Annotasiya



Yüklə 3,72 Mb.
səhifə22/47
tarix17.09.2017
ölçüsü3,72 Mb.
#401
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

1.4. Sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər təhsil al­dıq­ları məktəbəqədər, xüsusi təhsil müəssisələrində, internat tipli xü­susi təhsil müəssisələrində, o cümlədən ümumi tipli internat mək­təb­lərin xüsusi təhsil bölmələrində tam dövlət təminatındadırlar; kar­lar və zəif eşidənlər; korlar və zəif görənlər; ağır nitq qüsurları olan­lar; dayaq hərəkət aparatının funksiyaları pozulanlar; əqli cə­hət­dən geri qalanlar (debillər, imbisillər); emosional-iradi sahədə və dav­ranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar; psixi in­ki­şa­fın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər; mürəkkəb çatış­maz­lıqları (fiziki çatışmazlığın, əqli və (və ya) psixi ləngimələrin məc­musu) olanlar.

2. Xüsusi təhsilin təşkili.

Xüsusi təhsil xüsusi təhsil müəssisələrində, xüsusi təhsil böl­mə­lərində, xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssi­sə­lə­rin­­də Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edil­­miş formalarda həyata keçirilir.



2.1. Sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrində təhsil al­maq imkanı olmayan şəxslərin təhsili müvafiq təhsil müəssisəsi va­sitəsilə evdə təşkil edilir. Evdə təhsil almaq hüququ verən xəs­tə­lik­lərin siyahısı və evdə təhsilin təşkili qaydaları müvafiq icra haki­miy­yəti orqanı tərəfindən müəyyən edilir.

2.2. Sağlamlıq imkanları məhdud şəxslər tibb müəssisələrində uzun­müddətli (21 gündən artıq) stasionar müalicədə olarsa, müvafiq ic­ra hakimiyyəti orqanı psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsa­sında onların müvafiq ümumi tədris proqramlarına uyğun təhsil al­malarını təşkil edir. Stasionar şəraitdə təhsilin təşkili qaydaları mü­vafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

2.3. Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq sağ­lamlıq imkanları məhdud şəxslərin psixoloji-tibbi-pedaqoji və ya tib­bi-sosial ekspert komissiyasının qərarına əsasən xüsusi şərait ya­ra­dılan ümumi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ var­dır. Təhsil müəssisələrinin rəhbərliyi sağlamlıq imkanları məh­dud şəxslərə tədris prosesində zəruri köməkçi xidmət təşkil etmə­li­di­r.

2.4. Təhsil müəssisəsində psixoloji-pedaqoji və tibbi göstəriş­lə­rə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait var­sa, həmin müəssisədə sağlamlıq imkanları məhdud şəxslər üçün in­teq­rasiya təlimli təhsil təşkil edilir. İnteqrasiya təlimli təhsil mü­əs­si­səs­i­nin rəhbərliyi şəxslərdə fiziki çatışmazlıq, yaxud konkret bir peşə (ix­tisas) üzrə məhdudiyyət barədə əks göstəriş yoxdursa, onla­rın qə­bu­luna etiraz edə bilməz. İnteqrasiya təlimli təhsil müəs­si­sə­lərində təh­silin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən mü­əyyən edilir.

2.5. Xüsusi təhsil müəssisələri sağlamlıq imkanları məhdud aşa­ğıdakı şəxslər üçün yaradıla bilər:

- nitq pozulmaları (ağır nitq qüsurları, nitqin fonetik-fone­ma­tik ləngliyi, kəkələmə və ya ayrı-ayrı səslərin tələffüz pozulmaları) olan­lar;

- eşitmə pozulmaları olanlar (karlar, zəif eşidənlər və son­ra­dan karlaşanlar);

- görmə pozulmaları olanlar (korlar, zəif görənlər, çəpgözlər və s.);

- əqli (psixi) pozuntuları (əqli cəhətdən geri qalanlar, psixi in­ki­şaf ləngliyi, ağır əqli geriliyi) olanlar;

- dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və ska­li­oz xəstəliyi olanlar;

- ağır çatışmazlığı olanlar, o cümlədən kar-korlar;

- emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar;

- xroniki somatik xəstəlikləri olanlar.

Tədris proqramlarının uğurla mənimsənilməsinə maneçilik ol­ma­dıqda müxtəlif fiziki çatışmazlıqları və (və ya) psixi ləngiməsi olan­lar üçün təhsil eyni xüsusi təhsil müəssisəsində həyata keçirilə bi­lər. Xüsusi təhsil müəssisələri haqqında əsasnamə müvafiq icra ha­ki­miyyəti orqanı tərəfindən təsdiq edilir.



2.6. Mürəkkəb və ağır çatışmazlıqları olan şəxslərin təlimi və (və ya) tərbiyəsi ilə əlaqədar müxtəlif profilli reabilitasiya mər­kəz­lə­ri yaradılır. Reabilitasiya mərkəzlərinin əsas vəzifəsi sağlamlıq im­kanları məhdud şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək və­rdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyasını və fərdi təh­sil proqramları üzrə məşğələləri təşkil etməkdir. Reabilitasiya mər­kəzlərində məşğələlər fərdi və qrup təlim proqramlarına əsasən, hər qrupda 10, mürəkkəb çatışmazlığı olanlar üçün isə 6 nəfərdən çox olmayaraq təşkil edilir. Reabilitasiya mərkəzləri haqqında əsas­na­mə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

2.7. Tərbiyəvi xarakterli tədbirlərə ehtiyacı olan 11 yaşdan 14 ya­şına qədər sağlamlıq imkanları məhdud şəxslər üçün müvafiq icra ha­kimiyyəti orqanı tərəfindən qapalı tipli xüsusi təhsil bölmələri ya­radılır. Həmin şəxslər bu təhsil müəssisələrinə psixoloji-tibbi-pe­da­qo­ji komissiyanın rəyi nəzərə alınmaqla qanunvericilikdə müəyyən olun­muş qaydada göndərilirlər. Azadlıqdan məhrum etmə yerlərin­də psixoloji-tibbi-pedaqoji komissiyanın rəyində müəyyən edilmiş şərt­lərə əməl etməklə ictimai təhlükəli əməllər törətmiş sağlamlıq im­kanları məhdud şəxslərin xüsusi təhsili qanunvericilikdə mü­əy­yən olunmuş qaydada təşkil edilir.

3. Xüsusi təhsilin dövlət standartları.

Fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanlar üçün xüsusi təhsilin dövlət standartları müvafiq icra hakimiyyəti or­qanı tərəfindən müəyyən edilir. Xüsusi təhsil dövlət standartları mül­kiyyət formasından asılı olmayaraq xüsusi təhsili həyata keçirən mü­əssisələr üçün məcburidir.



4.Xüsusi təhsil sisteminin idarə olunması.

Xüsusi təhsil həyata keçirilən dövlət müəssisələri müvafiq ic­ra hakimiyyəti orqanı tərəfindən idarə olunur. Müvafiq icra haki­miy­yəti orqanı xüsusi təhsil üzrə proqramlar, o cümlədən əlaqəli proq­ramlar hazırlayır və həyata keçirir, sağlamlıq imkanları məhdud şəxs­lərin sağlamlığının mühafizəsinə, onların çatışmazlıqlarının ko­rek­siyasına, sosial adaptasiyasına, tibbi-sosial reabilitasiyasına, əlil­liyin profilaktikasına yönəlmiş birgə tədbirlər görür.

Mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsil müəssi­sə­­sinin akkreditasiyası, xüsusi təhsil haqqında dövlət nümunəli sə­nəd almaq üçün təhsil alanların yekun attestasiyası və xüsusi təh­si­lin keyfiyyətinə nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada mü­vafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Xüsusi təhsil müəssisəsinin, xüsusi təhsil bölməsinin və in­teq­ra­siya təlimli təhsil müəssisəsinin maddi-texniki bazasına xüsusi təh­sil müəssisəsinin tipindən asılı olaraq binalar, qurğular, yemək­xa­­nalar, yardımçı binalar, tibb, korreksiya və reabilitasiya kabi­net­ləri, idman, qurğuları, təlimin texniki vasitələri, kitabxana fondu da­xi­ldir. Xüsusi təhsili həyata keçirən müəssisənin maddi-texniki ba­za­sı müvafiq olaraq dövlət, bələdiyyələr və təsisçi (təsisçilər) tərə­fin­dən formalaşdırılır. Xüsusi təhsil üçün dərslik, dərs vəsaitləri və el­mi-metodik vasitələrin hazırlanması müvafiq icra hakimiyyəti or­qa­nı, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən həyata keçirilir.

Xüsusi təhsil sahəsində pedaqoji və tibbi fəaliyyətə qanun­ve­ri­ciliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılır. Xü­susi təhsil üçün kadrların hazırlnması orta və ali-peşə-ixtisas təh­sili mü­əssisələrində, pedaqoji işçilərin ixtisasartırma və yenidən­ha­zır­lan­ma müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəy­­yən­ləş­­dirdiyi qaydada həyata keçirilir. Xüsusi təhsil müəssi­sə­lə­rində ça­lışan işçilərin sosial müdafiəsi Azərbaycan Respublikasının qa­nun­vericiliyi ilə müəyyən edilir.

5. Psixoloji-tibbi-pedaqoji komissiya və tibbi-sosial eks­pert komissiyasının vəzifələri.

Uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi lən­gi­mə­lərin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təh­si­lə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya di­gər nümayəndələrinə müvafiq məsləhət vermək, mübahisəli mə­sə­lə­lərə baxmaq məqsədi ilə tərkibi müvafiq icra hakimiyyəti orqanı tə­rəfindən müəyyənləşdirilən və daimi fəaliyyət göstərən psixoloji-tib­bi-pedaqoji komissiyalar yaradılır. Psixoloji-tibbi-pedaqoji ko­mis­siyalara elmi-metodik xidmət göstərilməsi, habelə psixoloji-tib­bi-pedaqoji komissiyalarla sağlamlıq imkanları məhdud uşaqların va­lideynləri və ya digər qanuni nümayəndələri arasında münasibət­lər qanunvericilikdə müəyyən olunmuş qaydada həll edilir. Psixo­lo­ji-tibbi-pedaqoji komissiya aşağıdakı vəzifələri yerinə yetirir:

- uşaqların erkən, habelə sonrakı yaş hədlərində psixoloji-tib­bi-pedaqoji müayinəsini aparmaq, inkişaf xüsusiyyətlərini aşkar­la­maq­la diaqnozunu müəyyənləşdirmək;

- sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilə cəlb edil­məsi barədə qərar qəbul etmək;

- sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları üçün xü­susi təhsili həyata keçirən müəssisənin tipini müəyyənləşdirmək;

- fərdi təlim planına dair tövsiyələr vermək;

- təyin edilmiş diaqnozu dəqiqləşdirməklə təsdiq etmək və ya də­yiş­dirmək.

9.2. Dövlət uşaq müəssisələrindən uşaqların

ailələrə ve­ril­mə­si (de-institutlaşdırma)

və alternativ qayğı Dövlət Proqramı ba­­rədə
Son illərdə respublikamızda iqtisadiyyatın sürətli inkişafı, so­si­al sahələrə diqqətin artırılması, regionların inkişafı məqsədilə hə­yata keçirilən tədbirlər nəticəsində yeni iş yerlərinin açılması, adam­ba­şına düşən gəlirin ilbəil artması əhalinin, o cümlədən hər bir ailə­nin sosial vəziyyətinin yaxşılaşması Azərbaycanda de-institutlaş­dır­ma siyasətinin həyata keçirilməsinə əlverişli zəmin yaratmışdır.

Dünya təcrübəsi və uşaq hüquqları üzrə konvensiyaların tələb­lə­ri nəzərə alınaraq, beynəlxalq təşkilatlarla birlikdə “Azərbaycan Res­publikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə ve­ril­m­əsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı” (2006-2015-ci illər) hazırlanmış və 2006-cı ilin martın 29-da ölkə Pre­zidentinin Sərəncamı ilə təsdiq olunmuşdur. Proqramın əsas məq­sədi BMT-nin Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş uş­a­ğın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün ailə mühitində xoş­bəxtlik, məhəbbət və anlaşma şəraitində böyüməsinin zəruriliyi nə­zərə alınaraq, dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə ve­ril­məsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işlənməsinin təmin edilməsidir.

Proqrama əsasən de-institutlaşdırma aşağıdakı dövlət uşaq mü­əs­sisələrini əhatə edir: 1) valideynlərini itirmiş və valideyn hima­yə­­sindən məhrum olmuş uşaqlar üçün uşaq evləri; 2) valideynlərini itir­miş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün inter­nat məktəbləri; 3) ümumtəhsil internat məktəbləri (ümumi təyinatlı in­ter­nat evləri); 4) sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi in­ternat məktəbləri; 5) sağlamlıq imkanları məhdud uşaqlar üçün xü­susi məktəblər; 6) atılmış uşaqlar üçün körpələr evi (Səhiyyə Na­zir­liyi sistemində).

Proqramda aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tu­tul­muşdur:

- normativ-hüquqi bazanın təkmilləşdirilməsi;

- dövlət uşaq müəssisələrində uşaqların ailələrə verilməsinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, uşaqların ailələrə veril­mə­si, onların hüquqlarının qorunması və sosial müdafiəsinin işlək me­xanizmlərinin tətbiq edilməsi;

- uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin təd­ri­cən uşaqlara ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunması;

- uşaqlara ailə əsaslı sosial xidmətlərin maliyyələşdirilməsi və sti­mullaşdırıcı amillərdən geniş istifadə etmək məqsədilə uşaqlar yer­ləşdirilən ailələrə maliyyə yardımlarının göstərilməsi;

- dövlət uşaq müəssisələrinin kadr potensialı geniş istifadə olun­maqla uşaqlara ailə əsaslı sosial xidmətləri həyata keçirən so­si­al işçilərin hazırlanması;

- uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin ən sonuncu im­kan olması baxımından uşaqların belə müəssisələrə daxil olma­sı­na ciddi nəzarət mexanizminin hazırlanması, dövlət himayəsinə qə­bul olunma meyarlarının dəqiqləşdirilməsi və onlara riayət olun­ma­sı­na nəzarətin gücləndirilməsi;

- dövlət uşaq müəssisələrində olan uşaqların sayının art­ma­sı­nın qarşısını almaq məqsədilə risk qrupundan olan (uşaqların ailə­lə­rin­dən belə müəssisələrə verilməsi baxımından) uşaqlar və ailələr ara­sında sistemli preventiv tədbirlərin görülməsi;

- ailələrə verilmiş uşaqların təhsilə cəlb olunması, onlara sə­hiy­yə və reabitasiya xidmətlərinin göstərilməsinin təmin olunması;

- dövlət ilə qeyri-hökumət və beynəlxalq təşkilatlar arasında de-institutlaşdırma məsələlərinin həlli sahəsində səmərəli əmək­daş­lı­ğın təmin olunması.

Qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün proqramda aşa­ğıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:



I. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə əlaqə­d­a­r:

1) De-institutlaşdırmanın müvafiq beynəlxalq tələblərə uy­ğun səmərəli və intensiv həyata keçirilməsi üçün mövcud qanun­ve­ri­cilik bazasının stimullaşdırıcı amillər nəzərə alınmaqla təkmilləş­di­ril­məsi məqsədi ilə təkliflərin hazırlanması;

2) De- institutlaşdırma ilə bağlı tədbirlərin yoxsulluğun azal­dıl­ması və davamlı inkişafla bağlı tədbirlə əlaqələndirilməsi;

3) Uşaq evlərində olan uşaqların ailələrə verilməsi, hüquqla­rı­nın qorunması və sosial müdafiəsi mexanizmlərinin hazırlanması və qə­bul edilməsi;

4) Dövlət uşaq müəssisələrində uşaqların sayının artmasının qar­şısını almaq məqsədilə uşaqların dövlət himayəsinə qəbul edilmə me­yarlarının dəqiqləşdirilməsi, uşaqların belə müəssisələrə daxil ol­masına ciddi nəzarət mexanizminin hazırlanması, bu məqsədlə möv­­cud normativ-hüquqi aktlara müvafiq əlavə və dəyişikliklərlə bağ­lı təkliflərin verilməsi;

5) Uşaqlar verilən ailələrin stimullaşdırılması, onlara maliyyə dəs­tə­yinin verilməsi, ailədə belə uşaqlara ayrılmış müavinətin xərc­lən­məsinin monitorinqi mexanizmlərinin hazırlanması;

6) Sosial işçilərin statusunun müəyyənləşdirilməsi, onların mad­di təminatı ilə bağlı təkliflərin hazırlanması;

7) Uşaqlar üçün ailə əsaslı sosial xidmətlər mərkəzlərinin fəa­liy­yətini tənzimləyən müvafiq normativ hüquqi aktların hazırlan­ma­sı və təsdiqi;

8) De-institutlaşdırmanın həyata keçirilməsi ilə bağlı müvafiq nor­mativ-hüquqi aktların, metodiki vasitələrin, təlimatların və s. ha­zır­lanması;

II. Təşkilati tədbirlərlə əlaqədar:

9) Dövlət uşaq müəssisələrinə uşaqların düşməsi hallarının qar­şısının alınması üçün risk qruplarından olan uşaqlar arasında və on­ların ailələri ilə sistemli preventiv tədbirlərin görülməsi;

10) Uşaq evləri və internat tipli təlim-tərbiyə müəssisələri ba­zasında uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinin və al­ter­nativ xidmətlər sisteminin (qəyyumluq, himayədarlıq, tərbiyə edil­mək üçün himayədar ailəyə verilməsi və s.) yaradılması;

11) Təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə sosial iş­çi­lə­rin, o cümlədən dövlət uşaq müəssisələri işçilərinin peşə yönümü də­­yişməklə uşaqlara ailə əsaslı xidmətləri həyata keçirən sosial iş­çi­lə­rin hazırlanması, onlarla müvafiq treninqlərin keçirilməsi;

12) Dövlət himayəsində olan uşaqlar saxlanılan dövlət təlim-tər­biyə müəssisələrinin şəbəkəsinə yenidən baxılması , onların sa­yı­nın azaldılması üçün müvafiq tədbirlərin görülməsi;

13) Ümumtəhsil internat məktəblərinin (ümumi tipli internat ev­lə­rinin) bazasında ümumi təyinatlı ümumtəhsil məktəblərinin , li­sey və gimnaziyaların yaradılması məqsədi ilə tədbirlərin görül­mə­si;

14) Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat tipli tə­lim-tərbiyə müəssisələrinin bir hissəsinin reabilitasiya mərkəzlərinə çev­rilməsi;

15) Ailələrə verilmiş sağlamlıq imkanları məhdud uşaqların mü­əyyən hissəsinin ümumtəhsil məktəblərinə inteqrasiyası və bu mək­təblərdə onların sağlam uşaqlarla birgə təhsilinin təşkili üçün təd­­birlərin davam etdirilməsi;

16) De-institutlaşdırmanın həlli sahəsində qeyri-hökumət və bey­nəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın təmin olunması üçün təd­birlərin görülməsi;

17) Ailələrə verilmiş sağlamlıq imkanları məhdud uşaqların təh­silə cəlb olunması, onların səhiyyə və reabilitasiya xidmətləri ilə tə­min edilməsi;

18) Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının mü­dafiəsi üzrə komissiyaların de-institusionalizasiyanın həyata keçi­ril­məsində bilavasitə iştirakının təmin edilməsi və bu istiqamətdə fəa­liyyətinin genişləndirilməsi;

19) Proqramın həyata keçirilməsinin təmin edilməsi üçün Ko­or­dinasiya qrupunun yaradılması.



III. Təbliğat və maarifləndirmə ilə əlaqədar:

20) Kütləvi informasiya vasitələri və digər yollarla de-insti­tut­laş­dırma ilə bağlı əhalinin məlumatlandırılması və bu barədə təb­li­ğa­tın aparılması.



IV. Monitorinqin aparılması üzrə tədbirlər:

21) Dövlət uşaq müəssisələrində tərbiyə olunan uşaqların və­ziy­yətinin araşdırılması və monitorinqinin aparılması;

22) Sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat ba­zasının yaradılması və bu kateqoriyadan ailələrə verilmiş uşaq­la­rın vəziyyətinin monitorinqinin aparılması;

23) Ailələrə verilmiş uşaqlara nəzarətin təşkili və onların və­ziy­yətinin dövrü monitorinqinin aparılması.

Proqramın reallaşdırılması nəticəsində dövlət himayəsində olan uşaqların ailə mühitində inkişafı hüquqlarının qorunması və so­sial müdafiəsi, dövlət uşaq müəssisələrində olan uşaqların və belə mü­əs­­sisələrin sayının azalması, uşaq evləri və internat tipli mü­əssi­sə­lərin uşaqlar üçün ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz olun­ması gözlənilən nəticələr kimi müəyyənləşdirilmişdir.

Proqramın icrası istiqamətində atılmış əhəmiyyətli addım­lar­dan biri dövlət uşaq müəssisələrində qiymətləndirmənin keçirilməsi və hər bir müəssisə, onun infrastrukturu, orada yaşayan uşaqlar, mü­əs­­sisələrdə çalışan işçilər barədə hərtərəfli məlumatların yığılması və məlumat bazasının yaradılmasıdır.

Qiymətləndirmənin nəticələrinə əsasən aparılmış təhlillər əsa­sın­da “Dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan” tər­tib olunmuş və hökumət tərəfindən qəbul edilmişdir.

Transformasiyanın həyata keçirilməsi üçün bütün zəruri me­yar­lar şərti olaraq iki qrupa bölünmüşdür:



Əsas meyarlar:

  • Müəssisənin yerləşdiyi ərazi və həmin ərazinin əlverişliliyi;

  • Müəssisənin yerləşdiyi ərazinin infrastrukturu;

  • Göstərilən xidmətlərin keyfiyyəti.

Əlavə meyarlar:

  • Müəssisədəki uşaqların sayı;

  • Yerləşdiyi ərazidən olan uşaqların çoxluq təşkil etməsi;

  • Hər il müəssisəyə qəbul olunan və müəssisəni tərk edən uşaq­­ların sayı;

  • Müəssisənin tipi.

Transformasiya üzrə Baş Planda bütün dövlət uşaq mü­əssi­sə­lə­rinin transformasiya olunması nəzərdə tutulmuşdur. Belə ki, əksər mü­ə­ssisələr rayon mərkəzlərində yerləşir, uşaqlar yaxın ərazilərdə ya­şayır, zəruri xidmətlər müəssisələrə yaxın ərazilərdə yerləşir və mü­əssisələrin infrastrukturu qənaətbəxşdir ki, bu da transformasiya üçün əlverişli zəmin yaradır.

Planda pensiya yaşlı işçilər istisna olmaqla, qalan işçi heyətin ya­radıcılıq alternativ qayğı xidmətlərinin təşkilinə cəlb edilməsi nə­zər­də tutulmuşdur.

Bütün müəssisələr təhsil və sosial yönümlü müəssisələrə qısa (1 il), orta (3 il), uzun (5 il) müddət ərzində transformasiya olun­ma­lı­dır.

De-institutlaşdırma Proqramında uşaqların dövlət uşaq mü­əs­si­sələrinə düşməsinin qarşısını almaq üçün risk qrupuna daxil olan uşaq və ailələrə alternativ xidmətlərin göstərilməsi də nəzərdə tutu­lur. Azərbaycanda alternativ xidmətlərin təşkili sahəsində ilk ad­dım­lar 1997-ci ildə QHT-lərin təşəbbüsü ilə atılmışdır. Son illərdə xü­susi qayğıya ehtiyacı olan və risk qrupuna daxil olan uşaqlar üçün al­ternativ xidmətlərin yaradılmasında bəzi müvəffəqiyyətlər əldə edil­mişdir. Övladlarına sərbəst şəkildə qayğı göstərə bilməyən ailə­lə­rin və onların uşaqlarının rifahının yaxşılaşdırılması istiqamətində atıl­mış əhəmiyyətli addımlardan biri yerlərdə xidmətlərin təşkil olun­masıdır. Bununla əlaqədar üç uşaq və ailəyə dəstək Mərkəzi və iki Günərzi qayğı Mərkəzi yaradılmışdır. Ölkəmizdə bu tip mər­kəz­lərin yaradılması ilk təcrübədir. İndiyədək ölkəmizdə belə mər­kəz­lər fəaliyyət göstərməmişdir.

De-institutlaşdırma və alternativ qayğı üzrə Dövlət Proq­ra­mı­nın həyata keçirilməsində mövcud çətinliklərdən biri Azərbaycanda uşaq müdafiə sisteminin olmamasıdır. BMT tərəfindən qəbul edil­miş “Minilliyin məqsədləri”ndə , eyni zamanda 2007-ci ildə BMT-nin Baş Katibi “Uşaqlara qarşı zorakılığın öyrənilməsinə” həsr edil­miş araşdırmanın nəticələri barədə hesabatında qeyd etmişdir ki, uşaq­lara qarşı baş verən neqativ amillərin aradan qaldırılması, on­la­rın müdafiəsini təmin etmək və hüquqlarını qorumaq məqsədi ilə hər bir ölkə Milli Uşaq Müdafiəsi Sisteminə malik olmalıdır. Bu sis­tem risk qrupuna daxil olan ailələrdəki uşaqların (valideyn hima­yə­sindən məhrum olmuş, dövlət uşaq müəssisələrində tərbiyə alan, qa­nunla ziddiyyətdə olan, hərbi münaqişələrin qurbanı və küçə hə­ya­tına düçar olmuş uşaqlar) hüquqlarının təmin edilməsi, təhsildən ya­yınmış uşaqların təhsilə cəlb edilməsi, valideyn himayəsindən məh­rum olmuş uşaqların qayğı ilə təmin olunması, erkən nikahların qar­şısının alınması, uşaqlara qarşı bütün zorakılıq hallarının, kobud rəf­tarın və digər zərərli təsirlərin profilaktikası, uşaqların təhsili, sağ­lamlığı və müdafiəsi sahəsində fəaliyyət göstərən bütün dövlət və qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti qrumları və me­dianın səylərinin əlaqələndirilməsini özündə ehtiva edir. Bu ba­rədə Azərbaycan müəllimlərinin XIII qurultayında da təkliflər irəli sü­rülmüş və bu məsələ Qurultayın qətnaməsində öz əksini tap­mış­dır.

Uşaq Müdafiə Sistemi qeyd edilən bütün hallardan uşaqları m­ü­dafiə etməklə yanaşı, bu cür hallarla qarşılaşa biləcək uşaqların mü­dafiəsini təmin etməlidir. Uşaq Müdafiə Sistemi ilə əlaqədar mə­sə­lələrin həlli üçün, dünya təcrübəsində olduğu kimi, xüsusi quru­mun yaradılmasına ciddi ehtiyac vardır. Uşaq müdafiə Sistemi bu qu­rumun vasitəsi ilə icma, rayon və milli səviyyədə fəaliyyət gös­tər­məli və uşaqlara qarşı baş verən hər hansı zorakılıq və hüquq po­zun­tu­sunun qarşısını almaq imkanına malik olmalıdır. Həmin Sis­tem uşaqların düşdüyü vəziyyəti, onların sosial durumunu və onlara tə­sir edən problemləri vaxtında müəyyənləşdirməli və bütün prob­lem­lərin kökünü axtarmalıdır. Buna nail olmaq üçün bütün aidiy­yatı olan döv­lət və qeyri-dövlət qurumları arasında əlaqələndirilmiş şə­bə­kə qur­malı, müvafiq təlimlərdən keçmiş mütəxəssislər hazır­lan­malı və qa­nunvericilik bazasına dəyişikliklər edilməlidir.

Uşaqların ehtiyaclarının ödənilməsi, onların yaşadıqları ailə və ya müəssisədə təhlükəsizliyinin təmin edilməsi həm ailənin, həm ic­manın, həm də dövlətin vəzifəsidir. Əgər uşaqlara qayğı göstərən bö­yüklər öz vəzifələrini yerinə yetirmirsə, onları tələb olunan qayğı ilə təmin edə bilmirsə, uşaqlara qarşı zorakılıq tətbiq edir və ya ko­bud rəftar edirlərsə, bu zaman lazımi tədbirlərin görülməsi də Uşaq Mü­dafiə Sisteminin birbaşa müdaxiləsi əsasında həyata keçiril­mə­li­dir. Uşaq Müdafiə sistemi tərəfindən həyata keçiriləcək tədbirlər və tək­lif ediləcək xidmətlər uşağın və onun ailəsinin üzləşdiyi prob­lem­dən, uşağa dəymiş zərərdən və ya onun normal yaşamasına, in­ki­şa­fına, habelə ümumi təhlükəsizliyinə olan riskin həcmindən asılı ola­raq müxtəlif ola bilər. Uşaq və onun ailəsinə təklif ediləcək xid­mət­lər dedikdə, ilk növbədə, davamlı xidmətlər nəzərdə tutulur. Xid­­mətlərin ümumi məqsədi uşağın və onun ailəsinin üzləşdiyi prob­lemlərin və ya mövcud vəziyyətin yaranmasına gətirib çıxarmış amil­lərin aradan qaldırılmasıdır. Eyni zamanda xidmətlərin göstə­ril­mə­si yaranmış vəziyyətin gələcəkdə təkrar olunmamasına yönəldil­mə­lidir.

Uşaq Müdafiə Sistemi ilk növbədə, uşağın məhz ailə mühi­tin­də tam inkişaf edə biləcəyinə əsaslanaraq, uşağın öz ailəsində bö­yü­məsi üçün bütün mümkün tədbirlərin görülməsini nəzərdə tutur. La­kin ailə mühitində uşağın təhlükəsizliyinə və ya onun tam inkişafına zə­manət yoxdursa, onda uşağın ailədən kənarlaşdırılması zərurəti ya­­rana bilər. Bununla əlaqədar Uşaq Müdafiə Sistemində çalışacaq so­sial işçilərin hazırlanması vacib məsələ kimi nəzərdən ke­çi­ril­mə­lidir. Proqram çərçivəsində 2005-ci ildən etibarən Bakı Dövlət Uni­ver­sitetində sosial iş üzrə magistr, 2008-ci ildən isə bakalavr sə­viy­yə­­­sində sosial iş ixtisası üzrə mütəxəssislər hazırlanmaqdadır.



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə