Анна амрахова



Yüklə 79,89 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü79,89 Kb.
#51197


MUSİQİ DÜNYASI ____________________________________________________2 (63), 2015 

 

7368 



 

 

 

 

Ayb

əniz NÖVRƏSLI 

 

Q.QARAYEV VƏ A.ƏLİZADƏ YARADICILIĞINDA ÜMUMİ 

CƏHƏTLƏRİN ARAŞDIRILMASINA DAİR 

 

 

The title of article: The common features of creativity G.Garayev and A.Alizadeh  

Abstract 

This article describes the features of the style and creativity of prominent Azerbaijanian 

composers  Gara  Garayev and Akshin Alizadeh in the comparative analysis. In spite of the 

correspondence relationship between the teacher and student composers, you can find a lot in 

common both in moral and in a rational sense. 

Key words: Gara Garayev, Akshin Alizade, composer 

 

Название статьи: О некоторых общих чертах творчества К.Караева и А.Ализаде 

Аннотация 

 

 

В  данной  статье  раскрываются  черты  стиля  и  творчества  видных 

Азербайджанских  композиторов  К.Караева  и  А.Ализаде  в  сравнительном  анализе. 

Несмотря  на  заочные  отношения  педагога  и  студента,  между  композиторами  можно 

найти много общего как в моральном, так и в рациональном смысле слова.  

Ключевые слова: Кара Караев, Акшин Ализаде, композитор 

 

Aybeniz Novrasli  –  teacher of Baku Music Academy named of U/Hajibeyli  

 

Qara Qarayev Az



ərbaycan müasir bəstəkarlıq  məktəbinin  banisi,  Aqşın  Əlizadə  isə  bu 

m

əktəbin parlaq siması və eyni zamanda “öz” məktəbi olan  yaradıcı şəxsiyyət idi. Q.Qarayevlə 



“qanuni” mü

əllim – tələbə münasibətində olmasa da, A.Əlizadə daim onu özünün müəllimi hesab 




MUSİQİ DÜNYASI ____________________________________________________2 (63), 2015 

 

7369 

etmiş və yaradıcılığını ən yüksək meyarlarla qiymətləndirmişdir. Hər iki bəstəkarın yaradıcılığında 

ümumi, eyni zamanda maraq v

ə uyğunluq nəzərindən bəzi təəccüb doğuran cəhətlər vardır.  

Xüsusil


ə qeyd etmək lazımdır ki, hər iki bəstəkarın fəaliyyət dairəsi bir–biri ilə çox uzlaşır, 

eyni  zamanda,  bu,  üslub  uyğunluğu  və  musiqi dilinin xarakterində  də  özünü göstərir. Janr 

t

əsnifatına uyğun araşdırmağa çalışsaq, görərik ki, onların yaradıcılığında musiqili səhnə əsərləri 



v

ə simfonik əsərlər vacib mövqedən çıxış edir. Qeyd olunan məqamlara qısa nəzər salaq.  

H

əcm baxımından klassik opera janrına diqqət yetirsək, heç bir bəstəkarın yaradıcılığında 



bu sah

ə lazımi qədər açılmayıb. Daha dəqiq desək, A.Əlizadə ümumiyyətlə opera janrına müraciət 

etm

əmiş, Q.Qarayev isə gənclik dövründə C.Hacıyevlə birgə “Ayna” (1941), “Vətən” (1945) adlı 



operalarda q

ələmini  sınamış,  1972-ci ildə  isə  fransız  yazıçısı  Henri Barbusse`ün əsəri  əsasında 

qadın səsi və kamera orkestri üçün "Zəriflik" (1972) monodramını bəstələmişdir. Beləliklə, məlum 

olur ki, musiqili s

əhnə janrlarını yüksək dəyərləndirən bu iki bəstəkardan heç biri sözün geniş və 

əhatəli mənasında opera janrına müraciət etməmişlər. 

Lakin musiqili -  s

əhnə  janrlarından  digəri olan baletə  müraciət tarixçəsinə  nəzər salsaq, 

burada çox ön

əmli məqamlarla qarşılaşmış olarıq. Hər iki bəstəkar balet janrı sahəsində qiymətli 

nümun

ələr  yaratmışlar.  Bunlar  -  Q.Qarayevin  yazmış  olduğu  “Yeddi  gözəl”  (1952),  “İldırımlı 



yollarla” (1958-

1959);  A.Əlizadənin “Babək” (1986), “Qafqaza səyahət” (2002),  “Ümid  valsı” 

(2008) 

əsərləridir. Hər iki bəstəkar bu sahədə  ilklərə  imza  atmışlar.  Belə  ki, “Yeddi gözəl”  – 



Nizaminin “X

əmsə”si  əsasında  yazılmış,  özəyini poema təşkil  edən ilk ədəbi məzmunlu balet, 

“İldırımlı yollarla” – librettosu Cənubi Afrika yazıçısı Peter Abrahams`ın əsəri əsasında yazılmış 

ilk xarici m

ənbəyə əsaslanmış balet, “Babək” – ilk milli tarixi – qəhrəmanlıq baletidir.  

Mövzu  baxımından  da  bəstəkarların  müqayisə  oluna biləcək  əsərləri  vardır.  Bunlar  –

Q.Qarayevin “İldırımlı yollarla” və A.Əlizadənin “Ümid valsı” baletləridir. Əsərlərin hər ikisi XX 

yüzilliyin 

əvvəllərində  Bakıda baş verən hadisələrdən bəhs edir.  İki  gəncin sevgisi fonunda baş 

ver


ən süjet həmin dövrün ictimai –siyasi həyatının  aşkar  inikasıdır.  Belə  ki, hər iki bəstəkarı 

g

ənclik,  onların  həyat tərzi,  yaşamı  və  xüsusilə  də  mənəviyyatı  narahat  edirdi.  Bu  məqamda 



A.Əlizadənin gənclərə  ünvanlandığı  fikir  yada  düşür:  “Çalışın,  daxilinizdə  öz  dünyanızı, 

m

ənəviyyatınızı yaradasınız.” 



Q.Qarayev v

ə A.Əlizadənin baletlərinin səhnə taleyini birləşdirən məqam da vardır ki, bu 

da onların quruluşçu baletmeysterlərinin Rəfiqə Axundova və Maqsud Məmmədov olmasındadır. 

1975-cü ild

ə  M.  F.  Axundov  adına  Azərbaycan Dövlət Opera və  Balet  teatrının  səhnəsində 

“İldırımlı yollarla” baletinin ikinci, 1978—ci ildə həmin səhnədə “Yeddi Gözəl” baletinin üçüncü 

b

əstəkar redaksiyası quruluşçu baletmeysterlər R.Axundova və M.Məmmədovla birgə işin nəticəsi 




MUSİQİ DÜNYASI ____________________________________________________2 (63), 2015 

 

7370 

olmuşdur.  A.Əlizadənin böyük bədii  əhəmiyyət kəsb edən baleti “Babək” də  həmin  yaradıcı 

insanların təxəyyülü sayəsində səhnələşdirilmişdir.  

Simfonik sah

əni  araşdırsaq,  məlum  olur  ki,  Q.Qarayevin  I  simfoniyası  (h-moll) ilk dəfə 

1944-

cü il dekabrın 25-ində Tbilisidə, Qafqaz respublikalarının musiqi incəsənəti ongünlüyündə 



Az

ərbaycan Dövlət simfonik orkestri tərəfindən ifa edilib. A.Əlizadənin I Simfoniyası isə ənənəvi 

“Zaqafqaziya  baharı”  festivalının  konsert  proqramında  1962-ci ildə  böyük  uğurla  səslənmişdir. 

Ortaq c


əhət ondan ibarətdir ki, hər iki simfoniya ilk dəfə Qafqaz ölkələrindən olan dinləyicilərə 

t

əqdim  edilmiş  və  demək olar ki, hər ikisi əsər bəstəkarların  26  yaşı  olarkən səsləndirilmişdir. 



Q.Qarayev  A.Əlizadənin  ilk  Simfoniyası  haqqında  maraqlı  fikirlər səsləndirmişdir.:  “Mənim 

fikrimc


ə, cavan bəstəkarın  simfoniyasında  təsvirlərin  obrazlılığı  və  musiqi  materialının  maraqlı 

inkişafı  müsbət cəhətlərdəndir. Burada müəllifin böyük səyi, temperamenti və  dəqiq ritm hiss 

olunur. Bütün bunlar Aqşın Əlizadənin gələcək maraqlı yaracıdılıq yolunu müəyyən edir.”

1

 



 

Haqqında  danışdığımız  hər iki əvəzedilməz bəstəkar  simfoniya  janrı  baxımından  orkestr 

musiqisinin kamera sah

əsini diqqətdən kənarda  qoymamış,  Q.Qarayev  III  simfoniyasını, 

A.Əlizadə isə II simfoniyasını kiçik tərkib üçün yazmışdır. 

H

ər iki əsər fərdi cəhətləri ilə  diqqəti cəlb edərək Azərbaycan simfoniyasının  inkişafı 



yolunda atılan böyük addımdır. Belə ki, onların yazılması ilə musiqimizdə toxunulmamış cəhətlər 

canlanmışdır. 

Q.Qarayevin kamera orkestri üçün yazılmış III simfoniyası ilk dəfə 1965-ci il aprelin 21-də 

Moskva  Konservatoriyasının  Böyük  zalında,  Moskva  Dövlət  kamera  orkestrinin  ifasında 

s

əslənmiş, dirijoru Rudolf Barşay olmuşdur.  



1966`cı ildə Moskva “Bəstəkarlar evi”ndə isə respublikanın xalq artisti Nazim Rzayevin 

dirijorluğu  ilə  Azərbaycan Radio və  Televiziyası  kamera  orkestrinin  konsertində  gənc bəstəkar 

A.Əlizadənin “Kamera simfoniyası”nın ilk ifası baş tutmuşdur. Simfoniyaya görə, o, 1967`ci ildə 

Respublika Lenin komsomolu mükafatı qazanmışdı.  

Qısa  müddət fərqi ilə  təqdim  edilmiş  əsərlərin hər  ikisinin  ilk  ifası  o  vaxtın  mədəniyyət 

pay


taxtı  hesab  edilən  Moskvada  baş  tutmuşdur.  Hər iki əsər təkcə  müəllif  -  bəstəkarların 

yaradıcılığı üçün deyil, Kamera orkestri bioqrafiyası üçün, ümumiyyətlə, musiqi xəzinəmiz üçün 

əhəmiyyətli nümunələr hesab edilir. A.Əlizadənin simfoniyası qərbdə İ.Stravinski, Azərbaycanda 

is

ə Q.Qarayev ənənələrinin təsirindən ruhlanaraq parlamışdır desək, doğru olar. 



III Simfoniya öz yeni d

əst –xətti, yeni yolu ilə diqqəti cəlb etmişdi. Bu əsər müasir texnika 

v

ə  üsluba tabe edilərək  yazılmış  ilk  simfoniya  olmuş,  ilk  dəfə  dodekafoniyanı  Azərbaycan 



                                                           

1

 “Üçüncü nəsil”. “Bakı” qəzeti. Cümə, 4 iyun 1965-ci il. 




MUSİQİ DÜNYASI ____________________________________________________2 (63), 2015 

 

7371 

musiqisind

ə  orkestrə  daxil  etmişdir.  Eləcə  də,  II  simfoniya  haqqında  bədii  əhəmiyyətcə  bənzər 

ifad

ələr demək  olar.  Bu  simfoniyada  qrafik  yazı  üslubunun  musiqiyə  köçürülməsi, orkestr 



musiqisi dilind

ə neoklassisizm ünsürlərinin aydın işıqlandırılması o dövr üçün yeni idi. Bununla 

da m

əlum olur ki, 1 il müddət fərqi ilə yazılmış hər iki əsər həqiqətən dərin bədii əhəmiyyəti olan 



yaradıcılıq nümunələridir.  

Q.Qarayevin  A.Əlizadənin  II  Simfoniyası  haqqında  söylədiyi fikirləri böyük maraq 

doğurur:  “Elə  bəstəkarlar  var  ki,  yaradıcılığa  başladığı  vaxtdan  musiqi ictimaiyyətinin diqqətini 

özl


ərinə  cəlb edə  bilirlər.  İnsan  onların  yaradıcılıqları  ilə  tanış  olan  andan  qeyri  –ixtiyari gənc 

olduqlarını  unudub  əsərin müəllifini  ciddi  yaradıcılıq  meyarı  baxımından  qiymətləndirir. 

Az

ərbaycanın  belə  gənc bəstəkarları  sırasına  sözsüz  olaraq  Kamera  orkestri  üçün  Simfoniyanın 



əllifi A.Əlizadə daxildir”.  

Bu sözl

ər  60  `cı  illərin sonu -70`ci illərin  əvvəllərində  Q.Qarayev tərəfindən bəstəkara 



veril

ən ən yüksək yaradıcılıq qiymətlərindən biri və bəlkə də ən önəmlisi idi. 

Q.Qarayevin  dodekafon  yazı  üsuluna  müraciətindən sonra bir çox gənclərin bu sahəyə 

meyli  atmışdır.  Yeri  gəlmişkən  A.Əlizadənin də  bu  sırada  olduğunu  vurğulamaq  lazımdır. 

B

əstəkar 12 simli alət üçün  yazılmış “Ekspressiyalar” əsərini sırf dodekafon-aleatorik prinsiplər 



üz

ərində  qurmuşdur.  Əsərin səslənməsindən sonra Q.Qarayev tərəfindən müsbət rəy qazanan 

A.Əlizadə  müəllim və  məsləkdaşı  tərəfindən  seçim  qarşısında  qoyulmuşdur.  Q.Qarayev  ona  iki 

yol t


əklif  etmişdir:  “Ekspressiyalar  yolu”  və  ya sərbəst,  baxış  bucaqları  çərçivələnməyən 

istiqam


ət. A.Əlizadə ikincini seçərək onu “öz” yolu etmiş oldu.  

Qarayev  – 

Əlizadə  yaradıcılıqlarının  başqa  bir  ortaq  məqamı  xor  üçün  yazılmış  əsərlər 

sah


əsində  diqqəti cəlb edir. Hər iki bəstəkar  a`capella  (müşayiətsiz  xor)  üçün  maraqlı,  seçilən 

nümun


ələr  yaratmışlar.  Q.Qarayevin  N.Gəncəvinin sözlərinə  şairin  800  illiyi  ilə  bağlı  yazmış 

olduğu “Payız” əsəri Azərbaycan musiqisi tarixində a`capella üçün yazılmış ilk nümunədir. Birinci 

ifası  1947-ci  il  sentyabrın  29-unda  Bakıda  M.Maqomayev  adına  Azərbaycan Dövlət  

Filarmoniyasının xor kapellası tərəfindən ifa olunub.  

A.Əlizadənin bu sahədə  etdiyi yenilik isə  1968  -1969`cu illərdə  qələmini vokal janrda 

sınayaraq xalq mətninə yazdığı 10 xordan ibarət “Bayatılar” əsəri ilə nəticələnir. Adıçəkilən silsilə 

Az

ərbaycan musiqisində  müşayiətsiz  xor  üçün  yazılmış  ilk  silsilədir. Bu əsərə  görə  bəstəkar 



1969`cu ild

ə Moskvada keçirilən Gənc Bəstəkarların yaradıcılığına Ümumittifaq baxışda laureat 

adını qazanmışdır.  

Haqqında fikirlər irəli sürdüyümüz hər iki bəstəkarın yaradıcılıq yolunda digər bir ortaqlıq 

süita janrında təsadüf olunur. Maraqlı məsələ burasındadır ki, bu janra müraciət həm Q.Qarayev, 

h

əm A.Əlizadə tərəfindən təsvirilik, janrlıq nöqteyi –nəzərindən işıqlandırılır. Bura Q.Qarayevin 




MUSİQİ DÜNYASI ____________________________________________________2 (63), 2015 

 

7372 

yazmış  olduğu  "Azərbaycan  süitası"  (1939),  Yeddi Gözəl"  simfonik  süitası  (1949),  "Vyetnam 

süitası"(1952), “Klassik süita” (1966), A.Əlizadənin "Uşaq süitası" (1972), “Kənd süitası” (1973), 

“Abşeron lövhələri”, “Şirvan lövhələri” aiddir. 

Janr t


əsnifatından  əlavə, bəstəkarların  yaradıcılıqlarını  üslub  və  cərəyan  axtarışları 

baxımından  araşdırmaq  olar.  Q.Qarayev  yaradıcılığının  “qaranquşu”  olan  “Tsarskoe  selo 

heyk

əli”(1937) fortepiano lövhəsi Azərbaycan musiqisinin ilk impressionist lövhələrindəndir. Bu 



ünsür b

əstəkarın baletlərində də müəyyən mənada özünü aşkarlayır. 

İmpressionizm  “portretləri”  Aqşın  Əlizadə  musiqisindən də  yan keçməmiş  və  incə 

boyalarla  işlənərək  “Dastan”  (1986) və  viloin ilə  piano üçün “Portret”(1987)  əsərində 

canlanmışdır.  

A.Əlizadənin yazdığı ilk əsər də piano aləti üçün nəzərdə tutulmuş Sonata olmuş və heç də 

t

əəccüblü deyil ki, Qarayev təsirini özünə  hopdurmuşdur



2

. Bu t


əsir özünü romantik və  lirik 

mühitd


ə açmış olur. 

60 –


cı illərdə Azərbaycan musiqisinə daxil olan yeni istiqamətlərdən biri – neoklassisizm 

Az

ərbaycan müasir bəstəkarlıq  məktəbinin zirvəsində  duran Q.Qarayev tərəfindən onun son 



prelüdl

əri ilə musiqimizə gətirilmiş və digər əsərlərində də ənənəni davam etdirmişdir. 

M

ənəvi müəllimi Q.Qarayevin neoklassik ənənələrinə istinaddan qaçılmaz olan  yolda öz 



xoşu ilə irəliləyən A.Əlizadənin II simfoniyasında bariz cəhət kimi əsərin III hissəsində XVII – 

XVIII  


əsrlərin musiqisini imitə  edən melodiyada çembalo alətinin antik abu –  hava təəssüratı 

yaratmasını göstərmək olar. 

II hiss

ədə  milli musiqi ilə  Avropa  musiqi  janrı  -muğam  təfəkkürü ilə  xoral birləşir. 



Neoklassisizm üçün vacib c

əhət polifonik, yəni  J.S.Bach  yaradıcılığındakı  janrlara  yenidən 

müraci

ətdir. Bu, birbaşa olaraq Q.Qarayev yaradıcılığında da özünü göstərmiş olur. Yada salaq ki, 



Q.Qarayev ilk d

əfə Azərbaycan musiqisinə xoralı tətbiq etmişdir

Simfonik musiqi sah

əsində digər bir ümumiləşmiş ünsür Violin ilə simfonik orkestr üçün 

Konsertdir ki, h

ər iki bəstəkarın  yaradıcılığında  yeganə  nümunə  ilə  təmsil olunur. Q.Qarayevin 

Konserti ilk d

əfə  1968-ci il aprelin 21-də  Qorkidə  L. Koqan və  Qorki  filarmoniyası  simfonik 

orkestrinin ifasında səslənmişdir. Bu əsər Yeni Vyana Məktəbi nümayəndələrindən sonuncu olan 

Alban Berg`in analoji 

əsərindən başlanğıc götürülərək yazılmışdır.  

A.Əlizadənin Violin Konserti isə  məzmun  baxımından  fərqli  olub  Dağlıq  Qarabağ 

münaqişəsi məsələsindən təsirlənərək 1990`cı ildə yazılmış, 1991`ci ildə Azərbaycan Bəstəkarlar 

                                                           

2

  Sonata  -Moskvada gənc bəstəkarların  yaradıcılıqlarına  Ümumittifaq  baxışda  I  dərəcəli  Diplomla  təltif 



olunmuşdur. 


MUSİQİ DÜNYASI ____________________________________________________2 (63), 2015 

 

7373 

İttifaqının Plenumunda səslənmiş, ilk ifaçısı Arif Manaflı, dirijor Y.Adıgözəlov olmuşdur. Həsr 

olunduğu mövzu əsərin məzmununu faciəviliyə doğru dəyişmişdir. 

Ənənələrə  istinad  baxımından  maraqlı  bir  cəhətlə  də  qarşılaşmaq  mümkündür.  Bu,  hələ 

Üzeyir b


əy Hacıbəyli tərəfindən  yazılmış  “Aşıqsayağı”nın  yeni  “görünüşü”  və  səslənməsi 

bar


ədədir. Belə ki, Q.Qarayev bu əsərə yeni düzüm bəxş edərək onu 1964-cü ildə kamera orkestri 

üçün  transkripsiya  etmişdirsə,  A.Əlizadə  eyniadlı  instrumental  miniatür  yazaraq  onu  birbaşa 

kamera orkestri üçün n

əzərdə tutmuşdur. Bu əsərə ardıcıl olaraq müraciət olunma, çox güman ki

t

əsadüfi olmamışdır. 



Kinofilml

ərə  yazılmış  musiqi  istiqaməti də  hər iki bəstəkarın  tətbiqi sahədə  yaratdığı 

maraqlı  nümunələrlə  zəngindir. Bu sahəni “böyük  müasir bəstəkarlıq  məktəbi”  adlandıran 

Q.Qarayev “Leyli v

ə  Məcnun”, “Nizami”, “Uzaq sahillərdə”, “Bir məhəlləli  iki  oğlan”  və  s., 

A.Əlizadə isə  «Tütək səsi», «Təkcə adanı özünlə apara bilməzsən»,  «Qızıl qaz»,  «Ötən ilin son 

gec

əsi», «Mən sizi dünyalar qədər sevirdim», “Rəqiblər”,  “Axtarış  yanğısı”  kimi    kinofilmlərə 



musiqi  yazmışdır.  Bu  istiqamətdə  diqqəti cəlb edən məqam ondan ibarətdir ki, təsadüf və  ya 

z

ərurətdən Q.Qarayev A.Əlizadənin dayısı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə haqqında 



1958-ci ild

ə çəkilən «Uzaq sahillərdə» filminə musiqi bəstələmişdir. Bu filmə yazılmış musiqini 

yüks

ək qiymətləndirən A.Əlizadə başqa səslənməni heç təsəvvürünə gətirə bilmədiyini dəfələrlə 



vurğulamışdır.  

Qarşılıq  olaraq  digər məqam  da  maraq  doğurur.  Bu  da  ondan  ibarətdir ki,  A.Əlizadənin 

sayca 40`dan çox film

ə  yazdığı  musiqilər içərisində  “Axtarış  həvəsi” filmi diqqəti cəlb edir. 

Rejissoru Teymur B

əkirzadə  olan bu sənədli film 1972-ci ildə  rəssam  Tahir  Salahov  haqqında 

ç

əkilmişdir.  Q.Qarayevlə  əlaqə  isə  ondan ibarətdir ki, rəssamın  tablo  qarşısında  iş  prosesi 



A.Əlizadənin puantilistik metodlu musiqisi ilə müşayiət olunur. Rəsm əsərində isə bəstəkar Qara 

Qarayevin  görüntüsü  canlanır.  Beləcə, Qarayev və  Əlizadə  şəxsiyyətləri  film  bağı  ilə  də 

əlaqələnmiş olur.   

H

ər iki bəstəkarın  bütün  varlıqları  ilə  simfonik sahəyə  bağlı  olduqları  məlumdur. Bu 



baxımdan  onların  yaradıcılıqlarında  romans  və  mahnı  janrına  müraciət çox az təsadüf olunur. 

Q.Qarayev  A.S,Puşkinin  mətninə  “Gürcüstan təpələrində”, “Mən sizi sevirdim” A.Əlizadə  isə 

amerikalı  şair  John Brown`un mətni  əsasında  “Belə  məhəbbət”  romansını  yazmışdır.  Yeri 

g

əlmişkən qeyd edək ki, romans mətni üçün hər iki bəstəkar rus dilinə üstünlük vermişlər. Mahnı 



janrından danışarkən isə Aqşın Əlizadənin “Mənim anam”, “Bu göz ceyran gözüdür”, “Yaşıldır 

başın” nümunələrinin adını çəkmək olar. 

H

ər iki bəstəkar öz qələmlərini  istedadlı  publisist  kimi  sınamış,  öz  musiqili-estetik 



görüşlərini səslə yanaşı, sözlə də bölüşmüşlər. 


MUSİQİ DÜNYASI ____________________________________________________2 (63), 2015 

 

7374 

N

əzərimizi Qarayev və  Əlizadə  soyadlarının  ictimai  məcradan  açılmasına  da  yönəltmək 



ist

ərdik. Onlar uzun illər xalqa xidmət edərək müxtəlif rəhbər vəzifələrdə çalışmış, professional 

Az

ərbaycan musiqisinin təbliğində, gənclərin maariflənməsi və  yaradıcı  şəxslərin  yaşayış 



v

əziyyətlərinin yaxşılaşması yolunda əllərindən gələni əsirgəməmişlər.  

İctimai fəaliyyət baxımından da bəstəkarları birləşdirən müəyyən məqamlar vardır. 1941–

ci ild


ə   

P.İ.Çaykovski

 

adına  Moskva  Dövlət Konservatoriyasında  təhsilini bitirərək  Bakıya 



qayıdan  Q.Qarayev  M.Maqomayev  adına  Azərbaycan Dövlət  Filarmoniyasının  bədii rəhbəri 

v

əzifəsinə  seçilmişdir.  Eyni  vəzifədə  5  onillik  sonra,  90`cı  illərin  əvvəllərində  A.Əlizadə 



çalışmışdır. Hər iki bəstəkar müxtəlif illərdə SSRİ kinematoqraf işçiləri ittifaqının üzvü olmuşlar.  

Az

ərbaycan Bəstəkarlar  İttifaqının  inkişaf  tarixində  bu  iki  şəxsiyyətin  rolu  danılmazdır. 



1979-

cu ilin may ayında Azərbaycan bəstəkar və musiqişünaslarının V qurultayında A.Əlizadə ilk 

d

əfə olaraq İttifaqa katib seçilmiş,  Q.Qarayev isə həmin seçkilərdə növbəti dəfə İdarə Heyətinin 



s

ədri  olmuşdur  (30  il).  Həmin  ilin  noyabr  ayında  isə  SSRİ  bəstəkarlarının  VI  qurultayında 

Q.Qarayev katibliy

ə, A.Əlizadə təftiş komissiyasının tərkibinə daxil edilmişdi.  

Q.Qarayevin v

əfatından sonra VI qurultayda I katib məhz respublikanın xalq artisti, Dövlət 

mükafatı laureatı A.Əlizadə seçilmiş və onun idarəçilik etdiyi 5 il Bəstəkarlar İttifaqının tarixində 

yenid


ənqurma dövrü olmuşdur. Təsadüfi deyil ki, Q.Qarayev adına “XX əsr musiqisi” festivalının 

ilk üçlüyü m

əhz bu dövrdə baş tutmuşdur (1986, 1988, 1990) 1990-cı ilin gərgin siyasi dövrünə 

baxmayaraq VII qurultay keçirilmiş və ilk dəfə azərbaycan dilində baş tutmuşdu.  

Az

ərbaycan siyasi idarəçilik tarixində  bəstəkarlardan ikisi -  Qara Qarayev və  Aqşın 



Əlizadə Ali Sovetin deputatı olmuşlar. A.Əlizadənin deputat kürsüsündə əyləşdiyi vaxtlar Qarabağ 

konfliktinin k

əskinləşdiyi  dövrə  təsadüf  etmiş,  1990`cı  il  qırğınından  sonra  sözün  düzünü  ən 

möt


əbər yığıncaqlarda belə üzə deməkdən çəkinməyənlər sırasında deputat A.Əlizadə də var idi. 

O, daim “siyas

ətdə iştirak edib siyasətçi kimi deyil, yaradıcı insan sözü demək olar” missiyasından 

çıxış etmişdir. 

Yaradıcılıqlarını  qarşılıqlı  şəkildə  araşdıraraq  gəldiyimiz nəticə  görkəmli  Azərbaycan 

b

əstəkarları Qara Qarayev və Aqşın Əlizadə simaları arasında əlaqələndirici bağın mövcudluğunu 



mütl

əq hesab etməyə  imkan verir. Hətta  onların  həyatla  vidalaşması  da  32  il  fərli ilə  eyni aya 

t

əsadüf  etmişdir.  Q.Qarayev  ənənələrinin layiqli davamçısı  olan  A.Əlizadə  daim müəllimi



m

əsləkdaşı,  fikir  ortağı,  heç  bir  pafossuz  dahi  adlanmağa  layiq  olan  Q.Qarayevi  Azərbaycan 

m

ədəniyyəti üçün daim əvəzedilməz  hesab  etmişdirsə, müasir Azərbaycan  yaradıcı  gəncliyi də 



Aqşın Əlizadə haqqında eyni fikirdədir. 

A.Əlizadə:  “Öz  peşəsinin sirrlərinə  kimin sinfində  yiyələndiyindən  asılı  olmayaraq  biz 

hamımız –Azərbaycan bəstəkarlarının böyük və mötəbər bir dəstəsi özümüzü bu görkəmli ustadın 



MUSİQİ DÜNYASI ____________________________________________________2 (63), 2015 

 

7375 

şagirdləri, Qarayevin yetirmələri  sayırıq...  Çünki  Qarayev  bizim  üçün  tələbkarlıq  timsalı, 

üzgör


ənlik etməmək, güzəştə yol verməmək, prinsipiallıq, əqidəsindən dönməmək, yaradıcılıqda 

yüks


ək professional nəzakət, səxavət və  səmimilik  öz  işinə  -  musiqiyə  hədsiz məhəbbət və 

s

ədaqətli nümunəsi  olmuş  və  olacaqdır.  Q.Qarayev  Azərbaycan  bəstəkarlarının  yeni  nəsli üçün 



örn

əkdir –istər həyatda, istərsə də, sənətdə!”.

3

 

 



 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT: 

 

1.

 



Dadaşzadə Z., «AQŞIN ƏLİZADƏ»., Monoqrafiya., Bakı, “Şur”, 1992,  

32 s


əh. 

2.

 



Əliyeva F.Ş. «AQŞIN ƏLİZADƏ»., Bakı, «Musiqi dünyası», № 1-2/2003,  

s

əh.121-123  



(

http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=230)

 

3.

 



İmanova Ü.İ. “Azərbaycan musiqisində A.S.Puşkin mövzusu”., Bakı,  

“Musiqi dünyası”, № 1`99 

http://www.musigi-dunya.az/magazine1/articles/Poeziya/PoetPage1.html

 

4.



 

Карагичева Л.В. Кара Караев. -М.: "Советский композитор", 1960. 

5.

 

Тагизаде А.., «AКШИН АЛИЗАДЕ».,  Монография., Б., Ишыг, 1986,  



136 с. 

 

 



 

 

                                                           



3

 “Kommunist” qəzeti, 2 mart, 1985 



Yüklə 79,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə