Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə4/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   236

 

15 


imkanı  yaranır,  başqa  sözlə,  mövcud  biliklər  öz-özünü  inkişaf 

etdirmək keyfiyyəti əldə edir.  

Elmi  biliyin  tarixi  inkişaf  yolunun  izlənilməsi  elmin  ümumi 

inkişaf  qanunauyğunluğunun  müəyyənləşdirilməsi  üçün  xüsusi 

əhəmiyyətə  malikdir.  Belə  ki,  bütöv  “elm”  sisteminin  keçdiyi  əsas 

tarixi  mərhələlər  yalnız  konkret  elmi  yaradıcılıq  xüsusiyyətlərinin, 

istifadə  edilən  elmi  idrak  metodlarının,  elmi  biliyin  toplanma  və 

saxlanma  vasitələrinin,  informasiya  mübadiləsi  və  s.  cəhətlərin 

müxtəlif  dövrlərdə  müxtəlif  ictimai-iqtisadi  şəraitlərdəki  vəziyyət-

lərinə görə müəyyənləşdirilə bilər. 

“Elm”  sisteminin  başlıca  elementlərindən  birini  də  elmi  yara-

dıcılıq  prosesi  təşkil  edir.  Tədqiqatçıların  bir  qismi  məhz  bu  cəhəti 

elmin  mahiyyəti  kimi  götürür  və  onu  yalnız  bir  en  kəsiyində,  qno-

seoloji  müstəvidə  tədqiq  edirlər.  Belə  tədqiqatlarda  elmi  bilik  isteh-

salı, prosesin bu və ya digər qnoseoloji məqamı ön plana çəkilir.  

Elmi  məntiqi-qnoseoloji  aspektdə  uğurla  tədqiq  edə  bilmək 

üçün əvvəlcə onu bütöv dinamik bir sistem kimi təsəvvür etmək və 

elmi  səciyyələndirən  müxtəlif  hadisələr  çoxluğu  içərisində  məntiqi 

təhlilin spesifik obyektini müəyyənləşdirmək lazımdır.  

Elm  bilavasitə  idrakla  bağlı  olduğuna  görə  onun  öyrənilmə-

sində məntiqi-qnoseoloji aspekt mühüm yer tutur. Lakin elm ayrıca 

bir fərdin deyil, ictimai fəaliyyətin məhsulu olduğundan cəmiyyətə 

xas olan müəyyən xüsusiyyətlər elm hadisəsində də öz əksini tapır. 

Hər  hansı  bir  dövrdə  və  hər  hansı  bir  ölkədə  elmi  fəaliyyətin 

özünəməxsus  cəhətləri,  elmin  qarşısında  qoyulan  məqsəd  və  vəzi-

fələr, elm adamlarının ictimai mövqeyi, elmi-tədqiqat istiqamətləri, 

bu  və  ya  digər  elmi  axtarışa  ictimai  maraq  və  bundan  asılı  olaraq 

elmi  axtarışların  ağırlıq  mərkəzinin  dəyişməsi  həmin  dövrdə  və 

həmin  ölkədəki  ictimai  quruluşun  xarakterindən,  ümumi  mədəni 

inkişaf  səviyyəsindən  də  asılıdır  və  bu  göstərir  ki,  yalnız  məntiqi 

təhlillə  elmin  inkişaf  qanunauyğunluqlarını  aşkar  etmək  mümkün 

deyildir.  Buna  görə  də  elmin  sistemli  tədqiqi  zamanı  bir  tərəfdən 

məntiqi  ilə  tarixin  vəhdətindən  çıxış  etmək,  digər  tərəfdən  də  elmi 

mürəkkəb tədqiqat obyekti kimi götürmək, onun qnoseoloji, həm də 

sosioloji en kəsiklərini nəzərə almaq mühüm şərtdir.  



 

16 


Əslində elm və bilik sistemləri yalnız müəyyən ümumi sahədə 

kəsişir, qalan sahələrdə isə bir-birindən fərqli məzmunlara malikdir. 

Bu ümumi sahə – elmi bilikdir. Elmi bilik “elm” sisteminə daxildir. 

“Bilik”  anlayışı  elmi  bilikdən  başqa,  əməli  biliyi  də  əhatə  edir  ki, 

sonuncu “elm” sisteminə daxil deyildir. Yaxud da “elm” anlayışının 

əhatə etdiyi maddi tərəflər (elmi tədqiqat institutları, laboratoriyalar

“elm  texnikası”  və  s.)  və  yaradıcılıq  axtarışları  “bilik”  sisteminə 

daxil deyil. 

Biliklər sistemi özündə fəaliyyət məqamını əks etdirmir. Elm 

isə  məhz  elmi  axtarışlar,  yaradıcılıq,  tədqiqat  prosesində  –  elmi 

fəaliyyət zamanı cəmiyyətin tərkib hissəsi kimi, ictimai hadisə kimi 

qarşıya çıxır.  

Elmin  məqsəd  və  funksiyalarını,  mənəvi  aspektlərini  bilmək 

təhsil  siyasətinin  formalaşması  üçün  çox  önəmlidir.  Çünki  təhsilin 

məzmununda  elmi-texniki  biliklərə  birtərəfli  qaydada  geniş  yer 

verilməsi və onların insanın daha böyük amallar uğrunda mübarizə-

sində ancaq bir vasitə olduğunun öyrənilməsi, gənclərin bu amallar-

dan xəbərsiz qalması təhsilin alı məqsədindən uzaqlaşmasına səbəb 

ola  bilər.  Elmin  məqsədi  insanın  intellektual  dünyasını  zənginləş-

dirmək,  onu  daha məlumatlı,  daha  bilikli  etmək  və  bu  biliyin  qüv-

vəyə çevrilməsi sayəsində onun imkanlarını artırmaq, sözün həqiqi 

mənasında, daim uğrunda çarpışdığı azadlığa qovuşdurmaqdır. 

Yuxarıda söylədiklərimizi belə xülasə edə bilərik: elm-təbiət

cəmiyyət və təfəkkürün obyektiv inkişaf qanunları haqqında bəşəriy-

yətin tarix boyu əldə etmiş olduğu biliklər sistemindən və həmin bi-

liklər  zəminində  yeni  qanunların  kəşf  olunması  üçün  göstərilən 

fəaliyyətdən ibarətdir. Maddi aləm (bizi əhatə edən gerçəklik) vahid 

olduğundan onu tədqiq edən elm də vahiddir; elmin müxtəlif sahələ-

rə  bölünməsi,  yəni  diferensiasiya  edilməsi  müəyyən  mənada  şərti-

dir, varlığın müxtəlif sahələrini daha dərindən araşdırmağa xidmət 

edir.  

 

 



 

17 


 

1.2. Pedaqogika nəzəri və tətbiqi elmdir 

 

Pedaqoji biliklər qədimdir və bəşər cəmiyyətinin inkişafından 

ayrılmazdır.  Bu  biliklər  böyüyən  nəslin  həyata  hazırlanması,  onun 

təlim  və  tərbiyəsi  ilə  bağlı  insan  fəaliyyətinin  spesifik  sahəsinə 

aiddir.  Bəşəriyyətin  tərəqqisi  dünyaya  gələn  yeni  nəslin  özündən 

əvvəlki nəsillərin istehsal, sosial və mənəvi təcrübəsinə yiyələnmə-

si, onu daha da zənginləşdirilmiş halda yeni nəslə ötürülməsi sayə-

sində mümkün olmuşdur. Bu, insan cəmiyyətinin mövcudluğuna və 

inkişafına zəmin yaratmışdır. 

İstehsalın daha da inkişafı və mürəkkəbləşməsi sayəsində elmi 

biliklərin həcmi artmış, böyüməkdə olan nəslin həyata hazırlanması 

daha  da  mühüm  əhəmiyyət  kəsb  etmiş,  təhsil-tərbiyə  işinin  xüsusi 

təşkil  olunmuş  şəraitdə  həyata  keçirilməsi  zərurəti  yaranmışdır. 

Təhsil cəmiyyətin obyektiv tələbatına çevrilmiş və onun inkişafının 

mühüm şərti olmuşdur. Nəticədə, təlim və tərbiyə işi xüsusi ictimai 

funksiya kimi ayrılmış,  yəni xüsusi təlim, tərbiyə və tədris müəssi-

sələri  və  uşaqları  oxudan,  öyrədən,  tərbiyə  edən  peşə  sahibləri  – 

pedaqoqlar meydana gəlmişdir.  

Təlim  və  tərbiyə  nəzəriyyəsinin  intensiv inkişafına  baxmaya-

raq,  XVII  əsrə  qədər  pedaqogika  bir  sıra  digər  elmlər  kimi  fəlsə-

fənin tərkib hissəsi olmuşdur. 

Bir çox alimlər pedaqogikanı onun özündən kənarda və özün-

dən  asılı  olmayaraq  işlənib  hazırlanan  normativ  biliklər  sistemi 

hesab  etmişlər.  Ona  görə  də  həm  müstəqil  bir  elm  sahəsi,  həm  də 

tədris fənni kimi pedaqogikanın bir elm kimi formalaşması uzun sü-

rən  və  mürəkkəb  proses  olmuşdur.  Hələ  vaxtı  ilə  İ.Kant  (1724-

1804),  G.V.Hegel  (1770-1831),  İ.F.Herbart  (1776-1841)  fəlsəfə 

kursundan  mühazirələr  oxuyan  zaman  pedaqogika  onun  bir  hissəsi 

kimi  qalmaqda  idi.  Bununla  belə,  alman  alimləri  H.Myunşterberq 

(1863-1915), E.Meyman (1862-1915), Amerika psixoloqu U.Ceyms 

(1842-1910),  rus  pedaqoqu  K.D.Uşinski  (1824-1870)  pedaqogika-

nın mümkün qədər müstəqil bir elm olmasını istəyirdilər.  

XX  əsrin  20-30-cu  illərində  nəzəriyyəçi  pedaqoqlar  göstər-

dilər  ki,  pedaqogikanın  statusu  haqqındakı  təsəvvürlər  yanlışdır. 




Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə