Annual Report 2009 last version



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə14/18
tarix25.03.2018
ölçüsü0,5 Mb.
#33234
1   ...   10   11   12   13   14   15   16   17   18

37 

tənhalara  və  digər  yardıma  ehtiyacı  olan  insanlara  öz  imkanları  daxilində 

humanitar yardın göstərir. 

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  əsas  fəaliyyət  prioritetlərindən 

biri  də  Cəmiyyətin  mümkün  olan  bütün  imkanlarını  və  insanlığın  gücünü 

səfərbər edərək zavallı insanlara tibbi və sosial xidmət göstərməkdir.  

Bu  gün  təkcə  Bakı  şəhərində  3000  nəfərdən  artıq  yardıma  və  tibbi-sosial 

xidmətə  ehtiyacı  olan  ahıl-tənha,  xroniki  xəstə  rayon  bölmələrində 

qeydiyyatdadır. 

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  Prezidenti  Novruz  Aslanovun 

maliyyə dəstəyi və təşəbbüsü ilə Bakı şəhərində yaşayan və qeydiyyatda olan bir 

qrup daha çox yardıma və tibbi-sosial qayğıya ehtiyacı olan zavallıların rifahını 

qismən  də  olsa  yaxşılaşdırmaq  məqsədi  ilə  01  avqust  2008-ci  il  tarixdən 

başlanmış    «Mərhəmət  sorağında  »  adlı  pilot  layihə  2009-cu  ildə  davam 

etdirilmişdir.                                      

Layihənin  həyata  keçirilməsində  əsas  məqsəd  zavallı  insanlara  zəruri 

ərzaq  yardımı  göstərmək,  Katibliyin,  rayon  bölmələrinin  əməkdaşlarının,  tibb 

bacılarının və könüllülərinin gücünü səfərbər edərək tibbi-sosial xidmət sahəsinə 

yönəltməkdir. 

«Mərhəmət  sorağında»  pilot  layihə  hələlik  Bakı  Regional  Mərkəzinin 

strukturuna  daxil  olan  11  rayon  bölməsi  üzrə  layihə  çərçivəsində  rayon  bölmə 

sədrlərinin şəxsi vəsaitləri ilə edilən yardımlar nəzərə alınmaqla ümumilikdə 56 

zavallı insana hər ay zəruri ərzaq və tibbi-sosial xidmət üzrə yardım göstərilir. 

 

Rəhbərlik tərəfindən layihənin həyata keçirilməsi üzrə cavabdeh şəxslərin 



siyahısı təsdiq edilmişdir, icra mexanizmi, humanitar yardımın miqdarı və tibbi-

sosial xidmətin təsnifatı layihədə öz əksini tapmışdır.  

 

Qeyd  edək  ki,  ümumilikdə  layihənin  əvvəlindən  ötən  müddət  ərzində 



(avqust 2008 - dekabr 2009) layihə ilə əhatə olunmuş 918 nəfər zavallı insanlara 

8844  manat məbləğində zəruri ərzaqla yardım edilmiş, təmənnasız olaraq 6 növ 

müxtəlif  tibbi-sosial  xidmətlər  (qan  təzyiqininган  ölçülməsi,  xəstəyə  iynənin 

vurulması,  təmizlik  işlərinin  aparılması,  imkan  olan  dərmanla  kömək  və  s.) 

göstərilmişdir. 

Cəmiyyətin  rəhbərliyi  tərəfindən  bu  humanitar  layihənin  əhatə  dairəsinin 

gələcəkdə genişləndirilməsi nəzərdə tutulur.  

Respublikada  fəaliyyət  göstərən  müxtəlif  xarici,  yerli  humanitar  və  özəl 

təşkilatlarla əməkdaşlıq barədə müxtəlif səviyyədə işlər aparılır.  

Azərbaycan  QAC  ilə  hesabat  ilində  səmərəli  əməkdaşlıq  edən  İran  İslam 

Respublikasının  Qızıl  Aypara  Cəmiyyətinin  Bakı  şəhərində  fəaliyyət  göstərən 

klinikasının,«COUNTERPART» 

Beynəlxalq 

Humanitar 

Təşkilatın 

Azəırbaycandakı  Nümayəndəliyinin  və  s.təşkilatların  işini  xüsusi  qeyd  etmək 

yerinə düşər.     

Bu müddət ərzində İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin 

Bakı  şəhərində  fəaliyyət  göstərən  klinikasında  402  nəfər  aztəminatlı  xəstənin 

təmənnasız  tam  tibbi  müayinə  keçməsi  üçün  köməklik  göstərilmişdir. 

Təmənnasız göstərilmiş tibbi müayinənin dəyəri 22110 manat təşkil etmişdir. 




38 

Cəmiyyətin  daim  diqqətində  olan  zavallı  insanların  iştirakı  ilə  müxtəlif 

xeyriyyə tədbirləri və görüşlər təşkil olunmuşdur.   

Hesabat  dövründə  Azərbaycan  QAC-ın  yerli  bölmələri  tərəfindən 

ümumilikdə 150-ə yaxın belə humanitar-xeyriyyə tədbirləri həyata keçirilmişdir. 

Bu tədbirlərdə  yüzlərlə aztəminatlı zavallı  insan,  valideyn  qayğısından  məhrum 

olmuş  uşaq  iştirak  etmiş,  onlara  müxtəlif  yardımlar  paylanmış,  onlar  üçün 

süfrələr açılmış,  əyləncəli proqramlar təşkil edilmişdir.  

 

                                        



 Nailiyyət:          

2009–cu  ildə    Humanitar  fəaliyyətdə  əvvəlki  illərə  nisbətən  keyfiyyətcə 

irəliləyişə  nali  olunmuşdur.  Hesabat  ilində  tənha  qocalara,  xroniki  xəstələrə, 

aztəminatlı ailələrə və məcburi köçkünlərə 23798 nəfər zavallı insana 305864,13 

manat məbləğində ərzaq, dərman, gigiyenik dəstlər, yataq dəstləri, paltar, məişət 

avadanlıqları,  təmənnasız  tibbi  kartlarla  və  məktəbli  ləvazimatları  və  s.ilə 

yardım göstərilmişdir.                                         

                                                        

  

Bu  yardımlar  müxtəlif  mənbələrdən  daxil  olan  vəsaitlər  hesabına  həyata 



keçirilmişdir:

 

- İanə qutularından, təmənnasız ayrılmış  tibbi   müayinə kartları, şəxsi  vəsait  və 



digər  mənbələrdən  daxil  olan  vəsait  hesabına  1111  nəfərə  28837  mаnаt 

məbləğində; 

- BQX və QA Cəmiyyətləri Federasiyasının və digər daxilolmalar hesabına 1701 

nəfər  təbii  fəlakətdən  zərər  çəkmiş  insanlara,  məcburu  köçkünlərə,  aztəminatlı 

ailələrə və s. 91845,13 manat məbləğində; 

-  QAC  Rayon  Bölmələrinin  üzvlük  haqqı  və  digər  mənbələrdən  daxil  olan 

vəsaitlər  hesabına  20986  nəfər  zavallıya  185182  manat  məbləğində  humanitar 

yardımlar edilmişdir. 



 

Humanitar 

yardımın 

mənbəyi 

Humanitar 

yardımın növü 

Əhalinin   

kateqoriyaları 

Yardım göstərilən 

insanların sayı 

Məbləğ   

(manat) 

Ianə qutuları 

təmənnasız tibbi 

kartlar və şəxsi 

ianələr hesabına 

Ərzaq, paltar, 

müxtəlif humanitar 

tədbirlər və s. 

Tənha qocalar, xroniki 

xəstələr, aztəminatlı ailələr, 

valideyn qayğısından məhrum 

olmuş uşaqlar 



 

 

1111 

 

 



28837 

Beynəlxalq Qızıl 

Xaç və Qızıl 

Aypara 


Cəmiyyətləri 

Federasiyası və 

digər mənbələrdən 

daxil olan vəsaitlər 

və yardımlar 

hesabına 

Məişət 

avadanlıqları, 



müxtəlif mebel, 

yataq dəsləri, 

gigiyenik dəstlər 

və s. 


Fövqəladə hallar zamanı zərər 

çəkmiş insanlar, aztəminatlı 

ailələr və məcburi köçkünlər 

 

1701 

 

91845,13 

QAC Rayon/Şəhər 

Bölmələrinin üzvlük 

Ərzaq, dərman, 

məişət və sanitar 

Tənha qocalar, xroniki 

xəstələr, aztəminatlı ailələr və 

 

20986 

 

185182 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə