Annual Report 2009 last version



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix25.03.2018
ölçüsü0,5 Mb.
#33234
1   2   3   4   5   6   7   8   9   ...   18

11 

AzQAC  2009  –  cu  ildə  Norvec  Qızıl  Xaç  Cəmiyyətinin  dəstəyi  ilə  “ 

Azərbaycanda  könüllü,  təmənnasız  qan  donorluğunun  inkişafı”  adlı  proqramını 

davam  etdirmişdir.  Ümumdünya  səhiyyə  təşkilatı  tərəfindən  tövsiyyə  olunan 

könüllü  təmənnasız  qanın  təhlükəsiz  olmasını  nəzərə  alaraq,  respublikada 

mütəmadi  könüllü  təmənnasız  qan  donorlarının  cəlb  edilməsi    layihənin  ali 

məqsədidir. Layihə çərçivəsində 87 nəfər qan donorluğuna aid təlimatlandırılmış 

könüllü  və  Klub  –  25  –  in  üzvləri  tərəfindən  “Sağlam  həyat  tərzi”,  “Sağlam 

mütəmadi  könüllü  qan  donorluğu”  sahəsində  maarifləndirmə  fəaliyyətini 

genişləndirməklə, təbliğat tədbirlərini həyata keçirir.   

 

Mart  ayının  4  və  5-i  Səhiyyə  Nazirliyi,  Qadın,  Uşaq  və  Ailə  problemləri 



üzrə  Dövlət  komitəsi,  Azərbaycan  Hemofeliya  Assosasiyası  ilə  birgə  Bakı 

şəhərində  yerləşən  bir  neçə  poliklinikada  8  Mart  “Qadınlar  günü”nə  həsr 

olunmuş  qan  vermə  aksiyaları  təşkil  etmişdirlər.  Keçirilən  aksiyalarda  polis 

idarələri və tədris ocaqlarının tələbələri də fəal iştirak etmişlər. 

    10 Mart “Azərbaycan Qızıl Aypara günü”nə həsr olunmuş könüllü qan vermə 

aksiyası  mart  ayının  7  –  də  Texniki  Universitetdə  təşkil  olunmuşdur.  Həmişəki 

kimi  AzQAC-nin  könüllü  qan  donorları  olan  AzQAC  –  ın  prezidenti  Novruz 

Aslanov  və  İsrailin  Azərbaycandakı  səfiri  Artur  Lenk  tədbirə  qoşulub,  qan 

vermişlər. Onlar qan verməklə bir neçə insanın həyatını xilas etmiş olmuşlar. Bu 

iki  tanınmış  şəxs  bu  addımı  atmaqla,    bir  daha  könüllü  qan  donorlarının  insan 

həyatını  xilas  etmək  üçün    vəzifənin,  milli  mənsubiyyətin,  dinin  və  s.  kimi 

məqamların əhəmiyyətli olmamasını bir örnək kimi nümayiş etdirmişlər. 

         Hər il olduğu kimi AzQAC-ti 14 iyun “Ümumidünya Qan Donoru Günü” 

nü  qeyd  edir  və  ölkədə  bununla  bağlı  təşkil  olunan  tədbirlərdə  fəal  iştirak 

etmişdir.  Belə  tədbirlərdən  biri  12  iyun  2009-ci  il  tarixdə  AzQAC-in  ofisində  

gənc könüllü  qan donorlar  ilə dəyirmi  masa ətrafında  görüş keçirilmiş,  Bakının 

mərkəzində  14  iyun  “Ümumidünya  Qan  Donoru  Günü”-nə  həsr  olunmuş 

təbliğat kampaniyası keçirilmişdir.   

İl ərzində “Klub – 25”- in üzvləri müxtəlif tədris ocaqlarında -  Pedaqoji 

Universitet,  2  saylı  tibb  məktəbi  və  digər  təşkilatlarda  gənclər  arasında  əyani 

vəsaitlərin  paylanması  ilə  könüllü  təmənnasız  mütəmadi  qan  donorlarını  cəlb 

etmək  məqsədi  ilə  geniş  təbliğat  tədbirləri  keçirmişlər.  Təbliğat  fəaliyyətləri 

nəticəsində  AzQAC  Bakı  Telefon  Rabitə  İstehsal  Birliyi,  Neft  Akademiyası, 

Xəzər və Texniki Universitetləri və digər rayon və bölgələrdə olan təşkilatlarda 

qanvermə  aksiyaları  təşkil  olunmuşdur.  İl  ərzində  Qan  Bankının  verdiyi 

məlumata əsasən AzQAC – ın xətti ilə 3050 nəfər könüllü olaraq qan vermişdir.  

 İyunun 17 – də “Ambassador” mehmanxanasında “14-İyun Ümumdünya Donor 

Günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə AzQAC – ın əməkdaşları, 

Beynəlxalq  Qızıl  Xaç  Komitəsinin,  Talassemiya,  Hemofiliya  və  Qan  Donorları 

Assosiasiyalar,  Neft  Akademiyası,  Xəzər,  Pedaqoji  və  Texniki  Universitetləri, 

“Azərsun  -  Holdinq”,  və  digər  təşkilatların  nümayəndələri  iştirak  etmişlər.  Bu 

tədbirdə AzQAC tərəfindən il ərzində təşkil olunan qan vermə aksiyalarında fəal 

iştirak edən təşkilatlara suvenirlər və təşəkkürnamələr təqdim olunmuşdur.  

İl  ərzində  2253  nəfər  könüllü  təmənnasız    qan  donorluğu,  Sağlam  həyat  tərzi 

mövzuları haqqında maarifləndirilmişdir. 



12 

 

Vəzifə 3. Vərəm  

 

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyəti  Bakı  və    regionlarda  vərəmin 



yayılmasının  qarşısını  almaq  məqsədilə  səhiyyə  maarifi  işini  təşkil  edir.  Bu 

təbliğat  tədbirlərinə  əhali  arasında  orta  və  ali  məktəblərdə  vərəmə  dair 

videofilmlərin  nümayişi  ilə  seminarların  keçirilməsi  sorğuların  aparılması, 

dəyirmi masaların təşkili kimi fəaliyyətlər daxildir. 

2009 – cu ildə AzQAC – ın Beynəlxalq  Qızıl Xaç Komitəsinin dəstəyi ilə 

azadlığa  buraxılan  vərəmli  məhkumların  vərəmə  qarşı  zavallılığını  azaltmaq  və 

eyni  zamanda  onların  vərəm  xəstəliyindən  sağalmasına  nail  olmaq  məqsədilə  

“Azadlığa  buraxılan  vərəmli  məhkumların  davamlı  müalicəsinə  nəzarət”  adlı 

pilot  layihəsini  davam  etdirmişdir.  Proqram  çərçivəsində  Beynəlxalq  Qızıl  Xaç 

Komitəsi  tərəfindən  təlimatlandırılmış  AzQAC  –  ın  tibb  bacıları  Bakının 

Yasamal,  Binəqədi,  Əzizbəyov  rayonlarında  yaşayan  azadlığa  buraxılan 

məhkumlar  vərəm  xəstəliyinə  qarşı  davamlı  DOTS  müalicəsinə  nəzarət 

olunmuşdur.  Tibb  bacıları  yerli  vərəm  dispanserlərində  qeydiyyata  düşməyən 

xəstələrin  tapılmasında  yardımçı  olub  ayrılan  dərmanları  əldə  edib  xəstələrə 

çatdırıb,  dərmanların  qəbuluna  nəzarət  edib,  xəstə  və  onun  ailə  üzvləri  ilə 

səhiyyə maarifi işini təşkil edirdilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

tərəfindən  aparılan  Milli  Vərəm  Proqramının,  Ağ  Ciyər  xəstələri  İnstitutunun 

mütəxəssisləri  ilə  birgə  əməkdaşlıq  sahəsində  mütəmadi  görüşlərdə  tibb 

bacılarının  fəaliyyətində  meydana  çıxan  problemlər  müzakirə  olunub  aradan 

qaldırılmasına  dair  addımlar  müəyyən  edilirdi.  2009  –  cu  il  ərzində  20  nəfər 

xəstə  əhatə  olunmuşdur  ki,  onlardan  14  nəfər  DOTS  müəalicəsini  bitirmişdir. 

Digər xəstələr isə müalicəni davam etdirirlər.          

Hər  il  olduğu  kimi  AzQAC  ölkədə  aparılan  24  Mart  –  “Ümimidünya 

vərəmlə  mübarizə  Günü”  –  nə  həsr  edilmiş  tədbirlərdə  fəal  iştirak  edir.  Bu  il 

Bakıda  Ümimdünya  Səhiyyə  Təşkilatının  Azərbaycandakı  Nümayəndəliyi 

tərəfindən  dəyirmi  masa  təşkil  olunmuşdur.  Tədbirlə  Ümumdünya  Səhiyyə 

Təşkilatının  Beynəlxalq  Vərəm  üzrə  mütəxəssisi  və  ölkədə  vərəmin  müalicəsi 

profilaktikası və bu sayədə aparılan təşkilati məsələlərlə bağlı fəaliyyət göstərən 

hökumət  və  qeyri  hökumət  təşkilatlarının  nümayəndələri  iştirak  etmişlər. 

Dəyirmi masanın məqsədi bir başa vərəmə aidiyyatı olan təşkilatların bu sahədə 

olan  problemlərə  diqqətini  cəlb  etmək  və  onların  aradan  qaldırılmasına  dair 

fəaliyyətləri  genişləndirmək,  bununla  belə  Azərbaycanda  vərəm  xəstəliyinin 

qarşısının alınmasından ibarətdir.        

         Fevralın  23  də  “HİV/AİDS,  Vərəm  və  Malyariya  ilə  mübarizə  Qlobal 

Fond”-u  Azərbaycanda  vərəm  xəstəliyinə  aid  olan  məsələlərlə  bağlı  dəyirəvi 

masa  keçirmişdir.  Həmin  görüşdə  Vərəmlə  mübarizədə    gələcək  əməkdaşlıq 

srtategiyasının istiqaməti seçilmişdir.  

İl  ərzində  Vərəmin  yayılmasına  qarşı  səhiyyə  maarifi  tədbirləri  (təlim, 

icmalarda  görüşlər  və  s.)    təşkil  olunmuşdur.  Belə  tədbirlərdən  biri      “SOS  – 

uşaq  kəndləri  Azərbaycan  Assosiasiyasında”  keçirilən  Vərəmin  profilaktikası” 

adlı  təlimi  qeyd  etmək  olar.  AzQAC-in  könüllü  sağlamlıq  işçiləri  tərəfindən 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə