Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə9/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   236

 

28 


imkanlarının  inkişafına,  özünütəhsil  bacarıqlarının  möhkəmləndiril-

məsinə,  onlarda  dünyagörüşün  formalaşdırılmasına  xidmət  edir.  Tə-

lim təhsilalma prosesi kimi anlaşıla bilər. Təlim prosesində şagirdlər 

elmi bilikləri mənimsəyir, müəyyən bacarıq və vərdişlər əldə edirlər.  



Tərbiyə  anlayışı.  Tərbiyə  -  davranışla  əlaqədar  olan  mənəvi 

keyfiyyətlərin məqsədyönlü, planlı və mütəşəkkil şəkildə formalaşdı-

rılması prosesidir.  

Yaşlı  nəslin  əldə  etdiyi  bilk,  bacarıq  və  təcrübənin  yetişən 

nəslə məqsədyönlü,  planlı, mütəşəkkil şəkildə  verilməsi,  öyrədilmə-

sidir.

 

Demək,  tərbiyə  etmək  həm  də  öyrətmək  deməkdir.  Tərbiyə 

prosesində  həm  təlim  prosesi,  təlim  prosesində  də  tərbiyə  prosesi 

mövcuddur.  

Tərbiyə - təlim, məlumat verməklə hər hansı bir adət, ədəb və 

davranış qaydalarını aşılamaqla yetişdirib böyütmə, ərsəyə çatdırma 

deməkdir.  İnsanın ümumi mədəni inkişafı, sistematik təsir və təlim 

nəticəsində  biliyə,  əxlaqi  vərdişlərə  yiyələnməsi  həm  də  gözəl 

əxlaqa sahib olması deməkdir. 

Tərbiyə ( ər. ﺔﻴﺑﺭﺗ ) rəbb kökündən əmələ gəlmiş və aşağıdakı 

mənaları ifadə  edir: 1) rəba  ﺎﺑﺮ artmaq, çoxalmaq; 2) rabbə  ﯽﺑﺭ bö-

yütmək,  ərsəyə  çatdırmaq  ;  3)  rəbb  ﱠﺏﺮ  tərbiyə  etmək,  doğru  yol 

göstərmək, islah etmək. Göstərilən hər üç məna “tərbiyə” sözünün 

etimologiyasına  aiddir.  Müqəddəs  Qurani-Kərimdə  ən  çox  xatır-

lanan 

"

bbRR



"

  sözü  Allahın  99  adından  biri  olub  “tərbiyə  edən,  ne-

mət verən, insanları mənəvi yüksəlişə aparan” deməkdir. Mürəbbiyə 

(ər.  ﺔﻴﱢﺑﺭﻤ  )  sözü  də  “rəbb”  kəlməsindən  əmələ  gəlib  “tərbiyəçi” 

mənasını verir. 

 Dilimizdə  tərbiyə  anlayışı  ədəb,  əxlaq  sözü  ilə  də  yaxın  mə-

nalarda  işlənir.  Ədəb  sözü  ərəb  dilində  “nəzakətli,  tərbiyəli,  ədəbli 

olmaq” mənalarını verən ﺏﺪﺃ “ədəbə” kökündən əmələ gəlmişdir. 

 

Əxlaq ﻖﻻﺨﺃ sözü isə ərəbcə ﻖﻟﺨ “xəlq” (mənası “yaratma, sə-



ciyyə, xarakter”) sözünün cəmi olub, insanın təbiətində olan xasiy-

yətləri və davranışları, eləcə də həyatı boyu qazandığı keyfiyyətləri 

və xasiyyətləri yaratmaq, səciyyələndirmək tərbiyə etmək deməkdir. 

“Məxluq” sözü də “xəlq” sözündən əmələ gəlmişdir. Azərbay-

can  xalqının  milli  xüsusiyyətləri,  özünəməxsus  səciyyəsi,  adət  və 

ənənələri  vardır.  Məsələn,  qonaqpərvərlik,  böyüyə  hörmət,  qadına 




 

29 


hörmət,  ağsaqqal,  ağbirçək  sözünün  eşidilməsi,  xalqın  səciyyəvi, 

xarakterik  xüsusiyyəti  olmaqla,  həm  də  əxlaqi  keyfiyyətdir.  Xalq 

misalında  deyilir:  “Qonağın  ruzusunu  Allah  yetirir”.  M.  Kaşqarlı 

hələ  XI  əsrdə  deyirdi:  “Paltarın  yaxşısını  özünə  götür,  yeməyin 

yaxşısını qonağa ötür. ” 

Pedaqogika  öyrədir  ki,  insan  yaşadığı  cəmiyyətin  üzvləri  ilə 

rəftarında əxalqi normalara, etik prinsiplərə əməl etməlidir.  

Demək,  tərbiyə  məqsədyönlü,  planlı  təsir  nəricəsində  şəxsiy-

yətin formalaşması prosesidir. Hazırda bəzi tədris ədəbiyyatında tər-

biyə hələ  də  həm  geniş  və dar sosial  mənada, həm  də  geniş  və dar 

pedaqoji  mənada  işlədilir.  Bəzi  tədqiqatçılar  haqlı  olaraq  belə  çox-

mənalılığın  əleyhinə  çıxır,  elmi  anlayışların,  bir  məna  kəsb  etməsi 

fikrini  müdafiə  edirlər.  Tərbiyə  anlayışının  ən  azı  dörd  mənada 

işlədilməsi uzun illər tərbiyənin pedaqogika elminin predmeti hesab 

edilməsi ilə bağlı olmuşdur.  

Tərbiyə şəxsiyyətə mütəşəkkil, məqsədyönlü,  planlı təsirlərin 

bütün növlərini, o cümlədən təlimin tərbiyələndirici cəhətini özündə 

ehtiva edir.  



Yenidəntərbiyə.  Yenidəntərbiyə  tərbiyəyə  nisbətən  çətin  və 

mürəkkəb  pedaqoji  prosesdir.  Bu  pis  tərbiyənin  nəticəsidir.  Çünki 

yenidəntərbiyə zamanı tərbiyəçi iki əsas istiqamətdə iş aparmalı olur. 

O,  bir  tərəfdən  uşağın  şüurunda  həkk  olunmuş  arzuolunmaz,  zərərli 

əxlaqi  və  ya  digər  mənəvi  keyfiyyətin  yanlışlığını  isbat  etməli,  onu 

inandırmalı  və  aradan  qaldırmalıdır.  Digər  tərəfdən  də  tərbiyəçi  cə-

miyyət üçün faydalı olan yeni keyfiyyətləri uşağa aşılamalıdır. Yanlış 

və  ya  zərərli  mənəvi  keyfiyyətlər  uşağın  şüurundan  davranışına 

süzüldükdə tərbiyəçinin işi daha da  çətinləşir. O,  nəinki uşağın mə-

nəvi aləminə, həm də əməlinə, davranış tərzinə təsir göstərməli olur. 

Odur ki, uşağın tərbiyəsini lap balacalıqdan düzgün qurmaq zəruridir. 

Ona görə deyirlər: “Ağac yaş ikən, uşaq beşikdə ikən”.  



Uşağın  şüurunda  və  ya  davranışında  kök  salmış  zərərli 

əlamətlərin  ləğvi,  onların  əvəzində  ictimai  əhəmiyyət  kəsb  edən 

keyfiyyətlərin uşaqlara aşılanması yenidəntərbiyədir.  

Özünütərbiyə. Tərbiyə də, yenidəntərbiyə də özünütərbiyə ilə 

nəticələnməlidir.  Özünütərbiyə  yaxşı  tərbiyənin  nəticəsidr.  Tərbiyə 

və yenidəntərbiyə zamanı uşağa özünütərbiyə bacarığı verilməlidir. 



 

30 


Bəzi  uşaqlar  və  yeniyetmələr  valideynlərin,  müəllimlərin  və  digər 

tərbiyəçilərin bilavasitə nəzarəti olmayan şəraitdə düzgün düşünə və 

düzgün hərəkət edə bilmirlər. Belə uşaqları öz tərbiyəçilərinin tələb-

lərinə uyğun şəkildə fikirləşməyə və davranmağa alışdırmaq lazım-

dır. Tərbiyəçilərin bilavasitə nəzarəti olmadan, lakin onların məslə-

hətlərinə  uyğun  şəkildə  uşaqlar  nə  qədər  tez  fəaliyyət  göstərsələr, 

bir  o  qədər  ailə  üçün,  cəmiyyət  üçün  yaxşıdır.  Bu  tərbiyə  işinin 

müvəffəqiyyətli getdiyini göstərən əsas meyarlardan biridir.  



Valideynlərin,  müəllimlərin,  digər  tərbiyəçilərin  nəzarəti  ol-

madığı  şəraitdə  onların  verdiyi  istiqamətə  uyğun  düşünməyə  və 

davranmağa uşaqların alışması prosesi özünütərbiyədir.  

Təhsil  anlayışı.  Pedaqogika  elminin  başlıca  analyışlarından 

olan  ﻞﻴﺼﺤﺘ

 

  “təhsil”  sözü  ərəb  dilində  “hasil”,  “məhsul”  mənalarını 



verən  ﻞﺼﺤ  “həsələ”  kökündən  əmələ  gəlmişdir.  Təhsil  haqqında 

Azərbaycan Respublikasının Qanunda yazılmışdır: “Təhsil – sistem-



ləşdirilmiş  bilik,  bacarıq,  təcrübə  və  vərdişlərin  mənimsənilməsi 

prosesi və onun nəticəsidir”. Hər bir dövlətin və millətin inkişafında 

onun təhsilinin müstəsna rolu var. Təsadüfi deyil ki, Ulu Öndərimiz 

Heydər  Əliyev  təhsili  “Millətin  gələcəyi,  müstəqil  dövlətin  təməli” 

adlandırmış və demişdir ki, cəmiyyət təhsilsiz yaşaya bilməz.  

Təhsilin  məqsədi:  hərtərəfli  inkişaf  etmiş  şəxsiyyətin  forma-

laşdırılması;  özünün  maraqlarına  və  cəmiyyətin  tələbinə  uyğun 

olaraq yaradıcı potensialından istifadə etmək bacarığının inkişaf et-

dirilməsi;  mütərəqqi  adət  və  ənənələrin  davam  etdirilməsi;  elmin, 

texnikanın, mədəniyyətin inkişaf etdirilməsi, tarixi varisliyin təmin 

edilməsi;  dünyanın  elmi  surətdə  anlaşılması;  millətlər  arası  mədə-

niyyətlərin  inkişaf  etdirilməsi;  təhsilin  bütün  istiqamətlərinin  yeni-

ləşdirilməsi;  insanın  bütün  həyatı  boyu  fasiləsiz  təhsili;  təhsilin 

müyəssərliyi; distant təlimin inkişaf etdirilməsi; informasiya texno-

logiyalarından  geniş  surətdə  istifadə  olunması;  təhsilalanların  aka-

demik  mobilliyi;  vətəndaş  tərbiyəsi;  pedaqoji  kadrların  elmi  tədqi-

qatçılıqda  fəal  iştirakı;  yüksək  ixtisaslı  mütəxəssis  kadrlarının 

hazırlığının təmin edilməsi; peşə mobilliyi və s.  

Təhsil  müəyyən  tədris  müəssisələrində  və  ya  müstəqil  yolla 

həyata kеçirilir.  



Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə