizmdə infeksiyanın giriş qapısı hara ola bilər?

A) Baş beynin yumşaq qişası 

B) Seroz qişa

C) Limfa düyünləri 

D) Selikli qişa 

E) Qara ciyər

153


154

Qızılca xəstəliyi zamanı yanağın selikli qişasında  əmələ gəlmiş ağımtıl rəngdə 

ləkələrin  adı nədir?

A) Enantematoz ləkə 

B) Lukin-Libman ləkəsi

C) Perqament ləkə

D) Vortin-Finkeldey ləkəsi

E) Filatov-Koplik ləkəsi 

155

Hansı patoloji proses İİV-infeksiya xəstəliyinin (QİÇS) mərhələsidir?



A) Kazeoz limfadenit mərhələsi

B) Xroniki narkomaniya mərhələsi (narkomanlıq dövrü)

C) Latent dövr 

D) Generalizə olunmuş limfosarkoma mərhələsi

E) Yoluxma mərhələsi

156


  Poliomielit zamanı mərkəzi sinir sisteminin ən çox hansı hissəsi zədələnir?

A) Onurğa beyninin ön buynuzları 

B) Onurğa beyninin arxa buynuzları

C) Silvi su kəməri

D) Baş beynin gicgah nahiyəsinin hipokamp  (dəniz atı ayğırı) qırışı

E) Beyincik soxulcanı

157

Qripin orta forması zamanı proses harada lokalizə olunur?



A) Yalnız yuxarı tənəffüs yollarında

B) Ağ ciyərlərdə, bütün üzv və toxumalarda

C) Bütün tənəffüs yollarında 

D) Yalnız ağ ciyər daxili tənəffüs yollarında

E) Alveollarda 



158

Aşağıda göstərilən hansı hal qripin ağır forması deməkdir?

A) Xəstələrdə mədə-bağırsaq pozğunluqlarının baş verməsi

B) Orqanizmin ümumi intoksikasiyasının baş verməsi 

C) Prosesin yuxarı tənəffüs yollarından ağ ciyər toxumasına qədər yayılması 

D) Kəskin kataral bronxitin başlanması

E) Ağ ciyərlərdə atelektaz ocaqlarının meydana çıxması

159


Dəridə meydana çıxan səpkilər necə adlanır?

A) Eritema 

B) Enantema

C) Ekzantema 

D) Qızartı

E) Qançır

160

Selikli qişalarda meydana çıxan səpkilər necə adlanır?



A) Enantema 

B) Eroziya 

C) Xora

D) Ekzantema 



E) Leykoplagiya

161


  İİV-infeksiya (QİÇS)  zamanı hansı şiş daha çox rast gəlinir?

A) Düz bağırsağın xərçəngi

B) Diferensiasiya etməmiş hemangiosarkoma

C) Cinsiyyət üzvlərinin bədxassəli şişi

D) Ağ ciyərin xərçəngi

E) Kapoşi sarkoması 

162

Göyöskürək xəstəliyi latınca necə adlanır?



A) Pertussis

B) Morbilli

C) Mola hydatidosa 

D) Typhus exanthematicus

E) Pestis

163


Aşağıda göstərilən hansı üzv difteriya toksininə daha həssasdır?

A) Böyrəklər

B) Qara ciyər

C) Baş beyin

D) Ürək 

E) Ağciyər




164

Göstərilən hansı patoloji proses meninqokok infeksiyasının formalarından biridir?

A) Polipoz-xoralı infeksiya

B) Meninqokok qastro-enteriti

C) Toksiki forma

D) Meninqokok tonzilliti 

E) Meninqokok meningiti 

165


“Alovlanan əsnək” hansı xəstəlik zamanı rast gəlinir?

A) Meninqokok nazofaringiti

B) B12-defisitli anemiya 

C) Difteriya

D) Skarlatina 

E) Qripin yüngül forması 

166

Baş beynin yalnız yumşaq qişasının iltihabı necə adlanır?



A) Leptomeningit 

B) Meningit 

C) Leyomeningit

D) Paximeningit

E) Meninqoensefalit

167


Baş beynin yalnız sərt qişasının iltihabı necə adlanır?

A) Ensefalit 

B) Meningit 

C) Paximeningit 

D) Meninqoensefalit

E) Leptomeningit

168

“Öskürək paroksizmi” (spazmatik öskürək) hansı xəstəlik üçün xarakterdir?



A) Difteriyanın yuxarı tənəffüs yolları forması

B) Qrippoz pnevmoniya

C) Ağ ciyərin vərəmi 

D) Krupoz pnevmoniya

E) Göyöskürək

169


Vəbanın spesifik ağırlaşması hansıdır?

A) Qalça bağırsaq divarının perforasiyası və vəba mənşəli yayılmış peritonit 

B) Sepsis 

C) Vəbadan sonrakı xırdaocaqlı kardioskleroz (postxolerik)

D) Vəbadansonrakı uremiya 

E) Digər üzv və toxumalarda vəba üçün spesifik olan vəba qranulomaları




170

Vəba xəstəliyinin törədiciləri hansıdır?

A) Klassik vəba vibrionları və El-Tor vibrionları 

B) RNT tərkibli vəba virusları

C) Pasteurella pestis çöpləri

D) Provaçek rikketsiyaları (vəba rikketsiyaları)

E) Enterobakteriyalar fəsiləsinə aid olan Şigellalar

171


“Paltaryuyan qadın əli” simptomu hansı xəstəlikdən ölmüş meyitlər üçün 

xarakterdir?

A) Meninqokokemiya (meninqokokk sepsisi)

B) Uzun müddət suda qalmış meyitlərdə (“ölüm əlcəyi”)

C) Soyuqdan ölmə (bədənin ümumi soyuması)

D) Səpkili yatalaq

E) Vəba

172


Taunun ən çox rast gəlinən forması hansıdır?

A) Ağ ciyər forması 

B) Bubon forma 

C) Əsnək forması

D) Yuxarı tənəffüs yolları forması

E) Bağırsaq forması

173

Qarayara xəstəliyi latınca necə adlanır?



A) Typhus exanthematicus

B) Anthrax 

C) Cholera 

D) Pestis

E) Morbilli

174


Malyariya xəstəliyinin törədicisi hansı mikroorqanizmdir?

A) Protozoa tipinə məxsus ibtidailər – malyariya plazmodiləri 

B) Korinebakteriyalar ailəsinə məxsus malyariya streptokokları

C) Malyariya rikketsiyaları 

D) DNT-tərkibli malaroviruslar

E) Asiya tipli malyariya vibrionları

175

İlkin vərəmin morfoloji dəyişiklikləri necə adlanır?



A) İlkin vərəm kompleksi 

B) Kəskin miliar vərəm 

C) İlkin vərəm affekti

D) Vərəm qranuloması

E) İlkin vərəm ocağı



176

İlkin vərəm ocağının yerində qalan kütlə necə adlanır?

A) İlkin vərəm affekti

B) Qon ocağı 

C) Abrikosov ocağı

D) Simon ocağı

E) Metastatik kalsinoz ocağı

177


İkincili vərəm nəyə deyilir?

A) İlkin vərəmdən uzun müddət keçdikdən sonra hematogen vərəmin başlanması

B) Xroniki halda olan hematogen vərəmin ikinci dəfə kəskinləşməsi

C) İlkin vərəmin ikinci dəfə kəskinləşməsi 

D) İlkin vərəm sağaldıqdan sonra həmin şəxsdə ikinci dəfə yenidən vərəm 

xəstəliyinin başlanması

E) Hematogen vərəmin ikinci dəfə kəskinləşməsi

178


Sepsis digər bütün infeksion xəstəliklərdən fərqli olaraq aşağıdakı hansı 

xüsusiyyətə malikdir?

A) Bioloji xüsusiyyət

B) Gigiyenik xüsusiyyət

C) Cərrahi xüsusiyyət

D) Etioloji xüsusiyyət

E) Aseptik xüsusiyyət

179


Giriş qapısının lokalizasiyasından asılı olaraq aşağıda sepsisin hansı növü 

göstərilmişdir?

A) Aşağı ətraf sepsisi

B) Göbələk sepsisi

C) Streptokok sepsisi

D) Göbək sepsisi 

E) Aseptik sepsis

180


Aşağıda hermafroditizmin hansı forması göstərilmişdir?

A) Abdominal hermafroditizm

B) Yuvenil hermafroditizm

C) Qeyri-epitelial hermafroditizm

D) Həqiqi hermafroditizm 

E) Qazanılmış hermafroditizm




181

Tam yetişmiş dölün çəkisi nə qədər olur?

A) 2500 qram

B) 1700 qram

C) 3500 qram

D) 2000 qram

E) 1000 qram

182


Bətndaxili dövrün 29-cu həftəsinə çatmış (həyat qabiliyyətlilik əldə etmiş) dölün 

çəkisi nə qədər olur?

A) 2500 qram

B) 2000 qram 

C) 1000 qram

D) 750 qram

E) 3000 qram

183


Tam yetişmiş dölün uzunluğu nə qədər olur?

A) 40 sm


B) 55 sm

C) 35 sm


D) 60 sm

E) 50 sm


184

 

Perinatal dövr özü də 3 dövrdən ibarətdir. Aşağıda onlardan hansı biri 



göstərilmişdir?

A) Südəmər dövr

B) Kimatogenez

C) Bətndaxili dövr

D) Filogenez 

E) Postnatal dövr 

185

Yenidoğulmuşlarda doğuş şişi nə deməkdir (nədən ibarətdir)?



A) Ananın doğuş yollarında inkişaf edən ödem

B) Dölün gəliş hissəsində toxumalara hopmuş seroz qanlı kütlə 

C) Yenidoğulmuş uşaqlarda sağrı nahiyəsində irinli ekssudat 

D) Doğuşdan sonra uşaqda aşkar edilən hər hansı şiş toxuması (istər xoş, istərsə də 

bədxassəli)

E) Dölün ənsə nahiyəsində xoşxassəli epitelial şiş




186

Antenatal dövrdə çəkisi 1000 qram və daha artıq olan döl doğulmuş və ya xaric 

edilmiş, ən azı bir dəfə nəfəs almışdır. Belə döl necə adlanır?

A) Diridoğulmuş 

B) Desidual döl

C) Ölüdoğulmuş

D) Düşük

E) Gecikmiş abort

187

İlkin vərəm ocağı adətən hansı üzv və ya toxumada yerləşir?



A) Müsariqə limfa düyünləri

B) Ağ ciyər qapısının limfa düyünləri (kazeoz limfadenit) 

C) Ağ ciyərin daxilində toxumadan qapıya doğru gedən limfa damarı (kazeoz 

limfangit) 

D) Ağciyər toxuması

E) Bud-çanaq oynağı 

188

Qarın yatalağı zamanı əsas yerli dəyişikliklər harada baş verir?



A) Qalça bağırsağın distal hissəsində 

B) Yoğun bağırsaqda

C) Damarların endotel qatında (vaskulit) 

D) Qarnın ön divarında

E) Mədədə

189


Aşağıda difteriyanın hansı klinik-morfoloji forması göstərilmişdir?

A) Ağır forma 

B) Septiki forma

C) Yuxarı tənəffüs yolları forması 

D) Generalizə olunmuş forma

E) Sirrotik forma

190

Aşağıdakı hansı proses vəba xəstəliyinin mərhələlərindən biridir?



A) Beyinvari şişkinləşmə mərhələsi

B) Sağalma mərhələsi 

C) Kataral kolit mərhələsi

D) Yaraların əmələ gəlmə mərhələsi

E) Qastro-enterit mərhələsi 



191

Difteriyanın əsnək forması zamanı ölümün səbəbi nə ola bilər?

A) Orqanizmin ümumi intoksikasiyası ilə əlaqədar baş beyin maddəsinin ödemi

B) Anemiya 

C) Həqiqi inağla əlaqədar mexaniki asfiksiya

D) Toksiki miokarditlə əlaqədar kəskin ürək çatışmazlığı 

E) Hepatorenal sidromla əlaqədar kəskin böyrək-qara ciyər çatışmazlığı

192


Aşağıdakı hansı xəstəlik xüsusi təhlükəli (karantin) infeksion xəstəlik hesab edilir?

A) Səpkili yatalaq

B) Dizenteriya

C) Meninqokok infeksiyaları

D) İİV-infeksiya  (QİÇS)

E) Vəba 


193

Dizenteriya zamanı baş verən yerli morfoloji dəyişiklik (mərhələ) hansıdır?

A) Kataral ileo-kolit mərhələsi

B) Yaraların əmələ gəlməsi mərhələsi 

C) Təmiz yara mərhələsi 

D) Nekroz mərhələsi

E) Preparalitik mərhələ

194


Dizenteriya zamanı bağırsaqda ən xarakter mikroskopik dəyişiklik nə ola bilər?

A) Nazik bağırsaqda yaraların əmələ gəlməsi

B) Yoğun bağırsaqda yaraların əmələ gəlməsi 

C) Qalça bağırsaqda limfoid follikulların şişkinləşməsi və nekrozlaşması 

D) Nazik bağırsaqların nekrozlaşması 

E) Nazik bağırsaqda örtük epiteli hüceyrələrində hidropik distrofiya 

195

Aşağıda xüsusi təhlükəli (karantin) infeksiyalardan hansı göstərilmişdir?



A) Taun 

B) Atipik pnevmoniya

C) Qarın yatalağı 

D) Quş qripi

E) İİV-infeksiya (QİÇS)



196

Qarayara xəstəliyinin ən çox rast gəlinən forması hansıdır?

A) Bağırsaq forması

B) Birincili septiki forma 

C) Əsnək forması

D) Dəri forması

E) Ağ ciyər forması 

197


Malyariya xəstəliyinin törədicisi hansı mikroorqanizmdir?

A) Protozoa tipinə məxsus ibtidailər – malyariya plazmodiləri 

B) Korinebakteriyalar ailəsinə məxsus malyariya streptokokları

C) Malyariya rikketsiyaları 

D) DNT-tərkibli malaroviruslar

E) Asiya tipli malyariya vibrionları

198

Aşağıda malyariya xəstəliyinin hansı forması göstərilmişdir?



A) Qızdırmasız malyariya 

B) Tropik malyariya

C) 5-günlük malyariya

D) “Anopheles” malyariyası 

E) Subtropik malyariya

199


Giriş qapısının lokalizasiyasından asılı olaraq aşağıda sepsisin hansı növü 

göstərilmişdir?

A) Aşağı ətraf sepsisi

B) Göbələk sepsisi

C) Streptokok sepsisi

D) Göbək sepsisi 

E) Aseptik sepsis

200


Ağciyərlərdə havanın olub-olmaması makroskopik olaraq hansı üsulla təyin edilir?

A) Breslau sınağı

B) Perls reaksiyası

C) Suntsov sınağı

D) Qalen sınağı

E) Minakov sınağı 




201

Hansı patologiya ürəyin xroniki işemik xəstəliyinə aiddir? 

A) Miokardın kəskin işemik distrofıyası. 

B) Miokardın residiv infarktı. 

C) Diffuz xırdaocaqlı kardioskleroz. 

D) Xroniki proliferativ miokardit. 

E Anadangəlmə ürək qüsuru. 

202


Hipertoniya xəstəliyinin ikinci mərhələsində arteriollarda xarakter olaraq hansı 

dəyişiklik baş verir?

A) Mukoid şişmə. 

B) Arteriolokalsinoz. 

C) Librinoid nekroz. 

D) Hialinoz. 

E) Amiloidoz.                        

203


Hipertonik kriz zaıııanı arteriolların divarında aşağıda göstərilən hansı dəyişiklik 

(elektron-mikroskopik müayinə ilə) müşahidə edilə bilər? 

A) Bazal membranın büküşlü şəkildə görünməsi. 

B) Bazal membranın destruksiyası. 

C) Plazmatik hopma. 

D) Librinoid nekroz. 

E) Hamısı. 

204


İri ocaqlı kardioskleroz hansıdır? 

A) Perikard iri ocaq şəklində sklerozlaşmışdır (birləşdirici toxumanın inkişafı). 

B) Keçirilmiş revmatizmlə əlaqədar mitral qapağın total şəkildə skleroza məruz 

qalması. 

C) Miokardda bütün perivaskulyar sahələrdə birləşdirici toxumanın inkişaf etməsi. 

D) Miokardda geniş sahədə kardiomiositlər görünmür, onların yerində birləşdirici 

toxuma inkişaf etmişdir. 

E) Perikardda iri ocaqlar şəklində "süd ləkələri”. 




205

Diffuz xırda ocaqlı kardioskleroz hansıdır? 

A) Ayrı–ayrı yerlrdə kardioıniositlər görünmür, onların yerində birləşdirici toxuma 

inkişaf etmişdir. 

B) Ayrı-ayrı perivaskulyar və kardiomiositlərarası sahələrdə birləşdirici toxumanın 

kiçik ocaqlar və nazik zolaqlar şəklində inkişafı görünür. 

C) Miokardın bütün arterial damarlarının divarı sklerozlaşmış. mənfəzləri 

daralmışlar. 

D) Perikardda diffuz şəkildə birləşdirici toxumanın inkişafı görünür.

E) Endokardda səpələnmiş şəkildə kiçik skleroz ocaqları görünür. 

206

“Baş beynin ağ yumşalması" hansı patologiya ilə əlaqədar meydana çıxır? 



A) Baş beynin işemik insultu. 

B) Baş beynin hemorragik insultu.                                                                              

C) İrinli meningit. 

D) Kiçik xoreya. 

E) Meninqoensefalit. 

207


Mikroskopla baxdıqda miokardda damarətrafı və kardiomiositlərarası sahələrdə 

birləşdirici toxumanın kiçik ocaqlar və nazik zolaqlar şəklində inkişafı görünür. Bu 

hansı patologiyadır? 

A) Miokardın infarktı. 

B) İnfarktdan sonrakı iri ocaqlı kardioskleroz. 

C) Diffuz xırdaocaqlı kardioskleroz. 

D) Miokardın kəskin işemik distrofiyası. 

E) Diffuz prolifeı'ativ miokardit. 

208

Göstərilən patologiyalardan biri ürəyin işemik xəstəliklərinə aid deyil. O, hansıdır?  



A) Aterosklerotik kardioskleroz. 

B) Miokarditik diffuz xırdaocaqlı kardioskleroz. 

C) Arteriolosklerotik kardioskleroz. 

D) İnfarktdan sonrakı iri ocaqlı kardioskleroz. 

E) Miokardın kəskin işemik distrofiyası.                        



209

“Baş beynin qırmızı yumşalması" hansı patologiya ilə əlaqədar meydana çıxır? 

A) Ümumi hemosideroz. 

B) İşemik insult. 

C) Hemorragik insult. 

D) Revmatizmin serebral forması. 

E) Beyin damarlarında proliferativ vaskulit. 

210


İnkişaf xarakterindən asılı olaraq dölün asfiksiyasının aşağıdakı hansı növü ayırd 

edilir?


A) Göy asfiksiya 

B) Hipertonik asfiksiya

C) Serebral anoksiya

D) Fizioloji asfiksiya



E) Sarı asfiksiya


Yüklə 211,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə