Annual Report 2009 last version



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix25.03.2018
ölçüsü0,5 Mb.
#33234
1   2   3   4   5   6   7   8   9   ...   18

15 

Layihə çərçivəsində AzQAC-nin Baş Qərargahının işçi heyəti (12 nəfər), Region 

Mərkəzlər/Rayon Bölmələrinin əməkdaşları (19 nəfər) və könüllüləri (112 nəfər) 

BQX/QAC  Federasiyası  tərəfindən  göndərilən  təlim  materiallarını  istifadə 

edərək, mütəmadi olaraq təlimatlandırılmışdır.  

AzQAC-ti  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi,    ÜST-nın  və 

USAİD-in  Azərbaycandakı  nümayəndəlikləri  ilə  layihə  ilə  bağlı  əməkdaşlıq 

edərək mütəmadi görüşlər keçirilmişdir.  

Əhali  arasında  paylanması  nəzərdə  tutulan  müxtəlif  növ  vərəqələr  və 

plakatlar    hazırlanmışdır.  Avqust-dekabr  aylarında  7000  insan  arasında  sorğu 

keçirilmiş, H1N1 qripi haqqında maarifləndirilmişdir. 

Layihə 2010-cu  ilin  iyul ayına qədər davam olunacaq və  həyata keçirilən 

zaman  seçilmiş  test  ərazilərində  bazis  analizi  və  kartoqrafiya  (xaritə  çəkmə) 

işinin  aparılacağı,  daxili  və  kənar  şəbəkələnmənin  işlənilib  hazırlanması  və 

hədəf  dairəsinə götürülmüş ərazilərdə milli, rayon və icma səviyyəli tərəfdaşlar 

arasında funksional koordinasiyanın təmin edilməsi gözlənilir.

 

 

  Nailiyyətlər: 



 

83 nəfər təlimatlandırılmış könüllü sağlamlıq işçisi və tibb bacısı əhali arasında 

quş qripi, HİV/AİDS, vərəm, süd vəzi xərçəngi, düzgün qidalanma, H1N1 qripi, 

infeksion  xəstəliklər  haqqında  maarifləndirmə  işlərinin  fəaliyyətlərini  davam 

edərək  10275  nəfər  insan  sağlamlığı  ilə  bağlı  biliklərini  artırmışdır. 

Onlardan 60%-i qaçqın və məcburi köçkünlər təşkil edir.  

 



12 nəfər qadında süd vəzisində dəyişiklər müəyyən olunmüşdur 

 



87 nəfər qan donorluğuna dair təlimatlandırılmış könüllü və Klub-25-in üzvlləri 

tərəfindən 2253 nəfər insan qan donorluğu haqqında maarifləndirilmişdir. 

 

3050  nəfər könüllü təmənnasız qan donoru olmuşdur. 



 

25  nəfərdən  ibarət  (Bakı  -  10  nəfər,  Ağdam,  Füzuli  -  5  nəfər,  Zaqatala  -  5 



nəfər, Ucar - 5 nəfər) İlk Yardım dəstələri yaradılmışdır.  

 



932 nəfər İlk Yardım vərdişlərinə dair maarifləndirilmişdir.  

 



2 İlk Yardıma aid geniş kompaniya təşkil olunmuşdur. 

 



20  nəfər  azadlığa  buraxılan  vərəmli  məhkumdan  14  nəfər  DOTS 

müalicəsini bitirmişdir, 6 nəfər isə müalicəsini davam etdirir.       

 

   Çətinliklər, Problemlər: 


16 

Beynəlxalq 

Qızıl 

Xaç/Aypara 



Cəmiyyətləri 

Federatsiyası, 

donor 

cəmiyyətləri tərəfindən maaliyyə dəstəyinin  mütəmadi olmaması və eyni zamanda 



bir müddət dayandırılması “İcmada sağlamlıq” proqramının həyata keçirilməsində 

bir  çox  çətinliklər  və  aşağıda  göstərilən  problemlərin  meydana  çıxmasına  cəlb 

olunmuşdur. Beləki, sağlamlıq  işçiləri  və tibb bacıları  üçün təlimlərin  keçirilməsi, 

vərəmli  xəstələrə  psixoloq  mütəxəssis  tərəfindən  məsləhətin  verilməsi,  əhali 

arasında  sağlamlıqla  bağlı  maarifləndirmə  tədbirlərin  geniş  şəkildə  aparılması 

qanvermə  aksiyaların  təşkili,  əyani  vasitələrin  çapı,  könüllü  sağlamlıq  işçilərin 

həvəsləndirilməsi  monitorinq  aparılması  və  s.  kimi  problemlər  proqram 

göstərişlərini (əvvəlki illərlə müqayisədə) aşağı olmasına təsir etmişdir.     

 

HİV və AİDS 

 

Məsqəd:  

 

 

Yaşa  uyğun  HİV/AİDS-lə  bağlı  bilikləri  təmin  etmək,  gənclərə  zəkalı  qərar 

qəbul  etməsində  kömək,  HİV/AİDS  xəstəliyin  qarşısını  almaq  üçün  sağlamlıqla  bağlı 

davranışları inkişaf etdirmək. 

 

Fəaliyyət:  

 

 

2009-cu il ərzində HİV və AİDS proqramı çərçivəsində 125 nəfər həmyaşıddan-

həmyaşıda  treynerlər  hazırlanıb.  Həmin  treynerlər  Gəncə,  Sabirabad,  Lənkəran  və 

Mingəçevir  Regional  Mərkəzlərində  çalışan  fəal  könüllülərdən  ibarətdir.  İl  ərzində 

35364  nəfər  insan  HİV  və  AİDS  sahəsində  maariflənmiş  və  infeksiyadan  qorunma 

yolları  haqda  biliklərə  yiyələnmişdir.  Həmçinin  il  ərzində  60  nəfər  treyner  üçün 

biliklərinin  yenilənməsi  məqsədilə  2  treyning  keçirilmişdir.  Eyni  zamanda  2009-cu  il 

Qırğızıstanın paytaxtı Bişkek şəhərində HİV-AİDS və Vərəmə qarşı mübarizə Avropa 

Regional Şəbəkəsinin ənənəvi 13-cü görüşü həyata keçirilmişdir. Həmin görüşdə Milli 

Cəmiyyətimizdən 3 nümayəndə iştirak etmişdir.  

 

 

Ümumiyyətlə keçirilən treyning və sessiyalarda HİV/AİDS xəstəliyinin tarixi və 



dünyada  qlobal  yayılması  haqda  statistik  məlumaylar  verilmiş,  HİV  və  AİDS-in  nə 

olması barədə terminlər  və təriflərdən söhbət aparılmışdır. Daha sonra  immun sistemi 

haqqında  ümumi  anlayış,  HİV  infeksiyasının  əlamətləri,  AİDS  xəstəliyinin  aşkar 

edilməsi,  kimlər  yoluxa  bilər,  ötürülmə  yolları  və  ötürülmənin  qarşısının  alınması, 

HİV-in  insan  orqanizminə  təsiri  haqqında  geniş  məlumat  verilmişdir.  Azərbaycan 

Qızıl  Aypara  Cəmiyyəti  tərəfindən  lentə  alınmış  “Özünü  qoru”  videoklipi  nümayiş 

etdirilmiş,  daha  sonra  treyninq  iştirakçıları  qruplara  bölünmüş,  interaktiv  oyunlar  və 



17 

onların müzakirəsi başlanılmışdır. İştirakçılar bu xəstəliyə yoluxma və ondan qorunma 

yollarını  öz  rəsm  əsərlərində  nümayiş  etdirmiş  və  hər  bir  rəsmin  prezentasiyası 

keçirilmişdir.  Həmçinin  AİDS-lə  mübarizə  günü  və  qırmızı  lent  mövzusunda 

danışılmış,  HİV  test  və  HİV/AİDS  zamanı  ilk  yardım  mövzusunda  müzakirələr 

keçirilmişdir.  HİV/AİDS  xəstəliyi  ilə  yaşayan  insanlar  və  bu  insanlara  qarşı 

diskriminasiyanın  azaldılması  haqqında  danışılmış,  müxtəlif  sorğular  və  oyunlar 

keçirilmişdir.  Treyninqdə  Azərbaycanda  epidemiya  ilə  bağlı  yaranmış  vəziyyətdən, 

yoluxmuş  insanların  rəsmi  və                  qeyri-rəsmi  statistik  məlumatlar  barəsində, 

treynerlərdən asılı olan fəaliyyətlər sahəsində müzakirələr aparılmışdır.  

 

 

Kampaniyaların proqramı: 



 

 

Əvvəl 2 saatlıq HİV/AİDS haqqında informasiya xarakterli maarifləndirmə işləri 

aparılmışdır. Keçirilən kampaniyalara region kampaniyaları olmuşdur. Bütün Regional 

Mərkəzlərdə  regiona  daxil  olan  rayon  bölmələrindən  könüllülər  iştirak  etmişdir.  Hər 

regionda  kampaniyalar  könüllülərin  yürüş  ilə  başlamış,  daha  sonra  isə  əvvəlcədən 

təyin  olunmuş  ərazilərdə  “Gənclər  AİDS-in  əleyhinədir”  adlı  bukletlərin  və  tibbi 

qoruyucu  vasitələrin  paylanılması  ilə  davam  etdirilmişdir.  Tədbirin  davamında 

mövzuya  aid  rəsm  müsabiqəsi  və  viktorinalar  keçirilmişdir.  Müsabiqədən  sonra  rəsm 

əsərlərinin  sərgisi  keçirilmişdir.  Rəsm  müsabiqəsi  və  viktorina  qalibləri  AzQAC 

tərəfindən  kiçik  hədiyyələr  ilə  mükafatlandırılmışlar.  Kampaniyaların  iş  planlarına 

uyğun  olaraq  AzQAC  tərəfindən  lentə  alınmış  “Özünü  qoru”  adlı  AİDS  videoroliki 

nümayiş  etdirilmişdir.  Bütün  gün  ərzində  davam  etmiş  kampaniya  geniş  konsert 

proqramı və diskoteka ilə yekunlaşmışdır. Respublika ərazisində fəaliyyət göstərən bir 

çox QHT-in əməkdaşları aksiyada iştirak etmişlər.  

 

 

 



 

Nailiyyətlər: 

 

 

İl ərzində proqram çərçivəsində 125 treyner hazırlanıb. 

 

Kampaniyalarda ümumilikdə 4000-dən artıq insan iştirak etmişdir. 



 

Sessiyalarda il ərzində 35364 nəfər maarifləndirilmişdir.  

 



Ай 



Маарифлянлярин

 сайы  


(Няфяр)

 

Киши 



 

Гадын 


 

1. 


Йанвар

 

1440 



730 

710 


2. 

Феврал


 

2100 


1060 

1040 


3. 

Март


 

2656 


1411 

1245 


4. 

Апрел


 

2565 


1348 

1217 


5. 

Май


 

3310 


1690 

1620 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə