|
Annotasiya
287
Yeri gəlmişkən qeyd edək ki, 80-ci illərin sonuna kimi Qərbi Av-
ropada inteqrasiya proseslərinin inkişafı ilə əlaqədar olaraq qarşıya
qoyulmuş məqsəd – SSRİ-də olan səviyyəyə çatmaq cəhdlərindən ibarət
olmuşdur. O vaxt SSRİ çərçivəsində bütün respublikalarda diplomlar
tanınmışdır, tələbələr eynihüquqlu idi, müəllimlər və tələbələr üçün azad
surətdə yerdəyişmə mövcud idi. SSRİ-nin dağılması ilə əlaqədar vəziyyət
birdən-birə dəyişdi. SSRİ-nin əldə etdiyi hər şey dağıldı. Subyektiv
anlamımıza dayanaraq belə qənaətdəyik ki, Rusiya və digər MDB üzvləri
olan ölkələrə çox vaxt lazımdır ki, onlar Avropa Birliyi Ölkələrinin Təhsil
Məkanı xarakteristikalarına uyğunlaşa bilsinlər.
Rusiya 2003-cü ilin sentyabrında Boloniya Deklorasiyasını imza-
ladı. Rusiyanın Təhsil naziri V.M.Filippov burada yalnız aşağıdakı kate-
qoriyaları qeyd etmişdir:
– 3-4 illik bakalavriat;
– 1-2 illik magistratura;
– məqbullar vahidi sistemini yaratmaq;
– ümumi qəbul edilmiş keyfiyyətə nəzarət sistemi.
“Müqayisəli Təhsil Siyasət Mərkəzi” aşağıdakıları da bura əlavə
etmişsə də, Boloniya deklorasiyası tamamilə əhatə olunmamışdır:
asan başa düşülən və layiqli akademik dərəcələr sistemi, işə dü-
zəldilməyə şərait yaradan və Avropa təhsil sisteminin beynəlxalq miq-
yasda rəqabətə davamlılığını artıran diploma əlavələrin tətbiq sistemi;
azad hərəkəti həyata keçirərkən qarşıya çıxan maneələri dəf et-
mək yolu ilə tələbələrin çevikliyinə (mobil olmasına) təsir göstərməli;
ali təhsil sahəsində, xüsusən universitetlərarası əməkdaşlıq böl-
məsində tədris planlarının hazırlanması, birgə elmi-tədqiqat və tədris
proqramlarının çevik (mobil) sxeminin qurulması işində Avropa ba-
xışlarına təsir göstərməli.
Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, ümumi standartların tət-
biqi, asan başa düşülən və müqayisə oluna bilən ixtisasların, üçpilləli ali
təhsil sistemlərinin tətbiqi, tələbənin biliyinin ölçülməsi və tədris yükünün
zəruri həcminin müəyyənləşdirilməsi üçün kreditlərin tətbiqi, diplomlara
Avropa əlavəsinin verilməsi, tələbələrin, müəllimlərin və tədqiqatçıların
mobilliyinə nail olunması, təhsilin keyfiyyətinin təmin edilməsi, ali təhsil
müəssisələrinin muxtariyyətinin qorunması, doktoranturanın ali təhsil
sisteminə daxil edilməsi, ali təhsildə Avropa dəyərlərinin üstünlüyünün
təmin olunması, Avropa ali təhsilinin rəqabət qabiliyyətinin, cəzbe-
diciliyinin artırılması, ali təhsilin sosial rolunun reallaşmasına dönüş,
ömür boyu təhsil, ümumavropa təhsil və tədqiqat məkanlarının ayrılmaz-
lığı Boloniya prosesinin əsas xüsusiyyətləridir. Boloniya prosesi Av-
288
ropada asanlıqla gedən və heç bir problemi olmayan bir proses deyildir,
o, davam etdikcə dəqiqləşdirilir, mübahisəli, ziddiyyətli məqamlar işin
gedişində aradan qaldırılır, hətta əsaslı dəyişikliklər də edilir.
Boloniya prosesinin vacib şərtlərindən biri bütün Avropa ali təhsil
məkanında Avropa Kredit Transfer Sistemi (AKTS) əsasında kredit
vahidlərinin tətbiq edilməsidir. AKTS və yaxud ECTS (European Credit
Transfer System) 1989-cu ildə Erasmus proqramı çərçivəsində tətbiq
olunmuşdur (Erasmus hal-hazırda Sokrates proqramının bir hissəsidir).
Bu sistem yoxlanılmış və bütün Avropada tətbiq edilən yeganə sistemdir.
İlk əvvəl bu sistem tədris nəticələrinin tanınması üçün nəzərdə tutulurdu.
Bir müddət olar ki, həmin sistem toplama (akkumlyasiya) sistemi keyfiy-
yətinə kimi inkişaf etdirilibdir. ECTS sistemi əsasında bütün tələbələr –
yerli və xarici təhsil gedişini daha rahat anlaya və müqayisə edə bilərlər.
Bu sistem mübadiləni və akademik tanınmanı yüngülləşdirir, həmçinin
ümumilikdə Avropanın ali təhsilini digər qitələrdən olan tələbələr üçün
cəzbedici edir. Tədrisin nəticələrinin asan başa düşülən və müqayisə
olunan olması üçün onların vahid sistem çərçivəsində qiymətləndirilməsi
lazımdır. Kredit vahidləri sistemi iki başlıca funksiyanı yerinə yetirir.
Birincisi – alınan kursun qiymətləndirilməsidir, dərs yükünün ölçül-
məsidir. Bu, tələbənin aldığı dərs yükünün onun digər ali təhsil müəssisəsi
tərəfindən müqayisə edilə bilməsi və tanınması üçün vacibdir. İkinci
funksiya yığım funksiyasıdır. Tələbə ali məktəbi bitirərək hər hansı ali
təhsil ixtisasını almaq üçün müəyyən olunmuş miqdarda kreditləri top-
layır. O, müxtəlif səbəblər üzündən təhsili hissələrlə və ayrı-ayrı təhsil
müəssisələrində ala bilər, əgər alınan bilik köhnəlməyibsə, kreditlər lazım
olan miqdara qədər yığıla bilər və nəticədə tələbə həmin akademik
dərəcəni (bakalavr, magistr) ala bilər. Lakin bu zaman ayrı-ayrı ali
məktəblərdə toplanan kreditlərin hesaba alınması yenə də ali məktəblər
arasındakı qarşılıqlı inama, akademik dərəcələrin əmsalı tətbiq olunmaq-
la mühazirələrin, seminarların, laboratoriya işlərinin, tələbənin sərbəst
işinin xüsusi çəkisini nəzərə almaq şərtilə uyğunlaşdırıla bilmək imkanına
söykənir. Kreditlərin konkret fənlər üçün müəyyənləşdirildiyi zaman onun
həmin ixtisas dərəcəsinin alınmasında rolu və yeri əhəmiyyət kəsb edir.
Lakin bu məqamda da ümumi ali təhsil məkanında onun razılaşdı-
rılmasına ehtiyac nəzərə alınmalıdır.
Tələbənin göstəricilərinin qiymətləndirilməsi lokal/milli səviyyədə
verilmiş qiymət əsasında qeydiyyata salınır. Kreditlərin transferi zamanı
aydınlıq üçün yaxşı olar ki, yerli səviyyədə göstərilmiş qiymətlərlə yanaşı
onların ekvivalent olduğu ECTS qiymətləri də əlavə olaraq göstərilsin.
ECTS sisteminin qiymətləndirmə şkalası tələbələrin bölgüsünü statistik
Dostları ilə paylaş: |
|
|