Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə6/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   236

 

21 


nüfuz  edirlər  ki,  nəticədə  səhih  nəzəriyyənin  inkişafı  hipoteza  vasitəsi  ilə 

baş  verir.”  Elmi  nəzəriyyənin  prinsipinin  daha  da  inkişaf  etməsi  və 

təkmilləşməsi  də  hipoteza  vasitəsilə  mümkün  olur.  Fəlsəfi  ədəbiyyatda 

vurğulanır  ki,  hipoteza  və  nəzəriyyədə  ifadə  olunan  bilik  bir-birindən 

özünün inkişaf və yetkinlik dərəcəsinə görə fərqlənir. Biliyin təşkilinin ən 

yüksək  forması  nəzəriyyədir.  Struktur  və  məntiqi  təhlili,  nəzəri  biliyin 

xüsusiyyətlərini  daha  tam  şəkildə  müəyyənləşdirməyə  imkan  verən  nəzə-

riyyə, bütün bilik sistemi ilə həm bir sıra ümumi, həm də spesifik cəhətlərə 

malikdir.  Nəzəriyyə  gerçəkliyin  müəyyən  sahəsinə  daxil  olan  hadisələri 

təsvir və izah edən, bu sahədə kəşf olunan qanunları vahid bir başlanğıc-

da birləşdirən bilik sistemidir.  

Yeri  gəlmişkən  qeyd  edək  ki,  fəlsəfi  ədəbiyyatda  “nəzəriyyə”  anla-

yışına  birmənalı  tərif  verilməmişdir.  Bir  çox  hallarda  nəzəriyyə  dedikdə, 

ümumiyyətlə,  praktikadan  fərqli  olaraq  insan  idrakı,  hipotezadan  fərqli 

olaraq  səhih  elmi  müddəalar  məcmusu,  bəzi  hallarda  isə  sadəcə  olaraq 

idrakın bu və ya digər sahəsinə aid edilən mühakimələr məcmusu nəzərdə 

tutulur. V.H.Nəsirov və Ə.B.Məmmədov göstərirlər ki, məna müxtəlifliyinə 

baxmayaraq mövcud metodoloji ədəbiyyatda nəzəriyyənin aşağıdakı tərifi 

xüsusilə  geniş  yayılmışdır:  “Elmi  biliyin  keyfiyyətcə  xüsusi  forması  olan 

nəzəriyyə dedikdə, bu və ya digər predmet sahəsinin mühüm, başqa sözlə, 

qanunauyğun,  ümumi  və  zəruri  daxili  əlaqələrini  əks  etdirən,  öz 

aralarında məntiqi surətdə əlaqələnən fərziyyələrin müəyyən sistemi kimi 

mövcud  olan  həqiqi  bilik  nəzərdə  tutulur.”  Daha  ətraflı  məlumat  üçün 

V.A.Ştoffun  tədqiqatlarına  nəzər  salmaq  olar

1

.  P.V.Kopninə  görə, 

nəzəriyyə  “hadisələr  qrupunu  təsvir  və  izah  edən  geniş  bilik  sahəsinə 

deyilir.”

2

 Nəzəriyyənin  əsas  məqsədi  gerçəkliyin  öz  aralarında  qarşılıqlı 

əlaqələnən  qanunlar  sistemini  kəşf  və  izah  etməkdir.  Bu  mənada  izahat 

nəzəriyyənin,  onun  həqiqiliyinin  sübuta  yetirilməsi  ilə  bağlı  olan  mühüm 

məsələsi olsa da, hər halda onun məqsədi deyil. Belə ki, nəzəriyyə ayrı-ayrı 

fakt  və  hadisələrə  deyil,  predmetin  strukturuna,  onun  mahiyyətinə  bütöv-

lüklə aid olur. Nəzəriyyənin səciyyə daşıyan momentləri isə problem, ideya, 

prinsip,  kateqoriya,  universal  qanunlar  və  nəzəriyyədən  çıxarılan  nəticə-

lərdir.  Nəzəriyyə  tədqiqatın  empirik  səviyyəsində  əldə  edilən  nəticələr 

əsasında  yaradılır.  Bu  nəticələr  nəzəriyyədə  ümumi  ideyalar  əsasında 

                                                 

1

 Bax: Штофф В.А. Введение в методологию научного познанияЛ.: ЛГУ,   



1973. 

2

 Bax:  П.В.Копнин.  Ггносеологические  и  логические  основы  науки.  М.: 



Мысль, 1974. 


 

22 


birləşdirilərək vahid sistemə salınır və nəzəriyyəyə daxil edilən abstraksiya 

ideallaşdırma və digər prinsiplər əsasında daha da dəqiqləşdirilir.  

Bütün sistemlər kimi, nəzəriyyə də müəyyən tərkib, başqa sözlə, ona 

xas  olan  elementlər  arasındakı  əlaqə  və  münasibətlərin  məcmusu  ilə 

xarakterizə olunur. Nəzəriyyənin tərkibinə və ya məzmununa onun əsas və 

spesifik  anlayış  və  müddəaları  daxil  olur.  Nəzəriyyənin  xüsusi  terminlər 

vasitəsi ilə ifadə olunan anlayışlarında onun predmet sahəsinə daxil olan 

cisim  və  hadisələrin  xassə  və  münasibətləri,  xüsusi  növ  cümlələr  forma-

sında  ifadə  olunan  əsas  müddəalarında  isə  tam  sistem  olmaq  etibarilə 

onun  predmet  sahəsinin  qanunauyğun  qaydaları  və  strukturu  əks  olunur. 

Bu  müddəalardan  daha  ümumi  və  fundamental  olanlar  prinsip  adlanıb, 

nəzəriyyənin  məntiqi  təşkilində  əsas,  müqəddəm  şərtlər  rolunu  oynayır

1



Qeyd  etmək  yerinə  düşər  ki,  nəzəriyyənin  strukturu  yalnız  cümlə  və 

terminlərin  məntiqi  münasibətlərini  deyil,  həmçinin  gerçəkliyin  nəzəri 

inkişafının müxtəlif  forma, vasitə və üsulları  arasındakı münasibətləri də 

əhatə  edir.  Nəzəriyyənin  ideya,  dil,  məntiqi  vasitə,  riyazi  aparat,  model 

kimi  amillərinin  qarşılıqlı  əlaqəsi  onun  qnoseoloji  strukturu  ilə 

xarakterizə  olunur.  Nəzəriyyənin  qneseoloji  strukturu  idrakın  nəzəri 

səviyyəsində  gerçəkliyin  inkişafının  mürəkkəb  dialektik  səciyyə  daşıdığını 

göstərir. Yeni yaradılmış hər bir elmi nəzəriyyə bütün əvvəlki idrak fəaliy-

yətinin qanunauyğun nəticəsi kimi meydana gəlir. Buna görə də nəzəriyyə 

bir  sıra  tələblərə  cavab  verməlidir.  Sözügedən  tələblər  sırasında  aşa-

ğıdakılar özünə yer almışdır.  

Əvvəla,  nəzəriyyə  bilik  sistemi  olmaq  etibarilə  müəyyən  predmet 

sahəsinə malik olmalıdır. Elmi nəzəriyyənin əlaməti olmaq etibarilə pred-

metlilik  göstərir  ki,  elmi  nəzəriyyənin  bütün  anlayış  və  müddəaları  eyni 

predmet sahəsinə aid olmalı, eyni tədqiqat obyektini əks etdirməlidirlər.  

İkinci, elmi nəzəriyyə gerçəkliyin müəyyən sahəsini adekvat və tam 

təsvir  etməli,  başqa  sözlə,  bu  sahənin  tədqiqindən  alınmış  təcrübi 

məlumatlar nəzəriyyənin əsas prinsip, anlayış, abstraksiya, ideallaşdırma 

və aksiomları vasitəsilə təsvir olunmalıdır. 

Üçüncü,  nəzəriyyəyə  daxil  olan  müxtəlif  komponentlərin  qarşılıqlı 

əlaqəsi izah edilməlidir, bir mühakimədən digərinə keçməyə imkan verən 

müxtəlif müddəaların əlaqəsi yaradılmalıdır.  

Nəzəriyyənin  izahedicilik  qabiliyyəti  müasir  elmi  biliyin  inkişafının 

bir  sıra  xüsusiyyətlərindən  –  bəzi  nəzəriyyələrdə  xüsusi  çətinliklərdən, 

bəzilərində  isə  nəzəriyyədə  əks  olunan  obyektin  müşahidəsinin  bilavasitə 

                                                 

1

 Daha ətraflı məlumat üçün bax: Nəsirov V.H., Məmmədov Ə.V. Elmi idrakın 



metod və formaları. Bakı: Maarif, 1980, 148 s. 


Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə