Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə2/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   236

 

R.H.  Məmmədzadənin,  M.M.  Həsənovun  və  digər  görkəmli  alim-



pedaqoq, tədqiqatçıların min bir  zəhməti  hesabına hasil  olan  dəyərli 

əsərlərinə, zəngin pedaqoji ideyalarına, yeni pedaqoji  yanaşmalarına 

istinad  edilmiş,  yeri  gəldikcə,  müxtəlif  xalqların  nümayəndələrinin 

faydalı  hesab  etdiyimiz  pedaqoji  fikirlərinə  müraciət  edilmişdir.  Bu 

prosesdə  pedaqogikanın  ayrı-ayrı  mübahisəli  məsələlərinə  və  müd-

dəalarına  yenidən  nəzər  salınmış,  onlara  müəyyən  münasibət 

bəslənilmişdir.  Dərsliyin  məzmununda  ehtiva  olunan  şərhlərdə  sis-

temli  təhlilə  üstünlük  verilmişdir.  Pedaqogikanın  tədrisi  ilə  bağlı 

tələblərə uyğun nəzəri və texnoloji problemləri özündə əks etdirən bu 

dərslik sistemi və strukturu ilə digərlərindən fərqlənir. Dərslikdə ehti-

va olunan sistemin elementləri arasında dialektik əlaqələr onun emer-

cent  təbiəti  gözlənilməklə  açıqlanır,  ümumi  və  spesifik  qanunauy-

ğunluqlar nəzəri və praktik baxımdan interpretasiya olunur. Dərslikdə 

pedaqoji prosesə  dialektik təbiətli  sistem  kimi  baxılmış,  onun ehtiva 

etdiyi  təlim,  tərbiyə,  təhsil  və  inkişaf  real  həyatda  bir-birini 

şərtləndirən,  vahidin  tərəfləri  kimi  çıxış  edən  hadisələr  kimi  elmi 

əsaslarla şərh olunmuşdur. Təlim, tərbiyə, təhsil və inkişaf hadisələri 

arasındakı,  eləcə  də  hər  birinin  daxilindəki  dialektika  diqqət  mərkə-

zinə  çəkilməklə  təhlil  olunmuş  və  təbiətləri  açılmışdır.  Bu  yanaşma 

pedaqogika  üzrə  nəzəriyyə  və  texnologiyaya  aid  edilən  kateqorial 

aparatın  dürüstləşdirilməsinə,  hər  bir  anlayışın  əsas  əlamətlərini 

müəyyənləşdirməyə,  daha  məqbul  sayıla  biləcək  təriflərin  formulə 

olunmasına imkan yaratmışdır. Bütün bunlar təqdim olunan dərsliyin 

müsbət məziyyətləri kimi qəbul oluna bilər. 

Qənaətimizə  görə,  bu  dərsliyin  əsas  qayəsi,  ideya  istiqaməti 

respublikamızda  aparılan  təhsil  islahatının  ruhuna  tam  uyğundur. 

Dərsliyin  məzmununa  daxil  olan  materiallardan  mühazirə  və  semi-

narlarda istifadə olunmuş, onun tələbələrin hazırlığına təsiri baxımın-

dan  müsbət  məziyyətləri  dəqiqləşdirilmiş,  müvafiq  təshih  işi  aparıl-

mışdır, tələbələrin istək və tələbatlarına da həssaslıqla yanaşılmışdır.  

Dərslik iki cilddə əhatə olunmuşdur. Dərsliyin birinci cildində 

pedaqogikanın  nəzəri-metodoloji  məsələləri,  təhsil  və  təlim 

haqqında nəzəriyyə (didaktika) özünə yer almışdır. Dərsliyin ikinci 

cildində  isə  tərbiyə  nəzəriyyəsi  və  məktəbşünaslığın  aktual 

məsələləri “sistem-struktur” rakursda şərh olunmuşdur.  



 

Gərgin iş nəticəsində həm strukturuna, həm tematikasına, həm 



müasir  həyatımıza,  həm  də  orta  ümumi  təhsilin  fəlsəfəsinə  uyğun 

olaraq  öz  həcminə,  üslubuna  və  məzmununa  görə  əvvəlki  pedaqo-

gika dərslik və dərs vəsaitlərindən fərqli yeni dəyərli bir pedaqogika 

dərsliyi sizlərə təqdim olunur. İnanırıq ki, tələbələrin, müəllimlərin, 

magistrant və doktorantların, pedaqogika üzrə tədqiqatçıların, peda-

qogikaya  maraq  göstərənlərin  sərəncamında  olan  bu  dərslik  maraq 

və rəğbətlə qarşılanacaqdır.  

 

 

Müəlliflər  

 

 



 

 

 

 


 



 



 

 

 

 

 

PEDAQOGİKANIN  

NƏZƏRİ-METODOLOJİ 

MƏSƏLƏLƏRİ 

 



 

10 


 

 

 

I fəsil 

PEDAQOGİKA ELMİ HAQQINDA 

ÜMUMİ ANLAYIŞ 

 

 

Əhatə olunan məsələlər: 

 

1.

 



1. Elm anlayışı. 

1.2. Pedaqogika nəzəri və tətbiqi elmdir. 

1.3. Pedaqogika nəyi öyrənir: pedaqogika elminin obyekti  

       və predmeti. 

1.4. Pedaqogikanın anlayışlar sistemi. 

1.5. Pedaqoji cərəyanlar. 

1.6. Pedaqogikanın başqa elmlərlə əlaqəsi. 

1.7. Pedaqogikanın sahələri. Pedaqogikada diferensiasiya prosesləri.  



 

 


 

11 


 

 

Altı nökərim var cəsur, cəngavər,  

Pənahım onlardır çətində, darda. 

Deyim adlarını, bilməyə dəyər – 

Necə, Niyə, Kim, Nə, Haçan və Harada.  

 Kiplinq

 

 

 

1.1. Elm anlayışı 

 

Müasir  dövrdə  cəmiyyətin  inkişaf  səviyyəsi  elmi  tərəqqi  ilə 

sıx bağlıdır. Elm anlayışı (ər. ﻢﻠﻋ “elm”) “bilmək, məlumatlı olmaq” 

mənalarını  verən  ﻢﻠﻋ  “aləmə”  kökündəndir.  Alim  (  ər.  ﻢﻠﺎﻋ,  cəmi  ﺀ 

ﺎﻤﻠﻋ “ üləma”) sözü də ﻢﻠﻋ “elm” sözündən əmələ gəlmişdir. 

İctimai fikir tarixində öz xidmətləri ilə seçilən, elm və mədə-

niyyət  aləmində  tanınan  görkəmli  şəxsiyyətlər  elm  haqqında  qiy-

mətli fikirlər söyləmişlər. 

Qədim  yunan  filosofu  Diogen  elmi  dünyada  ən  böyük  xeyir, 

nadanlığı isə ən böyük şər hesab edirdi. Böyük türk mütəfəkkiri və 

şairi Cəlaləddin Rumiyə görə elm sahilsiz bir dəryadır, alim də sa-

hilsiz dəryaya dalmış bir dalğıcdır. Dahi Azərbaycan şairi və mütə-

fəkkiri Nizami Gəncəvi yazırdı: 

Qüvvət elmdədir, başqa cür heç kəs, 

Heç kəsə üstünlük eyləyə bilməz. 

Hər uca rütbədən biliniz, fəqət 

Alimin rütbəsi ucadır əlbət. 

Azərbaycan  milli  izahlı  ensiklopedik  pedaqoji  lüğətində 

(Bakı, 2005) “elm” və “alim” kəlmələri belə xarakterizə olunur: 

“Elm-real gerçəkliyin ictimai şüurda inikası olan və onu (ger-

çəkliyi) təkmilləşdirməyə  yönələrək cəmiyyətə fayda  verən obyek-

tiv  biliklər  sistemidir.  Alim  -  iqtisadiyyatın,  ticarətin,  inşaatın, mə-

dəniyyət  və incəsənətin, habelə təbiətin bu və  ya digər sahəsindəki 

hadisələr arasında səbəb və nəticə əlaqələrini, qanunauyğunluqlarını 

elmi  cəhətdən  araşdıran  əsasən  elmlər  namizədi  (indi  fəlsəfə  dok-

toru) və ya elmlər doktoru elmi dərəcəsi olan şəxsə deyilir”. 




Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə