Annual Report 2009 last version



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə3/18
tarix25.03.2018
ölçüsü0,5 Mb.
#33234
1   2   3   4   5   6   7   8   9   ...   18

 



2009-cu  ildə  AzQAC  tərəfindən  müxtəlif  fəlakətlərdən  zərər  çəkmiş  414 

nəfərdən  ibarət  ümumilikdə 120 ailəyə 18099,91   manat  məbləğində  humanitar 

yardım göstərilmişdir. 

 



2009-cu  ilin  sentyabrında  Hacıqabul  rayonunda  baş  vermiş  fəlakətlə  əlaqədar 

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının “Fövqəladə 

Hallara  Cavabvermə  Fondu  (DREF)”  tərəfindən  ayrılmış  maliyyə  vəsaiti 

hesabına  daha  1287  nəfərdən  ibarət  300  ailəyə  72848,20  manat    məbləğində 

humanitar yardım göstərilmişdir. 

 

 



 

№  Regional Mərkəz 

Ailə sayı 

Neçə nəfər 

Məbləğ 

Bakı Mərkəzi Anbar 



412 

1650 


90948,11 

Mingəçevir 



21 


332,22 

Lənkəran 



19 


184,12 

Sabirabad 



11 


380,68 

 

Cəmi: 



420 

1701 

91845,13 

 

Problemlər: 

 



Fövqəladə hallara hazırlıq və cavabvermə üzrə milli planın olmaması; 

 



Hələ də xarici donorlardan asılılıq; 

 



Fəaliyyətlər üçün kifayət qədər maliyyə vəsaitinin olmaması; 

 



Telekommunikasiya üzrə mütəxəssisin olmaması; 

 



Nəqliyyat vasitəsinin olmaması 

 

 

SAĞLAMLIQ VƏ QAYĞI  

 

Məqsəd:  

Səhiyyə  maarifi  işi  və  səhiyyə  xidmətləri  vasitəsi  ilə  əhalinin  sağlamlıq 

barəsində biliklərinin artırılması. 



 

Vəzifə 1. 

 İcmaya əsaslanan sağlamlıq  və qayğı 

 

  



AzQAC-nin  “İcmaya  əsaslanan  sağlamlıq”  layihə  çərçivəsində    aparılan 

fəaliyyətlər  “Quş qripi”, “Vərəm” “HİV/AİDS”, “Cinsi yolla keçən xəstəliklər”, 

“İnfeksion  xəstəlikləri”,  “Süd  vəzisi  xərçəngi”,  “Psixi  sağlamlıq”,  “Sağlam 

həyat  tərzi”  “Narkomaniya,  alkoqolizm”  və  s.  kimi  mövzular  haqqında  əhali 

arasında  səhiyyə  maarifi  işinin  təşkili  və  tibbi-sosial  xidmətlərə  yönəldilib.  Bu 



fəaliyyətlər  sayəsində  əhalinin  xəstəliklər  barəsində  maarifləndirilməsi  və 

sağlamlığın yaxşılaşdırılması Bakı, Sumqayıt, Lənkəran, Mingəçevir, Sabirabad, 

Gəncə,  Qarabağ  regional  mərkəzlərində  83  nəfər  təlimatlandırılmış  könüllü 

sağlamlıq işçisi və tibb bacısı tərəfindən  aparılır.   

 

Mövzunun adı 



Cəlb olunanların sayı 

Ailə planlaşdırılması, CİV/AİDS  

300 

Qidalanma  



188 

Şəxsi gigiyena və sanitariyya  

493 

İnfeksion xəstəliklər  



447 

Quş qripi 

448 

Ətraf mühit və sağlamlıq 



831 

Daxili xəstəliklər 

575 

Ümumi 

3275 

      


İl  ərzində  Azərbaycan  respublikası  Səhiyyə  Nazirliyi  İçtimai  Səhiyyə 

İslahatlar  Mərkəzində    “İcmaya  əsaslanan  sağlamlıq”  proqramı  çərçivəsində 

mütəmadi  olaraq  dövlət  və  qeyri  dövlət  təşkilatlar  arası  görüşlər    keçirilmişdir.  

Belə  görüşlər  Azərbaycan əhalisinin sağlamlığı  uğrunda respublikada   fəaliyyət 

göstərən təşkilatların birləşməsinə və əməkdaşlığa  zəmin yaradır. 

 “İcmaya  əsaslanan  sağlamlıq”  layihəsi  çərçivəsində  AzQAC-ti  respublikada   

sağlamlıqla  bağlı  bütün  tədbirlərdə  fəal  iştirak  edir.  Belə  ki,  Bakıda  7  Aprel 

“Ümumdünya  Sağlamlıq  Günü”  “Sağlamlıq  həftəsi”  kimi  keçirilmişdir.  

Bununla  əlaqədar  AzQAC  “SOS  uşaq  kəndləri-Azərbaycan”  Assosiyasiyası  ilə 

birgə bu günün Elitar Gimnaziyanın  şagirdləri ilə birgə keçirmişlər. AzQAC-in 

könüllü  sağlamlıq  işçiləri  tərəfindən  vərəm  haqqında  yazılan  nağılı  həmin 

gimnaziyanın  şagirdləri səhnələndirmişlər. Bu işdə onlara “SOS uşaq kəndləri-

Azərbaycan”  Assosiyasiyasının  təlimatçıları  kömək  etmişdirlər.    Elitar 

Gimnaziyada  7 aprel “Sağlamlıq günü”nə həsr edilmiş tədbirdə  həmin səhnəcik 

nümayiş  olunmuşdur.  Tədbirdən  sonra  dəvət  olan  qonaqlar,  gimnaziyanın 

müəllim-şagird  heyəti  məmun  olunduqlarını  bildirmişdirlər.  Tamaşada  iştirak 

edən  “SOS uşaq kəndləri-Azərbaycan” Assosiyasiyasın könüllülərinə diplom və 

hədiyyə təqdim olunmuşdur.      

May  ayının  26  –  dan  29  –  dək  Gürcüstanın  Tibilisi  şəhərində  “Regional 

əməkdaşlıq Proqramı” çərçivəsində “Fövqəladə  hallar zamanı Psixilojı Dəstək” 

adlı  təlim  təşkil  olunmuşdur.  Təlimdə  Türkiyə,  Şimali  Kipr  Qızıl  Ayları, 

Azərbaycan,  Qırğızıstan,  Özbəkistan,  Qazaxıstan,  Tacikistan,  Türkmənistan 

Qızıl  Aypara  və  Gürcüstan  Qızıl  Xaç  Cəmiyyətlərindən  28  nəfər  nümayəndə 

heyəti  iştirak  etmişdir.  Təlim  fəlakətlərdə  insanlara  psixoloji  və  sosial 

yardımların  təşkili  və  aparılması    sayəsində  təcrübəsi  olan  Türk  Qızıl  Ayının 

psixoloq və mütəxəsisləri tərəfindən təşkil olunmuşdur. 

 Beynəlxalq Qızıl Xac Hərəkatının “Florens Naytingeyl” Medalı hər iki ildən bir 

Hərəkatın  ən  fəal  tibb  bacılarına  təqdim  edilir.  Bu  il  AzQAC-nin  iki  fəal  tibb 

bacısı  Aslanova  Umleyla  və  Qafarova-Əsgərzadə  Gültəkin  Florens  Naytingeyl 



10 

medalına  layiq  görülmüşlər. Medalın  təqdimatı  iyun ayının 12 – də  Beynəlxalq 

Qızıl Xaç Komitəsinin ofisində keçirilmişdir. 

1000 nəfər qadın arasında süd vəzi xərçəngi barədə aparılan sorğular nəticəsində 

onların  80%-i  bu  xəstəlik  haqqında  məlumatının  olmamasını  göstərmişdir. 

Azərbaycanın  bölgələrində  AzQAC  tərəfindən  aparılan  səhiyyə  maarifi  işi  və 

təbliğat  kompaniyalarının  təşkil  olunması  zəruriliyi  nəzərə  alaraq,    ay  ərzində 

AzQAC  Sumqayıtda  fəaliyyət  göstərən  “Ana  və  Uşaq”  İçtimai  Birliyi  ilə  birgə 

Bakı  və  Sumqayıt  şəhərlərində  qaçqın  və  məcburi  köçkünlər  məskünlaşan 

məhəllə  və  yataqxanalarında  yaşayan  qadınlar  üçün  “Süd  vəzisinin  xərçəngi” 

adlı  təlimlər    keçirilmişdir.  250  nəfər  qadın  bu  problemin  qarşısının  alınması, 

özünü  müayinə  etmə  üsulları  barədə  biliklər  əldə  etmişdirlər.  4  nəfər  qadın  isə 

süd  vəzilərində  dəyişiklikləri    qeyd  etmişdir  ki,  onlar  Milli  Onkologiya 

Mərkəzinə   tibbi müayinəyə göndərilmişdir.  

AzQAC-ın  əməkdaşları  Qaradağ  rayonunun  əhalisi  arasında    “H1N1  qripi 

haqqında maarifləndirmə işləri aparmış, informasiya materialları paylamışdırlar. 

Tədbirdə  Qaradağ  Rayon  İcra  başçısının  müavini,  Taun  əleyhinə  mərkəzin 

mütəxəssisi iştirak etmişdirlər. 

 

 AzQAC  –  ın  prezidentinin  şəxsi  təşəbbüsü  ilə  Bakıda  “Mərhəmət 



sorağında” adlı pilot layihəsi davam etməkdədir. Layihənin məqsədi Bakının 11 

rayon  bölməsinin  əməkdaşları  və  fəaliyyət  göstərən  tibb  bacılarının  iştirakı  ilə 

həmin  ərazidə  yaşayan  və  qeydiyyatda  olan  tənha  kimsəsiz  olan  qocalara 

humanitar  yardım  və  tibbi-sosial  xidmətin  göstərilməsidir.  Bu  insanlara  tibbi 

sosial  xidmətlərdən    dərmanların  qəbulu,  təzyiqin  ölçülməsi,  iynələrin 

vurulması, gigiyenik tədbirlər və digər təmizlik işləri aparılır.  

 

2009-cu il dekabr ayının 3-4-də, Budapeşt şəhərində 16 Milli Cəmiyyətin 



Sağlamlıq  və  qayğı  sahəsində  iş  üzrə  menecerlərin  3  Forumu  keçirilmişdir. 

Forumda  iştirak  edən  Ümumdünya  Səhiyyə  Təşkilatının  eksperti  prezentasiya 

edərək, bir daha  Beynəlxalq Qızıl Xaç/Aypara Cəmiyyətləri  Federasiyasının  və 

Avropa Zonasının Milli Cəmiyyətlərinin sağlamlıq və qayğı üzrə məsul şəxslərə 

aparılan  fəaliyyətləri    insanların    sosial  durumlarının  yaxşılaşdırılmasına 

yönəldilməsini,  bu  yolla  onların  sağlamlıqlarının  qorunmasına  nail  olmasını 

vurğulamışdır.  Əlavə  olaraq,  içtimai  sağlamlıqla  yanaşı  sosial  yönümlü 

fəaliyyətlərin  aparılmasını  Milli  Cəmiyyətlərə  tövsiyyə  etmişdir.  Eyni  zamanda 

inkişaf  etmiş  Milli  Cəmiyyətlərin  səhiyyə  sahəsində  bilik  və  bacarıqlarını, 

texniki  dəstək  ilə  təmin  edilməsi  kimi  fəaliyyətlər    şəbəkə  çərçivəsində    daha 

rahat və əlverişli olması forumda qeyd olunmuşdur.  

BQX/QA  Cəmiyyətləri  Federasiyasının  Strategiya-2020-də  səhiyyəyə  ayrılan 

yerdə  onkoloji  xəstəliklər,  şəkərli  diabet,  psixoloji  pozğunluqlar  kimi 

vəziyyətlərin  qarşısının  alınmasında,  sağlam  həyat  tərzinin  təbliğatında  Milli 

Cəmiyyətlər  tərəfindən  aparılan  səhiyyə  maarıfı  işinin  təşkilinin  əhəmiyyətli 

olması  bir  daha  vurğulanmışdır  ki,    gələcəkdə  onlara  bu  işin  gücləndirilməsi 

tövsiyyə olunmuşdur. 

 

 



  

  Vəzifə 2. Azərbaycanda qan donorluğunun inkişafı 

 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə