Annotasiya



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə84/236
tarix07.12.2017
ölçüsü5,46 Mb.
#14575
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   236

 

260 


ləndirilən və hüquqi sənədlərdə təsbit olunan nəticəsidir”. Göründü-

yü kimi, tərifin müəllifləri “qeyri-formal təhsil” anlayışını nəzərə al-

mamışlar,  hansı  ki,  sözügedən  təhsil  forması  qüvvədə  olan  qanun-

vericilikdə təsbit olunmuşdur.  

 Təhsilə belə bir tərif vermək daha doğru olar: 

“Təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin 

intellektual və emosional sferalarının inkişaf etdirilməsi və həya-

ta  hazırlanması  məqsədi  ilə  sistemləşdirilmiş  bilik,  bacarıq,  təc-

rübə və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir.” 

 

*** 


 

Təhsil prosesində insan mədəni dəyərləri (elm, incəsənət, memarlıq, 

tarixi  irs  və  s.)  mənimsəyir,  nəticədə  qarşılıqlı  təsirlər  nəzərə  alınaraq 

müxtəlif  mədəniyyətlər  əsasında  mədəni  dəyərlər  vasitəsilə  gənc  nəslin 

təhsili  və  tərbiyəsi  prosesinin  elmi  əsaslarla  həyata  keçirilməsi  təmin 

edilir. Bu halda qarşılıqlı təsir, insanlar tərəfindən yeni mədəni dəyərlərin 

mənimsənilməsi və yenidən qurulması çərçivəsində əsl yaradıcılıq prosesi 

kimi  qəbul  edilir  və  mədəniyyətin  dinamik  aspektilə  birbaşa  bağlı  olur. 

Təhsil  uzun  illər  ərzində  nəsillər  tərəfindən  toplanmış  bilik  və  mədəni 

dəyərlərin  ötürülmə  prosesi  olduğundan,  ona  aşağıdakı  aspektlərdən 

yanaşılması daha məqsədəmüvafiqdir: 

- pedaqoji sistemin kultroloji paradiqması çərçivəsində; 

- çoxmədəniyyətli təhsilin formalaşdırılması əsasında; 

- təhsil sisteminin mədəni-tarixi formasının təşkili şəraitində; 

- tədris fənlərinin təhlilinin kultroloji istiqamətlilik bazasında;  

- təhsil subyektlərinin mədəni səviyyəsinin (öyrənənlərin pedaqoji 

və əqli mədəniyyəti) inkişaf yolları və vasitələri əsasında; 

- xalqın, millətin, etnosun mədəni təhsil ənənələrinin ümumiləş-

dirilməsi, saxlanılması və dirçəldilməsi əsasında. 

Təhsil  insanların  sosiallaşma  təcrübəsi  və  nəsillərin  varisliyi 

əsasında təzahür edir. Ona görə də təhsil tarixi və sosial təcrübənin yeni-

dən istehsalı və ötürülməsi, eyni zamanda yeni yetişən gənc nəslin təfəkkü-

ründə  siyasi  və  iqtisadi  reallıqları,  ictimai  və  mədəni  inkişafın  yeni  ori-

yentirlərini möhkəmləndirməyə və inkişaf etdir-məyə imkan verir. Təsadü-

fi deyildir ki, təhsilin ən mühüm vəzifələrindən biri gənc nəsli sərbəst hə-

yata  və  gələcəyə  hazırlamaq,  kamil  insanın,  şəxsiyyətin  formalaşmasını 

təmin  etməkdir.  Təhsilin  sosial  funksiyası  isə  bir  tərəfdən  insan  şəxsiy-


 

261 


yətinin  formalaşmasını  təmin  etməkdirsə,  digər  tərəfdən  nəsilləri  aşa-

ğıdakı parametrlərlə xarakterizə olunan həyat fəaliyyətinə hazırlamaqdır: 

-  cəmiyyət  tərəfindən  qəbul  olunmuş  həyat  tərzinin  formalaş-

dırılması; 

-  həyat  fəaliyyətinin  müxtəlif  formalarının  (təhsil,  əmək,  ictimai-

siyasi, peşəkar-mədəni, ailə-məişət, asudə) mənimsənilməsi; 

-  quruculuq  və  yaradıcılıq  üçün  insanın  mənəvi  potensialının  in-

kişafı. 

Müasir yanaşmalar  əsasında  artıq  təhsilin  – sistem, proses,  nəticə 

və dəyər olduğu müəyyənləşdirildiyindən və rəqabətədavamlı insanın for-

malaşmasında  əvəzolunmaz  əhəmiyyət  daşıdığından  onun  aşağıdakı 

modellərinin araşdırılması vacibdir.  

 



Təhsilin  müəssisə  (dövlət)  modeli.  Bu  halda  təhsil  sisteminə 

xalq  təsərrüfatının  müxtəlif  sahələrində  sərbəst  fəaliyyət  göstərən  dövlət 

hakimiyyətinin  strukturu kimi  baxılır.  Təhsilin  məzmunu,  təhsil  müəssisə-

sinin, tədris fənlərinin, bütövlükdə təhsil sisteminin nomenklaturasının və 

onun  məqsədinin  müəyyənləşdirilməsi  mərkəzləşmiş  qaydada,  idarəçilik 

prinsipləri  əsasında  qurulur.  Təhsil  müəssisəsi  birmənalı  administrativ 

formada xüsusi qurumlara tabe olur və onların fəaliyyətinə bu qurumlar 

tərəfindən nəzarət edilir. Belə struktur, fəaliyyət əhalinin müxtəlif təbəqə-

lərinin təhsil sahəsində tələbatını təmin etməyə imkan verir.  

 



Təhsilin  ənənəvi  modeli.  Bu  model  qabaqcadan  sistemləşdi-

rilmiş  akademik  təhsil  modeli  olmaqla,  gənc  nəslə  mədəniyyətin  klassik 

elementlərinin  verilməsini,  yenidən  hasil  və  ya  təkrar  istehsal  edilməsini 

əsas  götürərək,  təhsil  prosesini  qurmağın  xüsusi  üsulu  hesab  edilir.  Bu 

modelin tərəfdarları təhsilin əsas rolunu gənc nəslə sivilizasiyanın mədəni 

ənənələrinin saxlanılması və ötürülməsində görürlər. Burada hər şeydən 

əvvəl həm insanın şəxsi inkişafı, həm də sosial nizamın saxlanılması üçün 

bilik,  bacarıq  və  vərdişlərin,  yüksək  ideyalar  və  dəyərlərin  müxtəlifliyi, 

çeşidliliyi nəzərdə tutulur. Ənənəvi təhsil modelinin konsepsiyasına uyğun 

təhsil  sistemi,  mədəni  təhsil  ənənələri  əsasında  baza  bilik,  bacarıq  və 

vərdişlərin formalaşması ilə bağlı elə məsələlərin həllinə üstünlük verir ki, 

qazanılmış  bacarıqlar  əsasında  insan  sərbəst  olaraq  yeni  ranqda  olan 

bilik və bacarıqlara yiyələnə bilsin. 

 



Təhsilin rasionalizmə əsaslanan modeli. Bu model, hər şeydən 

əvvəl gənc nəslin mövcud cəmiyyətin ehtiyaclarını ödəmək məqsədilə tələb 

olunan  bilik,  bacarıq,  vərdiş  və  praktik  qabiliyyət-lərin  formalaşmasını 

təmin  etmək  üçün  elə  təşkilati  formalardan  istifadə  olunmasını  nəzərdə 

tutur ki, onlar mövcud dünyanın tələblərinə cavab verə bilsin. Bu model 

çərçivəsində yalnız elə mədəni dəyərlər mənimsədilir və ötürülür ki, onlar 


Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə