Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə14/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   236

 

43 


ləri  də,  onun  fəaliyyəti  də  güclü  təsir  göstərir.  Buna  görə  də  pe-

daqogika uşaqların fərdi və yaş xüsusiyyətlərini, qabiliyyətlərini üzə 

çıxarmağı və nəzərə almağı, onların fəaliyyət növlərini və üsullarını 

müəyyənləşdirməyi zəruri hesab edir.  



Pedaqokanın etika ilə əlaqəsi. Pedaqogika etika ilə qarşılıqlı 

əlaqəlidir.  Fəlsəfi  elm  olan  etika,  əxlaq  tərbiyəsinin  əsasını  təşkil 

edir. Pedaqoji prosesdə əxlaqın meydana gəlməsi, təşəkkülü haqqın-

da məlumatlar da əhəmiyyətli yer tutur. 



Pedaqogikanın həmçinin ədəbiyyat, incəsənət, tarix, erqo-

nomika, məntiq, gigiyena və daha bir çox digər elmlərlə də qar-

şılıqlı əlaqəsi vardır. Pedaqogika nəinki başqa elmlərin nailiyyətlə-

rinə,  həm  də  bütün  digər  elmlərə,  onların  inkişafına  təkan  verir. 

Pedaqogikanın  digər  elmlərlə  qarşılıqlı  əlaqəsi  sayəsində  tamam 

yeni elm sahələri də yaranır.  

Pedaqogika  elminin  digər  elmlərlə  təmasda  inkişafı  o  demək 

deyildir ki, guya pedaqoji bilikləri başqa elm sahələrində  axtarmaq 

lazımdır, hansı ki, vaxtı ilə K.D.Uşinskinin “Antropologiya” əsərin-

də belə meyil qabarıq şəkildə ifadə edilmişdir.  

Pedaqogikanın digər elmlərlə əlaqələrini aşağıdakı kimi xüla-

sə etmək olar: 

 

 pedaqogika  başqa  elmlərin  əsas  ideyalarından, nəzəri müd-



dəalarından və ümumiləşdirilmiş nəticələrindən istifadə edir

 



 pedaqogika  başqa  elmlərin  tədqiqat  metodlarından  istifadə 

edir;  


 

 fəlsəfə, psixologiya, ali sinir fəaliyyətinin fiziologiyası,  so-



siologiya və başqa elmlərin apardığı tədqiqatların konkret nəticələri 

pedaqogikada tətbiq olunur; 

 

 pedaqogika  insanı  öyrənən  kompleks  tədqiqatlarda  iştirak 



edir . 

 

 




 

44 


1.7. Pedaqogikanın sahələri  

(və ya pedaqogikada diferensiya prosesləri) 

 

Vaxtilə fəlsəfənin və sosiologiyanın tərkibində olan, bir müd-

dətdən  sonra  ondan  ayrılan  və  getdikcə  müstəqil  elmə  çevrilən  pe-

daqogika  inkişaf  edərək  bir  çox  şaxələrə  ayrılmaqdadır.  Peda-

qogikanın öyrəndiyi predmet o qədər mürəkkəbdir ki, ayrıca, hətta 

ən geniş elm onun mahiyyətini, əlaqələrini və ifadə vasitələrini əha-

tə edə bilməz. Pedaqogika uzun inkişaf yolu keçərək çoxlu nəzəri və 

təcrübi  informasiya  toplamış  və  hazırda  şaxələnmiş  elmi  biliklər 

sisteminə çevrilmişdir, başqa sözlə, müasir pedaqogika təhsil, təlim, 

tərbiyə  haqqında  elmlər  sisteminə  çevrilmişdir.  Pedaqoji  elmin 

sahələri arasında ardıcıl, sıx əlaqə vardır. Onların hamısı insanı öy-

rənir,  onun  təhsil-tərbiyə  problemlərini  tədqiq  edir,  praktika  üçün 

tövsiyələr  işləyib  hazırlayır.  “Pedaqogika  elminin  arxitekturasının 

özünəməxsusluğu,  təkrarolunmazlığı  məhz  təbiətin  ən  ali  varlığı 

olan  insanın  özünün  dünyaya  gəlməsi  ilə  və  ya  sosiallaşması  pro-

sesində düçar olduğu qeyri-normal hadisələrlə şərtlənir” . 

Pedaqoji  elm  sahələrinin  müxtəlifliyi  insanların  əqli,  görmə, 

eşitmə, nitq və s. imkanlarının müxtəlifliyi ilə də bağlıdır.  

Pedaqoji elmlər sisteminə aşağıdakılar daxildir: 

Məktəbəqədər pedaqogika məktəb yaşına çatmamış uşaqların 

tərbiyə  və  təlim  məsələlərini  öyrənir.  Ümumtəhsil  məktəbinin  pe-



daqogikası  digər  pedaqoji  elm  sahələri  üçün  elmi  bazadır,  o  məhz 

ümumi  pedaqogikadır (ümumtəhsil məktəbi  bütün dünyada kütləvi 

məktəbdir, o, təhsil sisteminin əsasını təşkil etdiyindən həmin siste-

min  həlqələri  –  ilk  peşə  təhsili,  subbakalavr  təhsili,  ali  təhsil  onun 

üzərində qurulur). Xüsusi pedaqogika (defektologiya) fiziki və əqli 

cəhətdən  qüsurlu  olan  uşaqların  (həm  də  yaşlıların)  inkişafının 

psixofizioloji  xüsusiyyətlərini,  onların  təlim-tərbiyəsinin  nəzəri 

əsaslarını, prinsiplərini, üsullarını, təşkili formalarını və vasitələrini 

işləyib  hazırlayır.  Xüsusi  pedaqogikanın  da  sahələri  vardır:  surdo-

pedaqogika  –  lal  və  karların,  tiflopedaqogika  –  kor  və  zəif  görən-

lərin,  oliqofrenopedaqogika  –  ağıldan  kəmlərin,  loqopediya  –  nitqi 

qüsurlu olanların təhsili və tərbiyəsi məsələlərini öyrənir. Fənlərin 

tədrisi  metodikası  təlim  qanunauyğunluqlarının  ayrı-ayrı  fənlərin 



 

45 


tədrisinə  tətbiq  edilməsi  xüsusiyyətlərini  tədqiq  edir,  onun  optimal 

metodlarını  və  vasitələrini  öyrənir.  Peşə  metodikası  konkret  peşə 

fəaliyyətinin  qanunauyğunluqlarını  öyrənir,  nəzəri  ümumiləşdirmə-

lər  aparır,  insanın  təhsilinin  prinsiplərini  və  texnologiyasını  işləyib 

hazırlayır.  Tədqiqatçılar  peşə  sahəsindən  asılı  olaraq  istehsalat, 

hərbi və tibbi pedaqogikanı fərqləndirirlər. Ali məktəb pedaqogikası 

ali  təhsil  müəssisələrində  ali  təhsil  prosesinin  spesifik  xüsusiyyət-

lərini  öyrənir.  Sosial  pedaqogika  insanların  bütün  yaş  qrupları  və 

sosial  kateqoriyalarının  xüsusi  yaradılmış  təşkilatlarda  sosial  tərbi-

yəsi  məsələlərini  öyrənir.  Pedaqogika  tarixi  müxtəlif  dövrlərdə 

pedaqoji  nəzəriyyələrin  və  məktəb  tarixinin  inkişaf  qanunauyğun-

luqlarını öyrənir. Pedaqogika tarixini öyrənmədən bəşəriyyətin təh-

sil-tərbiyə  tarixini  izləmək,  onu  təhlil  etmək,  tarixi-pedaqoji  irsin 

inkişafındakı  müsbət  və  mənfi  meyilləri  üzə  çıxarmaq  mümkün 

deyildir.  Müqayisəli  pedaqogika  təhsil  və  tərbiyə  sistemlərinin 

fəaliyyətinin və inkişafının qanunauyğunluqlarını müxtəlif ölkələrlə 

müqayisəli  şəkildə  öyrənir.  Ailə  pedaqogikası  ailədə  uşaqların 

tərbiyəsinin  düzgün  təşkili,  ailədə  düzgün  münasibətlərin  yaradıl-

ması, ailə ilə məktəb və digər tərbiyə müəssisələri arasında səmərəli 

əlaqə yaradılması, cəmiyyətlə ailənin tərbiyəvi təsirlərinin əlaqələn-

dirməsi, bunların insanların həyata hazırlanması işinə təsiri və digər 

ailə,  övlad  problemlərini  araşdırır

.

  Hərbi  pedaqogika  hərbi  mək-



təblərdə, ali hərbi məktəblərdə, hərbi akademiyalarda, adi ali təhsil 

müəssisələrinin hərbi kafedralarında, hərbi hissələrdə, orta məktəb-

lərdə,  orta  ixtisas  məktəblərində  gənclərin  hərbi  hazırlığı,  hərbi 

təlimi,  tərbiyə  və  təhsilini  tədqiq  edir.



 

Xalq  pedaqogikası  xalqın 

əsrlər  boyu  topladığı  təcrübə  əsasında  yaranmış  müdrik  fikirlərdir 

ki, bu fikirlər insanların təlim və tərbiyəsi, davranışı, insanlara, ətraf 

aləmə düzgün münasibəti üçün xalq tərəfindən qəbul edilmiş əxlaqi, 

etik,  estetik  normalardır.  Xalqın  müdrik  fikirləri  folklor  nümu-

nələrində,  xalqın  adət  və  ənənələrində  öz  əksini  tapmışdır.  Kor-



reksiyaedici pedaqogika sosial-psixoloji cəhətdən qüsurlu uşaqların 

diaqnostikası,  profilaktikası  və  bərpası  üzrə  aparılan  pedaqoji,  psi-

xoloji,  metodoki  işlərin  məcmusunu  özündə  birləşdirir  və  buna 

uyğun  həmin  uşaqların  təlıim  və  tərbiyəsini  təşkil  edir.  İstehsalat 



pedaqogikası müxtəlif istehsalat müəssisələrində, idarə və təşkilat-


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə