242
Pedaqoji fikir tarixində Y.A.Komenski didaktikanın əsasını
qoymuşdur. Y.A.Komenski “Böyük didaktika” əsərini yazmaqla
didaktikanın “elmi-pedaqoji-metodik” sistemini yaratmışdır.
1632-ci ildə çex dilində yazılmış və ilk dəfə olaraq 1657-ci il-
də Amsterdamda latın dilində çap olunmuş “Böyük didaktika” elə
bir tarixi şəraitdə yazılmışdır ki, bu zaman feodalizm cəmiyyətində
məktəblərin böyük əksəriyyəti monastr və kilsələrə məxsus idi. Bu
məktəblərdə başlıca olaraq din öyrədilirdi, digər fənlərin (qrammati-
ka, ritorika, dialektika, hesab, coğrafiya, astronomiya, musiqi) mate-
rialları isə dini aspektdə tədris olunurdu, təlim metodları ehkam xa-
rakteri daşıyırdı. O yalnız yaddaşın köməyi ilə biliklərin mənimsə-
nilməsinə və onların şagirdlər tərəfindən müstəqil mühakimələrsiz
qəbul edilməsinə əsaslanırdı. Biliklərin belə mənimsənilməsi əzbər-
çilik adlanırdı. Öyrənənlər kilsə kitablarının mətnlərini başa düşmə-
dən, onları dəfələrlə təkrarlamaq yolu ilə mexaniki qaydada öyrən-
məyə çalışırdılar. Şagidlərin müstəqil fikrinin təzahürü nəinki qiy-
mətləndirilmirdi, həm də küfr kimi qəddarcasına cəzalandırılırdı.
Şagirdlərdə təlimə maraq oyadılmasında başlıca vasitə məcburilik
idi. Təhsilin, təlimin belə sxolastik forması hakim dairələrin ideolo-
giyasına xidmət edirdi. Ona görə də kütləvi təhsil forması heç cürə
təşəkkül tapa bilmirdi.
Y.A.Komenskinin ideyaları orta əsrlərə məxsus məktəblərdə
sxolastikanı inkar edərək, yeni tipli məktəbin yaranma zərurətini
irəli atdı. Y.A.Komenski pedaqoji fikir tarixinə böyük məktəb isla-
hatçısı, novator pedaqoq kimi daxil olmuş, pedaqogikanın bir elm
kimi formalaşmasını təmin etmiş aşağıdakı məsələləri işləmişdir:
- təlimin ana dilində aparılması ideyasını irəli sürmüşdür;
- yaş dövrlərini müəyyən etmişdir. O, yaş dövrlərini hər biri altı
illə əhatə olunan dörd qrupa bölmüşdür: a) uşaqlıq dövrü (0-6 yaş),
ana qucağı məktəbi; b) yeniyetməlik dövrü (6-12 yaş), ana dili mək-
təbi; c) gənclik dövrü (12-18 yaş), latın dili məktəbi və ya gimnaziya-
lar; ç) kamillik dövrü (18-24 yaş) institutlar, akademiyalar, səyahət-
lər. O, hər bir yaş dövrünün özünəməxsus xüsusiyyətlərini “Ana qu-
cağı məktəbi”, “Böyük didaktika”, “Dillərə açıq qapı” adlı əsərlərin-
də geniş şərh etmişdir.
243
Y.A.Komenskinin didaktikasının əsas müddəaları ilə bağlı belə
ümumiləşmə vermək olar:
təlimin sinif-dərs sistemini irəli sürmüş, dərsin əlamətlərini,
təşkili xüsusiyyətlərini “Böyük didaktika” əsərində təhlil etmişdir,
hamının təhsil almasını zəruri saymışdır.
təlimin prinsipləri və metodlarını əsaslı şəkildə işləmiş, tə-
limdə şüurluluq və fəallıq, əyanilik, biliklərin möhkəmləndirilməsi
kimi prinsipləri geniş təhlil etmişdir.
tədris ilini müəyyən etmiş, onu rüblərə bölmüş, hər rübdə tə-
tillərin verilməsini zəruri saymış, məcburi məşğələnin, dərsin aşağı
siniflərdə dörd, yuxarı siniflərdə 5-6 saat (45 dəqiqə olmaqla) apa-
rılmasını, tədris ilinin sentyabrda başlayıb iyunda qurtarmasını zə-
ruri saymışdır.
şəkilli dərslik - “Real aləm şəkillərdə” adlı kitab yazmış, hə-
min kitabda 150 şəkil əsasında 150 dərsin təşkili məsələlərini işlə-
mişdir.
müəllim, onun şəxsiyyəti, mənəvi dəyərləri haqqında qiymətli
fikirlər söyləmiş, müəllimi günəşə, memara, bağbana bənzətmişdir.
tərbiyənin məqsədi, məzmunu, metodları haqqında bu gün
də əhəmiyyətini itirməyən fikirlər irəli sürmüşdür.
məktəb dərslikləri, onların tərtibi prinsipləri haqqında oriji-
nal fikirlər söyləmişdir. Dərslikləri “Qızıl gül bağı”, “Bənövşə”,
“Səhər”, “Qapı”, “Darvaza” və s. adlandırmağı məsləhət bilmişdir.
ailə tərbiyəsinə geniş yer vermiş, uşağı qızıldan qiymətli, şü-
şədən kövrək adlandırmış, ana südünü ən müqəddəs qida hesab et-
mişdir. O, ailə tərbiyəsinə dair qiymətli fikirlərini “Ana qucağı mək-
təbi” əsərində vermişdir.
müharibələrin əleyhinə olmuş, qılınc və oxları orağa çevir-
məyi zəruri saymış, insanlığın xoşbəxtliyini, normal yaşayışını tə-
min etmək üçün hərbi cəbbəxanaları dağıtmağı irəli sürmüşdür. O,
bu kimi ictimai-fəlsəfi fikirlərini “Dünyanın dolaşıq yolları” adlı
əsərində şərh etmişdir.
Y.A.Komenski ideyalarını tənqidi nöqteyi-nəzərlə inkişaf et-
dirərək Pestalotsi, Herbart, Uşinski, Disterveq və başqaları didakti-
kaya önəmli töhfələr verə bilmişlər.
244
Ömrünün 50 ilini uşaqların təlim-tərbiyəsinə sərf edən, təlimi
əməklə birləşdirməyə üstünlük verərək xüsusi tipli orta ümumtəhsil
məktəbi və institut yaradan İ.Pestalotsi (1746-1827) ən nümunəvi
ibtidai məktəblər üçün elementar təhsil nəzəriyyəsini işləyib hazırla-
mışdır.
İ.Pestalotsinin didaktikasındakı ən faydalı elmi-pedaqoji
ideyalarını belə səciyyələndirmək olar:
- müəllimin ən başlıca vəzifəsi özünün nümunəvi fəaliyyətinin
əsası kimi uşağın əqli fəaliyyətini inkişaf etdirib möhkəmləndirmək;
- təlimin tərbiyəedici xarakterinə üstünlük vermək;
- hər cür təhsil formalarını əbədi qanunlara (mütərəqqi qayda
və qanunlara) tabe etmək;
- ağılın köməyi ilə predmetin dərk edilməsinə nail olmaq;
- öyrətmə prosesində müşahidəyə (adi müşahidəyə, ilkin mü-
şahidəyə, mütəşəkkil müşahidəyə, sabit müşahidəyə) üstünlük vermək;
- təlimin sxolastik metodlarından yan keçmək;
- təlim prosesində əyaniliyə üstünlük vermək .
İ.F.Herbart (1776-1841) “Pedaqogikadan birinci mühazirə-
lər”, “Tərbiyənin məqsədindən doğan ümumi pedaqogika” adlı əsər-
lərində didaktikanın ümumi məsələlərinə və təlimin tərbiyəedici xa-
rakterinə dair dəyərli fikirlər söyləmişdir.
İ.F.Herbartın didaktikasının əsas müddəalarından aşağı-
dakıları qeyd etmək olar:
- təhsil sistemində qədim dillərə üstünlük verilməsi;
- biliklərin verilməsi, mənimsənilməsi və möhkəmləndirilmə-
sində psixoloji yanaşmalara üstünlük verilməsi;
- biliklərin dərinləşdirilməsi üçün vahidlərin müəyyənləşdiril-
məsi;
- müqayisədən idrak vasitəsi kimi istifadə olunması;
- ardıcıllığın, sistemliliyin, aydınlığın, assosiasiyanın metod
kimi qəbul edilməsi.
İ.F.Herbart Y.A.Komenskinin ənənəvi sinif-dərs sistemini
tənqidi surətdə götür-qoy edərək (tənqidi təfəkkür süzgəcindən keçi-
rərək) etika və psixologiyanın nəzəri nailiyyətlərinə əsaslanan sis-
tem yarada bilmişdir. İ.F.Herbartın təlim sisteminin hədəfi belədir:
düzgün pedaqoji rəhbərlik, intizam və onunla bağlı olan təlim
Dostları ilə paylaş: |