Annual Report 2009 last version



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix25.03.2018
ölçüsü0,5 Mb.
#33234
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

21 

Fəaliyyət  planına  uygun  olaraq  regionlarda  fəaliyyət  göstərən  yayım  könüllüləri 

tərəfindən  ətraf  rayonlara  səfər  edilmişdir.  Səfərin  məqsədi  rayonlarda  və 

kəndlərdə 

yaşayan 

insanlara 

BQX/QAH-ın 

tarixi 


və  komponentləri, 

fəaliyyətləri,  fundamental  prinsipləri,  BHH-nin  əsasları  haqqında  məlumat 

verməkdən  ibarət  olmuşdur.  Həmçinin,  səfər  zamanı  insanlara  2009-cu  ilin 

Hərəkat üçün əlamətdar il olması, yəni BQX/QAH-nın 150, BQX/QACF-nın 90, 

Cenevrə  Konvensiyalarının  qəbul  edilməsinin  60,  AzQAC-ın  89-cu  il  dönümü 

barəsində də informasiya verilmişdir. Səfər zamanı 420 nəfər maariflənmişdir. 

 

8  may  2001-ci  il  tarixdə  qəbul  edilmiş  “Qızıl  Xaç  və  Qızıl  Aypara 



emblemlərindən  istifadə  və  onların  müdafiəsi  haqqında”  №  128-II  Q  saylı 

Azərbaycan  Respublikasının  Qanununa  və  buna  müvafiq  olaraq  1949-cu  il  12 

avqust  tarixli  Cenevrə  Konvensiyaları  və  onlara  əlavə  edilmiş  müvafiq 

protokollara  uygun  olaraq  Qızıl  Xaç  və  Qızıl  Aypara  emblemlərindən  düzgün 

istifadə  və  onların  müdafiəsi  ilə  bağlı  kampaniyalar  keçirilmişdir.  “Dental 

House”  özəl  klinikası  qanunsuz  olaraq  öz  reklam  lövhəsində  və  nəqliyyat 

vasitələrində “Qızıl Xaç” emblemindən qanunsuz istifadə etmişdir. Qızıl Xaç və 

Qızıl  Aypara  emblemlərindən  istifadə  və  onların  müdafiəsi  haqqında  mövcud 

qanunvericiliyə  uyğun  olaraq  məhkəmə  qaydasında  klinika  tərəfindən  “Qızıl 

Xaç” emblemindən sui-istifadənin qarşısı alınmışdır. 

KİV-də  BQX/QAH-ın  tərkib  hissələrinin  adlarında  “Qızıl”  sözünün 

“Qırmızı”  kimi  işlədilməsinin  qarşısının  alınması  məqsədilə,  Azərbaycan 

Respublikasının  müvafiq  Qanununa  uyğun  olaraq  “Qırmızı  Xaç  və  Qırmızı 

Aypara”  sözləri  “Qızıl  Xaç  və  Qızıl  Aypara”  sözləri  ilə  əvəz  edilməsi  barədə 

informasiya agentliklərinə məlumat xarakterli məktublar  ünvanlanmışdır.  

 

“8  may  Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara  Hərəkatının  yaranması” 



günü  ilə  əlaqədar  Pirşağı  qəsəbəsi  10  saylı  internatdakı  60  nəfər  rəsmə  meyilli 

uşağa  və  Bakı  şəhəri  82  və  132  saylı  orta  məktəbdə  inşa  müsabiqəsində  iştirak 

edən 58  məktəbliyə BQX/QAH-nın tarixi, tərkib hissələri və onun fəaliyyətləri, 

həmçinin  AzQAC  haqqında  ətraflı  məlumat  verilmişdir.  10  mart  AzQAC  günü 

ilə əlaqədar Texniki Universitetdə təşkil edilən Qan vermə aksiyasında 320 ədəd 

əyani vəsait paylanmışdır.   

   

Mütəmadi olaraq hər ay yeni qeydiyyatdan keçmiş Cəmiyyətin könüllülərinə və 



üzvlərinə,  yeni  işçilərə  BQX/QAH  onun  tərkib  hissələri  və  fundamental 

prinsipləri  və  BHH-nin  əsaları  haqqında  təlimlər  keçirilmişdir.  Təlim 

nəticəsində  34  nəfər  maariflənmişdir.  Həmçinin  AzQAC-da  istehsalat  təcrübəsi 

keçən Dövlət Slavyan Universitetinin 20, Qərb Universitetinin 6 tələbəsinə təlim 

keçirilmişdir.  

 

Ətraflı  Məlumatların  Toplanması  proqramı  ilə  haqqında  baza  məlumatlar 



təqdimata  daxil  edilərək  həm  regionlarda,  həm  də  Bakı  şəhərində  yayım  işləri 

həyata  keçirilmişdir.  Yayım  sektorunun  işçiləri  ƏMT  proqramı  ilə  bağlı 

keçirilən gorüşlərdə iştirak etmişlər.  



22 

Təsisçisi  AzQAC  olan  “Yeni  Təfəkkür”  qəzetində  Cəmiyyətin  həyata  keçirdiyi 

tədbirlər və fəaliyyətlər barədə 75 məqalə nəşr edilmişdir. Qəzetin Azərbaycanın 

müxtəlif regionlarından 500 abunəçisi vardır. 

 

          Nəaliyyət 

 



2009-cu  il  ərzində  Regionlarda  fəaliyyət  göstərən  14  yayım  könüllüsü 

BQX/QAH və BHH-nin əsasları, AzQAC-ın humanitar fəaliyyəti  haqqında son 

məlumatlar əldə etmiş, yayım siyasəti və onun icra mexanizmi, həmçinin, yayım 

könüllülərinin  yenilənmiş  təlimat  kitabı  və  onun  istifadə  qaydaları  ilə  tanış 

olmuşdur.     

 

 



BQX/QAH onun tərkib hissələri və fundamental prinsipləri və BHH-nin əsaları 

haqqında  maariflənənlərin  sayı  cəmi  1153  nəfər  təşkil  etmişdir.  (Təlimlər 

zamanı  Bakı şəhəri  üzrə 130  nəfər, regionlar üzrə 449  nəfər, kampaniya, tədbir 

üzrə 583 nəfər.) 

 



 



1 özəl tibbi klinikada “Qızıl Xaç” emblemindən sui-istifadənin qarşısı                        

           alınmışdır. 

 



 



“Yeni Təfəkkür” qəzetinin 500 abunəçisi AzQAC-ın tədbir və fəaliyyətləri                                      

            ilə bağlı 75 məqalə ilə tanış olmuşlar. 

 

 

BEYNƏLXALQ ƏLAQƏLƏR 

 

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 2009-cu ildə də beynəlxalq əlaqələri inkişaf 

etdirməklə  bir  çox  nailiyyətlər  əldə  etmişdir.  Ötən  il  ərzində  cəmiyyətin 

əməkdaşları çoxsaylı beynəlxalq görüşlərdə, seminarlarda və konfranslarda iştirak 

edərək  cəmiyyəti  və  Azərbaycan  Respublikasını  yüksək  səviyyədə  təmsil 

etmişlər. 

 

2009-cu  il  iyun  ayının  30-da  Özbəkistan  Qızıl  Aypara  Cəmiyyəti  haqqında 



müvafiq Qanunun  qəbul edilməsi  ilə əlaqədar konfrans keçirilmişdir. Özbəkistan 

Qızıl  Aypara  Cəmiyyəti  və  Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara  Cəmiyyətləri 

Federasiyasının  dəvəti  ilə  Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  prezidenti, 

Milli Məclisin deputatı cənab Novruz Aslanov və cəmiyyətin İcraçı Katibi Bəylər 

Talıbov Özbəkistanın paytaxtı Daşkənd şəhərinə rəsmi səfər etmişlər. Konfransda 

qətnamə  qəbul  edilərək  işçi  təşəbbüs  qrupu  yaradılmış  AzQAC  haqqında  qəbul 

edilmiş  Qanunun  tətbiqi  ilə  bağlı  təcrübəni  bölüşdüyünə  görə  Özbəkistan  Qızıl 

Aypara Cəmiyyəti tərəfindən şəxsən AzQAC-ın prezidentinə xüsusi minnətdarlıq 

bildirilmişdir. 

 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə