Annual Report 2009 last version



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix25.03.2018
ölçüsü0,5 Mb.
#33234
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

23 

2009-cu  il  yanvar  ayının  26-dan  30-dək  Kambodjanın  Siem  Reap  şəhərində 

Beynəlxalq  Qızıl  Xaç  /  Qızıl  Aypara  Hərəkatının  (Hərəkat)  "Mina/Partlamamış 

Hərbi  Sürsatlara  (PHS)  Qarşı  Mübarizə"  üzrə  növbəti  beynəlxalq  görüşü 

keçirilmişdir.  AzQAC-ı  "Mina/PHS-lərə  Qarşı  Mübarizə"  proqramının  rəhbəri 

Bayram Vəliyev təmsil etmişdir. 

 

2009-cu  il  aprel  ayının  01-dən  02-dək  Ukraynanın  paytaxtı  Kiyev  şəhərində 



Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara  Hərəkatının  HİV  və  AİDS-lə  mübirizəyə 

qarşı  Qlobal  Alyansının  Konfransı  keçirilmişdir.  Görüş  Ukrayna  Qızıl  Xaç 

Cəmiyyəti  və  Beynəlxalq Qızıl Xaç / Qızıl Aypara Cəmiyyətləri  Federasiyasının 

Avropa  Zonası  tərəfindən  təşkil  olunmuşdu.  Görüşdə  AzQAC-ı  İcraçı  Katib 

Bəylər Talıbov və müavini Şaban Şayev təmsil etmişlər. 

 

2009-cu il aprel ayının 29-dan 30-dək İsveçrənin Cenevrə şəhərində 



Beynəlxalq 

Qızıl  Xaç/Qızıl  Aypara  Cəmiyyətləri  Federasiyasının  Seçki  komotəsinin  ikinci 

iclası keçirilmişdir. İclasda seçki komitəsinin sədri Simalı Amerika qitəsini təmsil 

edən  xanım  Karol  Pauel  (Yamayka),  Seçki  Komitəsinin  üzvü  Avropa  qitəsini 

təmsil  edən  Şaban  Şayev  (Azərbaycan),  Beynəlxalq  Qızıl  Xaç/Qızıl  Aypara 

Cəmiyyətləri  Federasiyasının  məsul  aməkdaşı  Frank  Moxerhauer,  xanım  Eliz 

Bodo və xanım Korin Orlik iştirak etmişlər. 

 

 



2009-cu  il  may  ayının  7-də  Fransanın  Paris  şəhərində  Fransa  Qızıl  Xaç 

Cəmiyyətinin  dəstəyi  ilə  İnsan  Pandemiyasına  Hazırlıq"  layihəsi  çərçivəsində 

Beynəlxalq 

Qızıl 


Xaç/Qızıl 

Aypara 


Cəmiyyətləri 

Federasiyası 

Milli 

Cəmiyyətlərinin  Baş  Katiblərini  bir  araya  toplayaraq  görüş  təşkil  etmişdir. 



Görüşdə  ÜST,  USAİD,  İNTER  ACTİON,  CORE  QROUP  kimi  təşkilatların 

Beynəlxalq  ekspertləri  iştirak  etmişlər.  Azn  Qızıl  Aypara  Cəmiyyətinin  İcracı 

Katibi  Bəylər  Talıbov,  İcracı  Katibin  müavini  Şaban  Şayev  və "Pandemiyaya 

hazırlıq"  lahiyəsinin koordinatoru Mətanət Qaraxanova da  həmin  qörüşdə  iştirak 

etmişdirlər. 

 

2009-cu  ilin  iyul  ayının  13-dən  27-nə  kimi  Avstriyanın  Langenlois  qəsəbəsində 



Avstriya  Qızıl  Xaç  Cəmiyyətinin  dəstəyi  ilə  “Təhsil  və  dostluq”  mövzusunda   

yay düşərgəsi təşkil edilmişdir. AzQAC-ı bu görüşdə cəmiyyətin könüllüsü Rauf 

Əliyev və Kamran Talıbov  təmsil etmişlər.  

 

2009-cu  il  iyul  ayının  13-də  Türk  Qızıl  Ayı  tərəfindən    Bursa  şəhərində 



Beynəlxalq  yay  düşərgəsi  keçirilmişdir.  Yay  düşərgəsində  dünyanın  müxtəlif 

ölkələrindən  ,o  cümlədən  İspaniya,  Almaniya,  Gürcüstan,  Suriya,  İsrail, 

Malaziya,  Makedoniya  və  s.  100  nəfərə  yaxın  gənc  dəvət  olunmuşdur. 

Azərbaycan  Qızıl  Aypara  Cəmiyyəti  tərəfindən  Miqrasiya  şöbəsinin  müdiri 

Kətanov  Məmməd  və  maliyyə  şöbəsinin  mühasibi  İbrahimova  Kəmalə  iştirak 

etmişlər. 

 



24 

2009- cu  il dünyada bir çox  hadisələrlə  fərqlənir.  Amma bu  hadisələrdən biri də 

Beynəlxalq Qızıl Xaç / Qızıl Aypara Hərəkatının (BQX/QAH) yaranmasının 150,  

Beynəlxalq Qızıl Xaç / Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQX/QACF) 

yaranmasının  90,  1949-cu  il  12  avqust  tarixli  Cenevrə  Konvensiyalarının  qəbul 

edilməsinin  60-cı  il  dönümünün  qeyd  edilməsidir.  İtaliyanın  Solferino  şəhərində 

təşkil  edilıən  bu  nəhəng  tədbirdə  AzQAC-ı  Gənclər  Komitəsinin  sədr  müavini 

Bayram Vəliyev təmsil etmişdir. 

 

 2009-cu  il  iyul  ayının  sonları  və  avqust  ayının  əvvəllərində  Türk  Qızıl  Ayı 



tərəfindən    Bursa  şəhərində  Beynəlxalq  yay  düşərgəsi  keçirilmişdir.  Yay 

düşərgəsində  dünyanın  müxtəlif  ölkələrindən  ,o  cümlədən  Fələstin,  Livan, 

Gürcüstan, Xorvatiya, Kosovo, Macarıstan, Tacikistan, Turkmənistan, Qazaxstan 

və  s.  ölkələrdən  130  nəfərə  yaxın  gənc  könüllü  dəvət  olunmuşdu.  Azərbaycan 

Qızıl  Aypara  Cəmiyyəti  tərəfindən  Maliyyə  şöbəsinin  iqtisadçısı  İradə 

İbrahimova və 4 nəfər gənc könüllü iştirak etmişlər. 

 

2009-cu  il  sentyabr  ayının   22-dən  23-dək  Macarıstanın  Budapeşt  şəhərində 



Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara  Cəmiyyətləri  Federasiyasının  Avropa 

Zonası  üzrə  Qərargahında  təşkilati  inkişaf  üzrə  beynəlxalq  görüş  keçirilmişdir. 

Beynəlxalq görüşdə AzQAC-ı Gənclər Komitəsinin sədr müavini, Silahlara Qarşı 

Mübarizə proqramının məsləhətçisi Bayram Vəliyev təmsil etmişdir. 

 

2009-cu  il  sentyabr  ayının  14-dən  18-dək  Türkiyə  Cümhuruyyətinin  paytaxtı 



Ankarada  Avropa  Birliyinə,  daha  dəqiq  desək  Avropa  Komissiyasına  humanitar 

layihələrin  planlaşdırılması  və  yazılması  üzrə  5  günlük  seminar-məşğələ 

keçirilmişdir.  AzQAC-ı  bu  seminarda  Gəlirgətirmə  Şöbəsinin  müdiri  Günel 

Quliyeva  və  Gənclər  Komitəsinin  sədr  müavini,  Silahlara  Qarşı  Mübarizə 

proqramının məsləhətçisi Bayram Vəliyev təmsil etmişlər. 

 

 



2009-cu il sentaybr ayının 25-dən 28-dək Qırğızıstan Qızıl Aypara Cəmiyyətinin, 

HIV/AIDS  və  Vərəmə  qarşı  Avropa  Regional  Şəbəkəsinin  birgə  təşkilatçılıgı  ilə 

Qırğızıstan Respublikasının İsıkkul gölü ətrafında ERNA-nın 13-cü illik, ənənəvi 

görüşü  keçirilmişdir.  Görüşdə  Beynəlxalq  Qızıl  Xaç  və  Qızıl  Aypara 

Cəmiyyətləri  (BQX  və  QAC)  Federasiyasının  Avropa  Zonasında  birləşən  52 

dövlətin  Milli  Cəmiyyətlərinin  nümayəndələri,  HİV  və  AİDS  sahəsində  işləyən 

müxtəlif  qeyri-hökumət  təşkilatlarının  əməkdaşları,  ERNA  Şəbəkəsinin 

prezidenti,  vitse-prezidenti  və  məsul  katibi  iştirak  etmişlər.  Görüşdə  Azərbaycan 

Qızıl  Aypara  Cəmiyyətini  İcraçı  Katibinin  müavini,  HIV/AIDS  proqramının 

koordinatoru  Şaban  Şayev,  Saglamlıq  və  qaygı  şöbəsinin  müdiri  Mətanət 

Qaraxanova,  Gənclər  və  könüllülər  şöbəsini  müdiri  Xalidə  İsgəndərova  təmsil 

etmişlər.  

 

2009-cu  il  noyabr  ayının  18-dən  21-dək  Keniyanın  paytaxtı  Nayrobi  şəhərində 



Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Beynəlxalq 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə