Annual Report 2009 last version



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix25.03.2018
ölçüsü0,5 Mb.
#33234
1   2   3   4   5   6   7   8   9   ...   18

13 

Bakının  bəzi    rayonlarında  məktəb  və  yataqxanalarda  vərəmin  yayılması  və 

onunla  mübarizə  haqqında  əhali  ilə  söhbətlər  aparılmış,  təbliğat  vəsaitləri 

paylanılmışdır.    Belə  ki,  il  ərzində  845  nəfər  insan    vərəm  haqqında 

maarifləndirilmişdir.       

 

 

Vəzifə 4. İcmaya əsaslanan İlk yardım

 

 İl ərzində “İcmaya əsaslanan İlk yardım” proqramı çərçivəsində 32 nəfər 



ilk  yardım  üzrə  təlimatlandırılmış  könüllü  (10  nəfər  Bakı,  5  nəfər  Füzuli, 

Ağdam,  10  nəfər  Zaqatala  və  Ucardan  yeni  ilk  yardım  dəstəsinin  üzvü,  7  nəfər 

isə  RM-də  ötən  illərdə  təlimatlandırılmış  könüllülərdir).  Bakı,  Sabirabad, 

Mingəçevir, Lənkəran, Gəncə, Sumqayıt RM və Bakı, Ağdam, Füzuli, Zaqatala, 

Ucar  RB-dən  1028  nəfər  əhali  arasında  ilk  yardım  vərdişləri  haqqında  təbliğat 

işləri aparmışdırlar.       

 

İl  ərzində  İlk  Yardım  dəstələri  ilə  mütəmadi  görüşlər,  praktiki  məşğələlər 



keçirildi.  “Ümumdünya  Mülki  Müdafiə  Günü”nə  həsr  olunmuş  2009  –  cu  il 

fevral  ayının  27  –  si  tarixində  Fövqəladə  Hallar  Nazirliyi  ilə  birgə  AzQAC 

tərəfindən  keçirilən  tədbirdə  60  saylı  məktəbdə  130  şagird  və  müəllim  heyəti 

üçün ilk yardım vərdişləri nümayış olunmuşdur.                      

          Dənizkənarı Bulvar İdarəsinin “Kommunal Xidməti və Abadlaşdırma müəssisəsi 

“ MMC – nin  mühafizəçiləri və Bakı Dəniz Vağzalı işçiləri, BQXK –nın Bərdə 

ofisinin əməkdaşları üçün ilk yardım təlimi keçirilmişdir. Təlimdə cəmi 56 nəfər 

iştirak etmişdir. İştirakçılara avropa sertifikatları təqdim olunmuşdur. 

AzQAC –da təcrübədə olan Slavyan və Qərb Universitetlərin tələbələri üçün ilk 

yardım  təlimləri  keçirilmişdir.  Təlimlərdə  18  nəfər  iştirak  etmişdir.  Qaradağ 

rayonunda  15  könüllüyə  ilk  yardım  vərdişləri  öyrədilmişdir.  İzrailin  Maqen 

David  Adom  Milli  Təşkilatı  AzQAC  –  ın  əməkdaşları  üçün  ilk  yardım  təlimi 

keçirilmişdir.  Təlimdən    sonra  iştirakçılara  sertifikat  verilmişdir  və  ilk  yardım 

çantaları  hədiyyə  edilmişdir.  Hər  il  olduğu  kimi  Beynəlxalq  Qızıl  Xaç/Qızıl 

Aypara Cəmiyyətləri Federasiyasının “Ümumdünya İlk yardım Günü” AzQAC -  

tərəfindən qeyd olunur.  

“Ümumdünya  ilk  yardım  günü”nə  həsr  edilmiş  kampaniya  Bakı,  Sabirabad,

 

 



Mingəçevir  və  digər  RM-  da  keçirilmişdir.  Belə  ki,  Bakıda  AzQAC  –  ın  Qızıl 

Aypara  Cəmiyyətinin  könüllü  ilk  yardım  dəstələrinin  üzvləri  Uşaq  cəza  çəkmə 

müəssisəsində tədbir kecirmişdir. Həmin tədbir müsabiqə şəkilində 3 komanda - 

“Uşaqdan uşağa sülh şəbəkəsi”, “SOS Uşaq Kəndləri Azərbaycan” və Uşaq cəza 

çəkmə müəssisəsi arasında keçirilmişdir. İlk yardım vərdişlərini nümayiş edərək 

işrirakçılar verilən sualları cavablandırmışlar.  

Quba Rayon Bölməsində iki nəfər ilk yardım təlimçisi  üçün təlim keçirilmişdir. 

Təlimçilərə Avropa Sertifikatları təqdim olunmuşdur.

  

Azərbaycan  Dövlət  Pedaqoji  Universitetində  53  nəfərə  ilk  yardım  təlimi 



keçirilmiş və ilk yardım vərdişləri nümayiş olunmuşdur. 

“SOS  Uşaq  Kəndləri  Azərbaycan”  təşkilatının  6  əməkdaşına  ilk  yardım  təlimi 

keçirilmişdir. Təlimdən sonra iştirakçılara ilk yardım sertifikatları verilmişdir. 



14 

 

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən aparılan “İnsan qripi 

pandemiyasına humanitar hazırlıq təşəbbüsü” layihəsi  

 

Mövsümi inflüensa (qrip) epidemiyası və bununla

 əlaqədar qrip hallarının 

və  ölüm  faizinin  yüksək olması,  xüsusilə  də  yüksək riskli qruplar arasında qrip 

halları  və ölüm  faizinin  yüksək olması - bütün bunlar  ictimai səhiyyənin böyük 

problemlərindən biridir. Dünya Səhiyyə Təşkilatı ilə fəal əməkdaşlıq edən  milli 

ekspertlərin  məqsədi  inflüensa  üzərində  beynəlxalq  nəzarəti  yaxşılaşdırmaq  və  

gücləndirmək,  habelə  ölkəni  mümkün  olan  inflüensa  pandemiyasına 

hazırlamaqdır. Odur ki, güclü ictimai səhiyyə sisteminin və işlənilib hazırlanmış 

pandemiyaya hazırlıq planının olması vacibdir. Bu cür plan artıq Azərbaycanda 

mövcuddur və o, Səhiyyə Nazirliyi tərəfindən aşağıdakı təşkilatlarla əməkdaşlıq 

şəraitində  işlənilib  hazırlanmışdır:    Dünya  Səhiyyə  Təşkilatı,  İctimai  Səhiyyə 

İslahatları    Mərkəzi,  Dünya  Bankının  Asiya  İnflüensa  və  İnsan  Hazırlığı 

Layihəsi  üzrə  işləyən  Kənd  Təsərrüfatı  Kreditlərinə  dair  Dövlət  Agentliyi  və 

Birləşmiş Millətlər Agentliyi.

  

 Pandemiyaya qarşı  mübarizə işində lazımı potensialı artırmaq və hazırlıq 



səviyyəsini  yüksəltmək  üçün  Beynəlxalq  İnkişaf  üzrə  ABŞ  Agentliyi  (USAİD) 

dəstəyi  ilə  Beynəlxalq  Qızıl  Xaç/Qızıl  Aypara  Cəmiyyətləri  Federasiyası 

Azərbaycanda  «İnsan  qripi  pandemiyaya  qarşı  humanitar  hazırlıq»  layihəsinin 

həyata  keçirilməsi  barədə  Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinə  müraciət 

еtmişdir.  Bu müraciətə əsasən Azərbaycan Qızıl Aypara Cəmiyyəti «İncan qripi 

pandemiyaya  qarşı  humanitar  hazırlıq    təşəbbüsü»adlı    layihəsini  hazırlayıb  və 

2009-cu il avqust ayından  həyata keçirir. Layihə ilə bağlı Azərbaycanda həmin 

layihənin  icra  prosesini    giymətləndirmək  məqsədi  ilə  BQX/QA  CF-nın 

beynəlxalq ekspertləri Bakiya səfər etmişdi. 

 Layihənin  ali  məqsədi  respublikanın  region  və  rayonlarında  icmaların 

pandemiyaya qarşı  hazırlıq (texniki  və  insan  resursları  baxımından) səviyyəsini 

yüksəltməklə Azərbaycan Hökumətinə insan qripi pandemiyasına hazır olmaqla 

dəstək  vermək  və  icma  yönümündə  lazımı    ölcülər  götürməkdir.  Bununla  bağlı 

2009-cu il avqust-dekabr ayları ərzində  müəyyən olunmuş vəzifələrin bir hissəsi 

icra edilmişdir. 

 Belə ki, AzQAC-nin 6 Region Mərkəzlərinin (Bakı, Sumqayıt, Sabirabad, 

Gəncə,  Mingəçevir  və  Lənkəran),  19  Rayon  Bölməsində  layihənin  icrası  

başlamışdır.  Layihəyə  cəlb  olunan  region/rayonlarda  yerli  dövlət  və  GHT-lərin 

nümayəndəlinlərdən  ibarət olan  işçi qruplar yaradılmışdır. Hər rayonda 5  icma 

seçilmişdir  ki,  orada  həmin  icmanın  pandemiyaya  hazır  olmasına  dair  planın 

hazırlanması  prosesi  həyata  keçiriləcəkdir.  Bununla  yanaşı  icma  əhalisinin 

maarifləndirilməsi  (sorğuların  aparılması,  vərəqələr  və  plakatların  paylanması, 

təbliğat  tədbirlərin  təçkili)  aparılan  fəaliyyətlərin  vacib  hissəsidir.  7000    nəfər 

icma  əhalisi  arasında  aparılan  sorğular  insanların  pandemiyaya  hazır 

olmamasını,  onların  bu  sahədə  biliklərinin  və  imkanlarının  kifayyət  qədər  az 

olmasını  göstərmişdir. 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə