MUSİQİ DÜNYASI ____________________________________________________2 (63), 2015
7368
Ayb
əniz NÖVRƏSLI
Q.QARAYEV VƏ A.ƏLİZADƏ YARADICILIĞINDA ÜMUMİ
CƏHƏTLƏRİN ARAŞDIRILMASINA DAİR
The title of article: The common features of creativity G.Garayev and A.Alizadeh
Abstract
This article describes the features of the style and creativity of prominent Azerbaijanian
composers Gara Garayev and Akshin Alizadeh in the comparative analysis. In spite of the
correspondence relationship between the teacher and student composers, you can find a lot in
common both in moral and in a rational sense.
Key words: Gara Garayev, Akshin Alizade, composer
Название статьи: О некоторых общих чертах творчества К.Караева и А.Ализаде
Аннотация
В данной статье раскрываются черты стиля и творчества видных
Азербайджанских композиторов К.Караева и А.Ализаде в сравнительном анализе.
Несмотря на заочные отношения педагога и студента, между композиторами можно
найти много общего как в моральном, так и в рациональном смысле слова.
Ключевые слова: Кара Караев, Акшин Ализаде, композитор
Aybeniz Novrasli – teacher of Baku Music Academy named of U/Hajibeyli
Qara Qarayev Az
ərbaycan müasir bəstəkarlıq məktəbinin banisi, Aqşın Əlizadə isə bu
m
əktəbin parlaq siması və eyni zamanda “öz” məktəbi olan yaradıcı şəxsiyyət idi. Q.Qarayevlə
“qanuni” mü
əllim – tələbə münasibətində olmasa da, A.Əlizadə daim onu özünün müəllimi hesab
MUSİQİ DÜNYASI ____________________________________________________2 (63), 2015
7369
etmiş və yaradıcılığını ən yüksək meyarlarla qiymətləndirmişdir. Hər iki bəstəkarın yaradıcılığında
ümumi, eyni zamanda maraq v
ə uyğunluq nəzərindən bəzi təəccüb doğuran cəhətlər vardır.
Xüsusil
ə qeyd etmək lazımdır ki, hər iki bəstəkarın fəaliyyət dairəsi bir–biri ilə çox uzlaşır,
eyni zamanda, bu, üslub uyğunluğu və musiqi dilinin xarakterində də özünü göstərir. Janr
t
əsnifatına uyğun araşdırmağa çalışsaq, görərik ki, onların yaradıcılığında musiqili səhnə əsərləri
v
ə simfonik əsərlər vacib mövqedən çıxış edir. Qeyd olunan məqamlara qısa nəzər salaq.
H
əcm baxımından klassik opera janrına diqqət yetirsək, heç bir bəstəkarın yaradıcılığında
bu sah
ə lazımi qədər açılmayıb. Daha dəqiq desək, A.Əlizadə ümumiyyətlə opera janrına müraciət
etm
əmiş, Q.Qarayev isə gənclik dövründə C.Hacıyevlə birgə “Ayna” (1941), “Vətən” (1945) adlı
operalarda q
ələmini sınamış, 1972-ci ildə isə fransız yazıçısı Henri Barbusse`ün əsəri əsasında
qadın səsi və kamera orkestri üçün "Zəriflik" (1972) monodramını bəstələmişdir. Beləliklə, məlum
olur ki, musiqili s
əhnə janrlarını yüksək dəyərləndirən bu iki bəstəkardan heç biri sözün geniş və
əhatəli mənasında opera janrına müraciət etməmişlər.
Lakin musiqili - s
əhnə janrlarından digəri olan baletə müraciət tarixçəsinə nəzər salsaq,
burada çox ön
əmli məqamlarla qarşılaşmış olarıq. Hər iki bəstəkar balet janrı sahəsində qiymətli
nümun
ələr yaratmışlar. Bunlar - Q.Qarayevin yazmış olduğu “Yeddi gözəl” (1952), “İldırımlı
yollarla” (1958-
1959); A.Əlizadənin “Babək” (1986), “Qafqaza səyahət” (2002), “Ümid valsı”
(2008)
əsərləridir. Hər iki bəstəkar bu sahədə ilklərə imza atmışlar. Belə ki, “Yeddi gözəl” –
Nizaminin “X
əmsə”si əsasında yazılmış, özəyini poema təşkil edən ilk ədəbi məzmunlu balet,
“İldırımlı yollarla” – librettosu Cənubi Afrika yazıçısı Peter Abrahams`ın əsəri əsasında yazılmış
ilk xarici m
ənbəyə əsaslanmış balet, “Babək” – ilk milli tarixi – qəhrəmanlıq baletidir.
Mövzu baxımından da bəstəkarların müqayisə oluna biləcək əsərləri vardır. Bunlar –
Q.Qarayevin “İldırımlı yollarla” və A.Əlizadənin “Ümid valsı” baletləridir. Əsərlərin hər ikisi XX
yüzilliyin
əvvəllərində Bakıda baş verən hadisələrdən bəhs edir. İki gəncin sevgisi fonunda baş
ver
ən süjet həmin dövrün ictimai –siyasi həyatının aşkar inikasıdır. Belə ki, hər iki bəstəkarı
g
ənclik, onların həyat tərzi, yaşamı və xüsusilə də mənəviyyatı narahat edirdi. Bu məqamda
A.Əlizadənin gənclərə ünvanlandığı fikir yada düşür: “Çalışın, daxilinizdə öz dünyanızı,
m
ənəviyyatınızı yaradasınız.”
Q.Qarayev v
ə A.Əlizadənin baletlərinin səhnə taleyini birləşdirən məqam da vardır ki, bu
da onların quruluşçu baletmeysterlərinin Rəfiqə Axundova və Maqsud Məmmədov olmasındadır.
1975-cü ild
ə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsində
“İldırımlı yollarla” baletinin ikinci, 1978—ci ildə həmin səhnədə “Yeddi Gözəl” baletinin üçüncü
b
əstəkar redaksiyası quruluşçu baletmeysterlər R.Axundova və M.Məmmədovla birgə işin nəticəsi
MUSİQİ DÜNYASI ____________________________________________________2 (63), 2015
7370
olmuşdur. A.Əlizadənin böyük bədii əhəmiyyət kəsb edən baleti “Babək” də həmin yaradıcı
insanların təxəyyülü sayəsində səhnələşdirilmişdir.
Simfonik sah
əni araşdırsaq, məlum olur ki, Q.Qarayevin I simfoniyası (h-moll) ilk dəfə
1944-
cü il dekabrın 25-ində Tbilisidə, Qafqaz respublikalarının musiqi incəsənəti ongünlüyündə
Az
ərbaycan Dövlət simfonik orkestri tərəfindən ifa edilib. A.Əlizadənin I Simfoniyası isə ənənəvi
“Zaqafqaziya baharı” festivalının konsert proqramında 1962-ci ildə böyük uğurla səslənmişdir.
Ortaq c
əhət ondan ibarətdir ki, hər iki simfoniya ilk dəfə Qafqaz ölkələrindən olan dinləyicilərə
t
əqdim edilmiş və demək olar ki, hər ikisi əsər bəstəkarların 26 yaşı olarkən səsləndirilmişdir.
Q.Qarayev A.Əlizadənin ilk Simfoniyası haqqında maraqlı fikirlər səsləndirmişdir.: “Mənim
fikrimc
ə, cavan bəstəkarın simfoniyasında təsvirlərin obrazlılığı və musiqi materialının maraqlı
inkişafı müsbət cəhətlərdəndir. Burada müəllifin böyük səyi, temperamenti və dəqiq ritm hiss
olunur. Bütün bunlar Aqşın Əlizadənin gələcək maraqlı yaracıdılıq yolunu müəyyən edir.”
1
Haqqında danışdığımız hər iki əvəzedilməz bəstəkar simfoniya janrı baxımından orkestr
musiqisinin kamera sah
əsini diqqətdən kənarda qoymamış, Q.Qarayev III simfoniyasını,
A.Əlizadə isə II simfoniyasını kiçik tərkib üçün yazmışdır.
H
ər iki əsər fərdi cəhətləri ilə diqqəti cəlb edərək Azərbaycan simfoniyasının inkişafı
yolunda atılan böyük addımdır. Belə ki, onların yazılması ilə musiqimizdə toxunulmamış cəhətlər
canlanmışdır.
Q.Qarayevin kamera orkestri üçün yazılmış III simfoniyası ilk dəfə 1965-ci il aprelin 21-də
Moskva Konservatoriyasının Böyük zalında, Moskva Dövlət kamera orkestrinin ifasında
s
əslənmiş, dirijoru Rudolf Barşay olmuşdur.
1966`cı ildə Moskva “Bəstəkarlar evi”ndə isə respublikanın xalq artisti Nazim Rzayevin
dirijorluğu ilə Azərbaycan Radio və Televiziyası kamera orkestrinin konsertində gənc bəstəkar
A.Əlizadənin “Kamera simfoniyası”nın ilk ifası baş tutmuşdur. Simfoniyaya görə, o, 1967`ci ildə
Respublika Lenin komsomolu mükafatı qazanmışdı.
Qısa müddət fərqi ilə təqdim edilmiş əsərlərin hər ikisinin ilk ifası o vaxtın mədəniyyət
pay
taxtı hesab edilən Moskvada baş tutmuşdur. Hər iki əsər təkcə müəllif - bəstəkarların
yaradıcılığı üçün deyil, Kamera orkestri bioqrafiyası üçün, ümumiyyətlə, musiqi xəzinəmiz üçün
əhəmiyyətli nümunələr hesab edilir. A.Əlizadənin simfoniyası qərbdə İ.Stravinski, Azərbaycanda
is
ə Q.Qarayev ənənələrinin təsirindən ruhlanaraq parlamışdır desək, doğru olar.
III Simfoniya öz yeni d
əst –xətti, yeni yolu ilə diqqəti cəlb etmişdi. Bu əsər müasir texnika
v
ə üsluba tabe edilərək yazılmış ilk simfoniya olmuş, ilk dəfə dodekafoniyanı Azərbaycan
1
“Üçüncü nəsil”. “Bakı” qəzeti. Cümə, 4 iyun 1965-ci il.
MUSİQİ DÜNYASI ____________________________________________________2 (63), 2015
7371
musiqisind
ə orkestrə daxil etmişdir. Eləcə də, II simfoniya haqqında bədii əhəmiyyətcə bənzər
ifad
ələr demək olar. Bu simfoniyada qrafik yazı üslubunun musiqiyə köçürülməsi, orkestr
musiqisi dilind
ə neoklassisizm ünsürlərinin aydın işıqlandırılması o dövr üçün yeni idi. Bununla
da m
əlum olur ki, 1 il müddət fərqi ilə yazılmış hər iki əsər həqiqətən dərin bədii əhəmiyyəti olan
yaradıcılıq nümunələridir.
Q.Qarayevin A.Əlizadənin II Simfoniyası haqqında söylədiyi fikirləri böyük maraq
doğurur: “Elə bəstəkarlar var ki, yaradıcılığa başladığı vaxtdan musiqi ictimaiyyətinin diqqətini
özl
ərinə cəlb edə bilirlər. İnsan onların yaradıcılıqları ilə tanış olan andan qeyri –ixtiyari gənc
olduqlarını unudub əsərin müəllifini ciddi yaradıcılıq meyarı baxımından qiymətləndirir.
Az
ərbaycanın belə gənc bəstəkarları sırasına sözsüz olaraq Kamera orkestri üçün Simfoniyanın
mü
əllifi A.Əlizadə daxildir”.
Bu sözl
ər 60 `cı illərin sonu -70`ci illərin əvvəllərində Q.Qarayev tərəfindən bəstəkara
veril
ən ən yüksək yaradıcılıq qiymətlərindən biri və bəlkə də ən önəmlisi idi.
Q.Qarayevin dodekafon yazı üsuluna müraciətindən sonra bir çox gənclərin bu sahəyə
meyli atmışdır. Yeri gəlmişkən A.Əlizadənin də bu sırada olduğunu vurğulamaq lazımdır.
B
əstəkar 12 simli alət üçün yazılmış “Ekspressiyalar” əsərini sırf dodekafon-aleatorik prinsiplər
üz
ərində qurmuşdur. Əsərin səslənməsindən sonra Q.Qarayev tərəfindən müsbət rəy qazanan
A.Əlizadə müəllim və məsləkdaşı tərəfindən seçim qarşısında qoyulmuşdur. Q.Qarayev ona iki
yol t
əklif etmişdir: “Ekspressiyalar yolu” və ya sərbəst, baxış bucaqları çərçivələnməyən
istiqam
ət. A.Əlizadə ikincini seçərək onu “öz” yolu etmiş oldu.
Qarayev –
Əlizadə yaradıcılıqlarının başqa bir ortaq məqamı xor üçün yazılmış əsərlər
sah
əsində diqqəti cəlb edir. Hər iki bəstəkar a`capella (müşayiətsiz xor) üçün maraqlı, seçilən
nümun
ələr yaratmışlar. Q.Qarayevin N.Gəncəvinin sözlərinə şairin 800 illiyi ilə bağlı yazmış
olduğu “Payız” əsəri Azərbaycan musiqisi tarixində a`capella üçün yazılmış ilk nümunədir. Birinci
ifası 1947-ci il sentyabrın 29-unda Bakıda M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasının xor kapellası tərəfindən ifa olunub.
A.Əlizadənin bu sahədə etdiyi yenilik isə 1968 -1969`cu illərdə qələmini vokal janrda
sınayaraq xalq mətninə yazdığı 10 xordan ibarət “Bayatılar” əsəri ilə nəticələnir. Adıçəkilən silsilə
Az
ərbaycan musiqisində müşayiətsiz xor üçün yazılmış ilk silsilədir. Bu əsərə görə bəstəkar
1969`cu ild
ə Moskvada keçirilən Gənc Bəstəkarların yaradıcılığına Ümumittifaq baxışda laureat
adını qazanmışdır.
Haqqında fikirlər irəli sürdüyümüz hər iki bəstəkarın yaradıcılıq yolunda digər bir ortaqlıq
süita janrında təsadüf olunur. Maraqlı məsələ burasındadır ki, bu janra müraciət həm Q.Qarayev,
h
əm A.Əlizadə tərəfindən təsvirilik, janrlıq nöqteyi –nəzərindən işıqlandırılır. Bura Q.Qarayevin
MUSİQİ DÜNYASI ____________________________________________________2 (63), 2015
7372
yazmış olduğu "Azərbaycan süitası" (1939), Yeddi Gözəl" simfonik süitası (1949), "Vyetnam
süitası"(1952), “Klassik süita” (1966), A.Əlizadənin "Uşaq süitası" (1972), “Kənd süitası” (1973),
“Abşeron lövhələri”, “Şirvan lövhələri” aiddir.
Janr t
əsnifatından əlavə, bəstəkarların yaradıcılıqlarını üslub və cərəyan axtarışları
baxımından araşdırmaq olar. Q.Qarayev yaradıcılığının “qaranquşu” olan “Tsarskoe selo
heyk
əli”(1937) fortepiano lövhəsi Azərbaycan musiqisinin ilk impressionist lövhələrindəndir. Bu
ünsür b
əstəkarın baletlərində də müəyyən mənada özünü aşkarlayır.
İmpressionizm “portretləri” Aqşın Əlizadə musiqisindən də yan keçməmiş və incə
boyalarla işlənərək “Dastan” (1986) və viloin ilə piano üçün “Portret”(1987) əsərində
canlanmışdır.
A.Əlizadənin yazdığı ilk əsər də piano aləti üçün nəzərdə tutulmuş Sonata olmuş və heç də
t
əəccüblü deyil ki, Qarayev təsirini özünə hopdurmuşdur
2
. Bu t
əsir özünü romantik və lirik
mühitd
ə açmış olur.
60 –
cı illərdə Azərbaycan musiqisinə daxil olan yeni istiqamətlərdən biri – neoklassisizm
Az
ərbaycan müasir bəstəkarlıq məktəbinin zirvəsində duran Q.Qarayev tərəfindən onun son
prelüdl
əri ilə musiqimizə gətirilmiş və digər əsərlərində də ənənəni davam etdirmişdir.
M
ənəvi müəllimi Q.Qarayevin neoklassik ənənələrinə istinaddan qaçılmaz olan yolda öz
xoşu ilə irəliləyən A.Əlizadənin II simfoniyasında bariz cəhət kimi əsərin III hissəsində XVII –
XVIII
əsrlərin musiqisini imitə edən melodiyada çembalo alətinin antik abu – hava təəssüratı
yaratmasını göstərmək olar.
II hiss
ədə milli musiqi ilə Avropa musiqi janrı -muğam təfəkkürü ilə xoral birləşir.
Neoklassisizm üçün vacib c
əhət polifonik, yəni J.S.Bach yaradıcılığındakı janrlara yenidən
müraci
ətdir. Bu, birbaşa olaraq Q.Qarayev yaradıcılığında da özünü göstərmiş olur. Yada salaq ki,
Q.Qarayev ilk d
əfə Azərbaycan musiqisinə xoralı tətbiq etmişdir.
Simfonik musiqi sah
əsində digər bir ümumiləşmiş ünsür Violin ilə simfonik orkestr üçün
Konsertdir ki, h
ər iki bəstəkarın yaradıcılığında yeganə nümunə ilə təmsil olunur. Q.Qarayevin
Konserti ilk d
əfə 1968-ci il aprelin 21-də Qorkidə L. Koqan və Qorki filarmoniyası simfonik
orkestrinin ifasında səslənmişdir. Bu əsər Yeni Vyana Məktəbi nümayəndələrindən sonuncu olan
Alban Berg`in analoji
əsərindən başlanğıc götürülərək yazılmışdır.
A.Əlizadənin Violin Konserti isə məzmun baxımından fərqli olub Dağlıq Qarabağ
münaqişəsi məsələsindən təsirlənərək 1990`cı ildə yazılmış, 1991`ci ildə Azərbaycan Bəstəkarlar
2
Sonata -Moskvada gənc bəstəkarların yaradıcılıqlarına Ümumittifaq baxışda I dərəcəli Diplomla təltif
olunmuşdur.
MUSİQİ DÜNYASI ____________________________________________________2 (63), 2015
7373
İttifaqının Plenumunda səslənmiş, ilk ifaçısı Arif Manaflı, dirijor Y.Adıgözəlov olmuşdur. Həsr
olunduğu mövzu əsərin məzmununu faciəviliyə doğru dəyişmişdir.
Ənənələrə istinad baxımından maraqlı bir cəhətlə də qarşılaşmaq mümkündür. Bu, hələ
Üzeyir b
əy Hacıbəyli tərəfindən yazılmış “Aşıqsayağı”nın yeni “görünüşü” və səslənməsi
bar
ədədir. Belə ki, Q.Qarayev bu əsərə yeni düzüm bəxş edərək onu 1964-cü ildə kamera orkestri
üçün transkripsiya etmişdirsə, A.Əlizadə eyniadlı instrumental miniatür yazaraq onu birbaşa
kamera orkestri üçün n
əzərdə tutmuşdur. Bu əsərə ardıcıl olaraq müraciət olunma, çox güman ki,
t
əsadüfi olmamışdır.
Kinofilml
ərə yazılmış musiqi istiqaməti də hər iki bəstəkarın tətbiqi sahədə yaratdığı
maraqlı nümunələrlə zəngindir. Bu sahəni “böyük müasir bəstəkarlıq məktəbi” adlandıran
Q.Qarayev “Leyli v
ə Məcnun”, “Nizami”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan” və s.,
A.Əlizadə isə «Tütək səsi», «Təkcə adanı özünlə apara bilməzsən», «Qızıl qaz», «Ötən ilin son
gec
əsi», «Mən sizi dünyalar qədər sevirdim», “Rəqiblər”, “Axtarış yanğısı” kimi kinofilmlərə
musiqi yazmışdır. Bu istiqamətdə diqqəti cəlb edən məqam ondan ibarətdir ki, təsadüf və ya
z
ərurətdən Q.Qarayev A.Əlizadənin dayısı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə haqqında
1958-ci ild
ə çəkilən «Uzaq sahillərdə» filminə musiqi bəstələmişdir. Bu filmə yazılmış musiqini
yüks
ək qiymətləndirən A.Əlizadə başqa səslənməni heç təsəvvürünə gətirə bilmədiyini dəfələrlə
vurğulamışdır.
Qarşılıq olaraq digər məqam da maraq doğurur. Bu da ondan ibarətdir ki, A.Əlizadənin
sayca 40`dan çox film
ə yazdığı musiqilər içərisində “Axtarış həvəsi” filmi diqqəti cəlb edir.
Rejissoru Teymur B
əkirzadə olan bu sənədli film 1972-ci ildə rəssam Tahir Salahov haqqında
ç
əkilmişdir. Q.Qarayevlə əlaqə isə ondan ibarətdir ki, rəssamın tablo qarşısında iş prosesi
A.Əlizadənin puantilistik metodlu musiqisi ilə müşayiət olunur. Rəsm əsərində isə bəstəkar Qara
Qarayevin görüntüsü canlanır. Beləcə, Qarayev və Əlizadə şəxsiyyətləri film bağı ilə də
əlaqələnmiş olur.
H
ər iki bəstəkarın bütün varlıqları ilə simfonik sahəyə bağlı olduqları məlumdur. Bu
baxımdan onların yaradıcılıqlarında romans və mahnı janrına müraciət çox az təsadüf olunur.
Q.Qarayev A.S,Puşkinin mətninə “Gürcüstan təpələrində”, “Mən sizi sevirdim” A.Əlizadə isə
amerikalı şair John Brown`un mətni əsasında “Belə məhəbbət” romansını yazmışdır. Yeri
g
əlmişkən qeyd edək ki, romans mətni üçün hər iki bəstəkar rus dilinə üstünlük vermişlər. Mahnı
janrından danışarkən isə Aqşın Əlizadənin “Mənim anam”, “Bu göz ceyran gözüdür”, “Yaşıldır
başın” nümunələrinin adını çəkmək olar.
H
ər iki bəstəkar öz qələmlərini istedadlı publisist kimi sınamış, öz musiqili-estetik
görüşlərini səslə yanaşı, sözlə də bölüşmüşlər.
MUSİQİ DÜNYASI ____________________________________________________2 (63), 2015
7374
N
əzərimizi Qarayev və Əlizadə soyadlarının ictimai məcradan açılmasına da yönəltmək
ist
ərdik. Onlar uzun illər xalqa xidmət edərək müxtəlif rəhbər vəzifələrdə çalışmış, professional
Az
ərbaycan musiqisinin təbliğində, gənclərin maariflənməsi və yaradıcı şəxslərin yaşayış
v
əziyyətlərinin yaxşılaşması yolunda əllərindən gələni əsirgəməmişlər.
İctimai fəaliyyət baxımından da bəstəkarları birləşdirən müəyyən məqamlar vardır. 1941–
ci ild
ə
P.İ.Çaykovski
adına Moskva Dövlət Konservatoriyasında təhsilini bitirərək Bakıya
qayıdan Q.Qarayev M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri
v
əzifəsinə seçilmişdir. Eyni vəzifədə 5 onillik sonra, 90`cı illərin əvvəllərində A.Əlizadə
çalışmışdır. Hər iki bəstəkar müxtəlif illərdə SSRİ kinematoqraf işçiləri ittifaqının üzvü olmuşlar.
Az
ərbaycan Bəstəkarlar İttifaqının inkişaf tarixində bu iki şəxsiyyətin rolu danılmazdır.
1979-
cu ilin may ayında Azərbaycan bəstəkar və musiqişünaslarının V qurultayında A.Əlizadə ilk
d
əfə olaraq İttifaqa katib seçilmiş, Q.Qarayev isə həmin seçkilərdə növbəti dəfə İdarə Heyətinin
s
ədri olmuşdur (30 il). Həmin ilin noyabr ayında isə SSRİ bəstəkarlarının VI qurultayında
Q.Qarayev katibliy
ə, A.Əlizadə təftiş komissiyasının tərkibinə daxil edilmişdi.
Q.Qarayevin v
əfatından sonra VI qurultayda I katib məhz respublikanın xalq artisti, Dövlət
mükafatı laureatı A.Əlizadə seçilmiş və onun idarəçilik etdiyi 5 il Bəstəkarlar İttifaqının tarixində
yenid
ənqurma dövrü olmuşdur. Təsadüfi deyil ki, Q.Qarayev adına “XX əsr musiqisi” festivalının
ilk üçlüyü m
əhz bu dövrdə baş tutmuşdur (1986, 1988, 1990) 1990-cı ilin gərgin siyasi dövrünə
baxmayaraq VII qurultay keçirilmiş və ilk dəfə azərbaycan dilində baş tutmuşdu.
Az
ərbaycan siyasi idarəçilik tarixində bəstəkarlardan ikisi - Qara Qarayev və Aqşın
Əlizadə Ali Sovetin deputatı olmuşlar. A.Əlizadənin deputat kürsüsündə əyləşdiyi vaxtlar Qarabağ
konfliktinin k
əskinləşdiyi dövrə təsadüf etmiş, 1990`cı il qırğınından sonra sözün düzünü ən
möt
əbər yığıncaqlarda belə üzə deməkdən çəkinməyənlər sırasında deputat A.Əlizadə də var idi.
O, daim “siyas
ətdə iştirak edib siyasətçi kimi deyil, yaradıcı insan sözü demək olar” missiyasından
çıxış etmişdir.
Yaradıcılıqlarını qarşılıqlı şəkildə araşdıraraq gəldiyimiz nəticə görkəmli Azərbaycan
b
əstəkarları Qara Qarayev və Aqşın Əlizadə simaları arasında əlaqələndirici bağın mövcudluğunu
mütl
əq hesab etməyə imkan verir. Hətta onların həyatla vidalaşması da 32 il fərli ilə eyni aya
t
əsadüf etmişdir. Q.Qarayev ənənələrinin layiqli davamçısı olan A.Əlizadə daim müəllimi,
m
əsləkdaşı, fikir ortağı, heç bir pafossuz dahi adlanmağa layiq olan Q.Qarayevi Azərbaycan
m
ədəniyyəti üçün daim əvəzedilməz hesab etmişdirsə, müasir Azərbaycan yaradıcı gəncliyi də
Aqşın Əlizadə haqqında eyni fikirdədir.
A.Əlizadə: “Öz peşəsinin sirrlərinə kimin sinfində yiyələndiyindən asılı olmayaraq biz
hamımız –Azərbaycan bəstəkarlarının böyük və mötəbər bir dəstəsi özümüzü bu görkəmli ustadın
MUSİQİ DÜNYASI ____________________________________________________2 (63), 2015
7375
şagirdləri, Qarayevin yetirmələri sayırıq... Çünki Qarayev bizim üçün tələbkarlıq timsalı,
üzgör
ənlik etməmək, güzəştə yol verməmək, prinsipiallıq, əqidəsindən dönməmək, yaradıcılıqda
yüks
ək professional nəzakət, səxavət və səmimilik öz işinə - musiqiyə hədsiz məhəbbət və
s
ədaqətli nümunəsi olmuş və olacaqdır. Q.Qarayev Azərbaycan bəstəkarlarının yeni nəsli üçün
örn
əkdir –istər həyatda, istərsə də, sənətdə!”.
3
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:
1.
Dadaşzadə Z., «AQŞIN ƏLİZADƏ»., Monoqrafiya., Bakı, “Şur”, 1992,
32 s
əh.
2.
Əliyeva F.Ş. «AQŞIN ƏLİZADƏ»., Bakı, «Musiqi dünyası», № 1-2/2003,
s
əh.121-123
(
http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=230)
3.
İmanova Ü.İ. “Azərbaycan musiqisində A.S.Puşkin mövzusu”., Bakı,
“Musiqi dünyası”, № 1`99
http://www.musigi-dunya.az/magazine1/articles/Poeziya/PoetPage1.html
4.
Карагичева Л.В. Кара Караев. -М.: "Советский композитор", 1960.
5.
Тагизаде А.., «AКШИН АЛИЗАДЕ»., Монография., Б., Ишыг, 1986,
136 с.
3
“Kommunist” qəzeti, 2 mart, 1985
Dostları ilə paylaş: |