Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə3/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   236

 

12 


Azərbaycan  dilinin  izahlı  lüğətində  (II  cild  “Şərq-Qərb”, 

2006)  elm  -  təbiət  və  cəmiyyətin  inkişafındakı  qanunauyğunluqları 

və obyektiv aləmə təsiri üsullarını meydana çıxaran biliklər sistemi 

və bu biliklərin ayrıca sahəsi adlandırılır. 

Müəllim  (ər.  ﻢﻠﻌﻤ  “öyrədən,  müəllim”)  sözü  də  ﻢﻠﻋ  “elm” 

kökündəndir.  Pedaqoji  anlamda  müəllim  -  sistemləşdirilmiş  bilik, 

bacarıq və vərdişləri, mənəvi, əxlaqi keyfiyyətləri öyrənənlərə,  ye-

tişən  nəslə  məqsədəyönlü,  planlı  və  mütəşəkkil  aşılayan,  öyrədən, 

istiqamət  verən  və  fəaliyyəti  ilə  cəmiyyətin  inkişafına  təkan  verən 

pedaqoji təhsilli mütəxəssisdir. 

İnsanlara xeyirli, faydalı işlər aşılamaq tərbiyənin ana xəttidir. 

Tərbiyə hikmətə aid mühüm məsələlərdən biri olduğundan, hikmət 

vərdişinin formalaşdırılması tarixən ən aktual məsələ sayılmışdır və 

indiki  şəraitdə  bu  aktuallıq  daha  da  artmışdır.  Hikmət  mərifət 

sahibləri  arasında  hər  şeyi  olduğu  kimi  dərk  etmək,  hər  işi  lazımi 

səviyyədə yerinə yetirməkdir. Hikmət nəticəsində insanın mənəviy-

yatı mümkün qədər təkmilləşməli, arzu edilən səviyyəyə yüksəlmə-

lidir.  Deməli,  hikmət  bir-birini  tamamlayan  iki  hissənin  –  elm  və 

əməlin  (işin,  fəaliyyətin)  vəhdətidir.  Professor  Z.İ.Qaralovun  fik-

rincə, elm təbiətdə, cəmiyyətdə, insan beynində gedən dəyişmələrin

hərəkətin mahiyyətini, qanun və qanunauyğunluqlarını düzgün dərk 

etmək,  insanın  yaradıcı  ağlı,  sağlam  düşüncəsi,  iti təfəkkürü  dairə-

sində varlıqlarda daim fəaliyyət göstərən çevrilmələri, onların səbəb 

və nəticələrini, xüsusiyyət və keyfiyyətlərini aşkara çıxarıb sistemə 

salmaqdır.  Elm  dərk  olunmuş  həqiqətlər  sistemidir.  Bu  sistemə 

yiyələnməyə  vərdiş  etmək  insanların  insanlıq  borcudur.  Əks  təq-

dirdə insan nadanlığa doğru gedər. Bu  vərdişə sahib olanlar bilikli, 

ağıllı,  bəşəriyyətə  və  özünə  xeyir  gətirən  insanlar  kimi  tanınır. 

Quranda yazılıb: “Uca Tanrı kimi istəyirsə, ona hikmət verir, kimə 

hikmət verirsə, ona böyük nemət bəxş edir.” 

Elm  onunla  həqiqətən  məşğul  olanlara  məmnuniyyət  bəxş 

edir.  Lakin  onun  idraki  qiyməti  bununla  bitmir.  Elm  –  azad  insan 

zəkasının  ən  böyük  nailiyyəti,  idealı  və  onun  narahat  ağlının  məh-

suludur. Elm – bəşər sivilizasiyasının məhək daşıdır. Elmin məqsədi 

həqiqəti axtarmaqdır. Miletli Falesdən üzü bəri həqiqəti tapmaq uğ-

runda  mübarizə  bu  günə  qədər  davam  edir  və  davam  etməkdədir. 




 

13 


Elmin  məqsədi  dünyanı  və  bizim  özümüzü  dərk  etməkdir.  Elmin 

böyük  kəşflərə  doğru  gedən  yolu,  Bekonun  dediyi  kimi,  heç  də 

şahrah deyil, əksinə daşlı-kəsəkli, sıldırımlı və tufanlıdır. 

Elmdə  seçmə  çox  vacibdir.  Alim,  faktlar  düzgün  gəlmədikdə 

ən sevimli nəzəriyyəni belə məmnuniyyətlə dəyişməyi, hətta rədd et-

məyi  bacarmalıdır.  O,  inanmalıdır  ki,  təbiətdə  rasionalizm  mövcud-

dur, ancaq hesab etməməlidir ki, gerçəyin qanunları tamamilə deter-

minikdir  (Həqiqi,  kəskin  dəlillər  gətirməlidir,  unutmamalıdır  ki, 

determinizm  obyektiv  gerçəklikdə  baş  verən  bütün  hadisələri,  ma-

hiyyətdə,  dərin  qatlarda  bütün  mənaları  izah  edə  bilmir).  Buna  bax-

mayaraq, elm, hadisələrin sonrakı gedişini əvvəlcədən xəbər vermək 

üçün onların qanunauyğunluqlarla cərəyan etdiyini qəbul edir. 

Ç.Darvinin qeyd etdiyi kimi, elm adamının işinin müvəffəqiy-

yəti aşağıdakılarla təyin olunur: 

 

Elmə məhəbbət; 



 

Müşahidə aparmaq və faktları toplamaq səyi; 



 

Hər hansı məsələ haqqında uzun müddət düşünmək, lazım 



gəldikdə intəhasız səbrə malik olmaq; 

 



Kifayət qədər ixtiraçılıq qabiliyyəti və sağlam düşüncənin 

olması. 


A.A.Blok yazır: “Şair – ahəngin oğludur və ona dünya mədə-

niyyətində  müəyyən  rol  verilmişdir.  Ona  üç  iş  həvalə  olunmuşdur: 

birinci – səsləri öz əzəli yatağından oyadıb azad etmək; ikinci – bu 

səsləri  müəyyən  qəlibə  salıb,  onları  müəyyən  bir  ahəngə  gətirmək; 

üçüncü – bu ahəngi xarici aləmə təqdim etməkdir”. Əgər bu keyfiy-

yətləri elmə uyğunlaşdırmağa cəhd etsək, aşağıdakılar alınar: 

 

Təkrar olunan faktlar və hadisələr arasındakı əlaqələri müəy-



yən etmək; 

 



Fərziyyə və nəzəriyyələrin köməyi ilə qarma-qarışıq faktları 

müəyyən ahəngə, qanuna gətirmək

 

Tədqiqatın nəticələrini müzakirəyə vermək. 



Ehtimal ki, ən çətin üçüncü məsələdir.  

İnsan  bütün  böyük  ümidlərini  elmə  bağlayır,  qarşısına  çıxan 

çətinliklərdən, təhlükələrdən xilas  yolunu elmdə axtarır. Baxmaya-

raq ki, bu gün bəşəriyyət üçün ən böyük təhlükə olan nüvə silahını 

da,  ekoloji  böhranı  da  elm  yaratmışdır.  Doğrudanmı  hər  bir  çətin-



 

14 


likdən  çıxış  yolunu,  V.Hüqonun  dediyi  kimi,  bu  çətinliyi  doğuran 

səbəbin özündə axtarmaq lazımdır? Qarşıda duran böyük vəzifə heç 

olmazsa bu gün kamal əhlinin elmə daha böyük sürətlə yiyələnməsi 

və  inkişaf  səviyyəsinə  görə  “fəsad  əhlini”  qabaqlamasıdır.  Elm 

yalnız o zaman bəşəriyyəti həqiqətən xoşbəxtliyə aparar ki, onun ön 

cəbhəsi etibarlı əllərdə olsun.  

Elmin  əsas  funksiyası  heç  də  sadəcə  olaraq  insanın  mənəvi-

intellektual  maraqlarına  deyil,  onun  dünyanı  məqsədyönlü  surətdə 

dəyişdirmək,  öz  əməli  fəaliyyətini  elmi  əsaslar  üzrə  qurmaq  məq-

sədinə  xidmət  etməkdir.  Bütün  əməli  fəaliyyət  sahələri  ancaq  elmi 

əsaslarla  təşkil  olunduqda  səmərə  verir.  Buna  görə  də  ixtisasından 

asılı  olmadan  bütün  fəaliyyət  sahələrində  çalışan  insanlar  həmin 

sahənin elmi əsaslarını öyrənmək məcburiyyətindədirlər (Elmi əsas-

lar təkcə elmin deyil, müvafiq fəaliyyət sahəsinin də tərkibinə daxil-

dir.  Yəni  ixtisas  təhsili  alan  şəxs  elm  adamı  olmasa  da,  müvafiq 

fəaliyyət sahəsinin elmi əsaslarına yiyələnmiş olmalıdır).  

Elmin ön xəttinə çıxmaq üçün ilk növbədə onu mənimsəmək 

tələb  olunur.  Həm  də  təkcə  konseptual  məzmun  baxımından  deyil, 

sosial  və  təşkilati  struktur  baxımdan.  Müasir  dövrdə  elmi  adi  şüur 

səviyyəsində  idarə  etmək  mümkün  deyil.  Onu  elmi  surətdə  idarə 

edə bilmək üçün isə elmin rüşeym halından bu  günə qədər keçdiyi 

tarixi  yolu  izləmək,  inkişaf  meyillərini  aşkara  çıxarmaq  və  məqsə-

dəuyğun istiqamətə yönəltmək tələb olunur.  

“Elm”  anlayışının  başa  düşülməsindən  asılı  olaraq  onun  nə 

vaxtdan  başlandığı  sualını  cavablandırmaq  mümkündür.  Elm  dedik-

də, bir neçə en kəsiyi ehtiva edən mürəkkəb qeyri-bircins sistem nə-

zərdə tutulur. İstər “elm” sistemi, istərsə də elmi inkişaf prosesi  yal-

nız  son  dövrlərdə  xüsusi  tədqiqat  predmetinə  çevrilmişdir  ki,  bu  da 

elmin sosial və iqtisadi rolunun ciddi surətdə artması ilə əlaqədardır.  

Elm elmi biliklərin bir sistem kimi formalaşdığı vaxtdan baş-

lanır. Yəni elə bir vaxtdan ki, birincisi, bu vaxta qədər toplanmış bi-

liklər yeni əldə olunan bilik üçün meyara çevrilir, artıq qərarlaşmış 

olan  biliklərə  uyğun  gəlmək,  onları  tamamlamaq  elmiliyin  şərti 

kimi çıxış edir.  

Yaxud,  ikincisi,  mövcud  biliklər  zəminində  daha  obyektiv 

gerçəklikdən  yeni  faktiki  material  gözləmədən  yeni  bilik  almaq 




Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə