|
Annotasiya
21
nüfuz edirlər ki, nəticədə səhih nəzəriyyənin inkişafı hipoteza vasitəsi ilə
baş verir.” Elmi nəzəriyyənin prinsipinin daha da inkişaf etməsi və
təkmilləşməsi də hipoteza vasitəsilə mümkün olur. Fəlsəfi ədəbiyyatda
vurğulanır ki, hipoteza və nəzəriyyədə ifadə olunan bilik bir-birindən
özünün inkişaf və yetkinlik dərəcəsinə görə fərqlənir. Biliyin təşkilinin ən
yüksək forması nəzəriyyədir. Struktur və məntiqi təhlili, nəzəri biliyin
xüsusiyyətlərini daha tam şəkildə müəyyənləşdirməyə imkan verən nəzə-
riyyə, bütün bilik sistemi ilə həm bir sıra ümumi, həm də spesifik cəhətlərə
malikdir. Nəzəriyyə gerçəkliyin müəyyən sahəsinə daxil olan hadisələri
təsvir və izah edən, bu sahədə kəşf olunan qanunları vahid bir başlanğıc-
da birləşdirən bilik sistemidir.
Yeri gəlmişkən qeyd edək ki, fəlsəfi ədəbiyyatda “nəzəriyyə” anla-
yışına birmənalı tərif verilməmişdir. Bir çox hallarda nəzəriyyə dedikdə,
ümumiyyətlə, praktikadan fərqli olaraq insan idrakı, hipotezadan fərqli
olaraq səhih elmi müddəalar məcmusu, bəzi hallarda isə sadəcə olaraq
idrakın bu və ya digər sahəsinə aid edilən mühakimələr məcmusu nəzərdə
tutulur. V.H.Nəsirov və Ə.B.Məmmədov göstərirlər ki, məna müxtəlifliyinə
baxmayaraq mövcud metodoloji ədəbiyyatda nəzəriyyənin aşağıdakı tərifi
xüsusilə geniş yayılmışdır: “Elmi biliyin keyfiyyətcə xüsusi forması olan
nəzəriyyə dedikdə, bu və ya digər predmet sahəsinin mühüm, başqa sözlə,
qanunauyğun, ümumi və zəruri daxili əlaqələrini əks etdirən, öz
aralarında məntiqi surətdə əlaqələnən fərziyyələrin müəyyən sistemi kimi
mövcud olan həqiqi bilik nəzərdə tutulur.” Daha ətraflı məlumat üçün
V.A.Ştoffun tədqiqatlarına nəzər salmaq olar
1
. P.V.Kopninə görə,
nəzəriyyə “hadisələr qrupunu təsvir və izah edən geniş bilik sahəsinə
deyilir.”
2
Nəzəriyyənin əsas məqsədi gerçəkliyin öz aralarında qarşılıqlı
əlaqələnən qanunlar sistemini kəşf və izah etməkdir. Bu mənada izahat
nəzəriyyənin, onun həqiqiliyinin sübuta yetirilməsi ilə bağlı olan mühüm
məsələsi olsa da, hər halda onun məqsədi deyil. Belə ki, nəzəriyyə ayrı-ayrı
fakt və hadisələrə deyil, predmetin strukturuna, onun mahiyyətinə bütöv-
lüklə aid olur. Nəzəriyyənin səciyyə daşıyan momentləri isə problem, ideya,
prinsip, kateqoriya, universal qanunlar və nəzəriyyədən çıxarılan nəticə-
lərdir. Nəzəriyyə tədqiqatın empirik səviyyəsində əldə edilən nəticələr
əsasında yaradılır. Bu nəticələr nəzəriyyədə ümumi ideyalar əsasında
1
Bax: Штофф В.А. Введение в методологию научного познания. Л.: ЛГУ,
1973.
2
Bax: П.В.Копнин. Ггносеологические и логические основы науки. М.:
Мысль, 1974.
22
birləşdirilərək vahid sistemə salınır və nəzəriyyəyə daxil edilən abstraksiya
ideallaşdırma və digər prinsiplər əsasında daha da dəqiqləşdirilir.
Bütün sistemlər kimi, nəzəriyyə də müəyyən tərkib, başqa sözlə, ona
xas olan elementlər arasındakı əlaqə və münasibətlərin məcmusu ilə
xarakterizə olunur. Nəzəriyyənin tərkibinə və ya məzmununa onun əsas və
spesifik anlayış və müddəaları daxil olur. Nəzəriyyənin xüsusi terminlər
vasitəsi ilə ifadə olunan anlayışlarında onun predmet sahəsinə daxil olan
cisim və hadisələrin xassə və münasibətləri, xüsusi növ cümlələr forma-
sında ifadə olunan əsas müddəalarında isə tam sistem olmaq etibarilə
onun predmet sahəsinin qanunauyğun qaydaları və strukturu əks olunur.
Bu müddəalardan daha ümumi və fundamental olanlar prinsip adlanıb,
nəzəriyyənin məntiqi təşkilində əsas, müqəddəm şərtlər rolunu oynayır
1
.
Qeyd etmək yerinə düşər ki, nəzəriyyənin strukturu yalnız cümlə və
terminlərin məntiqi münasibətlərini deyil, həmçinin gerçəkliyin nəzəri
inkişafının müxtəlif forma, vasitə və üsulları arasındakı münasibətləri də
əhatə edir. Nəzəriyyənin ideya, dil, məntiqi vasitə, riyazi aparat, model
kimi amillərinin qarşılıqlı əlaqəsi onun qnoseoloji strukturu ilə
xarakterizə olunur. Nəzəriyyənin qneseoloji strukturu idrakın nəzəri
səviyyəsində gerçəkliyin inkişafının mürəkkəb dialektik səciyyə daşıdığını
göstərir. Yeni yaradılmış hər bir elmi nəzəriyyə bütün əvvəlki idrak fəaliy-
yətinin qanunauyğun nəticəsi kimi meydana gəlir. Buna görə də nəzəriyyə
bir sıra tələblərə cavab verməlidir. Sözügedən tələblər sırasında aşa-
ğıdakılar özünə yer almışdır.
Əvvəla, nəzəriyyə bilik sistemi olmaq etibarilə müəyyən predmet
sahəsinə malik olmalıdır. Elmi nəzəriyyənin əlaməti olmaq etibarilə pred-
metlilik göstərir ki, elmi nəzəriyyənin bütün anlayış və müddəaları eyni
predmet sahəsinə aid olmalı, eyni tədqiqat obyektini əks etdirməlidirlər.
İkinci, elmi nəzəriyyə gerçəkliyin müəyyən sahəsini adekvat və tam
təsvir etməli, başqa sözlə, bu sahənin tədqiqindən alınmış təcrübi
məlumatlar nəzəriyyənin əsas prinsip, anlayış, abstraksiya, ideallaşdırma
və aksiomları vasitəsilə təsvir olunmalıdır.
Üçüncü, nəzəriyyəyə daxil olan müxtəlif komponentlərin qarşılıqlı
əlaqəsi izah edilməlidir, bir mühakimədən digərinə keçməyə imkan verən
müxtəlif müddəaların əlaqəsi yaradılmalıdır.
Nəzəriyyənin izahedicilik qabiliyyəti müasir elmi biliyin inkişafının
bir sıra xüsusiyyətlərindən – bəzi nəzəriyyələrdə xüsusi çətinliklərdən,
bəzilərində isə nəzəriyyədə əks olunan obyektin müşahidəsinin bilavasitə
1
Daha ətraflı məlumat üçün bax: Nəsirov V.H., Məmmədov Ə.V. Elmi idrakın
metod və formaları. Bakı: Maarif, 1980, 148 s.
Dostları ilə paylaş: |
|
|