Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə5/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   236

 

18 


Onlar  belə  hesab  edirdilər  ki,  pedaqogika  digər  elmlərin  məlumat-

larını  assimilyasiya  etməklə  yanaşı,  nisbi  müstəqil  elm  sahəsidir. 

Buna  baxmayaraq,  elmi  biliklər  sisteminin  modeli  qurularkən  ənə-

nəvi olaraq üç əsas bilik sahələri – təbiət, cəmiyyət və təfəkkür elm-

ləri orada əsas yer tutur.  

Nəzəri  problemlərin  intensiv  həlli  metodikalarının  formalaş-

ması,  metodoloji  məsələlər  üzrə  tədqiqatların  nəticələri  pedaqo-

gikanın müstəqil bir elm kimi öz hüquqlarını bərpa etməsinə imkan 

verdi. Artıq XX  əsrin 30-40-cı illərində pedaqogikanın həm nəzəri 

və həm də tətbiqi bir elm olması təsdiq olundu.  

Məlum olduğu kimi, vahid olan elmin hər bir sahəsi başqa sa-

hələrindən  üç  mühüm  əlamətinə  görə  fərqlənir:  a)  hər  bir  sahənin 

özünün  xüsusi  tədqiqat  obyekti  və  buna  uyğun  predmeti  vardır;     

b) hər bir sahə özünün obyektini öyrənmək üçün tədqiqat metodla-

rından  istifadə  edir;  ç)  hər  bir  sahənin  tədqiqat  obyektinə  uyğun 

olan anlayışlar sistemi fəaliyyət göstərir. Pedaqogika elminin başqa 

elmlərdən  fərqləndirən  birinci  əlamət  onun  özünəməxsus  tədqiqat 

obyektinə  malik  olmasıdır.  Bu  obyekt  bəşəriyyətin  əldə  etmiş 

olduğu təcrübəni yeni nəsillərə verməyin spesifik xüsusiyyətləri ilə 

xarakterizə  olunur.  Təcrübənin  verilməsinin  qanunauyğunluqlarını, 

prinsiplərini, yollarını pedaqogika elmindən başqa, heç bir elm özü 

üçün  spesifik  obyekt  hesab  edə  bilməz.  Həmin  obyektdə  (yəni 

təcrübənin  verilməsi  prosesində)  fəaliyyət  göstərən  qanunauyğun-

luqlar, prinsiplər, metodlar və s. məhz pedaqogikanın anlayışlar sis-

temini təşkil edir. Pedaqogika öz obyektini öyrənmək üçün pedaqoji 

müşahidə,  pedaqoji  müsahibə,  pedaqoji  eksperiment  kimi  tədqiqat 

metodlarından istifadə edir ki, başqa elmlərdə həmin metodlar özü-

nü pedaqogikada olduğu şəkildə büruzə vermir .  

Pedaqogika özünün tətbiqi hissəsi üçün baza elmidir. O, digər 

elmlərdən  bəzi  ideyaları  əxz  edir,  amma  hər  şeydən  əvvəl  özünün 

nəzəri  tədqiqatlarına  əsaslanır.  Nəzəri  pedaqogika  pedaqoji  elmlər 

sisteminə daxil olan bütün  elm sahələri üçün baza elmidir. Onların 

hamısının elmi-nəzəri əsasını müasir nəzəri pedaqogika təşkil edir.  

Pedaqogika  elminin  sürətlə  diferensiasıyası  nəticəsində  o,  ar-

tıq adi pedaqogika yox, ümumi pedaqogika statusunu almışdır. Ona 

bu  statusun  verilməsi  həm  şaxələnmə  hadisələrinin  baş  verməsi, 




 

19 


həm  də  baza  elmi  statusunu  saxlaması  ilə  əlaqədardır.  Hər  bir  elm 

kimi  pedaqogika  da  öz  müstəqilliyini  saxlamaqla  bir  sıra  başqa 

elmlərlə  sıx  əlaqədardır.  Bu  əlaqə  ilk  növbədə  insanı  başqa  istiqa-

mətlərdə  öyrənən  elmlərlə  bağlıdır.  Pedaqogika  hər  şeydən  əvvəl 

ümumi  psixologiya,  uşaq  psixologiyası,  pedaqoji  psixologiya  və 

sosial  psixologiya  ilə  əlaqədardır.  Bioloji  elmlər,  fiziologiya,  gigi-

yena  ilə  pedaqogikanın  əlaqəsi  qaçılmazdır.  Danılmazdır  ki,  tarix 

boyu  pedaqoji  nəzəriyyələr  fəlsəfi  görüşlərlə  sıx  bağlı  olmuş,  çox 

zaman  filosoflar  tərəfindən  irəli  sürülmüşdür.  Müxtəlif  tərbiyə  sis-

temləri  bu  və  ya  başqa  fəlsəfi  cərəyanın  təsiri  altında  olmuş,  zə-

manəmizin  ya  qabaqcıl,  ya  da  mürtəce  fəlsəfəsinə  istinad  etmişdir. 

Ayrı-ayrı  ölkələrdə  ictimai,  iqtisadi,  siyasi  quruluşun  müxtəlifliyi 

ilə  əlaqədar  müxtəlif  pedaqoji  cərəyanlar  yaranmışdır.  Pedaqogika 

elmi bu cərəyanların təbiətini açır, təlim, tərbiyə və təhsil sahəsində-

ki əks-sədanı təhlil edir, onların mütərəqqi cəhətlərini ortaya qoyur.  

Bir  elm  kimi  pedaqogikanın  funksiyaları  (vəzifələri)  onun 

predmeti  ilə  şərtlənir,  hansı  ki,  bu  funksiyalar  nəzəri  və  texnoloji 

olmaqla iki yerə bölünür. 

Unutmayaq ki, pedaqogika özünün nəzəri və texnoloji funk-

siyalarını vəhdətdə həyata keçirir. 

Nəzəri funksiyalar üç səviyyədə təzahür edir: 

1.

 

Təsviredici  və  izahedici  səviyyə  (bu,  qabaqcıl  pedaqoji 



təcrübəni öyrənməkdir); 

2.

 



Diaqnostik  səviyyə  (bu,  pedaqoji  hadisələrin  vəziyyətini, 

pedaqoqun  və  şagirdlərin  səmərəli  fəaliyyətini,  onları  təmin  edən 

şəraiti və səbəbləri üzə çıxarmağı nəzərdə tutur); 

3.

 



Proqnostik səviyyə (bu, pedaqoji gerçəkliyi eksperimental 

yolla tədqiq etmək və onun əsasında varlığı dəyişdirməyin modelini 

qurmağı nəzərdə tutur).  

Pedaqogikanın  texnoloji  funksiyası  üç  səviyyədə  həyata 

keçirilir: 

1.

 



Layihə səviyyəsi (buraya tədris planları, proqramları, dərs-

lik  və  dərs  vəsaitlərinin,  pedaqoji  tövsiyələrin  işlənib  hazırlanması 

və s. daxildir); 



 

20 


2.

 

Dəyişdirici  səviyyə  (bu  səviyyədə  pedaqoji  elmin  nailiy-

yətləri  təhsil  praktikasını  təkmilləşdirmək  və  yenidən  qurmaq 

məqsədilə tətbiq olunur); 

3.

 

Refleksiv və korrektiv səviyyə (bu səviyyə elmi-tədqiqatla-



rın  nəticələrinin  təhsil-tərbiyə  praktikasına  təsirinin  yekunlarını 

qiymətləndirməyi və sonradan elmi-nəzəriyyə ilə praktik fəaliyyətin 

qarşılıqlı təsirini korreksiya etməyi nəzərdə tutur) .  

Bir elm sahəsi kimi pedaqogika elmi özündə üç hissəni birləş-

dirir:  O  nəyi  öyrənmişdir?  O  nəyi  öyrənməlidir?  O  nəyi  öyrətmə-

lidir?  Bu  üç  hissə  arasında  tarixilik,  inkişaf və təkmilləşmə prosesi 

vardır.  

Pedaqogikanın müxtəlif bölmələri fərqləndirilir. Ənənəvi ola-

raq fərqləndirilən bölmələr bunlardır: pedaqogikanın ümumi əsas-

ları,  didaktika,  tərbiyəşünaslıq  və  məktəbşünaslıq.  Bu  bölmə-

lərin  hər  biri  nisbi  müstəqil  nəzəriyyə  kimi  (elmi  idrakın  forması 

olmaqla)  pedaqogikanın  strukturunda  yer  tutmuşdur.  Pedaqogika 

elmi-pedaqoji nəzəriyyələrin məcmusu kimi təqdim oluna bilər. Bu 

gün  hər  bir  nəzəriyyənin  (məsələn,  didaktikanın)  özünün  inkişafı 

nəticəsində  yeni-yeni  nəzəriyyələr  (məsələn,  “Müasir  dərs  nəzəriy-

yəsi”)  işlənib  hazırlanmışdır.  Bu  onu  göstərir  ki,  pedaqogika  elmi 

inkişaf edir, yeni-yeni nəzəriyyələr meydana gəlir. 

 

*** 


 

Burada  “nəzəriyyə”  anlayışı  ilə  bağlı  şərh  verməyi  də  məqbul 

sayırıq,  düşünürük  ki,  faydalı  olar.  Çünki  bu  anlayışdan  sonrakı  inter-

pretasiyalarda tez-tez istifadə olunacaqdır.  

Öncə  qeyd  etməliyik  ki,  hipoteza  ilə  tutuşdurulduqda  nəzəriyyəni 

elmi  idrakın  forması  kimi  daha  aydın  şəkildə  dərk  etmək  mümkündür. 

V.H.Nəsirov  və  Ə.B.Məmmədov  göstərirlər  ki,  hipoteza  yalnız  elm  və 

bəşəriyyətin praktikası tərəfindən təsdiq edildikdən sonra elmi nəzəriyyəyə 

çevrilir, bununla da elmi idrakın yeni, nisbətən daha yüksək forması olan 

nəzəriyyə yaranmış olur. Aralarındakı bir sıra prinsipial fərqlərə baxma-

yaraq  hipoteza  və  nəzəriyyə  elmi  biliyin  sistemləşdirilməsinin  öz  arala-

rında  qarşılıqlı  əlaqələnən  iki  müxtəlif  formasıdır;  idrakın  inkişafı  pro-

sesində hipoteza nəzəriyyəyə çevrilir. 

P.V.Kopninin  təbirincə  desək,  “hipoteza  ilə  səhih  nəzəriyyənin 

qarşılıqlı əlaqəsi o dərəcədə ayrılmazdır ki, onlar bir-birinə elə qarşılıqlı 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə